Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə107/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   103   104   105   106   107   108   109   110   ...   158

www.vivo-book.com 

 

427 



–    Çox  məzəli  uĢaqlarsınız,  –  Persi  dedi,  amma  etiraz  etmədi. 

Hətta  həmin  gün  döĢəmənin  ən  azı  iki  dəfə  yuyulması  faktını  belə 

qeyd  etmədi.  Məncə,  o  bizdən  uzaq  durmaq  üçün  əlinə  düĢən  bu 

fürsətə hətta sevinirdi də.  

Mən  bizdən  əvvəlki  növbənin  hesabatını  gözdən  keçirdim  və 

bizim  üçün  maraqlı  ola  biləcək  heç  nə  tapmayaraq  Uortonun 

kamerasına  tərəf  getdim.  O,  dizlərini  qucaqlayaraq  öz  çarpayısında 

oturmuĢdu  və  gülümsəyərək  üzündə  ədavətli  bir  ifadə  ilə  mənə 

baxırdı. 

–  Görün bizə kim təĢrif gətirib – böyük boss gəlib, – o dedi, – 

həyatın  özü  qədər  böyük  və  ondan  iki  dəfə  iyrənc.  Sən  dizə  qədər 

donuz peyinin içində olsaydın, daha xoĢbəxt görünərdin, boss Eckum. 

Hə, nədi, evdən çıxanda, arvadın sənin Ģeyini yaxĢıca dartıĢdırıb? Hə? 

–  Hə, iĢlər necədi, körpə bala? – mən tərzimi pozmadan ondan 

soruĢdum və bunu görəndə onun üzü həqiqətən iĢıqlandı. O, ayaqlarını 

uzadıb  ayağa  qalxdı  və  gərnəĢdi.  Onun  üzündəki  təbəssüm  bir  az  da 

geniĢləndi, sifətindəki kin və ədavət ifadəsi isə harasa yox olub getdi.  

–  Lənətə gələsən, bax belə, – o dedi. – Nəhayət ki, sən mənim 

adımı  bir  dəfə  olsun  düz  söylədin.  Sənə  nə  olub,  boss  Eckum? 

Xəstələnib eləməmisən ki? 

Yox,  mən xəstə  deyildim.  Mən  xəstə  olanda,  Con  Koffi  mənim 

qayğıma  qalmıĢdı.  Onun  əlləri  ayaqqabı  qaytanını  necə  bağlamaq 




www.vivo-book.com 

 

428 



lazım olduğunu daha bilməsə də, əgər nə vaxtsa bilibsə, çoxlu  baĢqa 

Ģeyləri bilir. Əlbəttə, o əllər baĢqa Ģeyləri bilir.  

–    Bura  bax,  dostum,  mən  ona  dedim.  –  Əgər  sən  Azğın  Billi 

əvəzinə,  Körpə  Billi  olmaq  istəyirsənsə,  mənim  üçün  bunun  heç  bir 

fərqi yoxdur.  

O,  təkəbbürlə  dodaqlarını  ĢiĢirərək  fısıldadı,  lap  elə  Cənubi 

Amerikanın çaylarında  yaĢayan,  belindəki və bədəninin yanlarındakı 

tikanları ilə insanı sancaraq ölümcül yaralaya bilən o iyrənc balıq kimi. 

YaĢıl Mildə iĢlədiyim bu müddət ərzində, mən çox təhlükəli insanlarla 

üzləĢməli olmuĢam, amma Billi Uorton kimi iyrəncləri çox az rastıma 

çıxıb. Billi Uorton özünü böyük bir cinayətkar hesab edir, amma onun 

həbsxanadakı  davranıĢı  kameranın  dəmir  barmaqlıqlarının  arasında 

kiminsə  üstünə  tüpürmək  və  iĢəmək  kimi  xırda  dəcəlliklərdən  kənara 

çıxmırdı.  Ona  görə  də,  o  bizdən  gözlədiyi  və  layiq  olduğunu 

düĢündüyü  hörməti  görmürdü.  Lakin  həmin  gecə  mən  onun  itaətkar 

olmasını  istəyirdim.  Hətta  bunun  üçün  onu  yumĢaq  sabunla  yumalı 

olsaydım belə, bunu böyük həvəs və sevinclə edərdim.  

–    Mənimlə  Körpə  arasında  ortaq  cəhətlərimiz  həddən  artıq 

çoxdur,  yaxĢı  olar ki,  mənim dediklərimə inanasan,  – Uorton dedi.  – 

Mən  ucuz  mallar  dükanından  nabat  oğurladığıma  görə  buraya 

salınmamıĢam.  –  Sonra  elə  bil,  onun  arxasından  tutub  elektrik 

stulundan  cəmi  yetmiĢ  addım  aralı  olan  kameralardan  birinə 

salmamıĢdılar,  əksinə  Fransız  Əcnəbi  legionunun  qəhrəman 



www.vivo-book.com 

 

429 



briqadasının tərkibinə alınmıĢ bir adam kimi təkəbbürlə dedi: – Mənim 

Ģam yeməyim hanı? 

–    Bəsdi,  Körpə,  raportda  qeyd  edilib  ki,  sən  öz  Ģam  yeməyini 

saat altıya on dəqiqə qalmıĢ yemisən. Ət ruleti ilə püre və noxud. Məni 

belə asanlıqla aldada bilməzsən. 

O, bərkdən gülərək yenidən çarpayısına oturdu.  

–  Onda radionu  qoĢ.  –  O, “radio” sözünü elə söylədi  ki,  lap o 

keçmiĢ illərdə insanlar zarafat edərkən söylədikləri kimi, əllinci illərin 

jarqonu  olan  “rəddi-o”  (qəĢəng,  ciddi  və  hər  Ģeyi  baĢa  düĢən  kiĢiyə 

edilən emosional müraciət forması – tərcüməçidən) sözü ilə həmqafiyə 

səsləndi. Ən təəccüblüsü odur ki, əsəbləri simli alət kimi səs çıxaracaq 

qədər tarıma çəkildiyi bir dövr haqqında insan bu qədər Ģeyi xatırlaya 

bilər. 

–    Bəlkə  bir  az  sonra,  dostum,  –  mən  dedim  və  onun 



kamerasından aralanaraq dəhlizə baxdım. Brutus dəhlizin o biri baĢına 

gedib  karser  kamerasının  qapısının  iki  kilid  əvəzinə  bir  kilidlə  bağlı 

olduğuna  əmin  olmaq  üçün  qapını  yoxlayırdı.  Qapının  bir  kilidinin 

bağlı  olduğunu  mən  də  bilirdim,  çünki  bir  az  əvvəl  onu  özüm 

yoxlamıĢdım.  Bir  qədər  sonra  biz  bu  qapını,  mümkün  olduqca,  tez 

açmalı  olacaqdıq.  Uzun  illər  ərzində  bu  otaqda  yığılmıĢ  köhnə-

kürüĢləri  də  ora-bura  daĢımağa  vaxt  sərf  etməli  olmayacaqdıq,  çünki 

Uorton  bizim  Ģən  dəstəmizə  qoĢulandan  sonra  biz  karser  otağındakı 

zir-zibili  bayıra  daĢıyaraq  onları  çeĢidləmiĢ  və  baĢqa  yerlərə 



www.vivo-book.com 

 

430 



yığmıĢdıq. Bizə elə gəlmiĢdi ki, divarları yumĢaq olan bu otaqdan biz 

hələ  çox  istifadə  etməli  olacaqdıq,  ən  azından  “Körpə  Billi”  YaĢıl 

Mildə öz son səfərinə çıxana qədər.  

Adətən, belə vaxtlar uzun və yoğun ayaqlarını çarpayısının ayaq 

tərəfindən  aĢağı  salladaraq  üzü  divara  uzanan  Con  Koffi,  çarpayının 

kənarında  oturub  onun  üçün  normal  olmayan  sayıqlıq  və  bəsirətlə 

Brutusa  baxırdı.  Onun  gözlərindən  həmiĢə  axan  göz  yaĢları  da 

görünmürdü.  

Brutus  karser  kamerasının  qapısını  yoxlayandan  sonra  dəhlizlə 

geri  qayıtdı.  Koffinin  kamerasının  önündən  keçərkən,  Brutus  baĢını 

döndərib ona baxdı və bu an Koffi çox maraqlı bir Ģey dedi: “Əlbəttə, 

mən sizinlə gedərəm”. Elə bil Brutusun ondan soruĢduğu suala cavab 

verdi.  

Brutusla  mənim  baxıĢlarımız  qarĢılaĢdı.  “O  bilir,  –  Brutus  az 

qala  bərkdən  dedi.  –  bunu  necə  öyrəndiyini  bilmirəm,  amma  o,  hər 

Ģeyi bilir”. 

Mən  çiyinlərimi  çəkib  əllərimi  yana  açdım,  sanki  ona  cavab 

verdim: “Əlbəttə, o, hər Ģeyi bilir”  



 

 

 

 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə