Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə42/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   38   39   40   41   42   43   44   45   ...   158

www.vivo-book.com 

 

166 



müĢahidə  edəndən  sonra  andlılar  da  qərara  gəliblər  ki,  ürəkkeçmələr 

simulyasiyadır,  həqiqi  deyil.  Hakim  andlıların  rəyi  ilə  razılaĢsa  da, 

hökm  oxunandan  onun  icrasınadək  olan  müddət  ərzində  bir  sıra 

analizlərin  keçirilməsini  təyin  edib.  Allah  bilir  nə  üçün,  bəlkə  də 

sadəcə, iĢin əsli ilə maraqlandığından.  

Uortonun  xəstəxanadan  qaçmayacağını  yalnız  axmaq  adam 

düĢünə  bilərdi  (qəribə  təsadüfdən  rəis  Mursun  arvadı  Melinda  da 

onunla  eyni  vaxtda  həmin  xəstəxanada  yatırdı),  amma  o  qaçmadı. 

Yəqin onun palatasının yanında çoxlu gözətçilər qoyulmuĢdu, bəlkə də 

o, epilepsiya xəstəliyi səbəbi ilə – əgər belə bir xəstəlik aĢkar edilərsə 

– onu öz hərəkətləri üçün qeyri-məsul hesab edəcəklərinə hələ də ümid 

bəsləyirmiĢ.  

Lakin  onun  xəstə  olduğu  aĢkar  edilmədi.  Həkimlər  onun 

beyinində heç bir qeyri-normallıq – ən azında fizioloji – tapmadılar və 

“Körpə”  Billi  Uortonu,  nəhayət,  Kold  Mauntinə  göndərdilər.  Onun 

bizim həbsxanaya gəliĢi, xatırladığıma görə, ya on altı, ya da on səkkiz 

oktyabrda  olmalıdır.  Səhv  etmirəmsə,  Uorton  Koffidən  təxminən  iki 

həftə  sonra,  Delakruanın  YaĢıl  Millə  keçməsindən  isə  on  gün  əvvəl 

gəlmiĢdi.  

Bizim  yeni  psixopatın  “E”  blokuna  gəliĢi  mənim  üçün 

hadisələrlə zəngin bir gün oldu. Həmin gün qasığımdakı zoqquldayan 

ağrıdan və penisimin alıĢıb yanması, ağırlaĢması və ĢiĢməsi hissindən 

səhər saat dörddə ayıldım. Ayaqlarımı hələ çarpayıdan yerə salmamıĢ 



www.vivo-book.com 

 

167 



baĢa  düĢdüm  ki,  sidik  yollarımdakı  infeksiya,  bütün  ümidlərimə 

baxmayaraq,  hələ  də  yaxĢılaĢmağa  doğru  getməyib.  Deməli,  sadəcə, 

bir  müddət  ağrılarım  yüngülləĢibmiĢ,  vəssalam;  indi  isə  bu  müddət 

baĢa çatıb.  

Mən  təbii  ehtiyacımı  ödəmək  üçün  evdən  bayıra  çıxdım  –  bu, 

həyətimizdə  ilk  tualet  tikdiyimiz  vaxtdan,  ən  azı,  üç  il  əvvəl  baĢ 

vermiĢdi;  elə  evin  küncündəki  odun  qalağının  yanına  çatmıĢdım  ki, 

daha dözə bilməyəcəyimi anladım. Öz pijamamın Ģalvarını düz sidiyin 

axmağa baĢladığı  an aĢağı  çəkməyə macal  tapdım. Bu, həyatımda  ən 

ağrılı  məqam  idi.  1956-cı  ildə  mənim  öd  kisəmdən  daĢ  çıxmıĢdı, 

deyilənə görə, bu çox ağrılı bir prosesdir, lakin o səhər sidiyə çıxarkən 

hiss  etdiyimlə  müqayisədə,  öd  kisəsindən  çıxan  daĢın  verdiyi  ağrı 

mədə  qıcqırmasının  ağrısına  bənzəyir.  Ağrıdan  ayaqlarım  altımdan 

qaçdı  və  bütün  ağırlığımla  dizlərimin  üstünə  çökdüm,  özümün 

yaratdığım  gölməçəyə  üzüstə  yıxılmamaq  və  müvazinətimi  qorumaq 

üçün  qıçlarımı  geniĢ  açdığımdan,  pijamamın  Ģalvarı  ikiyə  bölündü. 

Əgər  sol  əlimlə  odun  cərgəsindəki  parçaların  birindən  tutmasaydım, 

yenə  də  yıxılacaqdım.  Məni  narahat  edən,  incidən  yeganə  Ģey 

cızdağımı  çıxaran  bu  ağrı  idi;  qarnımın  aĢağı  hissəsinə  elə  bil  od 

düĢmüĢdü,  penisim  isə  –  insanın  hiss  edə  biləcəyi  ən  güclü  həzz  və 

ləzzət  yaĢatdığı  anlar  istisna  olmaqla,  mən  adətən  bu  orqanı 

unudurdum  –  elə  bil  indicə  əriyəcəkdi.  Mənə  elə  gəlirdi  ki,  onun 




www.vivo-book.com 

 

168 



ucundan  qan  axdığını  görəcəyəm,  lakin  axan  mayenin  adi  sidik 

Ģırnağından baĢqa bir Ģey olmadığı bəlli oldu.  

Bir  əlimlə  hələ  də  odun  cərgəsindən  tutmuĢdum,  o  bir  əlimlə 

ağzımı  bərk-bərk  sıxdım  ki,  qıĢqırmayım.  Arvadımı  öz  qıĢqırığımla 

oyadıb  qorxuzmaq  istəmirdim.  Mənə  elə  gəlirdi  ki,  sidiyim  heç  vaxt 

qurtarmayacaq,  elə  hey  axacaq,  amma  Ģırnaq  yavaĢ-yavaĢ  zəiflədi  və 

nəhayət,  bitdi.  ĠĢəməyimi  bitirəndə  ağrı  artıq  qarnımın  dərinliyinə  və 

xayalarımın  içinə  nüfuz  etmiĢdi  və  saralmıĢ,  çürük  diĢlər  kimi  məni 

içəridən yeyirdi. Uzun müddət – bəlkə də təxminən bir dəqiqə – ayağa 

qalxa  bilmədim.  Nəhayət,  ağrı  getdikcə  azalmağa  baĢladı  və  birtəhər 

ayağa  qalxa  bildim.  Artıq  çox  hissəsi  torpağa  hopmuĢ  sidik 

gölməçəsinə baxaraq düĢündüm: bu qədər az miqdarda maye çıxarkən 

bu qədər ağrı-acı doğuran bir aləmi hansı allah yarada bilərdi... 

Mən  xəstə  olduğumu  iĢə  xəbər  verib,  nəhayət,  həkim  Sedlerin 

yanına  gedə  bilərdim.  Doğrudur,  həkim  Sedlerin  ürək  bulandıran  və 

kükürd iyi verən həblərini qəbul etmək istəmirdim, lakin hər halda, bu 

həblər  boğazına  tıxanmıĢ  hayqırtını  birtəhər  boğmaq  üçün  bütün 

iradəni  səfərbər  edərək  odun  cərgəsinin  yanında  yerə  çökməkdən  və 

elə həmin anda sanki sənin həcəmətinə neft töküb yandırıblarmıĢ kimi 

ağrılı hislər keçirməkdən min dəfə yaxĢıdır.  

Sonra qonĢu otaqda  yatmıĢ Cenisin asta xorultusuna qulaq asa-

asa  mətbəxdə  aspirin  həbi  qəbul  etdim  və  birdən  yadıma  düĢdü  ki, 

Uilyam Uortonu bizim bloka bu gün gətirəcəklər. O da yadıma düĢdü 



www.vivo-book.com 

 

169 



ki,  Brutus  da  orda  olmayacaq  –  növbətçilik  cədvəlinə  görə  o, 

həbsxananın baĢqa bölməsində olacaq və kitabxanadan qalmıĢ əĢyaları 

və  xəstəxana  avadanlıqlarını  yeni  binaya  köçürməyə  yardım  edəcək. 

Keçirdiyim  ağrılara  baxmayaraq,  baĢa  düĢürdüm  ki,  Uortonu  Din  ilə 

Harrinin öhdəsinə buraxmaq olmaz. Onlar etibarlı insanlar olsalar da, 

Körtis  Andersonun  raportunda  qeyd  edilirdi  ki,  Uilyam  Uorton  çox 

təhlükəli birisidir. “Bu adamın heç nə vecinə deyil,” – o, raportda belə 

yazmıĢ və altında da imza etmiĢdi.  

Çəkdiyim  ağrı  bir  qədər  yüngülləĢdikdən  sonra  düĢünmək 

qabiliyyətim  geri qayıtdı. Mənə elə gəldi ki, həbsxanaya səhər tezdən 

getsəm  yaxĢıdır.  Səhər  saat  altıda  həbsxanaya  çata  bilərdim,  elə  rais 

Murs da iĢə, adətən, həmin vaxtlarda gəlirdi. O, Uortonu qəbul etmək 

üçün lazım olan müddətə Brutusu “E” blokuna keçirə bilər və mən də 

həkimlə  çoxdan  gecikmiĢ  görüĢümə  gedərdim.  Deməli,  yolum  Kold 

Mauntinə idi.  

Həbsxanaya  gedən  otuz  beĢ  kilometrlik  yolda  məni  qəfil 

sıxıĢdıran  balaca  ehtiyacımı  ödəmək  üçün  iki  dəfə  dayanmalı  oldum. 

Hər  iki  dəfəsində  də  mən  özümü  çətinə  salmadan  maĢını  bir  kənara 

çəkib  bu  problemi  həll  edə  bildim  (əsasən  ona  görə  ki,  belə  saatda 

kənd yollarında hərəkət, demək olar ki, olmur).  

Bu  ifraz  proseslərinin  heç  biri  gecəki  qədər  ağrılı  olmadı,  lakin 

hər  iki  dəfədə  yıxılmamaq  üçün  öz  balaca  “Ford-kupe”min  sərniĢin 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə