Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə91/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   87   88   89   90   91   92   93   94   ...   158

www.vivo-book.com 

 

362 



fınxıraraq  sözə  baĢladı.  –  Bir  izah  eləyin  görüm,  axı  orada  nə  baĢ 

verdi? 


– Edam, – deyə Brutus sakit bir səslə cavab verdi. Məncə, onun 

belə  sakit  tərzdə  verdiyi  cavab  Andersonu  karıxdırdı,  amma  məni 

təəccübləndirmədi,  ən  azından  o  qədər  də  təəccübləndirmədi;  Brutus 

mövzunu  həmiĢə  ustalıqla  dəyiĢə  bilirdi.  –  Özü  də  müvəffəqiyyətli 

edam.  

–  Allah  xatirinə,  deyin  görüm,  sabit  cərəyan  altında  edilmiĢ  bu 



abortu  müvəffəqiyyətli  edam  adlandırmağa  sizin  necə  diliniz  gəlir? 

Aman  Allah,  edama  Ģahidlik  etmiĢ  müĢahidəçilərin  gözünə  bəlkə  də 

bir ay yuxu getməyəcək! O, yoğunəndamlı qoca isə bəlkə də bir il yata 

bilməyəcək!  

Brutus əli ilə arabanı və orada mələfənin altına qoyulmuĢ meyiti 

göstərdi. 

–  O  ölüdür,  elə  deyilmi?  Sizin  müĢahidəçilərə  gəlincə,  onların 

çoxu sabah axĢam öz dostlarına deyəcəklər ki, yüksək ədalət öz yerini 

tapdı:  Delakrua  bir  neçə  insanı  diri-diri  yandırmıĢdı  və  ona  görə  biz 

də,  onun  özünü  diri-diri  yandırdıq  ki,  ədalət  yerini  tutsun.  Balaca  bir 

düzəliĢ  ondan  ibarət  olacaq  ki,  onlar  bunun  bizim  etdiyimizi 

deməyəcəklər.  Onlar  deyəcəklər  ki,  bu,  Allahın  iradəsi  idi  və  biz  isə 

sadəcə, Onun iradəsinin icraçıları. Bəlkə də, bu fikridə həqiqət payı da 

var.  Ən  maraqlısının  nə  olduğunu  bilmək  istəyirsinizmi?  Ən,  ən,  ən 

maraqlısı?  Onların  dostları  orada  bütün  baĢ  verənləri  öz  gözləri  ilə 



www.vivo-book.com 

 

363 



görmədikləri üçün onlara həsəd aparacaqlar. – Sonuncu sözü deyərkən 

o, Persiyə eyni zamanda həm nifrət, həm də riĢxəndlə baxdı.  

– Əgər onların lələkləri bir azca əzilibsə, ondan bizə nə? – deyə 

Harri  soruĢdu.  –  Bu  iĢdəiĢtirak  etmələri  üçün  onlar  öz  xoĢları  ilə 

razılaĢıblar, heç kim onları buna məcbur eləməyib.  

–  Mən  süngərin  isladılması  lazım  olduğunu  bilmirdim,  –  deyə 

Persi qeyri-təbii bir səslə təkrar etdi. – MəĢqlər zamanı süngər həmiĢə 

quru olurdu.  

Din ona açıq-aĢkar nifrətlə baxdı.  

–  Birisinin  sənə  iĢəməkdən  əvvəl  unitazın  qapağını  qaldırmaq 

lazım  olduğunu  deyənə  qədər  sən  neçə  il  onun  oturacağının  üstünə 

iĢəmisən? – deyə Din nərildədi.  

Persi  elə  ağzını  açıb  cavab  vermək  istəyirdi  ki,  mən  ona  ağzını 

bağlamasını əmr etdim. Nə qədər təəccüblü  olsa da, o mənim əmrimə 

iatət etdi. Mən Andersona tərəf döndüm.  

– Körtis, hər Ģeyi korlayan Persidir – bax, bu baĢ verib, hər Ģey 

açıq-aĢkar ortadadır. – Mən onun etiraz edəcəyini gözlədiyimdən, ona 

tərəf dönərək meydan oxuyurcasına düz onun gözlərinin içinə baxdım. 

Amma  o,  etiraz  etmədi,  yəqin  mənim  gözlərimdəki  ifadədən  baĢa 

düĢdü  ki,  bunu  etmək  onun  üçün  yaxĢı  olmaz.  Çünki  o  da  baĢa 

düĢməliydi  ki,  Andersonun  hər  Ģeyin  qərəzlə  edildiyini 

öyrənməsindənsə,  bunun  axmaq  bir  səhv  nəticəsində  baĢ  verdiyini 

eĢitməsi  Persi  üçün  daha  sərfəlidir.  Bundan  əlavə,  bu  tuneldə 



www.vivo-book.com 

 

364 



söylənilən  heç  bir  sözün  elə  də  böyük  əhəmiyyəti  yox  idi.  Persi 

Uetmorların  dünyasında  əhəmiyyət  daĢıyan  bir  Ģey  vardı,  o  da  vacib 

insanlara  yazılı,  ya  da  Ģifahi  Ģəkildə  hansı  məlumatlar,  özü  də  hansı 

tərzdə  çatdırılacaqdı.  Persilərin  dünyasında  vacib  olan  Ģey  bunun 

qəzetlərə hansı Ģəkildə düĢəcəyi idi.  

Anderson  nəzərlərini  tərəddüdlə  bizim  beĢimizin  də  üzündə 

gəzdirdi. O, hətta Delə də baxdı, lakin Del artıq danıĢmırdı.  

–  Məncə,  iĢlər  bundan  da  pis  ola  bilərdi,  –  deyə  nəhayət, 

Anderson dilləndi. 

– Hə, düz deyirsən, – deyə mən onun sözünü təsdiqlədim. – O, 

hələ də sağ qalmıĢ ola bilərdi. 

Körtis  çaĢqınlıqla  gözlərini  döydü:  deyəsən,  bu  fikir  heç  onun 

ağlına gəlməmiĢdi.  

–  Sabah  səhər  tezdən  bütün  baĢ  verənlər  haqqında  müfəssəl 

hesabat  mənim  masamın  üstündə  olmalıdır.  –  o  dedi.  –  Və  mən 

həbsxananın  rəisi  Mursla  danıĢmamıĢ,  sizlərdən  heç  kim  ona  bircə 

kəlmə də deməməlidir. DanıĢdıqmı?  

Hamımız  birlikdə  həvəslə  baĢımızı  yırğaladıq.  Əgər  bütün  baĢ 

verənlər haqqında həbsxananın rəisinə Anderson özü məlumat vermək 

istəyirsə, qoy elə də olsun, biz etiraz etmirik.  

–  Əlbəttə,  o  cızma-qaraçılar  öz  qəzetlərində  bu  haqda  yazıb 

hamıya car çəkməsələr... 




www.vivo-book.com 

 

365 



–  Onların  bu  haqda  yazacaqlarını  düĢünmürəm,  –  deyə  mən 

dilləndim.  –  Əgər  onlar  bir  Ģey  yazmağa  cəhd  eləsələr,  qəzetlərin 

redaktorları  bu  yazıları  çapa  buraxmazlar.  Ailə  arasında  oxunması 

üçün  çox  dəhĢətli  mövzudur.  Heç  yazmağa  cəhd  edəcəklərini  də 

düĢünmürəm,  çünki  bu  gecə  onların  arasında  yeni  heç  kim  yoxdu, 

hamısı  bu iĢin veteranları  idilər. Bəzən iĢlər tərs  də  gedə bilər.  Bunu 

bizim bildiyimiz kimi, onlar da baĢa düĢürlər.  

Anderson  mənim  dediklərimi  bir  müddət  düĢünəndən  sonra 

razılıqla  baĢını  yırğaladı.  Adətən,  gülərüzlü  olan  bu  adam  bu  dəfə 

üzündə nifrət ifadəsi ilə Persiyə tərəf döndü. 

–  Sən  balaca  və  murdar  əclafsan,  –  o  dedi,  –  və  səni  görən 

gözüm  yoxdu.  Persinin  üzündə  təəccüb  ifadəsi  ilə  ona  baxmasının 

cavabında,  o,  sadəcə,  baĢını  yırğaladı.  –  Əgər  sən  özün  kimi  ağciyər 

dostlarına  burada  baĢ  verənlər  haqqında  bir  söz  belə  desən,  dəvə 

incəlib  iynənin  boğazından  keçənədək  mən  bunu  inkar  edəcəyəm  və 

bu gördüyün uĢaqlar da mənim tərəfimdə olacaqlar. Sən özünü zibilə 

salmısan, övlad. 

O çevrildi və pilləkənlər ilə yuxarı qalxmağa baĢladı. Mən onun 

dörd pillə qalxmasına qədər gözlədim və sonra dedim: 

– Körtis? 

O, dinməzcə geri döndü və qaĢlarını çataraq sualedici nəzərlərini 

mənə zillədi. 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə