www.vivo-book.com
511
nənəsiyəm. Öz qohumlarını sevən bir adamın, mister Dolan. Xüsusilə
də, özünün ahıl qohumlarını.
Onun üzündəki təbəssüm, yazı taxtasından nəm süngər ilə
silinən yazı kimi silinərək yox oldu. Mən onun üzündən qətiyyətsizlik,
tərəddüd, bəlkə də məni aldadırlar, birdən doğrudursa, deyə düĢünərək
qorxduğunu, məntiqlə düĢünsək, bunu yoxlamaq asandır, o da bunu
bilir, deməli, yalan danıĢmır, deyə düĢündüyünü oxudum.
Birdən mən gülməyə baĢladım, səsim xırıltılı çıxsa da, normal
idi. KeçmiĢ vaxtlarda Persinin necə tez-tez bizi öz əlaqələri ilə
hədələdiyini xatırlamıĢdım. Ġndi isə, çox uzun sürən ömrümdə ilk dəfə,
belə bir təhdid yenə səslənmiĢdi... amma bu dəfə mənim xeyrimə.
Berd Dolan qəzəblə mənə baxdı, sonra isə nəzərlərini Eleynə
tərəf çevirdi.
– Mən ciddi deyirəm, – Eleyn dedi. – Əvvəlcə düĢündüm ki,
sənin həyatını çətinləĢdirməyim, çünki daha qoca qadınam və səninlə
əlləĢməyə həvəsim yox idi. Amma görəndə ki, kimsə mənim
dostlarımı hədələyir və onlarla qaba rəftar edir, mən belə Ģeylərə əsla
dözə bilmərəm. Ġndi isə buradan get. Və bir söz belə demədən.
Onun dodaqları balığın dodaqları kimi tərpənirdi – ah son bir
sözü necə də böyük istəklə deməyi arzulayırdı (yəqin ki, “acıq” sözü
ilə həm qafiyə olanı). Amma o demədi. Dolan son dəfə mənə
baxandan sonra Elynin yanından keçərək dəhlizə çıxdı.
www.vivo-book.com
512
Eleyn əlindəki məcməyini mənim qabağıma qoyub özü də
masanın arxasında oturanda, mən bərkdən ah çəkərək nəfəsimi dərdim.
– Sənin nəvən doğrudanmı Palatanın spikeridir?
– Hə, elədir ki var.
– Bəs onda sən burada nə edirsən?
– Berd Dolan kimi tarakanın dərsini vermək üçün Ģtatın
qanunverici orqanının spikeri olmaq kifayət qədər böyük vəzifədir,
amma bu vəzifə onu kifayət qədər varlı bir adam eləmir. – Eleyn
gülərək dedi. – Bundan da əlavə, mənim burada qalmaqdan xoĢum
gəlir. Ətrafımdakı insanları da xoĢlayıram.
– Mən bunu bir iltifat kimi qəbul edirəm, – deyə mən cavab
verdim.
– Pol, sən yaxĢısanmı? Çox yorğun görünürsən. – Eleyn
masanın üstündən əlini uzadıb alnıma tökülmüĢ saçlarımı kənara
itələdi. Onun qıc olmuĢ barmaqlarının toxunuĢu sərin və həzverici idi.
Mən bir anlıq gözlərimi yumdum. Gözlərimi açanda isə mən öz
qərarımı vermiĢdim.
– Hə, qaydasındayam, – dedim. – Və, demək olar ki, öz yazımı
bitirmiĢəm. Eleyn, sən mənim yazdıqlarımı oxumaq istəməzdinmi? –
Mən tələm-tələsik bir yerə yığaraq əzdiyim vərəqləri ona uzatdım.
Böyük ehtimalla onların sırası da pozulmuĢ olmalı idi, – Dolan məni
həqiqətən qorxutmuĢdu – amma vərəqlər sıra ilə nömrələnmiĢdi və
Eleyn çox asanlıqla onları yenidən sıra ilə düzə bilərdi.
www.vivo-book.com
513
Eleyn ona uzatdığım vərəqləri götürmədən fikirli-fikirli mənə
baxdı.
– Sən yazını bitirdinmi?
– Burada olanları bitirmək üçün günortayadək oxumalı
olacaqsan, – mən dedim, – Əlbəttə ki, əgər xəttimi oxuya bilsən.
O, nəhayət ki, vərəqləri alıb baxdı.
– Sənin çox gözəl xəttin varmıĢ, hətta əlin yorulanda belə, –
Eleyn dedi. – Bunu oxumaqda heç bir çətinliyim olmayacaq.
– Sən bunları oxuyub qurtarınca, mən qalan hissəsini də bitirmiĢ
olacağam, – mən dedim. – Qalan hissəni də təxminən yarım saata
oxuyub bitirərsən. Sonra isə... görək hələ də sənin üçün maraqlıdırsa...
sənə bir Ģey göstərmək istərdim.
– Bu sənin səhərlər və bəzən də günortalar getdiyin yerlə
əlaqədardır?
Mən baĢımı yırğaladım.
O, oturub mənim dediklərimi kifayət qədər uzun müddət
düĢündü, sonra isə öz-özünə baĢını yırğaladı və vərəqləri əlinə alaraq
ayağa qalxdı.
– Mən həyətə çıxacağam, – o dedi. – GünəĢ bu səhər yaxĢı
isidir.
– Əjdaha isə məğlub edilib, – mən dedim. – Bu dəfə gözəl bir
xanım tərəfindən.
www.vivo-book.com
514
Eleyn gülümsədi və mənə tərəf əyilərək məni həmiĢə titrəməyə
məcbur edən həssas yerimdən, qaĢımın üstündən öpdü.
– Ümid edək ki, bu belədir, Eleyn dedi. – Amma öz
təcrübəmdən bilirəm ki, Bred Dolan kimi əjdahaların öhdəsindən
gəlmək o qədər də asan iĢ deyil. – Eleyn elə bil nədənsə tərəddüd etdi.
– Sənə uğurlar, Pol. Ümid edirəm ki, sənə əzab verən hər nədirsə, ona
qalib gələ biləcəksən.
– Mən də ümid edirəm, – deyə cavab verdim və Con Koffi
haqqında düĢündüm. “Mən heç nə edə bilmədim – Con demiĢdi. Mən
cəhd etdim, amma artıq çox gec idi.”
Eleynin gətirdiyi qayğanağı yedim, meyvə Ģirəsini içdim,
qızarmıĢ çörəyi isə sonraya saxladım. Yenidən qələmi əlimə alıb
yazmağa baĢladım və ümid edirdim ki, bu artıq sonuncu dəfədir.
Sonuncu bir mil.
YaĢıl mil.
2
Həmin axĢam biz Conu “E” blokuna geri gətirəndə, oradakı
araba artıq dəbdəbə yox, zərurət idi. Mən inanmıram ki, Con Koffi
Dostları ilə paylaş: |