Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə71/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   67   68   69   70   71   72   73   74   ...   158

www.vivo-book.com 

 

282 



–  Hə,  –  deyə  bir  an  belə  tərəddüd  etmədən  cavab  verdim  və 

içimdə  Allahdan  Brutusu  hifz  eləməsini  dilədim.  –  Hə,  Tallahassidə, 

düz deyirsən. Ġtlər Universitetindən sonra düz yolun üstündə. – Mənim 

sözlərimi eĢidəndə, Brutusun dodaqları səyridi. Və mənə elə gəldi ki, 

elə indicə o, uğunaraq hər Ģeyi korlayacaq. Lakin tez özünü ələ aldı və 

baĢını  yırğalayaraq  mənimlə  razılaĢdı.  Təsəvvür  etdim  ki,  Ġtlər 

Universiteti dediyim üçün Brutus sonra mənim payımı necə verəcək.  

Bu dəfə Del makaranı atmadı, baxmayaraq ki, Mister Cinqlz ön 

pəncələrini  havaya  qaldırıb  Delakruanın  Ģap-Ģuplarının  üstündə 

dayanmıĢdı və növbəti dəfə makaranı qovmaq üçün fürsət gözləyirdi. 

Balaca  fransız  aramsız  olaraq  nəzərlərini  gah  mənə,  gah  da  Brutusa 

çevirirdi.  

– Bəs, Mausvilldə onlar nə ilə məĢğuldurlar?  – deyə həyəcanla 

soruĢdu. 

– Sən necə fikirləĢirsən, onlar Mister Cinqlzı qəbul edərlərmi? – 

Brutus  Delakruanın  sualını  qulaqardına  vuraraq  məndən  soruĢdu,  elə 

bil, Delin dediklərini heç eĢitməmiĢdi. – Səncə, Mister Cinqlzda onlara 

lazım olan keyfiyyətlər varmı, Pol? 

Mən özümü fikirli göstərməyə çalıĢdım. 

–  Bilirsənmi,  –  deyə  nəhayət,  sözə  baĢladım.  –  Bu  haqda 

düĢündükcə, bu fikir mənim daha çox xoĢuma gəlir. – Gözümün ucu 

ilə  gördüm  ki,  Persi  YaĢıl  Mil  ilə  (Uortonun  kamerasnıdan  gen 

keçərək) bizə tərəf yolun yarısını gəlib. O, bir çiyini ilə boĢ kameranın 



www.vivo-book.com 

 

283 



barmaqlığına  söykənərək  üzündə  həqarət  dolu  təbəssümlə  bizə  qulaq 

asırdı. 


– Bir mənə deyin görüm, “Mausvill” dediyiniz o Ģey nədir axı? – 

Del bu dəfə səbrini basa bilməyərək böyük maraqla soruĢdu.  

– Turistlər üçün bir növ attraksiondur, bunu sənə demiĢdim axı, 

– deyə Brutus cavab verdi. – Orada, nə bilim axı, yəqin ki, yüzə yaxın 

siçan olar. Sən necə düĢünürsən, Pol?  

– Ġndi bəlkə də yüz əlli olar, – deyə onun sözünü təsdiqlədim. – 

Son  dərəcə  populyardırlar.  EĢitdiyimə  görə,  onlar  birini  də 

Kaliforniyada  açmaq  və  adını  da  “Mausvill  Uest”  qoymaq  istəyirlər. 

Odur ki, bu biznesin çiçəkləndiyinə Ģübhəm yoxdur. EĢitdiyimə görə, 

təlim  keçmiĢ  siçanlara  indi  böyük  maraq  var,  amma  bunun  səbəbini 

baĢa düĢə bilmirəm.  

Del  əlində  əlvan  rəngli  makara  ilə  oturub  heyrətlə  bizə  baxırdı, 

deyəsən, indi o, müvəqqəti də olsa, öz taleyini belə yaddan çıxarmıĢdı.  

– Onlar yalnız ən ağıllı siçanları qəbul edirlər, – Brutus ciddi bir 

görkəmlə xəbərdarlıq etdi. – Yalnız müxtəlif oyunlardan çıxa bilənləri, 

fəndlər  göstərən  siçanları.  Hə,  onu  da  deyim  ki,  ağ  siçanları 

götürmürlər, çünki onlar mağazalarda satılır.  

–  Hə,  onlar  zoomağazada  satılan  siçanlardır,  –  deyə  Delakrua 

həyəcanla bağırdı. – Onları görən gözüm yoxdu.  

–  Hə,  bir  də  onların...  –  Brutus  sakitləĢmək  bilmirdi,  yəqin  ki, 

deyəcəklərini xəyalında canlandırdığından, onun gözləri yol çəkirdi, – 



www.vivo-book.com 

 

284 



onların,  necə  deyim,  bir  cür  çadırları  da  var,  adamlar  onun  içinə 

girirlər...  

– Hə, hə! Sirkdə olduğu kimi! Ġçəri girmək üçün pul ödəmək də 

lazımdımı? 

–  Sən  məni  ələ  salmısan,  nədir?  Əlbəttə,  içəri  girmək  üçün  pul 

ödəməlisən.  Böyüklər  üçün  adambaĢına  on  sent,  uĢaqlar  üçün  isə  iki 

sent.  Ġçəridə  bakelit  qutularından  və  tualet  kağızı  rulonlarında 

düzəldilmiĢ bütöv bir Ģəhər var və içəridə nə baĢ verdiyini insanların 

görə  bilməsi  üçün  binaların  pəncərələrinin  ĢüĢələri  də  jelatindən 

hazırlanıb.  

–  Hə!  Hə!  –  Delakrua  eĢitdiklərindən  vəcdə  gəlmiĢdi.  Sonra 

mənə tərəf dönüb dedi: – Jelatin nədir? 

– Sobanın qapısındakı ĢüĢə kimi, baxanda içərisi görünür, – deyə 

cavab verdim. 

–  Əlbəttə,  hə!  O  zibili  deyirsən!  BaĢa  düĢdüm.  –  Söhbətinə 

davam etməsi üçün o, Brutusa tərəf əlini yellədi. Delakrua əlini havada 

yellədərkən,  onun  əlindəki  makaranı  gözdən  itirməmək  üçün  Mister 

Cinqlzın düyməyə oxĢayan yumru, qara gözləri az qaldı hədəqəsindən 

çıxsın.  Kənardan  bu  mənzərə  çox  gülməli  görünürdü.  Persi  bir  qədər 

də  yaxına  gəldi,  sanki  nəyisə  daha  yaxĢı  görmək  istəyirdi.  Onun 

yaxınlaĢdığını  görəndə  Con  Koffinin  üz-gözünü  turĢutması 

nəzərimdən  qaçmasa  da,  Brutusun  təxəyyülündə  canlandırıb  bizə 

danıĢdığı  Ģeylər  məni  elə  özünə  çəkmiĢdi  ki,  Con  Koffinin  qaĢlarını 



www.vivo-book.com 

 

285 



çatmasına  heç  bir  əhəmiyyət  vermədim.  Ölümə  məhkum  edilmiĢ 

birisinin istədiyi Ģeylərin deyilməsi yeni zirvələrə yüksəlmiĢdi və mən 

Brutusun fantaziyasına heyran qalmıĢdım, inanın ki, səmimi sözümdü.  

–  Hə,  –  deyə  Brutus  sözünə  davam  etdi.  –  Həmin  yer  siçanlar 

Ģəhərciyidir,  lakin  uĢaqların  ən  çox  bəyəndiyi  yer  isə  “Mausvillin 

bütün ulduzları” adlı sirkdir. Burada siçanlar trapesiyalarda – iki ipdən 

asılmıĢ  ağacdan  ibarət  idman  alətlərində  –  yellənir,  kiçik  çəlləkləri 

diyirlədir və xırda pulları bir-birinin üstünə yığırlar... 

–  Hə,  bax  elə  bizə  lazım  olan  da  budur!  Mister  Cinqlza  lazım 

olan  yer  elə  budur!  –  Delakrua  həyəcanlı  Ģəkildə  dedi.  Onun  gözləri 

həyəcandan  parıldayırdı,  yanaqları  isə  azacıq  qızarmıĢdı.  Bir  anlıq 

mənə elə gəldi ki, Brutus Hovell, sadəcə, övliyadır. – Sən sirkdə çıxıĢ 

edəcəksən,  Mister  Cinqlz!  Floridada  siçan  Ģəhərində  yaĢayacaqsan! 

Jelatin pəncərəli evlərdə! Urra! 

O,  əlindəki  makaranı  bu  dəfə  daha  zərblə  atdı.  Makara  divarın 

aĢağı  hissəsinə  zərblə  çırpılandan  sonra  çox  uzağa  sıçrayaraq 

kameranın  qapısının  dəmir  barmaqlığının  arasından  YaĢıl  Milə 

diyirləndi.  Bunu  görən  Mister  Cinqlz  dərhal  onun  arxasınca  Ģığıdı. 

Persi də bunun əla bir fürsət olduğunu baĢa düĢmüĢdü.  

– Dur, eləmə, ay axmaq! – deyə Brutus bağırdı, lakin Persi ona 

əhəmiyyət vermədi. Mister Cinqlz elə yenicə makaranı haqlamıĢdı ki, 

– bütün fikri makara ilə məĢğul olduğundan, siçan köhnə düĢməninin 

yaxınlıqda olduğunu görə bilmədi – Persi özünün ağır, qara ayaqqabısı 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə