Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə121/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   117   118   119   120   121   122   123   124   ...   158

www.vivo-book.com 

 

483 



isə  yerdə  sürünürdü.  Biz  gələndə,  Hal  özü  elə  burada  yatırdı,  daha 

doğrusu, burada mürgüləyirdi.  

Con Melindaya  yaxınlaĢanda, onun üzünün ifadəsi üçüncü dəfə 

dəyiĢdi. Birdən mən Melindanın üzündə bütün bu illər ərzində mənim 

üçün,  daha  çox  da  Ceniz  üçün  böyük  əhəmiyyəti  olan  həmin 

gülərüzlülüyü  gördüm.  UĢaqlarımız  ,yuvalarını  tərk  edən  quĢlar  kimi 

uçub gedəndən sonra, o özünü çox tənha və yalqız hiss edirdi. Mellinin 

üzündə  hələ  də  maraq  ifadəsi  vardı,  lakin  indi  bu  ifadə  ağlı  baĢında, 

özünü dərk edən və Ģüurlu bir ifadə idi.  

–    Sən  kimsən?  –  deyə  o  ağıllı  və  aydın  bir  səslə  soruĢdu.  – 

Səninin əllərində və qollarında nə üçün bu qədər çox çapıq var? 

–    Mən  bu  çapıqların  nədən  yarandığını,  demək  olar  ki, 

xatırlamıram,  mem,  – deyə Con Koffi mülayim  bir səslə cavab verdi 

və onun yanında çarpayıya oturdu. 

Melli  bacardığı  kimi  gülümsəməyə  çalıĢdı,  onun  ağzının  sağ 

tərəfi  qeyri-iradi  əsdiyindən,  təbəssüm  düzgün  alınmırdı.  O,  Koffinin 

sol  əlinin  arxa  tərəfindəki  türk  əyri  qılıncı  –  yatağan  kimi  burulan  ağ 

çapığa toxundu.  

–    Necə  də  qorxunc  yaradır!  Bunun  haradan  olduğunu 

bilirsənmi? 

–    DüĢünürəm  ki,  əgər  səni  kimin  vurduğunu,  üstünə  kimin  it 

qısqırtdığını  bilmirsənsə,  bu  sənin  gecələr  rahat  yatmağına  mane 

olmur, – Con Koffi özünün qalın səsi ilə cənub ləhcəsində dedi. 



www.vivo-book.com 

 

484 



Melinda  onun  sözlərinə  güldü  və    bu  gülüĢ  xəstənin  üfunət  iyi 

verən  otağında  təmiz  gümüĢ  kimi  cingildəyərək  əks-səda  verdi.  Hal 

mənim yanımda dayanmıĢdı, həyəcanından tez-tez nəfəs alsa da, mane 

olmağa çalıĢmırdı. Melindanın gülüĢünü eĢidəndə, o bir anlıq nəfəsini 

tutub  saxladı  və  onun  iri  əli  mənim  çiynimdən  yapıĢdı.  O  mənim 

çiynimi elə bərk sıxdı ki, sıxdığı yerdə barmaqlarının göy izləri qaldı – 

mən bu izləri səhərisi gün gördüm – həmin an mən demək olar ki, ağrı 

hiss eləməmiĢdim.  

–  Sənin adın nədir? – deyə Melinda soruĢdu. 

–  Con Koffi, mem. 

–  Koffi, içki adı kimi. 

–  Bəli, mem, amma baĢqa cür yazılır. 

Melinda  arxasındakı  yastığa  dirsəklənərək  yarıuzanmıĢ 

vəziyyətdə  ona  baxırdı.  Con  da  onun  yanında  oturub  gözlərini 

Melindadan çəkmirdi. Çarpayının yanındakı torĢerin iĢığı isə səhnədə 

oynayan  aktyorlar  kimi  onları  dövrəyə  almıĢdı:  həbsxana  paltarında 

olan nəhəng qaradərili bir kiĢi ilə ölüm ayağında olan cılız ağdərili bir 

qadın. Qadın heyranlıqla Con Koffinin düz gözlərinin içinə baxırdı.  

–  Mem? 

–  Nədi, Con Koffi? – üfunət iyi verən havada sözlər bizə güclə 

gəlib çatırdı. Mən qollarımın, ayaqlarımın və belimin əzələlərinin necə 

gərildiyini  hiss  edirdim.  Haradasa,  çox-çox  uzaqlarda  həbsxana 

rəisinin  mənim  çiynimi  sıxdığını  hiss  edirdim  və  gözümün  kənarı  ilə 



www.vivo-book.com 

 

485 



Harri  ilə  Brutusun,  gecə  vaxtı  azmıĢ  balaca  uĢaqlar  kimi,  bir-birini 

qucaqlayaraq  dayandıqlarını  görürdüm.  Nəsə  baĢ  verməli  idi.  Nəsə 

böyük, nəsə əzəmətli bir Ģey. Biz hamımız bunu hiss edirdik. 

Con  Koffi  ona  tərəf  əyildi.  Çarpayının  yayları  cırıldadı, 

döĢəkağları  xıĢıldadı  və  Ay  soyuq  təbəssümlə  yataq  otağının 

pəncərəsinin  üst  qanadından  içəri  boylandı.  Con  Koffinin  qan  sızmıĢ 

gözləri  tədqiqedici  nəzərlərlə  onun  yuxarı  meyillənmiĢ  yorğun  üzünə 

baxırdı.  

–  Mən onu görürəm, – deyə birdən Con Koffi dilləndi. – Məncə, 

bu sözləri o, Melindaya yox, öz-özünə deyirdi. – Mən onu görürəm və 

mən  sizə  yardım  edə  bilərəm.  Tərpənmədən  sakitcə  oturun...  Bircə 

tərpənmədən oturun... 

Koffi  yavaĢ-yavaĢ daha da yaxına əyilirdi. Onun böyük üzü bir 

anlıq  Melindanın  üzündən  beĢ  santimetr  aralı  donub  qaldı.  O, 

barmaqlarını aralayıb sol əlini yana açdı, elə bil bu hərəkəti ilə kiməsə 

gözlə... sadəcə gözlə... deyirdi, sonra isə öz üzünü qadına bir qədər də 

yaxınlaĢdırdı.  Onun  qalın  və  sığallı  dodaqları  qadının  dodaqlarına 

sıxılaraq  onları  aralanmağa  məcbur  elədi.  Bir  anlıq  mən  Melindanın 

bir  gözünün  Koffinin  çiynindən  yuxarı,  harasa  təəccüblə  baxdığını 

gördüm.  Sonra  Koffinin  sığallı  baĢı  hərəkətə  gəldi  və  göz  daha 

görünməz oldu.  

O,  Melindanın  ciyərlərinin  dərinliyindəki  havanı  əmdikcə,  fit 

səsinə  bənzə  yumĢaq  bir  səs  eĢidilirdi.  Bu  cəmi  bir,  ya  da  iki  saniyə 



www.vivo-book.com 

 

486 



çəkdi,  sonra  isə  ayaqlarımızın  altındakı  döĢəmə  ləngər  vurdu,  bütün 

otaq baĢımıza dolandı.  Mən bunu özümdən uydurmuram,  bunu təkcə 

mən  yox,  hamı  hiss  eləmiĢdi,  çünki  sonra  hamı  bir-birinə  bu  haqda 

danıĢmıĢdı.  Bu  bir  növ  dalğavari  zərbə  hissi  idi.  Sonra  nəsə  ağır  bir 

Ģeyin artırmada yerə yıxıldığını eĢitdik, belə məlum oldu ki, artırmada 

yıxılan  Ģey  babadan  qalma  köhnə  saat  imiĢ.  Hal  Murs  onu  nə  qədər 

təmir  etdirməyə  çalıĢsa  da,  saat  cəmi  on  beĢ  dəqiqə  iĢləmiĢ  və  yenə 

dayanmıĢdı.  

Bundan  bir  qədər  sonra  isə  Ayın  içəri  boylandığı  pəncərənin 

ĢüĢəsi çatıltı və qırılaraq yerə töküldü. Divardan asılmıĢ Ģəkil – dünya 

okeanlarının  birinin  sularının  yara-yara  üzən  kliper  gəmisi  – 

qarmağından çıxaraq döĢəməyə çırpıldı və ĢüĢəsi çilik-çilik oldu.  

Mən birdən yanıq iyi hiss etdim və Melindanın üstünə çəkdiyi ağ 

yorğanın  ayaq  tərəfindən  tüstü  çıxdığını  gördüm.  Yorğanın 

Melindanın  titrəyən  sağ  ayağının  yanındakı  hissəsi  qaralmıĢdı.  Sanki 

yuxuda  imiĢ  kimi,  mən  Mursun  əlini  çiynimdən  çəkərək  masaya 

yaxınlaĢdım. Masanın  üstündə bir stəkan su və üç-dörd dənə dərman 

qabı  vardı  və  bayaq  hər  yan  silkələnərkən  qablar  aĢmıĢ  və  içindəki 

həblər  ətrafa  səpələnmiĢdi.  Mən  stəkanı  əlimə  alıb  içindəki  suyu 

tüstülənən yerə tökdüm. FıĢıltı səsi eĢidildi. 

Con  hələ  də  Melindanın  dodaqlarını  uzun-uzadı  və  ehtirasla 

əmməyə  davam  edirdi.  O,  bir  əlini  hələ  də  havada  tutaraq,  o  biri 

əliyləsə özünün ağır çəkisini saxlayaraq, qadının ciyərlərindəki havanı 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə