Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə86/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   82   83   84   85   86   87   88   89   ...   158

www.vivo-book.com 

 

342 



tərəf  baxmadı;  nə  Persi  vedrəyə  tərəf  əyiləndə  (o  bunu  elə  bir  tərzdə 

edirdi ki, biz onun aĢağıda nə etdiyini görə bilməyək), nə də o, qəddini 

düzəldib  artıq  içində  qəhvəyi  rəngli  dəyirmi  süngər  olan  dəbilqəni 

əlində  tutaraq  Delə  tərəf  dönəndə.  Brutus  Delin  üzünü  qapayan 

parçaya  baxır,  o,  nəfəs  alarkən  qara  ipək  parçanın  içəri  sovrularaq 

Delakruanın  açıq  ağzının  cizgilərini  büruzə  verməsinə  və  nəfəsini 

verərkən  isə  içi  hava  ilə  dolub  ĢiĢərək  onun  üzündən  uzaqlaĢmasına 

tamaĢa edirdi. Brutusun alnında və gicgahlarında iri tər damcıları gözə 

çarpırdı.  Əvvəllər,  edam  zamanı  onun  tərlədiyini  heç  vaxt 

görməmiĢdim.  Onun  arxasında  isə  Din  dayanmıĢdı,  onun  dalğın  və 

xəstə görkəmi vardı,  üzündəki ifadəni görəndə, mənə elə gəldi ki, elə 

bil ürəkbulanma tutmaları ilə mübarizə edirdi. O vaxt,  sən demə, biz 

hamımız  nəyinsə  yolunda  olmadığını  hiss  edirmiĢik,  bunu  mən  indi 

baĢa  düĢürəm.  Sadəcə,  məhz  nəyin  tərs  getdiyini  baĢa  düĢmüĢük. 

Persinin Cek Van Heyə verdiyi suallardan o vaxt heç birimizin xəbəri 

yoxdu.  Onun  verdiyi  sualların  sayı  çoxdu,  amma  düĢünürəm  ki,  o 

sualların  böyük  əksəriyyəti  onun  əsil  niyyətini  gizlətmək  üçün 

verilmiĢdi. Məncə Persini maraqlandıran bircə Ģey vardı, o da süngər 

idi.  Süngərdən  istifadənin  məqsədi.  O  nə  üçün  lazım  idi.  Nə  üçün 

süngəri duzlu suda islatmaq lazımdır... və əgər onu islatmasan, nə baĢ 

verər.  

Əgər süngər quru qalsa, nə olar. 




www.vivo-book.com 

 

343 



Persi  dəbilqəni  Delakruanın  gözünün  üstünə  qədər  basaraq 

geyindirdi.  Balaca  fransız  dartındı  və  yenə  inildədi,  özü  də  bu  dəfə 

daha  ucadan.  MüĢahidəçilərdən  bəziləri  öz  qatlanan  stullarında 

narahatlıqla  qurcalandılar.  Persinin  dəbilqənin  bağını  məhkumun 

çənəsinin  altında  bərkitməsinə  yardım  etmək  üçün  yarım  addım  irəli 

çıxanda, o, əlinin kəskin bir hərəkəti ilə Dinə “kənara çəkil” iĢarəsini 

verdi.  Növbəti  göy  gurultusunun  səsi  anbar  otağının  damını 

silkələyəndə, Din yüngülcə belini donqarlaĢdıraraq və səksənərək geri 

çəkildi.  Bu  dəfə  göy  gurultusundan  sonra,  damın  örtüyünə  çırpılan 

yağıĢ  damcılarının  səsi  eĢidildi.  YağıĢ  elə  Ģırıltı  ilə  yağırdı  ki, 

damcıların  səsi  elə  güclü  idi  ki,  sanki  kimsə  ovcuna  qoz  doldurub 

paltaryuyan taxtanın üstünə atırdı.  

Siz  yəqin  insanların  “damarımda  qanım  dondu”  ifadəsini 

iĢlətdiklərini eĢitmisiniz, elə deyilmi? Əlbəttə eĢitmisiniz. Hamımız bu 

ifadəni  eĢitmiĢik.  Mən  ömrümdə  bir  dəfə,  qulaqbatırıcı  göy 

gurultularının  səmanı  yarmağa  çalıĢdığı  həmin  o  gecə,  1932-ci  ilin 

Oktyabr gecəsindən səhərə bir neçə saniyə keçmiĢ, bu hissi öz içimdə 

hiss  etmiĢəm.  Məni  bu  hissi  yaĢamağa  məcbur  edən  üzünə  maska 

taxılmıĢ, baĢına dəbilqə geydirilmiĢ, əlləri və qolları qandallanmıĢ və 

Old  Sparkinin  qucağında  oturmuĢ  balaca  adamın  yanından 

uzaqlaĢarkən,  Persinin  üzündəki  zəhərli  zəfər  ifadəsi  deyildi;  mən 

bunu  görməli,  sezməli  idim,  amma  nə  gördüm,  nə  də  sezdim. 




www.vivo-book.com 

 

344 



Dəbilqənin  altından  Delakruanın  yanaqları  ilə  su  axmırdı.  Elə  həmin 

məqamda mən hər Ģeyi baĢa düĢdüm.  

–  Eduard  Delakrua,  –  deyə  Persi  sözə  baĢladı.  –  Ġndi  sənin 

bədənindən  elektrik  cərəyanı  keçiriləcək  və  Ģtatın  qanunvericiliyinə 

müvafiq olaraq, siz ölənə qədər bu davam edəcək.  

Mən içimdə elə əzabla Brutusa tərəf baxdım ki, bir vaxtlar mənə 

cəhənnəm  əzabı  verən  sidik  yolunun  infeksiyası  indi  mənə,  sadəcə, 

əzilmiĢ barmaq kimi göründü. “Süngər isladılmayıb!” – deyə mən səs 

çıxarmadan  dodaqlarım  ilə  ona  deməyə  çalıĢdım,  amma  heç  nə  baĢa 

düĢməyərək baĢını buladı və yenə balaca fransızın üzündəki maskaya 

baxmağa  baĢladı.  Fransız  isə  son  bir  neçə  nəfəsini  verib  almaqla  bu 

qara ipək parçanı gah içəri sovurur, gah da çölə üfürürdü.  

Mən əlimi Persinin dirsəyinə uzatdım, amma o, kənara çəkilərək 

məndən uzaqlaĢdı və küt baxıĢlarla məni süzdü. Bu bir anlıq baxıĢ olsa 

da, mən hər Ģeyi baĢa düĢmüĢdüm. Əlbəttə, sonra o öz  yalanlarını  və 

yarımhəqiqətlərini danıĢacaqdı və vacib insanlar da onun dediklərinin 

böyük  əksəriyyətinə  inanacaqdılar,  amma  mən  onun  gizlətdiyi 

hekayəni  artıq  dəqiq  bilirdim.  Persi  onu  maraqlandıran  bir  Ģeylə 

məĢğul  olanda,  çalıĢqan  Ģagird  olurdu.  Biz  bunun  belə  olduğunu 

məĢqlər zamanı baĢa düĢmüĢdük. Yəqin o, Cek Van Heyə duzlu su ilə 

isladılmıĢ süngərdən elektrik cərəyanını necə keçirdiyini və sonra onu 

necə  elektrik  gülləsinə  çevirərək  düz  beyinin  içinə  yönəltdiyini  izah 

edərkən  ona  diqqətlə  qulaq  asırmıĢ.  Bəli,  Persi  nə  etdiyini  çox  gözəl 



www.vivo-book.com 

 

345 



baĢa düĢürdü. Mən, hətta onun sonralar etdiyi əməlin bu qədər dəhĢətli 

olacağının  onun  ağlına  belə  gəlmədiyi  haqqında  dediklərinə  az  qala 

inanmıĢdım  da,  amma  yenə  də  onun  etdiklərini  yaxĢı  əməllər  və 

niyyətlər  siyahısına  salmaq  olmaz,  düz  demirəmmi?  Mən  bunun 

mümkün  olduğunu  düĢünmürəm.  Bununla  belə,  həbsxana  rəisinin 

köməkçisinin və ora toplaĢmıĢ bütün Ģahidlərin gözü önündə Cek Van 

Heyə  elektrik  cərəyanını  qoĢmamasını  qıĢqırmaqdan  baĢqa,  edə 

biləcəyim bir Ģey qalmamıĢdı. Əlavə beĢ saniyə vaxtım olsaydı, dəqiq 

bilirəm  ki,  qıĢqıracaqdım  da,  lakin  Persi  mənə  əlavə  beĢ  saniyəni  də 

vermədi.  

–  Qoy  Allah  özü  sənin  ruhuna  rəhm  eləsin,  –  deyə  o,  elektrik 

stulunda  oturub  qorxusundan  boğulmaq  üzrə  olan  fransıza  söylədi, 

sonra isə elektrik stulunun arxasındakı pəncərəyə tərəf baxdı. Harri ilə 

Cek  pəncərənin  arxasında  dayanıb  əmri  gözləyirdilər.  Cek  bir  əli  ilə 

üstündə  “Meyblın  saç  qurudanı”  yazılmıĢ  elektrik  açarından  tutaraq 

hazır  dayanmıĢdı.  Həmin  pəncərədən  sağ  tərəfdə  həkim  dayanmıĢdı. 

O,  həmiĢə  olduğu  kimi  dinməzcə  və  təmkinli  bir  Ģəkildə  nəzərlərini 

ayaqlarının  arasında  durmuĢ  balaca  qara  çantasına  zilləmiĢdi.  – 

Ġkincini qoĢ! 

Əvvəlcə,  qeyri  adi  heç  nə  baĢ  vermədi,  hər  Ģey  həmiĢə  olduğu 

kimi  görünürdü  – bircə  uğultu həmiĢə olduğundan bir qədər – amma 

sadəcə  bir  qədər  –  yüksək  idi.  Sonra,  əzələləri  sıxıldığından  Delin 

bədəni qeyri-ixtiyari irəli dartındı.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə