www.vivo-book.com
142
uzatdı və bir əli Persinin Ģalvarının önünə sürtüldü. Bu, tam bir təsadüf
idi.
– Persi bunun təsadüf olduğunu baĢa düĢmüĢdümü, necə
düĢünürsən? – soruĢdum. – Səncə, ola bilərmi ki, bütün bunları o,
sadəcə Delakruanın üstünə xoruzlanmaq, onu bir qədər əziĢdirmək və
bir də ona burada kimin ağa olduğunu göstərmək istədiyindən,
yalandan uydurmuĢ olsun?
Brutus razılıq əlaməti olaraq yavaĢca baĢını yırğaladı.
– Hə, düĢünürəm ki, elə belə də olub.
– Əgər elədirsə, biz ona göz qoymalıyıq, – deyə barmaqlarımla
saçlarımı daradım. Elə bil baĢqa dərd-sərimiz az idi. – Aman Allah,
hər Ģeydən necə də bezmiĢəm. Elə o da məni cana yığıb.
– Hə, mən də bezmiĢəm. Bir də bilirsənmi nə var, Pol? Onu
qətiyyən baĢa düĢə bilmirəm. Gözəl əlaqələri var, baĢa düĢürəm,
buracan problem yoxdur. BaĢa düĢmədiyim baĢqa Ģeydir – niyə bu cür
əlaqələri Ģtatın baĢqa müəssisəsində deyil, məhz bu lənətə gəlmiĢ YaĢıl
Mil kimi bir yerdə iĢə düzəlmək üçün istifadə etsin, axı? Niyə Ģtatın
senatında dövlət qulluqçusu kimi, ya da qubernatorun görüĢlərini təyin
edən bir iĢçi kimi iĢə düzəlməsin? Əminəm ki, əgər o, qohumlarından
bunu xahiĢ etsəydi, ona daha yaxĢı bir iĢ tapa bilərdilər. YaxĢı, bəs
onda nə üçün məhz buranı seçib?
www.vivo-book.com
143
Mən yalnız baĢımı buladım, çünki bunun səbəbini bilmirdim. O
vaxt mənim bilmədiyim çox Ģeylər vardı. Yəqin o vaxt mən, sadəcə,
sadəlövh idim.
8
Ondan sonra hər Ģey yenidən qaydasına düĢdü... ən azından bir
müddət. Qraflığın inzibati mərkəzində Con Koffinin məhkəməsinə
hazırlıq iĢləri gedirdi və Trapinqus qraflığının Ģerifi Homer Kribus
Linç mühakiməsinin ədliyyə sistemini sürətləndirə biləcəyi ideyası
haqqında boĢ ĢiĢirtmə sözlər danıĢırdı. Bütün bunlar bizim vecimizə
deyildi; “E” blokunda heç kim yeniliklərə elə bir əhəmiyyət vermirdi.
YaĢıl Mildə həyat bir növ səs keçirməyən otaqdakı həyatı xatırladırdı.
VaxtaĢırı bizim blokun xaricindəki dünyada bəlkə də partlayıĢlar olan
boğuq səslər eĢitmək mümkün idi, vəssalam. Con Koffinin iĢi ilə bağlı
onlar yəqin ki, tələsməyəcəkdilər, çünki bu cinayəti məhz onun
törətdiyinə əmin olmaq istəyirdilər.
Persi Delakruanı yenə də bir-iki dəfə incitdi. Bunu görəndə mən
onu bir kənara çəkdim və dedim ki, kabinetimə gəlsin. Bu, Persi ilə
onun davranıĢı haqqında nə birinci, nə də sonuncu söhbət oldu. Lakin
məni bu söhbətlərə sövq edən Ģey Persinin necə bir hərif olduğunu
www.vivo-book.com
144
aydın Ģəkildə baĢa düĢməm idi. Onun köksündə heyvanlara baxmaq
üçün deyil, onların qəfəslərinə daĢ atmaq üçün zooparka gedən qəddar
bir oğlan uĢağının qəlbi döyünürdü.
– Ondan uzaq dur, adamı rahat burax, dərhal, məni baĢa
düĢdünmü? – dedim. – Əgər sənə ora yaxınlaĢmağın üçün xüsusi bir
tapĢırıq verməsəm, kameraya yaxınlaĢma!
Persi əvvəlcə barmaqları ilə saçlarını geri daradı, sonra isə öz
yumĢaq və balaca əlləri ilə onları ehmallıca oxĢadı. Bu adamın öz
saçlarına toxunmaqdan yaman xoĢu gəlirdi.
– Mən onu incidəcək heç nə etmirdim, – Persi cavab verdi. –
Sadəcə, soruĢdum ki, balaca uĢaqları yandıranda hansı hissləri
keçirirdi, vəssalam. – Persi gözlərini geniĢ açaraq məsum baxıĢlarını
mənə zillədi.
– Sənə deyirəm, əgər buna son qoymasan, raport yazmalı
olacağam, – deyə onu hədələdim.
– Nə yazırsan, yaz! – deyə gülərək cavab verdi. – Sonra da mən
öz raportumu yazaram, bura ilk gəldiyim gün sənə dediyim kimi. Onda
baxarıq, kim qalib gələcək.
Əllərimi masanın üstünə dayayaraq irəli əyildim və gizli bir sirri
açan dost kimi səslənəcəyinə ümid etdiyim bir tonla danıĢmağa
baĢladım.
– Brutus Hovellin səndən heç xoĢu gəlmir, – deyə astadan
pıçıldadım. – Hamıya da bəllidir ki, onun kimdənsə xoĢu gəlməyəndə,
www.vivo-book.com
145
öz raportunu yazır. Onu da deyim ki, onun qələmlə heç arası yoxdur
və öz karandaĢını yalamaqdan heç cür əl çəkə bilmir, ona görə də
Brutus öz raportlarını yumruqları ilə yazmağa üstünlük verir. Əminəm,
mənim nə demək istədiyimi baĢa düĢürsən.
Persinin üzündəki özündənrazı və təkəbbürlü təbəssüm anında
yox olub getdi.
– Sən bununla nə deməyə çalıĢırsan?
– Mən heç nə deməyə çalıĢmıram. Demək istədiyimi artıq
dedim. Əgər aramızda olan bu söhbəti öz dostlarına ümumiyyətlə,
kiməsə desən, deyəcəyəm ki, sən bunları özündən uydurmusan. –
Onunla danıĢarkən gözlərinin düz içinə baxırdım. – Əlavə edim ki,
səninlə dost olmağa çalıĢıram, Persi. Deyirlər, arifə bir iĢarə kifayətdir.
Hər Ģey bir yana, de görüm, Delakruaya görə özünə problem yaratmaq
sənin nəyinə lazımdır, axı? Məncə, o, buna dəymir.
Persi ilə elədiyim bu söhbət bir müddət iĢə yaradı. Sülh bərqərar
olmuĢdu. Mən hətta Din və Harri ilə birlikdə Delakruanı hamama
müĢayiət etməsi üçün Persini də göndərə bildim. AxĢamlar radio
oxuyurdu, Delakrua da “E” blokunun gündəlik rejiminə uyğunlaĢaraq
yavaĢ-yavaĢ özünə gəlməyə baĢlamıĢdı; korpusumuzda əmin-amanlıq
hökm sürürdü.
Lakin bir axĢam onun bərkdən güldüyünü eĢitdim.
Elə bu dəmdə növbətçi masasının arxasında oturmuĢ Harri
Tervilliger də gülməyə baĢladı. Delakruanı güldürən Ģeyin nə
Dostları ilə paylaş: |