Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə81/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   77   78   79   80   81   82   83   84   ...   158

www.vivo-book.com 

 

322 



Persi bir söz demədən baĢını yırğaladı və mən də onun elektrik 

stulundan  durmasına  imkan  verdim.  O,  uniformasını  dartıĢdıraraq 

düzəltdi,  arxadan  Ģalvarını  içinə  saldı  və  darağı  ilə  saçlarını  daradı. 

Sonra isə baĢını qaldırıb bizə baxdı. 

– DanıĢdıq, mən razı. Sabah axĢam Delakruanın edamında öndə 

durub  sərəncamçı  olacam,  sabahısı  gün  isə  Briar  Ricə  keçirilməm 

haqqında ərizəmi müdiriyyətə təqdim edəcəyəm. Və biz həmin an hər 

Ģeyi bitirmiĢ sayacağıq. Bu sizi qane edirmi? 

– Qane edir, – onunla razılaĢdım. Onun üzündə hələ də bayaqkı 

ifadə  vardı,  amma  mən  rahatladığımdan,  buna  elə  bir  əhəmiyyət 

vermədim. 

O, əlini irəli uzatdı. 

– Hə, razısınızsa, əl sıxaqmı? 

Mən və Brutus onun əlini sıxdıq.  

Biz yenə də səfeh vəziyyətində qalmıĢdıq.  

 

 



 

 

 



4 

 

 




www.vivo-book.com 

 

323 



 

 

 



Ertəsi  gün  çox  isti  və  boğanaq  keçdi,  lakin  bu,  qəribə  oktyabr 

istisinin  son  günü  oldu.  Səhər  iĢə  gələndə,  haradasa  qərbdə,  göy 

guruldayırdı  və  qara  buludlar  yavaĢ-yavaĢ  sıxlaĢaraq  səmanı  tutmağa 

baĢlamıĢdı.  AxĢamtərəfi  buludlar  bir  qədər  alçalaraq  yer  üzünə 

yaxınlaĢdı  və  onların  qatlarının  arasından  yerə  tərəf  mavi-ağımtıl 

rəngli  ildırım  oxları  çıxmağa  baĢlamıĢdı.  AxĢam  saat  on  radələrində 

Trapenqus əyalətindən güclü qasırğa keçmiĢdi – Teftonda qasırğa dörd 

nəfərin ölümünə səbəb olmuĢ və ödəniĢli at tövləsinin damını qoparıb 

göyə  sovurmuĢdu  –  Kold  Mauntində  isə  tufan  və  fırtına  gücündə 

Ģiddətli küləklər əsmiĢdi. Edamdan bir neçə gün sonra ağlıma gəlmiĢdi 

ki,  bütün  bu  qorxunc  hava  Ģəraiti  ilə  göylər  bəlkə  də  Eduard 

Delakruanın dəhĢətli ölümünə qarĢı etiraz səsini ucaldırmıĢ.  

Əvvəlcə,  hər  Ģey  son  dərəcə  yolunda  gedirdi.  Delakrua  bütün 

gününü öz kamerasında çox sakit keçirmiĢdi: o, gah Mister Cinqlz ilə 

oynayır,  gah  da  çarpayısında  sakitcə  uzanıb  öz  dostunu  əzizləyirdi. 

Uorton bir neçə dəfə hay-küy salmağa cəhd elədi; əvvəlcə, Delakruaya 

qıĢqırdı  ki,  qoca  Laki  Pyer  cəhənnəmdə  “tustep”  rəqsini  oynayandan 

sonra  onlar  üçün  siçanburqerlər  hazırlayacaqlar,  lakin  balaca  fransız 

ona  heç  bir  cavab  vermədi  və  yəqin  Uorton  da  etdiyi  bu  zarafatdan 

daha zərifini edə bilməyəcəyini düĢündü və təslim olaraq susdu.  




www.vivo-book.com 

 

324 



Saat  on  birə  on  beĢ  dəqiqə  iĢləmiĢ  ġuster  ata  gəldi  və  “Bizim 

Atamız” duasını Delakruaya fransız dilində oxuyacağını deyərək, bizi 

əməlli-baĢlı  sevindirdi.  Bu  bizə  yaxĢı  əlamət  kimi  gəldi.  Əlbəttə  ki, 

belə düĢünməkdə çox yanılmıĢmıĢıq.  

Təxminən saat on bir radələrində edamın Ģahidləri də toplaĢmağa 

baĢladılar, onların əksəriyyəti bir-biri ilə asta səslə gözlənilən pis hava 

Ģəraiti  və  elektrik  təminatında  olan  qeyri-müntəzəmlik  səbəbi  ilə 

edamın  təxirə  salına  biləcəyi  haqqında  danıĢırdı.  Yəqin  onlar  Qoca 

Qığılcımın  enerjini  generatordan  almasını  və  əgər  ildırım  birbaĢa 

generatoru  vurmazsa,  Ģounun  istənilən  hava  Ģəraitində  davam 

edəcəyini  bilmirdilər.  Həmin  gecə  Harri  aparat  otağında  idi  və  buna 

görə də o, Billi Doc və Persi təĢrifat məmurları kimi çıxıĢ edəcək və 

edama  tamaĢa  etməyə  gələn  adamları  öz  yerlərinə  qədər  müĢayiət 

edib,  onlardan  sərinləĢdirici  içkilər  istəyib-istəmədiklərini  soruĢmalı 

olacaqdılar.  Edam  mərasimində  iki  qadın  da  iĢtirak  edirdi,  onlardan 

biri  Delakruanın  zorlayaraq  qətlə  yetirdiyi  qadının  bacısı,  ikincisi  isə 

yanğında həlak olan qurbanlardan birinin anası idi. Ġkincisi iri əndamlı, 

solğun bənizli və üzündən qətiyyətli  olduğu oxunan bir xanım idi. O 

xanım Harri Tervillegerə demiĢdi ki, edamına baxmağa gəldiyi adamın 

onu  gözləyən  cəzadan  qorxmuĢ  birisi  olduğunu  ümid  edir  və  bir  də 

söyləmiĢdi  ki,  edam  ediləcək  bu  adamın  onun  üçün  hazırlanmıĢ 

cəhənnəm  sobalarındakı  alovdan  və  iblisin  əlaltılarının  onu 




www.vivo-book.com 

 

325 



gözlədiyindən  xəbəri  var.  Sonra  o,  göz  yaĢlarını  tuta  bilməyərək 

ağlamıĢ və üzünü balıĢ üzü boyda krujeva dəsmalla qapamıĢdı.  

Qulaqbatırıcı göy gurultusu eĢidildi, dəmir dam bu səsi yüngülcə 

boğsa  da,  səs  çox  bərk  gəldi.  Otaqda  toplaĢan  insanlar  baĢlarını 

qaldırıb  narahatlıqla  ora-bura  baxdılar.  Belə  gec  saatda  qalstuk 

vurduqlarından  özlərini  narahat  hiss  edən  kiĢilər  tərləyərək  qızarmıĢ 

yanaqlarını silirdilər. Bura anbar otağındakı mavi manqaldan daha isti 

idi.  Əlbəttə  ki,  bütün  nəzərlər  indi  Qoca  Qığılcıma  dikilmiĢdi.  Onlar 

həftənin  əvvəlində  bu  mərasim  haqqında  müxtəlif  zarafat  edib  gülə 

bilərdilər,  amma  həmin  axĢam  saat  təxminən  on  bir  otuzda  bütün  bu 

zarafatlar  artıq  eĢidilməz  olmuĢdu.  Mən  öz  hekayəmə  bu  palıd  stula 

həqiqətən  oturmalı  olan  insanların  yumor  hissinin  bir  anda  necə 

buxarlanıb  yoxa  çıxdığı  haqqında  danıĢmaqla  baĢlamıĢdım,  lakin  bu 

mütləq  an  gəlib  çatanda  üzlərindən  təbəssümlərin  silindiyi  insanlar 

yalnız ölümə məhkum edilmiĢlər olurdu.  

Öz platformasının üstündə bir növ yerə çökmüĢ kimi görünən bu 

stulun  ayaqlarının  hər  iki  tərəfindən  kənara  uzanan  buxovlar  vardı, 

sanki  iflic  vurmuĢ  birisinin  geyinməsi  üçün  ora  taxılmıĢdılar. 

Otaqdakılar daha demək olar ki, söhbət eləmirdilər və birdən yenə göy 

gurultusunun  qulaqbatıran  səsi  eĢidiləndə,  elə  bil,  nəhəng  bir  ağac 

çartıltı  ilə  sınaraq  yerə  çırpıldı.  Delakruanın  qurbanının  bacısı  hətta 

qorxusundan boğuq səslə qıĢqırdı da. ġahidlər bölməsində öz yerini ən 

axırıncı tutan isə həbsxananın rəisini əvəz edən Körtis Anderson oldu.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə