Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə73/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   69   70   71   72   73   74   75   76   ...   158

www.vivo-book.com 

 

290 



xoĢum gəlir. Xüsusilə də səhər vaxtı – hətta mənim kimi yıpranmıĢ bir 

qoca üçün də gözəl imkanlar vəd edən yeni bir gün baĢlayarkən.  

Gəzintiyə  çıxmazdan  əvvəl  mətbəxdən  keçib  gözləri  hələ  də 

yuxulu  olan  aĢpazların  birindən  iki  tikə  qızardılmıĢ  çörək  istədim  və 

sonra  bayıra  çıxdım.  Mən  kroket  meydançasından,  sonra  isə  ətrafını 

alaq otları basmıĢ balaca qolf oyuğunun yanından keçdim. Meydança 

bitəndən  sonra  balaca  meĢə  baĢlayırdı,  qarĢıda  tərk  edilmiĢ  və  yavaĢ-

yavaĢ  dağılmaqda  olan  iki  sarayın  arasından  burularaq  meĢənin  içinə 

dar bir cığır gedirdi. Mən yağıĢ damcılarının Ģam ağaclarına çırpılaraq 

çıxardığı  qulaq  oxĢayan  səsini  dinləyə-dinləyə  və  əlimdəki  qızarmıĢ 

çörəklərdən birini ağzımda qalmıĢ bir-iki diĢimlə çeynəyə-çeynəyə bu 

cığırla irəlilədim. Ayaqlarım sızıldayırdı, amma bu ağrı elə də Ģiddətli 

olmadığından,  dözmək  mümkün  idi.  Bu  ağrıları  nəzərə  almasaq, 

ümumiyyətlə, özünü  yaxĢı  hiss edirdim. Mən nəmli  havanı,  mümkün 

olduqca, ciyərlərimin dərinliyinə çəkir və onu qida kimi qəbul edirdim.  

Yolumun  üstündəki  köhnə  saraylardan  ikincisinə  çatanda  qısa 

müddətə  onun  iĢçinə  girdim  və  öz  balaca  ehtiyacımı  ödədim. 

Təxminən iyirmi dəqiqədən sonra cığırla geri qayıdanda qarnımda baĢ 

qaldırmıĢ  aclıq  qurdunun  tərpəniĢlərini  hiss  etməyə  baĢlamıĢdım. 

DüĢündüm  ki,  qızardılmıĢ  çörəkdən  daha  tutumlu  bir  Ģey  yemək  pis 

olmazdı.  Bəlkə,  bir  boĢqab  yulaf  sıyığı,  ya  da  yanında  sosiska  ilə 

qayğanaq.  Sosiskanı  xoĢlayıram,  həmiĢə  xoĢlamıĢam,  lakin  indi  bir 

dənədən  artıq  yesəm,  mədəm  pozulur.  Lakin  birini  yesəm,  heç  nə 



www.vivo-book.com 

 

291 



olmaz. Mədəm  dolandan və ciyərlərimə  çəkdiyim  nəm  və təmiz hava 

beynimi təmizləyəndən (ya da mən buna ümid edirdim) sonra aĢağıya, 

solarium otağına enib Eduar Delakruanın edamı haqqında yazacağam. 

Bu  hissəni,  mümkün  olduqca,  sürətlə  yazmağa  çalıĢacağam  ki, 

cəsarətimi itirməyim. 

Kroket  meydançasından  mətbəxə  tərəf  gedərkən  düĢüncələrim 

Mister  Cinqlz  ilə  məĢğul  idi  –  mən  Persi  Uetmorun  onun  üstünə 

basaraq  belini  necə  qırdığı  və  düĢməninin  etdiyi  əməli  görəndə, 

Delakruanın  dəlicəsinə  necə  hayqırdığı  haqqında  düĢünürdüm  –  və 

zibil  konteynerinin  yanında  yarımgizli  Ģəkildə  dayanmıĢ  Bred  Dolan 

əlini uzadıb biləyimdən yapıĢanadək onu görmədim.  

–  Bir  az  gəzməyəmi  çıxmıĢdın,  Poli?  –  deyə  soruĢdu.  Mən 

səksənərək kənara atıldım və əlimi onun  əlindən dartaraq azad etdim. 

Bunun səbəbi, əslində, onun qəfildən danıĢaraq məni diksindirməsi idi, 

bu gözlənilməz olmuĢdu – qəfil bir səs eĢidən hər kəs səksənə bilər, – 

lakin mənim ondan belə kənara atılmağımın yeganə səbəbi bu deyildi. 

Həmin  vaxt  mən  məhz  Persi  Uetmor  haqqında  düĢünürdüm,  yəqin 

yadınızdadır. Bred Dolan da mənə onu xatırladırdı. Bunun bir səbəbi 

də Bred Dolanın həmiĢə cibində balaca kitab gəzdirməsi (Persi özü ilə 

həmiĢə kiĢilər üçün macəra jurnalları gəzdirirdi, Bred Dolan isə yalnız 

axmaq  və  qəlbiqaralar  üçün  gülməli  olan  səfeh  lətifələr  kitabı)  və 

özünü Nəcis Dağının Nəcis Kralı zənn etməsi və həm də – özü də ən 




www.vivo-book.com 

 

292 



əsası,  –  onun  məkrli  bir  qorxaq  olması  və  insanlara  pislik  etməkdən 

həzz alması idi.  

Mən  gördüm  ki,  o,  iĢə  yenicə  baĢlayıb  və  hətta  ağ  xalatını  belə 

geyməyə  macal  tapmayıb.  Onun  əynində  cins  Ģalvar  və  qərb  tərzində 

keyfiyyətsiz  parçadan  tikilmiĢ  köynək  vardı,  bir  əlində  mətbəxdən 

götürdüyü  daniĢ  (düzlü  xəmirdən  biĢirilmiĢ  pirojna  –  tərcüməçidən

pirojnasının qalıqlarını tutmuĢdu. O, karnizin altında dayanıb pirojnanı 

yeyirdi, – yəqin yağıĢda islanmamaq üçün, bir də məni güdmək üçün, 

indi buna tam əminəm. Bir Ģeydən də  əminəm: özümü qorumaq üçün 

mister  Bred  Dolan  ilə  ehtiyatlı  davranmalıyam.  Onun  məndən  heç 

xoĢu gəlmir. Bunun səbəbi mənə aydın deyil, necə ki, Persi Uetmorun 

Delakruadan  nə  üçün  xoĢu  gəlmədiyinin  səbəbi  heç  vaxt  mənə  aydın 

olmayıb. “XoĢu gəlmir!” – çox yumĢaq ifadədir. Balaca fransız YaĢıl 

Milə gəldiyi ilk andan etibarən Persi bütün qəlbi ilə Delakruaya nifrət 

edirdi.  

– Bu nə plaĢdır belə, çiyninə atmısan, Poli? – deyə Bred mənim 

yaxalığımı silkələyərək soruĢdu. – Bu sənin plaĢın deyil. 

– Bunu dəhlizdən, mətbəxin  yanındakı asılqandan götürmüĢəm, 

–  deyə cavab verdim. O məni  Poli deyə çağıranda acığım tuturdu və 

məncə,  o  da  bunu  bilirdi.  Əgər  bunu  büruzə  verib,  onun  məmnun 

etsəm,  qoy  mənə  də  Pol  deməsinlər.  –  Orda  bunlardan  bir  anbardı. 

Mən  ki  bunun  heç  bir  yerini  xarab  eləməmiĢəm,  sən  də  razılaĢarsan, 

elə deyilmi?! Hara fırlatsan, onları yağıĢ üçün hazırlayıblar.  



www.vivo-book.com 

 

293 



–  Amma  onları  sənin  üçün  hazırlamayıblar,  Poli,  –  o,  bir  də 

mənim  yaxalığımı  dartıĢdırdı  və  əli  ilə  yüngülcə  çiynimə  vurdu.  – 

Məsələ  də  elə  bundadır.  Yağmurluqlar  buranın  iĢçiləri  üçün  nəzərdə 

tutulub, burada yaĢayanlar üçün yox.  

– Mən yenə də baĢa düĢə bilmirəm ki, bundan kim ziyan çəkib.  

Onun üzündə güclə sezilən hiyləgər bir təbəssüm göründü.  

–  Məsələ  kimin  zərər  çəkməsində  deyil.  Söhbət  qaydalardan 

gedir.  Qaydalar  olmasaydı,  həyatımız  nəyə  bənzəyərdi?  Poli,  Poli, 

Poli.  –  O,  baĢını  elə  yırğaladı  ki,  sanki  bircə  məni  görməsi  onu 

həyatdan  küsdürməyə,  yaĢamaq  arzusunu  söndürməyə  kifayət  idi.  – 

Yəqin  elə  düĢünürsən  ki,  sənin  kimi  qoca  əntərlər  daha  qaydalara 

məhəl  qoymaya  bilərlər,  amma  deyim  ki,  tamamilə  səhv  düĢünürsən, 

Poli.  

Üzümə gülümsəyir. Məndən zəhləsi gedir. Bəlkə də mənə nifrət 



edir. Niyə axı? Bunun səbəbini bilmirəm. Bəzən “niyə” sualının cavabı 

olmur. Qorxulu olan da elə budur.  

–  YaxĢı,  əgər  qaydaları  pozmuĢamsa,  sizdən  üzr  istəyirəm,  –  

dedim.  Üzr  istəyərkən,  səsim  bir  az  yazıq  və  qorxmuĢ  adamın  səsi 

kimi  çıxdı.  Səsimin  belə  aciz  çıxmasına  görə  özümə  nifrət  edirdim, 

lakin  mən  qoca  bir  adamam  və  qocaları  qorxutmaq,  onları  küncə 

sıxıĢdırmaq çox asandır.  

Bred baĢını yırğaladı.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə