Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə37/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   33   34   35   36   37   38   39   40   ...   158

www.vivo-book.com 

 

146 



olduğunu  öyrənmək  üçün  yerimdən  qalxıb  onun  kamerasına  tərəf 

yollandım.  

– Bir buna bax, kapitan! – məni görən kimi o dedi. – Mən özüm 

üçün bir siçan əhliləĢdirmiĢəm! 

Bu,  Paroxod  Billi  idi,  Delakruanın  kamerasındaydı.  Üstəlik,  o, 

Delakruanın  çiynində  oturub,  öz  muncuq  gözləri  ilə  dəmir 

barmaqlıqların  arasından  sakitcə  bizə  baxırdı.  Onun  tüklü  quyruğu 

yenə  pəncələrinin  ətrafına  dolanmıĢdı  və  siçan  kənardan  tamamilə 

sakit  görünürdü.  Delakruanın  özünə  gəlincə,  dostum,  siz  onu  tanıya 

bilməzdiniz,  tamamilə  baĢqa  adam  idi,  elə  bil,  cəmi  bir  həftə  əvvəl 

çarpayının küncünə qısılaraq tir-tir əsən adam o deyildi. Ġndi o, səhər 

tezdən  aĢağı  enərək  oradakı  hədiyyələri  görüb  sevinən  qızımı 

xatırladırdı.  

–  Hələ  bir  bura  bax,  –  Delakrua  təkrar  etdi.  Siçan  onun  sağ 

çiynində oturmuĢdu. Delakrua sol əlini uzatdı. Siçan çevik hərəkətlərlə 

Delakruanın  saçlarından  (onun baĢının arxa hissəsində saçları  kifayət 

qədər sıx idi) tutaraq baĢına dırmaĢdı. Sonra o biri tərəfdən aĢağı endi. 

Siçanın  yumĢaq  tüklü  quyruğu  onun  boynunu  qıdıqladığından, 

Delakrua  astadan  gülərək  qaqqıldadı.  Siçan  Delakruanın  qolu  ilə  ta 

biləyinə  qədər  qaçdı,  sonra  dönərək  geri  qayıtdı.  Onun  sol  çiyninə 

çatanda yenə tüklü quyruğunu pəncələrinin ətrafına dolayaraq oturdu.  

– Allah məni öldürsün! – Harri heyrətlə qıĢqırdı. 




www.vivo-book.com 

 

147 



– Bunu etməyi ona mən öyrətmiĢəm, – Delakrua fəxrlə dedi. “Ay 

sən  öləsən,  sən  öyrətmisən,  qorx  ki,  o  səni  öyrədər...”  –  deyə 

düĢündüm, amma bir söz demədim.  

– Onun adı Mister Cinqlzdır. 

–  Yox  bir!  –  Harri  mehribanlıqla  etiraz  etdi.  –  Onun  adı 

Paroxod-Billidir, cizgi filmindəki kimi. Bu adı ona rəis Hovell verib.  

–  Onun  adı  Mister  Cinqlzdır,  –  Delakrua  israr  etdi.  Əgər  sizə 

lazım  olsaydı,  istənilən  məsələdə  qatığa  qara  deyərdi,  amma  siçanın 

adına  gəlincə,  onu  fikrindən  döndərmək  mümkün  deyildi.  –  O  özü 

bunu  mənim  qulağıma  dedi.  Kapitan,  onun  üçün  bir  qutu  ala 

bilərəmmi?  Mənimlə  birlikdə  burada  yatması  üçün  siçanıma  bir  qutu 

ala bilərəmmi? – Ġndi onun səsində əvvəllər dəfələrlə eĢitdiyim yaltaq 

ton  əmələ  gəlmiĢdi.  –  Mən  qutunu  çarpayımın  altına  qoyacağam. 

Orada o, heç kimə maneçilik törətməz, heç kimə...  

–  Belə  görürəm  ki,  sənə  bir  Ģey  lazım  olanda  ingilis  dili 

imkanların inanılmaz dərəcədə yüksəlir.  

–  Oooo-ho-ho-hooo,  –  Harri  mənim  böyrümü  dümsükləyərək 

astadan mırıldandı. – Bəla özü də təĢrif gətirdi. 

Amma,  məncə,  Persi  həmin  axĢam  bəlaya  heç  oxĢamırdı.  O  öz 

saçlarını barmaqları ilə daramır, səfeh dəyənəyi ilə oynamırdı və hətta 

uniformasının  köynəyinin  ən  üstdəki  düyməsi  də  açıq  idi.  Onu  belə 

vəziyyətdə  ilk  dəfə  görürdüm  və  balaca  bir  detalın  necə  böyük 

dəyiĢiklik  yarada  bilməsi  məni  təəccübləndirirdi.  Amma  məni  ən  çox 




www.vivo-book.com 

 

148 



təəccübləndirən  onun  üzündəki  ifadə  oldu.  Üz  ifadəsindən  özünə 

arxayınlıq  və  sakitlik  oxunurdu.  Bu,  rahatlıq  ifadəsi  deyildi  – 

düĢünmürəm ki, Persi Uetmorun rahatlıq haqqında nəsə anlayıĢı olsun; 

əksinə,  əldə  etmək  istədiyini  ala  bilmək  üçün  bir  az  gözləməli 

olacağını qəfildən dərk eləmiĢ adamın ifadəsi idi. Bu da cəmi bir həftə 

əvvəl  Brutusun  yumruqları  ilə  qorxutduğum  cavan  oğlandan  onu 

tamamilə fərqli birisi edirdi.  

Delakrua  ondakı  bu  dəyiĢikliyi  sezmədi  və  dizlərini  sinəsinə 

sıxaraq kameranın bir küncünə qısıldı. Onun gözləri qorxudan o qədər 

böyüdü  ki,  az  qaldı  üzünün  yarısını  tutsun.  Siçan  onun  daz  baĢına 

dırmaĢaraq  orada  yerini  rahatladı.  Mən  bilmirdimki,  Persiyə 

inanmamağa  ciddi  səbəblərinin  olduğunu  siçan  xatırlayırdı,  ya  yox. 

Lakin  ona  baxanda  əmin  oldum  ki,  xatırlayır.  Bəlkə  də  baĢında 

oturduğu  fransızdan  gələn  qorxu  hissinin  iyini  duyaraq  sadəcə  ona 

reaksiya vermiĢdi.  

– Belə de! – Persi dilləndi. – Görürəm ki, sən özünə bir dost da 

tapmısan, Eddi.  

Delakrua  cavab  verməyə  cəhd  elədi  –  yəqin  ki,  onun  yeni 

dostuna  xətər  yetirəcəyi  təqdirdə  Persinın  baĢına  nələrin  gələ 

biləcəyinə  dair  boĢ  hədə-qorxu  (mən  belə  düĢünürəm),  –  lakin  səsi 

çıxmadı. Onun alt dodağı bir balaca əsdi, vəssalam; Mister Cinqlz isə 

qorxusundan  titrəmirdi.  O,  arxa  ayaqları  ilə  Delakruanın  saçlarından 

yapıĢmıĢ, ön ayaqlarını isə onun dazına qoyaraq sakitcə oturmuĢdu və 



www.vivo-book.com 

 

149 



gözləri  ilə  Persini  ölçürmüĢ  kimi  nəzərlərini  ona  zilləmiĢdi.  Adətən 

insanlar  öz  köhnə  düĢmənlərini  belə  baxıĢlarla  baĢdan  ayağa  süzərək 

ölçürlər.  

Persi nəzərlərini mənə çevirdi:  

–  Bu  mənim  qovduğum  siçan  deyilmi?  Demək  istəyirəm  bu, 

karser kamerasında özünə yuva qurmuĢ siçan deyilmi? 

Bir  söz  demədən  baĢımı  yırğaladım.  Mənə  elə  gəldi  ki,  Persi 

yenicə  “Mister  Cinqlz”  adı  verilmiĢ  bu  siçanı  son  dəfə  qovduğu 

gündən  bəri  görməyib  və  onun  üzündə  bu  siçanı  yenidən  qovmaq 

istədiyinin əlamətləri yoxdur.  

–  Hə,  düz  tapmısan,  həmin  siçandır,  –  cavab  verdim.  –  Lakin 

Delakrua iddia eləyir ki, indi bu siçanın adı Paroxod Billi deyil, Mister 

Cinqlzdır. O deyir ki, bu adı siçan özü onun qulağına pıçıldayıb.  

–  Demək,  elə  deyir,  –  Persi  dilləndi.  –  Möcüzələrin  arası  heç 

kəsilmir,  elə  deyilmi?  –  Birdən  mənə  elə  gəldi  ki,  Delakruaya  kimin 

burada  ağa  olduğunu  göstərmək  üçün  Persi  öz  dəyənəyini  çıxarıb 

kameranın  dəmir  barmaqlıqlarını  döyəcləməyə  baĢlayacaq.  Lakin 

Persi, sadəcə, əllərini belinə qoyaraq yerində durub baxırdı.  

Və  özümün  də  sizə  sözlə  izah  edə  bilməyəcəyim  bir  səbəbdən 

dedim: 


– Persi, Delakrua elə indicə bizdən bir qutu xahiĢ etdi. O, siçanın 

qutuda  yatmasını  istəyir.  Deyəsən,  siçanı  özü  ilə  kamerasında 

saxlamaq  fikrinə  düĢüb.  –  Səsimə  Ģəkk-Ģübhəli  bir  ton  verdim  və 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə