Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə131/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   127   128   129   130   131   132   133   134   ...   158

www.vivo-book.com 

 

523 



Demək istəyirəm ki, əgər indi ona yerini tanıda bilməsən, deməli 

bunu heç vaxt edə bilməyəcəyəm.  

–  Əgər bağırmayacağına söz verirsənsə, ağzına yapıĢdırdığımız 

lenti qoparacağam, – mən dedim. – Mən qıĢqır-bağır salmadan səninlə 

söhbət  eləmək  istəyirəm.  Buna  nə  deyirsən?  Özünü  sakit 

aparacaqsanmı? 

Mən  onun  gözlərindən  rahatlandığını  oxudum,  elə  bil  baĢa 

düĢmüĢdü  ki,  əgər  mən  onunla  danıĢmaq  niyyətindəyəmsə,  deməli 

onun  bu  vəziyyətdən  sağ-salamat  qurtulmaq  Ģansı  var.  Persi  baĢını 

yırğaladı.  

–    Əgər  səs-küy  salmağa  baĢlasan,  lenti  yenidən  ağzına 

yapıĢdıracağam,  –  mən  ona  xəbərdarlıq  etdim.  –  Bunu  da  baĢa 

düĢürsənmi? 

O, yenə baĢını yırğaladı, amma bu dəfə daha səbirsizliklə.  

Mən  əlimi  uzadıb  lentin  onun  qoparmağa  müvəffəq  olduğu 

ucundan  tutdum  və  onu  sərt  bir  Ģəkildə  dartdım.  Lent  qoparkən  bərk 

cırtıltı səsi gəldi. Brutus səksənərək üz-gözünü turĢutdu. Persi ağrıdan 

zingildədi və onun gözləri yaĢardı.  

–    Çıxar  məni  bu  lənətə  gəlmiĢ  dəli  köynəyindən,  kəlpeysər,  – 

deyə Persi diĢlərini qıcadı. 

–  Bir dəqiqə gözlə. 

–  Ġndi, indi, elə indi... 




www.vivo-book.com 

 

524 



Mən  onun  yanağına  bir  sillə  vurdum.  Mən  bunu  düĢünməyə 

macal tapmamıĢ etmiĢdim... lakin iĢin bu yerə çata biləcəyini, əlbəttə 

ki,  bilirdim.  Hətta  rəis  Murs  ilə  Persi  haqqında  ilk  söhbətimizdə  o 

mənə  Delakruanın  edamı  zamanı  Persini  sərəncamçı  kimi  önə 

qoymağı  məsləhət  edəndə  də,  mən  iĢin  bu  yerə  çatmaq  ehtimalı 

olduğunu bilirdim. Ġnsanın əlləri yarıəhliləĢmiĢ heyvan kimidir: əksər 

hallarda  özünü  yaxĢı  aparır,  amma  bəzən  o  nəzarətdən  çıxır  və  ilk 

qarĢısına çıxanı diĢləyir.  

Sillənin səsi, sınan budaq səsi kimi sərt çıxdı. Bu səsi eĢidəndə, 

Din  ufuldadı.  Persi  karıxmıĢ  halda  gözlərini  mənə  zilləmiĢdi,  onun 

gözləri  heyrətdən  elə  bərəlmiĢdi  ki,  elə  bil  bu  dəqiqə  həlqəsindən 

çıxacaqdı.  Onun  ağzı,  akvariumdakı  balığın  ağzı  kimi  açılıb 

yumulurdu.  

–    Səsini  kəs  və  mənə  qulaq  as,  –  mən  dedim.  Delin  baĢına 

açdığın  oyuna  görə  sən  cəzalandırılmağı  haqq  etmiĢdin  və  biz  sənə 

layiq  olduğun  cəzanı  verdik.  Bu  sənə  verə  biləcəyimiz  yeganə  cəza 

üsulu  idi.  Bu  iĢdə  Dindən  baĢqa,  hamımız  əlbir  idik,  amma  onun 

bizimlə bir olmaqdan baĢqa əlacı yoxdur, əks təqdirdə o buna görə çox 

peĢman olacaq. Düz demirəmmi, Din? 

–  Bəli, – deyə Din pıçıldadı. Onun rəngi süd kimi ağarmıĢdı. – 

Hə, düĢünürəm ki, baĢqa əlacım yoxdur. 



www.vivo-book.com 

 

525 



–    Səni  isə  doğulmağına  peĢman  edəcəyik,  –  deyə  mən  davam 

etdim.  Delakruanın  edamını  sənin  necə  sabotaj  etdiyini  insanların 

bilməsi üçün biz əlimizdən gələni edəcəyik... 

–  Sabotaj etdiyimi!  

–  ... və necə az qala Dinin ölümünə səbəb olacaqdın. Biz sənin 

haqqında elə Ģeylər danıĢacağıq ki, dayının köməyi ilə tapa biləcəyin 

bütün iĢlər əlindən çıxacaq. 

Persi qəzəblə baĢını ora-bura yırğalayırdı. O mənim dediklərimə 

inanmırdı,  bəlkə  də  inana  bilmirdi.  Mənim  əlimin  izi  onun  bəyaz 

yanağında falçının niĢanı kimi qızarırdı.  

–  Və nəyin bahasına olursa olsun, səni eĢĢək sudan gələnə qədər 

döyülməyinin qayğısına qalacağıq. Biz bunu özümüz etməyəcəyik. Biz 

də lazımi adamları tanıyırıq, Persi, sən yəni bu qədər səfehsən ki bunu 

baĢa  düĢməyəsən?  Onlar  Ģtatın  paytaxtında  yaĢamırlar,  amma  bəzi 

məsələlərin  hüquqi  həllinin  necə  olunmalı  olduğunu  yaxĢı  bilirlər. 

Həmin adamların burada dostları var, bəzilərinin bacıları və qardaĢları, 

bəzilərinin  isə  ataları  burada  yaĢayırlar.  Onlar  sənin  kimi  nəcis 

torbasının burnunu, ya da Ģeyini kəsməkdən böyük həzz duyarlar. Özü 

də  onlar  bunu,  sadəcə,  sevdikləri  birisinin  gəzinti  həyətində  hər  həftə 

əlavə üç saat gəzə bilməsi üçün edərlər. 

Persi  daha  qəzəblə  baĢını  ora-bura  yırğalamırdı.  Ġndi  o,  sadəcə, 

gözlərini  zilləyib  baxırdı.  Onun  gözləri  yaĢarsa  da,  yanaqlarından 




www.vivo-book.com 

 

526 



aĢağı  axmırdı.  Məncə,  onlar  qəzəb  və  ümidlərin  puç  olması  ilə  bağlı 

göz yaĢları idi. Ya da, bəlkə, mən belə düĢünmək istəyirdim.   

–  YaxĢı, indi isə iĢin  yaxĢı tərəfinə baxaq, Persi. Əlbəttə, lenti 

dartıb  qoparanda,  sənin  dodaqların  bir  balaca  acıĢdı,  mən  bunu 

təsəvvür  edə  bilirəm,  amma  bundan  baĢqa  heç  haran  ağrımadı,  bəlkə 

bir az qürurun ağrıdı, ola bilər... amma bu haqda kimsənin bilməsinə, 

məncə,  ehtiyac  yoxdur,  sadəcə,  indi  bu  otaqda  olanlardan  baĢqa.  Biz 

isə bunu heç kimə danıĢmaq fikrində deyilik, düz demirəmmi, uĢaqlar? 

Onlar baĢlarını yırğaladılar.  

–    Əlbəttə,  demərik,  –  deyə  Brutus  dilləndi.  –  YaĢıl  Mildə  baĢ 

verənlər, elə YaĢıl Mildə də qalır. HəmiĢə də belə olub.  

–    Sən  iĢi  yerini  dəyiĢib  Briar  Ricə  keçirsən  və  biz  də  sən  ora 

keçənədək  sənə  toxunmuruq,  deyə  mən  müdaxilə  etdim.  –  Hə,  Persi, 

məsələni  burada  bununla  bitiririk,  yoxsa  yenə  bizimlə  davanı  davam 

etdirmək fikrindəsən? 

O  mənim  dediklərimi  içində  götür-qoy  etməyə  baĢladı  və  otağa 

dərin  bir  sükut  çökdü  –  o,  fikrində  bütün  lehinə  və  əleyhinə  olanları 

düĢündükcə,  mən  az  qala  onun  baĢının  içindəki  təkərlərin  necə 

döndüyünü  görə  bilirdim.  Və  sonda,  məncə  reallıq  qalan  bütün 

hesablamalara üstün gəldi: lenti onun ağzından qoparmıĢ olsaq da, dəli 

köynəyi hələ də onun əynində idi və bəlkə də o, yarıĢ atı kimi iĢəməli 

olacaqdı.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə