www.vivo-book.com
34
Mən bunun baĢ verəcəyi gündən həm qorxur, həm də o günü
gözləyirdim. Amma bu heç vaxt baĢ vermədi. Tezliklə – Detteriklərin
balaca qızlarının oğurlanmasından təxminən bir il sonra – o öz
ofisindəcə ürək tutması keçirdi. Yəqin ki, bu ürəktutma on yeddi yaĢlı
Dafni ġörtleff adlı zənci qızla əylənərkən baĢ vermiĢdi. Bu haqda
çoxlu söz-söhbətlər gəzirdi. Onun arvadı və altı uĢağı olsa da, Ģerif
qadınlarla əylənməyi çox xoĢlayırdı. Bununla belə, seçkilər zamanı
Homer Kribus məğlubedilməz idi. Bu elə bir dövr idi ki, bir vəzifə
üçün öz namizədliyini irəli sürərdinsə, seçkiöncəsi eĢitdiyin Ģüar belə
olacaqdı: “Ya baptist ol, ya da rədd ol!” Lakin insanlar riyakarları
sevirlər, yəqin özün də bilirsən – onlar bu insanlarda özlərini görürlər.
Sizin deyil, bir baĢqasının Ģalvarının aĢağı düĢməsi və iĢə tam hazır
vəziyyətdə tutulması, görün, necə xoĢ təsadüfdür!
ġerif sadəcə riyakar deyildi, həm də öz iĢində səriĢtəsiz idi. O,
hər hansı bir xanımın xilas edilmiĢ mavrısını – piĢik balasını əlində
tumarlaya-tumarlaya Ģəkil çəkdirməyi sevənlərdən idi, baxmayaraq ki,
piĢiyi xilas etmiĢ qəhrəman o yox, bir baĢqası – məsələn, onun
müavini Rob Makgi olurdu. Bu adam həqiqətən öz boynunu sındırmaq
təhlükəsini gözə alaraq ağaca çıxıb, bir xanımın piĢiyini xilas etmiĢdi.
Makgi Marcori Detterikin anlaĢılmaz nitqinə təxminən iki
dəqiqə qulaq asandan sonra onun sözünü mahir boksçunun öz rəqibinə
endirdiyi qısa və dəqiq zərbələr kimi – elə güclü və dəqiq zərbələr ki,
www.vivo-book.com
35
ağrını hiss etməzdən əvvəl qan çıxır – qısa və konkret dörd, ya da beĢ
sualla kəsdi. Öz suallarına cavab alandan sonra dedi:
– Mən Bobo Marçanta zəng edəcəyəm. Onun itləri var. Amma
siz, missis Detterik, evdə qalın. Əgər sizin əriniz və oğlunuz
qayıtsalar, onları da evdə saxlamağa çalıĢın. Ən azından buna cəhd
edin.
Bu arada Marcorinin əri və oğlu qızları qaçıranın izi ilə Ģimal-
qərb istiqamətində üç mil məsafə qət etmiĢdilər. Lakin izlər açıq
sahədən Ģam meĢəliyinə girəndə onlar izi itirdilər. Bayaq da dediyim
kimi, onlar ovçu deyildilər, fermer idilər. Həmin vaxt onlar artıq baĢa
düĢmüĢdülər ki, izlədikləri canlı insan yox, heyvandır. Yolla gedərkən
onlar Keytin gecə köynəyini və Koranın pijamasının bir parçasını
tapmıĢdılar. Hər iki əĢya qana bulaĢmıĢdı və indi nə Klaus, nə də Hovi
tələsirdi. Hansısa soyuq əminlik onların içindəki ümid qığılcımlarını
söndürmüĢdü – lap suyun odu söndürdüyü kimi. Onlar bir iz tapmaq
ümidi ilə meĢəyə girdilər, lakin heç nə tapa bilmədilər. Sonra meĢənin
baĢqa bir yerinə keçdilər, yenə bir Ģey hasil olmadı, sonra üçüncü bir
yerə keçdilər. Bu dəfə onlar qalın, yumĢaq Ģamın iynələrinin üstündə
qan izləri tapdılar. Onlar balaca bir cığıra oxĢayan yerə
istiqamətləndilər. Burada da izlər axtarmağa baĢladılar. Həmin vaxt
saat, təxminən, səhər doqquz olardı. Qəfildən onların arxasında adam
və it səsləri eĢidildi. Rob Makginin bu balaca dəstəni toplamağa sərf
etdiyi müddət ərzində ġerif Kribus yalnız bir fincan brendi qatılmıĢ
www.vivo-book.com
36
qəhvə içə bilərdi. Təxminən bir saat on beĢ dəqiqədən sonra bu dəstə
meĢənin kənarında iz axtararaq özlərini ora-bura vuran Klaus və Hovi
Detteriklərə yetiĢdi. Tezliklə dəstə Bobonun öndə qaçan itlərinin
arxasınca yenə hərəkətə gəldi. Makgi Klaus və Hovinin onlarla
getməsinə icazə verdi – geri qayıtmağı əmr etsəydi də, onlar
qayıtmayacaqdılar. Baxmayaraq ki, onlar üzləĢəcəkləri mənzərədən
qorxurdular, deyəsən, Makgi də bunu baĢa düĢmüĢdü. Margi onları öz
silahlarından güllələri boĢaltmağa məcbur etdi. “BaĢqaları da belə
ediblər, – deyərək izah etdi. – Belə daha təhlükəsiz olar”. O demədi ki,
yalnız Detteriklərdən silahları boĢaldıb güllələri ġerifin köməkçisinə
vermək xahiĢ olunub.
ÇaĢqınlıq keçirən və bu kabusun bir an öncə bitməsini arzulayan
Detteriklər onun əmrini yerinə yetirdilər. Makgi Detterikləri öz
silahlarını boĢaltmağa və patronları ona verməyə məcbur edəndə, ola
bilsin ki, Con Koffinin həyatda qalması üçün çox kiçik ümid yeri
qoymuĢdu. Hürən, zingildəyən itlər onları öz arxalarınca daha iki mil
xırda Ģam ağaclarından ibarət pöhrəliyin içi ilə elə həmin istiqamətdə –
Ģimal-qərb istiqamətində apardılar. Bir müddət sonra onlar Trapinqus
çayının kənarına çıxdılar. Sıx meĢəlikli alçaq təpələrin arası ilə cənub-
Ģərq istiqamətində axan çayın yatağı burada geniĢlənir, axının sürəti
yavaĢıyırdı. Bu təpələrdə Krey, Robinett və Duplissey ailələri hələ də
öz mandalinlərini hazırlayırdılar və bəzən torpağı Ģumlayarkən öz
çürük diĢlərini tüpürürdülər. Bu sıx meĢəlikli kənd yerində kiĢilər
www.vivo-book.com
37
bazar günü səhər tezdən ilanı yalın əllə tuta bilər və elə həmin gün
axĢam öz qızları ilə Ģəhvani əyləncələrə dala bilərdilər. Mən bu
ailələrə yaxĢı bələd idim, onların əksəriyyəti vaxtaĢırı Sparkiyə
“yeyəcək” göndərirdilər. Dəstə üzvləri çayın o biri tərəfində iyun
günəĢinin Ģüalarının Böyük Cənub magistralının polad relslərindən
necə parıltı ilə əks olunduğunu görə bilirdilər. Sağ tərəfdə, təxminən
çayın axarı ilə bir mil aĢağıda, Vet Grin daĢ-kömür yatağı
istiqamətində uzanan körpünün dayaqları görünürdü. Burada onlar
alçaq kollarla dolu geniĢ, tapdanmıĢ bir tala tapdılar. Orada o qədər
qan vardı ki, kiĢilərin çoxu səhər yediklərini qaytarmaq üçün meĢəyə
qaçdı. Onlar bu qanlı talada Korinin gecə paltarının qalıqlarını
gördülər. Bayaqdan bir qədər özünə gəlmiĢ Hovi bu tapıntını görəndə
əsə-əsə atasına sıxıldı və az qala huĢunu itirəcəkdi.
Məhz elə bu yerdə bütün gün ərzində ilk dəfə Bobonun itlərinin
arasında ixtilaf yarandı. Ġtlərin sayı altı idi – iki izaxtaran it, iki mavi
tazı və bir cüt teryerə bənzər mələz; bu mələzləri cənublular “hiyləgər
tazı” adlandırırdılar. “Hiyləgər tazı”lar Trapinqusun axarı ilə yuxarı,
Ģimal-qərb istiqamətində getmək istəyirdilər, qalanları isə baĢqa
istiqamətdə, cənub-Ģərqə irəliləməyə can atırdılar. Bu ixtilafa görə itlər
ora-bura dartındığında, onların xaltaları əməlli-baĢlı dolaĢdı. Bu haqda
qəzetlərdə bir söz deyilməsə də, Bobonun onların dolaĢığını əlləri ilə –
özünün ən “savadlı” hissəsi ilə – açmağa çalıĢarkən necə qorxunc
lənətlər yağdırdığını təsəvvürümdə canlandıra bilirəm. Vaxtilə bir neçə
Dostları ilə paylaş: |