Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə44/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   40   41   42   43   44   45   46   47   ...   158

www.vivo-book.com 

 

174 



nəticə  çıxarmaq  iqtidarında  deyil.  Persinin  edə  biləcəyi  yeganə  Ģey 

qaĢqabağını  salladıb  acıqlı-acıqlı  bir  küncdə  oturmaqdır,  çünki  yenə 

boğazadək zibilə düĢüb.  

Azğın  Billi  Uortonu  həbsxanaya  gətirmək  üçün  Ġndianolaya 

yeddi nəfər getmiĢdi: Harri, Din, Persi, arxada baĢqa iki nəzarətçi (indi 

xatırlaya bilməsəm də, bir vaxtlar onların adlarını bildiyimə əminəm) 

və daha iki nəfər öndə. Onlar bizim “Dilican” adlandırdığımız maĢınla 

getmiĢdilər  –  gövdəsi  poladla  gücləndirilmiĢ  və  güllə  keçirməyən 

ĢüĢələrlə təchiz edilmiĢ “Furqon  Ford”la. Avtomobil  məhbus daĢıyan 

polis maĢını ilə zirehli avtomobilin qarıĢığına bənzəyirdi.  

Harri  Tervilliger  bu  ekspedisiyanın  rəhbəri  idi.  O  özü  ilə 

gətirdiyi  sənədləri  qraflığın  Ģerifinə  verdi  (Homer  Körbisə  yox,  onun 

kimi  yontalanmamıĢ  baĢqa  bir  əbləhə),  o  da  öz  növbəsində  mister 

Uilyam  Uortonu,  Delakruanın  dili  ilə  desək,  müstəsna  qalmaqalçını, 

fitnəkarı  onlara  təhvil  verdi.  Kold  Mauntin  həbsxanasının  məhbuslar 

üçün  uniforması  öncədən  ora  göndərilsə  də,  Ģerif  və  onun  adamları 

Uortona  bu  formanı  geyindirmək  haqqında  düĢünmək  əziyyətinə 

qatlaĢmamıĢdılar; bu iĢi bizim uĢaqların öhdəsinə buraxmıĢdılar. Onlar 

Uilyam  Uortonu  ilk  dəfə  Mərkəzi  Xəstəxananın  ikinci  mərtəbəsində 

görəndə,  onun  əynində  pambıq  parçadan  xəstəxana  pijaması, 

ayaqlarında  isə  ucuz  keçə  Ģap-Ģuplar  vardı.  Onun  arıq  bədəni,  dar 

sızanaqlı  üzü  vardı:  gur,  sarıĢın,  uzun  və  dolaĢıq  saçları  səliqəsiz 

Ģəkildə çiyinlərinə tökülmüĢdü. Bir balaca aĢağı sürüĢmüĢ pijamasının 



www.vivo-book.com 

 

175 



arxasında  onun  arıq  və  sızanaqlarla  dolu  sağrısı  görünürdü.  Harri  və 

baĢqalarının  ilk  gördükləri  Ģey  onun  bu  hissəsi  oldu,  çünki  onlar 

xəstəxanaya  gələndə  Uorton  pəncərənin  yanında  dayanıb  avtomobil 

dayanacağına 

baxırdı. 

Uortona 


həbsxana 

paltarlarını 

geyindirmədiklərinə  görə  Harri  qraflığın  Ģerifini  danlayarkən  və 

qraflığın  Ģerifi  də  –  mənim  tanıdığım  bütün  qraflıq  rəsmiləri  kimi  – 

Harriyə  nəyin  onun  vəzifəsi  olduğuna,  nəyin  isə  onun  vəzifəsi 

olmadığına dair mühazirə oxuyarkən, Uorton geri belə çevrilmədi. O, 

bir  əli  ilə  pərdəni  geri  çəkib,  pəncərənin  yanında  kukla  kimi  sakitcə 

durmuĢdu.  

Bütün  bunlar  Harrini  təngə  gətirəndən  sonra  (bunun  üçün  çox 

vaxt  lazım  olduğunu  düĢünmürəm),  o,  Uortona  geri  dönməsini  əmr 

etdi.  O,  Harrinin  əmrinə  itaət  edərək  döndü.  Xırıltılı  və  it  hürməsinə 

bənzər boğuq səslə danıĢan Dinin dediyinə görə, bu oğlan bizim Kold 

Mauntində  iĢlədiyimiz  müddət  ərzində  gördüyümüz  minlərlə  ucqar 

kənd  sakinindən  biri  idi  və  onlardan  heç  nə  ilə  fərqlənmirdi.  Ona 

diqqətlə  baxanda  qarĢındakının  davakar  və  kütbeyin  birisi  olduğunu 

görürsən.  Bəzən  onlarda  ağciyərlik  də  olduğunu  aĢkar  edirsən, 

xüsusilə  də  arxası  divara  durduqları  zaman,  lakin  çox  vaxt  onların 

içində ədavət və dalaĢqanlıqdan baĢqa heç nə olmur, – əgər olursa da: 

daha  çox  ədavət  və  daha  çox  dalaĢqanlıq!  Bəzi  adamlar  Billi  Uorton 

kimi  insanlarda  alicənablıq  kimi  keyfiyyətlərin  olduğunu  düĢünürlər, 

amma  mən  belələrindən  deyiləm.  Küncə  sıxıĢdırıldıqda  siçovul  da 



www.vivo-book.com 

 

176 



vuruĢmağa  baĢlayır.  Bu  adamın  üzündəki  Ģəxsiyyət  ifadəsi  onun 

sızanaqlı sağrılarındakından daha artıq deyildi, Din bizə belə demiĢdi. 

Onun  çənəsi  zəif,  gözləri  laqeyd  və  boĢ,  çiyinləri  aĢağı  düĢmüĢdü, 

əlləri  isə  əsirdi.  Belə  görünürdü  ki,  ona  morfi  vurmuĢdular...  Tipik 

narkoman və dəli – onlar belələrini çox görmüĢdülər.  

Bu məqamda Persi yenə qaĢqabaqla baĢını yırğaladı. 

–  Al,  bunu  geyin,  –  deyə  Harri  çarpayının  üstünə  sərilmiĢ 

həbsxana  paltarını  göstərərək  əmr  etdi.  Paltarı  bükülmüĢ  olduğu 

mixəyi rəngli kağızdan açıb çıxarsalar da, ona heç kim toxunmurdu. O, 

həbsxana  camaĢırxanasındakı  kimi,  bükülü  vəziyyətdə  çarpayının 

üstünə səliqə ilə qoyulmuĢdu: onun bir qolundan ağ pambıq parçadan 

qısa tuman, o bir qolundan isə bir cüt ağ corabın ucu görünürdü.  

Uorton  verilən  əmrləri  can-baĢla  yerinə  yetirməyə  həvəsli 

görünsə  də,  deyəsən,  kənardan  yardım  olmadan  bir  Ģey  edə 

bilməyəcəkdi. O, əvvəlcə, birtəhər qısa tumanı geyindi, növbə Ģalvara 

çatanda vəziyyət dəyiĢdi: nə qədər onu geyinməyə cəhd eləsə də, hər 

dəfə  bir  balağa  iki  ayağını  soxurdu.  Nəhayət,  hövsələsi  daralan  Din 

ona ayaqlarını lazım olan  yerlərə salmağa  yardım  edib  Ģalvarı  yuxarı 

çəkdi,  Ģalvarın  qabağını  və  qayıĢını  bağladı.  Dinin  hər  Ģeyi  onun 

əvəzinə  etdiyini  görən  Uorton  tərpənmədən  yerində  duraraq,  heç  ona 

kömək  eləməyə  cəhd  belə  göstərmirdi.  O,  yerində  müqəvva  kimi 

durub,  küt  baxıĢlarını  otaqdan  bayıra  zilləmiĢdi,  heç  kimin  də  ağlına 

gəlmədi  ki,  bu  adam  riyakarlıq  edir,  yalandan  özünü  hər  Ģeyə  laqeyd 



www.vivo-book.com 

 

177 



göstərir.  Yox,  yox,  qaçmağa  cəhd  etmək  deyil  (ən  azı,  mən  belə 

olduğunu  düĢünmürəm),  əksinə  müvafiq  vaxt  yetiĢəndə  uĢaqlara 

mümkün olduqca çox problem yaratmaq fikrində idi. 

Bütün  kağızlara  imza  atılmıĢdı.  Həbs  edilərkən  qraflığın 

mülkiyyətinə  çevrilən  Uilyam  Uorton  indi  də  Ģtatın  mülkiyyətinə 

keçmiĢdi.  Onu  xəstəxanadan  mavi  uniforma  geyinmiĢ  nəzarətçilərin 

əhatəsində, mətbəxdən keçirərək arxa çıxıĢın pilləkənləri ilə çıxardılar. 

O,  baĢını  aĢağı  dikib  addımlayırdı,  bu  zaman  onun  uzun  barmaqlı 

əlləri əsirdi.  Kepka birinci  dəfə onun baĢından düĢəndə, Din kepkanı 

onun  baĢına  geyindirdi.  Ġkinci  dəfə  isə  Din  kepkanı,  sadəcə,  götürüb 

arxa  cibinə  basdı.  Furqonun  arxasında  onun  əlinə  və  ayağına  buxov 

vuranda  nəzarətçilərə  baĢağrısı  yaratmaq  üçün  Uortonun  ikinci  Ģansı 

oldu,  amma  o  bundan  istifadə  etmədi.  Əgər  problem  yaratmaq  fikri 

olmuĢ olsa belə (mən hələ indi də əmin deyiləm ki, onun belə bir fikri 

vardımı? Əgər vardısa, o bunu etməkdə nə qədər qətiyyətli idi?), yəqin 

ki, o özünü qane edəcək səs-küyü salmaq üçün orda məkanın həddən 

artıq  dar  olduğunu,  ətrafındakı  adamların  sayının  isə  çox  olduğunu 

düĢünüb.  Beləliklə,  o,  əl-qoluna  zəncir  vurulmuĢ  Ģəkildə  yola  davam 

etməli  oldu:  bir  dəst  zəncir  topuqlarında,  ikinci  dəst  isə  –  bu  dəstin 

həddən artıq uzun olduğu sonradan bilindi – biləklərində.  

Kold  Mauntinə  çatmaq  üçün  onlara  bir  saat  vaxt  lazım  oldu. 

Bütün  yolu  Uorton  baĢını  aĢağı  dikmiĢ,  zəncir  vurulmuĢ  əllərini 

dizlərinin  arasında  sıxmıĢ  vəziyyətdə  avtomobilin  sol  skamyasında 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə