Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə130/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   126   127   128   129   130   131   132   133   ...   158

www.vivo-book.com 

 

519 



Tövbə Həftəsi səhəri kimi sakitlik idi! Bütün gecə ərzində buraya heç 

kimi  gəlmədi!  –  Bu  son  sözləri  o,  böyük  fərəh  hissi  ilə  söylədi.  Biz 

bunu qəzasız-bəlasız bitirə bildik, uĢaqlar! Biz bunu elədik! 

O,  birdən  bizim  bu  komediyanı  kimin  üçün  oynadığımızı 

xatırlayaraq Melindanı xəbər aldı: 

–    O  necədir?,  –  həmin  an  biz  Con  Koffinin  kamerasına 

çatmıĢdıq. Dinin: “Biz bunu qəzasız-bəlasız bitirə bildik, uĢaqlar... biz 

bunu  elədik.”  –  deyə  söylədiyi  sözlər  hələ  indi  bizim  Ģüurumuza 

çatırdı.  

–    Bu  da...  demək  istəyirəm  ki...  siçanla  olduğu  kimi  oldu?  – 

deyə  Din  soruĢdu.  O,  bir  anlıq  Delakrua  ilə  Mister  Cinqlzın  qaldığı 

kameraya,  sonra  isə  siçanın  gəldiyi  güman  edilən  karser  kamerasına 

tərəf baxdı. Onun səsi qəfildən alçaldı, insanların səsi, adətən, kilsəyə 

girəndə, belə alçalır. – Orada da... – O, çətinliklə udqundu. – Bura bax, 

mənim nə demək istədiyimi sən baĢa düĢürsən. Orada da möcüzə baĢ 

verdimi?  

Biz  üçümüz  artıq  bizə  məlum  olan  Ģeyi  təsdiqləmək  üçün  bir-

birimizlə baxıĢdıq. 

–    O,  demək  olar  ki,  Melindanı  lənətə  gəlmiĢ  qəbirin  içindən 

çıxardı. Bax o bunu etdi, – Harri dedi. – Bəli, bu əsil möcüzə idi.  

Brutus  kameranın  qapısının  qoĢa  kilidini  açdı  və  Koffini 

yüngülcə içəri itələdi.  




www.vivo-book.com 

 

520 



–  Ġçəri gir, dostum. Bir az istirahət elə. Bu sənin haqqındır. Biz 

isə indi Persi ilə məĢğul olmalıyıq... 

–  O, pis adamdır, – Con qeyri-iradi bir səslə dedi.  

–    Düzdü,  buna  heç  kim  Ģübhə  eləmir.  Cadugər  kimi  pis 

niyyətlidir,  –  deyə  Brutus  mülayim  bir  səslə  cavab  verərək  onunla 

razılaĢdı,  –  amma  sən  heç  narahat  olma,  biz  onu  sənə  yaxınlaĢmağa 

qoymarıq. Get öz çarpayında uzan, mən də sənə bu dəqiqə bir fincan 

isti  qəhvə  gətirim.  Qaynar  və  tünd.  Onu  içən  kimi  özünü  yenidən 

doğulmuĢ kimi hiss edəcəksən. 

Con ağır-ağır öz çarpayısına çökdü. Mən elə düĢünürdüm ki, o, 

çarpayısına  uzanıb,  həmiĢə  olduğu  kimi,  üzünü  də  divara  çevirəcək, 

amma  o,  belə  eləmədi,  sadəcə,  əllərini  dizlərinin  arasında  salladaraq 

baĢını  aĢağı  dikdi  və  ağzı  ilə  tövĢüyə-tövĢüyə  nəfəs  alaraq  oturdu. 

Melindanın ona verdiyi, üstündə Əziz Kristoferin əksi olan medalyon 

onun  köynəyinin  yaxasından  çölə  çıxıb  havada  ora-bura  yellənirdi. 

Melinda  demiĢdi  ki,  bu  medalyon  onu  bütün  bəlalardan  qoruyacaq, 

amma  Con  Koffi  heç  də  xilas  edilmiĢ  kimi  görünmürdü.  Belə 

görünürdü  ki,  o,  Harrinin  dediyi  kimi,  qəbirin  kənarında  Melindanın 

yerini tutmuĢdu. 

Lakin  həmin  anda  mən  Con  Koffi  haqqında  düĢünmək 

iqtidarında deyildim.  

Mən uĢaqlara tərəf döndüm.  

–  Din, Persinin tapançasını və dəyənəyini götür. 



www.vivo-book.com 

 

521 



–    YaxĢı,  –  deyərək  o,  masaya  tərəf  döndü,  siyirməni  açdı  və 

tapança ilə dəyənəyi çıxartdı.  

–  Hazırsınızmı? – mən onlardan soruĢdum. Mənim adamlarım – 

bu  etibarlı  adamlar  ilə  mən  o  gecə  olduğu  qədər  fəxr  etməmiĢdim  – 

baĢlarını  yırğaladılar. Harri ilə Din, hər ikisi əsəbi görünürdü, Brutus 

isə həmiĢə olduğu kimi soyuqqanlı idi.  

–  YaxĢı. Onunla mən danıĢacağam. Siz öz ağzınızı nə qədər az 

açsanız, bir o qədər yaxĢı olacaq və hər Ģey bir o qədər tez bitəcək... ya 

yaxĢılığa ya da pisliyə. DanıĢdıqmı?  

Onlar  yenə  dinməzcə  baĢlarını  yırğaladılar. Mən  dərindən nəfəs 

alandan sonra, YaĢıl Mil ilə karser kamerasına tərəf addımladım.  

Mən  otağın  iĢığını  yandıranda,  Persi  gözlərini  qıyaraq  baĢını 

qaldırdı.  O,  döĢəmədə  oturub  ağzına  yapıĢdırdığımız  lenti  yalayırdı. 

Lentin  onun  baĢının  arxasına  yapıĢdırdığım  hissəsi  qopmuĢdu  (bəlkə 

də  tərdən,  ya  da  onun  saçlarına  sürtdüyü  brialin  kreminə  görə)  və  o, 

lentin  qalanını  qoparmaq  üçün  əlləĢirdi.  Bircə  saat  da  vaxtı  olsaydı, 

yəqin ki, var gücü ilə bağıraraq yardım çağıracaqdı.  

Biz  içəri  girəndə,  o,  ayaqları  ilə  özünü  bir  qədər  geriyə  itələyə 

bildi,  amma  sonra  otağın  cənub-Ģərq  küncündən  baĢqa  gedəsi  yerin 

olmadığını anlayaraq dayandı.  

Mən tapança ilə dəyənəyi Dindən alıb Persiyə tərəf uzatdım. 

–  Bunları geri almaq istəyirsənmi? – deyə ondan soruĢdum. 

O, ehtiyatla mənə baxandan sonra baĢını yırğaladı. 



www.vivo-book.com 

 

522 



– Brutus, – mən dedim, – Harri, onu ayağa qaldırın.  

Onlar  aĢağı  əyilərək  onun  əynindəki  dəli  köynəyinin 

qoltuqlarının  altından  tutaraq  Persini  ayağa  qaldırdılar.  Biz  burun-

burunua dayanana qədər mən ona yaxınlaĢdım. Mən onun tərinin iyini 

hiss  edə  bilirdim.  Yəqin  bu  tərin  bir  hissəsi  onun  dəli  köynəyindən 

azad  olmaq  cəhdlərinə  ya  da  qapıya  vurduğu  təpiklərə  görə  əmələ 

gəlmiĢdi,  amma  mən  düĢünürəm  ki,  o,  sadəcə,  içində  keçirdiyi  adi 

qorxu  hissi  sayəsində  belə  tərləmiĢdi:  bizim  geri  qayıdandan  sonra 

onun baĢına nələr aça biləcəyimizin qarĢısında keçirdiyi qorxu hissi.  

Bəlkə  də  Persi  –  “Onlar  qatil  deyil  və  mənə  qorxulu  heç  nə 

etməzlər”  –  deyə  düĢünmüĢdü...  amma  bir  qədər  sonra,  bəlkə  də  Old 

Sparkini xatırlamıĢ və düĢünmüĢdür ki,  bəli, müəyyən mənada bizlər 

də  qatillər  idik.  Mən  özüm  yetmiĢ  yeddi  insanı  edam  etmiĢdim, 

sinəsinə  qayıĢ  bağladığım  hər  kəsdən  daha  çox  insan  öldürmüĢdüm, 

hətta  Birinci  Dünya  müharibəsində  özünə  ad  qazanmıĢ  serjant 

Yorkdan da çox. Persini qətlə yetirmək məntiqə uyğun olmazdı, amma 

biz  artıq  məntiqsiz  davranıĢı  səngiləmiĢdik  və  ağzına  yapıĢdırılmıĢ 

lenti dili ilə açmağa çalıĢan zaman və əlləri arxasına çarpaz bağlanmıĢ 

Ģəkildə  karser  kamerasında  oturduğu  vaxt,  yəqin  bunları  o  özünə 

demiĢdi.  Bundan  əlavə,  heç  bir  hörümçəyin  hansısa  bir  milçəyi  tora 

sala  bilməyəcəyi  qədər  sıx  bağlanmıĢ  və  divarları  yumĢaq  bir  otaqda 

oturmuĢ  bir  adamın  düçüncələrində  məntiqin  olmasını  gözləmək  də 

olmaz.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə