www.vivo-book.com
471
istədiyi kimi nərildəyir, partıldayırdı. Lənət Ģeytana, yəqin bu günlərdə
Murslar ayıq yatırlar.
Əvvəlcə, evin ön tərəfinə (mətbəx) yaxın olan iĢıq, sonra qonaq
otağının iĢığı, daha sonra dəhlizin və nəhayət, giriĢ qapısının iĢığı
yandı. Bu iĢıqların bir-bir yana-yana önə gəlməsinə mən, beton divarın
arxasında gizlənərək son siqaretini çəkə-çəkə üzərinə gələn silahlı
dəstənin yaxınlaĢmasını seyr edən bir adam kimi baxırdım.
“Farmall”ın mühərrikinin qeyri-müntəzəm uğultusu susanda, maĢının
qapıları cırıldayaraq açılanda və maĢından düĢən Harri ilə Brutusun
ayaqları altında çınqılın xırçıltısı eĢidiləndə də, geri qayıtmağın artıq
gec olduğunu mən hələ tam dərk etməmiĢdim.
Con məni də dartaraq ayağa qalxdı. Tutqun iĢığın Ģəfəqləri
altında onun üzü canlı və həvəsli görünürdü. “Niyə də yox?” – deyə
həmin an düĢündüyümü xatırlayıram. “Niyə də o, həvəsli olmasın?
Axı o, axmaq deyil.”
Harri ilə Brutus, göy gurultusunu eĢitmiĢ uĢaqlar kimi
avtomobilin yanında çiyin-çiyinə dayanmıĢdılar və onlara baxanda,
gördüm ki, onlar da mənim kimi qorxmuĢ, karıxmıĢ və narahat
görünürdülər. Bu mənzərə mənim qanımı daha da qaraltdı. Con
kuzovdan yerə atıldı, amma əslində, bu onun üçün tullanmaqdan daha
çox, addım atmaq idi. Onun ardınca öz keyimiĢ ayaqlarım ilə mən də
kuzovdan yerə atıldım. Əgər o mənim çiynimdən tutub saxlamasaydı,
mən Ģappıltı ilə soyuq çınqılın üstünə səriləcəkdim.
www.vivo-book.com
472
– Biz səhv eləmiĢik, – deyə Brutus fısıldadı. Onun qorxu dolu
gözləri bərəlmiĢdi. – Aman Allah, Pol, bizim ağlımız haradaydı?
– Bu haqda danıĢmaq artıq çox gecdir, – deyə mən cavab
verdim. Mən Koffinin ombasından itələdim və o, itaətkarcasına geri
çəkilərək Harrinin yanında dayandı. Sonra mən Brutusun qolundan
yapıĢdım və biz birlikdə, görüĢə çıxmıĢ cütlük kimi, indi iĢığa qərq
olmuĢ artırmaya tərəf addımladıq. – Sən ağzını açma, mən
danıĢacağam, anladınmı?
– Hə, – deyə Brutus cavab verdi. – Ġndi mənim dərk edə
bildiyim yeganə Ģey də elə budur.
Mən baĢımı çevirib çiynimin üstündən geriyə baxdım:
– Harri, mən səni çağırmayınca, sən onunla birlikdə maĢının
yanında qal. Mən tam hazır olmayınca, Mursun onu görməsini
istəmirəm. – Bəlkə də buna heç vaxt hazır olmayacaqdım. Ġndi bunu
dəqiq bilirdim.
Brutus ilə mən artırmanın pilləkənlərinə çatmağa macal
tapmamıĢ, qapı elə qəfildən və sərt açıldı ki, qapıdan asılmıĢ mis çəkic
lövhəciyə zərblə çırpıldı. Əyninə mavi pijama Ģalvarı və zolaqlı
köynək geyinmiĢ Murs qarĢımızda dayanmıĢdı, onun pırtlaĢıq çal
saçlarının hərəsi bir tərəfə baxırdı. O, həbsxanada iĢlədiyi müddət
ərzində özünə minlərlə düĢmən qazanmıĢ bir adam idi və bunu bilirdi.
Onun sağ əlində tutduğu və həddən artıq uzun lüləsinin ucu heç də
yerə tuĢlanmamıĢ tapança, adətən, kaminin üstündən asılmıĢ olardı. Bu
www.vivo-book.com
473
tapançanın markası o zamanlar məĢhur olan “Ned Bantayn Spacial” idi
və ona babasından qalmıĢdı. Həmin an tapançanın lüləsi artıq bizə
tuĢlanmıĢdı (bunu görəndə, qarnıma sancılar doldu).
– Saat üçün yarısında, sabahın alaqaranlığında oradan gələn
kimdi elə? – deyə o soruĢdu. Mursun səsindən onun qorxduğu
qətiyyən hiss olunmurdu, həmin an əllərinin əsməsi də dayanmıĢdı.
Tapançanı tutan əli isə daĢ kimi sabit idi. – Cavab verin, yoxsa… –
Tapançanın lüləsi yavaĢ-yavaĢ bizə tərəf qalxmağa baĢladı.
– Dayan, rəis! – deyərək Brutus əllərini havaya qaldırdı və
ovuclarını əlində silah tutan adama tərəfə çevirdi. Mən onun səsinin
heç vaxt belə titrədiyini eĢitməmiĢdim, elə bil Mursun səsinin əsməsi
Brutus Hovellin boğazına keçmiĢdi.
– Bu bizik! Pol və mən və… bizik!
Brutus önə bir addım atdı ki, artırmada yanan lampa onun üzünü
iĢıqlandırsın. Mən də onun kimi etdim. Hal Murs gah mənə, gah da
Brutusa baxırdı və onun aqressiv qətiyyəti indi çaĢqınlıqla
əvəzlənmiĢdi.
– Siz burada nə edirsiniz? – deyə o soruĢdu. – Özü də gecənin
bu aləmində, üstəlik, axı siz indi növbədə olmalısınız. Sizin növbədə
olmalı olduğunuzu dəqiq bilirəm, çünki məndə sizin iĢ cədvəliniz var.
Ona görə də, deyim görüm hansı… Ġlahi. Ciddi təcridolunma rejimi
təyin edilməyib, elə deyilmi? Bəlkə, məhbuslar qiyam qaldırıb? – O,
gah mənə, gah da Brutusa baxaraq soruĢdu və sonra o, narahat
www.vivo-book.com
474
nəzərlərlə bizim yük maĢınımıza tərəf baxdı. – Yük maĢınının yanında
daha kim var?
“DanıĢığı mən aparacağam”. Brutusa mən belə təlimat
vermiĢdim, amma indi danıĢmaq zamanı idi və mən ağzımı açıb bir
söz belə deyə bilmirdim. Həmin axĢam iĢə gedərkən yolda Mursun
evinə çatanda onunla nə danıĢacağımı çox diqqətlə götür-qoy
etmiĢdim və mənə elə gəlmiĢdi ki, düĢündüklərim elə də ağılsız
səslənmirdi. Qeyri-normal – bizim bu təĢəbbüsümüzdə heç nə normal
deyildi – amma bəlkə də, bizi evinə buraxmasına və bircə Ģans
verməsinə kifayət edəcək qədər normal. Con Koffiyə Ģans verəcək
qədər normal. Amma indi mənim diqqətlə seçib məĢq etdiyim sözlər
dəli dalğalar kimi coĢmuĢ çaĢqınlığımın dərinliklərinə qərq olmuĢdu.
Fikirlər və obrazlar – yanan Delakrua, ölən siçan, Old Sparkinin
qucağında oturub dəli kimi ora-bura çırpınaraq mən qızarmıĢ hind
xoruzuyam qıĢqıran Tut-Tut – səhrada əsən Ģiddətli qasırğanın
sovurub havaya qaldırdığı qum dənələri kimi baĢımın içində ora-bura
fırlanırdı. Mən inanıram ki, dünyamız xeyirxahlıqdan məhrum deyil və
o bizi sevən Allahdan gəlir. Mən həm də baĢqa bir qüvvənin mövcud
olmasına inanıram. Bu qüvvə də mənim bütün həyatım boyu ibadət
etdiyim Allah kimi realdır və o bizim bütün xeyirxah istəklərimizin
məhv edilməsinə və dağıdılmasına yönəlib. Bu iblis deyil (baxmayaraq
ki, mən onun da mövcud olmasına inanıram), insanların arasına nifaq
salan Ģeytandır və bir ixtiyar qoca öz qəlyanını alıĢdırmaq istəyərkən
Dostları ilə paylaş: |