Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə122/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   118   119   120   121   122   123   124   125   ...   158

www.vivo-book.com 

 

487 



öz  içinə  çəkir.  elə  hey  durmadan  çəkirdi.  Onun  havada  olan  əlinin 

barmaqları hələ də geniĢ açılmıĢdı və bu əl mənə qəhvəyi rəngli dəniz 

ulduzunu xatırladırdı.  

Qəfildən Melindanın  beli tağ kimi  qabardı. Onun bir  əli havada 

ora-bura  yellənməyə, barmaqları isə  qıc olurmuĢ  kimi  gah  açılıb,  gah 

da yumulmağa baĢladı. Melindanın ayaqları yatağı döyəcləyirdi. Sonra 

isə  qıĢqırıq  eĢidildi.  Yenə  də,  yalnız  mən  eĢitmədim,  baĢqaları  da  bu 

qıĢqırığı  eĢitmiĢdi.  Brutus  bu  qıĢqırığı  tələyə  düĢmüĢ  canavar,  ya  da 

koyotun  ulamasına  bənzətmiĢdi.  Mən  isə  onu  qartalın  səsinə 

bənzətmiĢdim.  Belə  səsi  onlar  sakit  səhər  vaxtı  qanadlarını  geniĢ 

açaraq dumanlı qayalıqların arasında süzərkən çıxarırlar.  

Bayhırda  əsən  külək  birdən  elə  Ģiddətləndi  ki,  ev  ikinci  dəfə 

silkələndi – bu da çox qəribə idi, çünki o vaxta qədər bayırda qətiyyən 

külək əsmirdi.  

Con  Koffi  Melindadan  kənara  çəkildi  və  mən  gördüm  ki, 

Mellinin  üzünün  qırıĢları  əməlli-baĢlı  açılıb.  Onun  ağzının  sağ  tərəfi 

də  daha aĢağı  sallanmırdı.  Onun gözləri öz  əvvəlki,  normal  formasını 

bərpa  etmiĢdi  və  o,  ən  azı  on  il  cavanlaĢmıĢdı.  Koffi  bir  neçə  saniyə 

ona diqqətlə baxdı və sonra öskürməyə baĢladı. O, baĢını yana çevirdi 

ki,  qadının  üzünə  öskürməsin,  müvazinətini  itirdi  (çünki  çarpayının 

düz kənarında oturmuĢdu) və döĢəməyə yıxıldı. Elə bu da evi üçüncü 

dəfə  silkələmək  üçün  kifayət  elədi.  O,  dizləri  üstünə  qalxaraq  baĢını 




www.vivo-book.com 

 

488 



aĢağı  əydi  və vərəmin sonuncu dövründə olan adam  kimi  öskürməyə 

baĢladı.  

Mən  düĢündüm:  “Ġndi  isə  qara  mığmığalar.  Ġndi  o  öskürərək 

onları havaya buraxacaq və yəqin onların sayı-hesabı olmayacaq”. 

Amma  heç  bir  dənə  də  olsun  mığmığa  görünmədi.  O,  it  kimi 

hürə-hürə,  dərindən  öskürməyə  davam  edir,  tutmalar  arasında  güclə 

nəfəsini  dərməyə  macal  tapırdı.  Onun  tünd-qəhvəyi  rəngindəki  dərisi 

indi  bozarmağa  baĢlamıĢdı.  Brutus  təĢviĢə  düĢərək  ona  yaxınlaĢdı  və 

onun  yanında  diz  çökərək  bir  əlini  onun  ara-sıra  titrəyən  geniĢ 

kürəyinə  qoydu.  Elə  bil  Brutusun  bu  hərəkəti  tilsimi  qırdı,  Murs 

yerindən  tərpənərək  arvadına  yaxınlaĢdı  və  Koffinin  oturduğu  yerə 

əyləĢdi.  Sanki,  o  bir  kənarda  yerə  çöküb  boğula-boğula  öskürən 

nəhəng  zəncini  heç  görmürdü.  Baxmayaraq  ki,  Con  Koffi  düz  onun 

ayaqlarının yanında yerə çökmüĢdü, Mursun gözləri yalnız öz arvadına 

zillənmiĢdi,  o  da  Mursa  heyrətlə  baxırdı.  Melindanın  üzünə  baxanda 

adama  elə  gəlirdi  ki,  o,  çirkli  bir  güzgü  idi  və  onu  indi  silib 

təmizləmiĢdilər.  

–  Con! – deyə Brutus qıĢqırdı. Ġçindəkini qus! Əvvəllər etdiyin 

kimi, onu havaya burax! 

Con  isə  hələ  də  boğulur  və  öskürməyə  davam  edirdi.  Onun 

gözləri nəmlənmiĢdi, amma göz yaĢlarından deyil, gərginlikdən. Onun 

ağzında tüpürcək axsa da, baĢqa heç nə çıxmırdı. 




www.vivo-book.com 

 

489 



Brutus  əlini  bir-iki  dəfə  onun  kürəyinə  Ģappıldatdı,  sonra  geri 

dönərək mənə baxdı: 

–  O boğulur! Melindanın ciyərlərindən nə sorduğunu bilmirən, 

amma həmin Ģey onu boğur! 

Mən irəli atıldım. Lakin mən iki addım atmağa macal tapmamıĢ, 

Koffi  dizləri  üstündə  məndən  uzaqlaĢaraq  otağın  küncünə  tərəf  getdi, 

hələ də nəfəsini güclə dərə-dərə öskürürdü. O, baĢını divar kağızına – 

bağın hasarına sarmaĢmıĢ qırmızı rəngli yabanı qızıl güllər – söykədi 

və içindəki o Ģeyi çıxarmaq üçün qusmağa hazırlaĢırmıĢ kimi öyüməyə 

baĢladı.  Yadımdadır,  o  vaxt  düĢündüm  ki,  bax  indi  qara  mığmığalar 

mütləq  görünəcək,  amma  yenə  heç  nə  baĢ  vermədi.  Bununla  belə, 

onun öskürəkləri, deyəsən, bir balaca səngimiĢdi.  

–    Mən  yaxĢıyam,  boss,  Con  hələ  də  alnını  divar  kağızındakı 

yabanı  qızıl  güllərdən  ayırmayaraq  dedi.  Onun  gözləri  qapalı  idi. 

Conun  yanında  durduğumu  necə  bildiyini  bilmirəm,  amma  o  bunu 

bilirdi.  –  Düz  sözümdü,  mən  özümü  yaxĢı  hiss  edirəm.  Siz  qadının 

qayğısına qalın. 

Mən  Ģübhə  ilə  ona  baxdım,  sonra  isə  yatağa  tərəf  döndüm.  Hal 

Melindanın alnını sığallayırdı, bundan da vacibi isə, qadını saçlarının 

bir hissəsinin – çox yox, lap azca – yenidən qaraldığını gördüm.  

–    Burada  nə  baĢ  verib?  –  deyə  Melinda  bizdən  soruĢdu.  Mən 

ona baxdığım vaxt ərzində onun yanaqları da getdikcə allanırdı. Elə bil 

o, divar kağızlarındakı qızıl güllərdən bir neçəsini çəkib götürmüĢdü. – 



www.vivo-book.com 

 

490 



Mən bura necə düĢmüĢəm? Biz ki, səninlə Ġndianoladakı xəstəxanaya 

getməyə hazırlaĢırdıq, düz demirəmmi? Orada həkimlər mənim baĢımı 

rentgen etməli və beynimin Ģəkillərini çıxarmalıydılar.  

–  Ssss, – Hal dedi. – Sakit ol, əzizim, indi bütün bunların heç bir 

əhəmiyyəti yoxdur.  

–  Amma mən heç nə baĢa düĢmürəm! – deyə Melinda az qala 

fəryad  etdi.  –  Biz  səninlə  yolun  kənarındakı  dükanlardan  birində 

dayandıq... sən mənə on sentə bir gül dəstəsi də aldın... və sonra... mən 

buradayam və hər yan qaranlıqdır! Sən Ģam yeməyini yemisənmi, Hal? 

Bəs  mən  nə  üçün  qonaq  otağındayam?  Məni  rentgenə  saldılarmı?  – 

Onun  gözləri,  demək  olar  ki,  Harrini  görmədən  onun  üstündən  – 

məncə bunun səbəbi onun Ģokda olması idi – keçərək mənim üzərimdə 

dayandı. – Pol? Məni rentgenə saldılarmı?  

–  Hə, – deyə mən cavab verdim. – ġəkildə hər Ģey təmiz çıxdı. 

–  Onlar mənim beynimdəki ĢiĢi tapdılarmı? 

–    Yox,  heç  nə  tapmadılar,  –  deyə  cavab  verdim.  –  Bircə  onu 

dedilər ki, sənin baĢ ağrıların bir müddətdən sonra keçib gedəcək.  

Onun yanında oturmuĢ Hal hönkürtü ilə ağlamağa baĢladı. 

Melində bir az irəli əyilərək onun gicgahından öpdü. Sonra onun 

nəzərləri otağın küncünə tərəf döndü.  

– Bu qaradərili adam kimdir? O nə üçün küncdə dayanıb? 

Mən  geri  çevrildim  və  gördüm  ki,  Con  ayağa  durmağa  çalıĢır. 

Brutusun köməyi ilə o, nəhayət, son bir cəhdlə ayağa qalxdı. O, Ģuluq 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə