Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə45/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   41   42   43   44   45   46   47   48   ...   158

www.vivo-book.com 

 

178 



oturdu. Harrinin dediyinə görə, o, hərdənbir zarıyırdı. Canına yayılmıĢ 

qorxu hissini birtəhər özündən uzaqlaĢdırmağa müvəffəq olan Persi isə 

deyirdi  ki,  bu  kütbeyinin  aĢağı  sallanmıĢ  alt  dodağından,  isti  yay 

günlərində itin dilindən axan selik kimi, ağız suyu damcılayırdı və bir 

az keçəndən sonra onun ayaqlarının arasında əməlli-baĢlı bir gölməçə 

yaranmıĢdı.  

Onlar  həbsxanaya  cənub  qapısından  girdilər,  yəqin  binaya 

yaxınlaĢanda  mənim  maĢınımın  yanından  keçiblər.  Cənub  qapısının 

yaxınlığındakı gözətçi qaçaraq maĢın dayanacağı ilə gəzinti həyətinin 

arasındakı böyük darvazanı açdı və onların furqonu əraziyə daxil oldu. 

Bu  vaxtlar  adətən  həyət  bomboĢ  olurdu,  cəmi  bir-iki  nəfər  həyətdə 

gəziĢirdi,  əksəriyyət  isə  bağda  torpaqla  əlləĢirdi.  Məhsul  yığımının 

vaxtı  idi.  Onların  maĢını  birbaĢa  “E”  blokunun  önünə  gəlib  dayandı. 

Sürücü  onlara  furqonu  avtomobil  parkına  aparıb  mühərrikin  yağını 

dəyiĢməli  olduğunu  və  onlarla  iĢləməkdən  zövq  aldığını  dedi. 

Furqonla  birlikdə  əlavə  nəzarətçilər  də  getdilər:  onlardan  ikisi 

əllərində  alma  yeyə-yeyə  furqonun  arxasında  oturmuĢdu,  furqonun 

açıq qalmıĢ qapıları isə maĢın hərəkət etdikcə ora-bura yellənirdi.  

Əli-qolu qandallı məhbus ilə yalnız Din, Harri və Persi qalmıĢdı. 

Bu qədər nəzarətçi kifayət etməli idi – əgər əlləri və ayaqları buxovlu, 

baĢını  aĢağı  dikərək  toz-torpağın  içində  dayanmıĢ  bu  arıq  kəndçi 

oğlanın  halsız  və  yazıq  görkəmi  onların  sayıqlığını  yuxuya 

verməsəydi.  Onlar  məhbusu  “E”  blokunun  təxminən  12  addımlıq 



www.vivo-book.com 

 

179 



məsafədə  olan  qapısına  tərəf  gətirdilər.  Məhbusu  gətirərkən,  adətən 

etdiyimiz kimi, sıra düzümünə keçdilər. Harri məhbusun solunda, Din 

sağında, əlində öz sevimli dəyənəyini tutmuĢ Persi isə arxada gedirdi. 

Bunu  mənə  heç  kim  dəməsə  də,  yaxĢı  bilirdim  ki,  lənətə  gəlmiĢ 

dəyənək  onun  əlində  idi,  çünki  Persi  öz  dəyənəyi  ilə  oynamağı  çox 

sevirdi.  Mən  isə  həmin  vaxt,  qaynar  məkanda  qeydiyyatdan  keçəcəyi 

vaxt  yetiĢənə qədər, Uotmor üçün ayrılmıĢ kamerada oturmuĢdum və 

onun  gəlib  öz  kamerasında  yerləĢməsini  gözləyirdim  –  bu,  dəhlizlə 

üzüaĢağı  karserə  tərəf  gedəndə,  sağdan  birinci  kamera  idi.  Əlimdə 

kağızlar vardı və mən qabaqcadan hazırlanmıĢ qısa nitqimi söyləmək 

və  buradan  mümkün  olduqca  tez  rədd  olub  getməkdən  baĢqa  heç  nə 

haqqında 

düĢünə 

bilmirdim. 



Qasığımdakı 

ağrılar 


yenidən 

Ģiddətlənməyə  baĢlamıĢdı  və  mən  sadəcə  bir  Ģey  istəyirdim:  öz 

kabinetimə çəkilmək və orada ağrıların keçməsini gözləmək.  

Kameranın  qapısını  açmaq  üçün  Din  irəli  keçdi.  O  öz 

kəmərindəki  açar  bağlamasından  lazım  olan  açarı  tapıb  kilidin  içinə 

saldı.  Din  açarı  burub  qapının  dəstəyini  dartmağa  macal  tapmamıĢ, 

Uorton  birdən canlandı.  O, bərkdən bağıraraq tez-tez nəsə  anlaĢılmaz 

kəlmələr dedi – cənub ordusunun əsgərlərinin hərbi nərəsinə bənzər bir 

Ģey  – və bu bağırtıdan Harri bir müddət hərəkət qabiliyyətini itirərək 

yerində  dondu,  Persi  isə  baĢ  verən  hadisələrin  sonunadək  söndü  və 

uyuq kimi tərpənmədən yerində qaldı, elə bil, ümumiyyətlə, orda  yox 

idi.  Mən  yarıaçıq  qapıdan  bu  qıĢqırığı  eĢidəndə  əvvəlcə  onun  insan 




www.vivo-book.com 

 

180 



səsi  olduğunu  anlamadım,  düĢündüm  ki,  həyətə  necəsə  bir  it  girib  və 

onu vurublar. FikirləĢdim  ki,  qəzəbli məhbuslardan hansısa onu kərki 

ilə vurub.  

Uorton  öz  əllərini  qaldırdı,  qollarından  sallanan  zənciri  Dinin 

baĢınıın üstündən aĢırıb boğazına keçirdi və onu boğmağa baĢladı. Din 

boğuq bir səs çıxararaq irəli, bizim balaca dünyamızın soyuq elektrik 

iĢığına  tərəf  Ģığıdı.  Uorton  da  sevincək  onun  dalınca  içəri  girdi, 

fasiləsiz  olaraq  anlaĢılmaz  sözlər  qıĢqıraraq  və  hətta  ucadan  qəhqəhə 

çəkərək  onun  arxasına  bir  dürtmə  də  vurdu.  O,  dirsəklərini  yuxarı 

qaldırıb  yumruqlarını  Dinin  qulaqları  səviyyəsində  saxladı  və  onun 

boğazına saldığı zənciri var gücü ilə özünə tərəf çəkdi; zəncirin daha 

da bərk sıxılması üçün onu, miĢarla bir Ģey kəsirmiĢ kimi, dala-qabağa 

silkələyirdi.  

Harri özünə gələn kimi arxadan Uortunun üstünə cumdu. Bir əli 

ilə  onun  uzun  yağlı  saçlarından  yapıĢdı,  o  bir  əli  ilə  yumruğunu 

düyünləyib,  sifətinin  yan  hissəsinə  gücü  gəldikcə  ağır  zərbələr 

endirməyə  çalıĢdı.  Harrinin  də  belindəki  kəmərində  həm  dəyənəyi, 

həm  də  tapançası  vardı,  lakin  bu  çaxnaĢmada  baĢını  itirdiyindən,  nə 

dəyənəyə, nə də  tapançasına  əl  atmaq  ağlına  gəldi.  Bizim  əvvəllər də 

məhbuslar  ilə  yaĢadığımız  çətin  anlar  olmuĢdu,  amma  onlardan  heç 

biri  Uorton  kimi  bizə  belə  qəfildən  hücum  etməmiĢdi.  Öz 

təcrübəmizdə  buna  bənzər  hiyləgərliklə  heç  vaxt  qarĢılaĢmamıĢdıq: 

buna bənzər bir Ģey nə ondan əvvəl görmüĢdüm, nə də sonra gördüm.  



www.vivo-book.com 

 

181 



Bir  də  onu  deyim  ki,  o,  çox  güclü  imiĢ.  Onun  üzdə  göstərdiyi 

süni zəifliyi birdən harasa yoxa çıxmıĢdı. Hadisədən sonra Harri dedi 

ki,  Uortonun  üstünə  atılanda  ona  elə  gəlmiĢdi  ki,  elə  bil,  bir  qalaq 

sıxılmıĢ  polad  yayın  üstünə  çıxıb.  Artıq  dəhlizin  içində,  növbətçi 

masasının yaxınlığında Uorton sərt bir hərəkətlə sola dönərək Harrini 

öz belindən yerə fırlatdı. Uortonun belindən əlləri üzülən Harri havada 

uçaraq əvvəlcə masaya çırpıldı, sonra yerə sərildi.  

–  Həəəə,  uĢaqlar!  –  Uorton  ucadan  gülərək  dedi.  –  ġənliyimiz 

necədi, xoĢunuza gəlir? YaxĢı Ģənlənirik, ya yox? 

Hələ  də  qıĢqırmağa  və  qəhqəhə  çəkməyə  davam  edərək,  o  öz 

zənciri ilə yenə Dini boğmağa baĢladı. Niyə də yox? Bizim hamımızın 

bildiyi Ģeyi Uorton da bilirdi: onu odda yalnız bir dəfə qızartmaq olar.  

– Vur onu, Persi, vur! – Harri ayağa durmağa çalıĢaraq qıĢqırdı. 

Lakin ağac dəyənəyini əlində tutmuĢ Persi  farağat durub baxırdı, onun 

gözləri  qorxusundan  Ģorba  boĢqabı  boyda  geniĢ  açılmıĢdı.  Deyə 

bilərsiniz  ki,  budur,  sevimli  dəyənəyini  iĢə  salmaq,  təyinatı  üzrə 

sınaqdan çıxarmaq üçün həmiĢə axtardığı  fürsət əlinə düĢüb. Lakin  o 

elə qorxmuĢdu, özünü elə itirmiĢdi ki, heç yerindən tərpənməyə cürəti 

çatmadı. Onun qarĢısındakı nə qorxusundan tir-tir əsən balaca fransız, 

nə  də  öz  ruhunun  bədənində  olmasından  belə  xəbəri  olmayan 

qaradərili  nəhəng Con Koffi idi. Onun qarĢısındakı  qasırğa kimi  əsən 

əsl bir iblis idi.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə