www.vivo-book.com
22
bölgüsü yox idi, amma bu vəziyyəti Persi anında yoluna qoyardı) –
masamın arxasında oturub sənədlərlə iĢləyirdi. Bu iĢlə özüm məĢğul
olmağa qətiyyən vaxt tapa bilmirdim. Ġçəri girəndə bizə baxdı və
eynəklərini iri barmaqları ilə silib, yenidən diqqətini kağızlara
yönəltdi.
– Elə birinci gündən bu sözgəzdirən satqınla problemlərim olub,
– deyə cavab verəndən sonra üzümü turĢudaraq, Ģalvarımın dibini
aĢağı çəkib ona göz vurdum. – O yekəpəri gətirərkən Persinin nə
qıĢqırdığını eĢitdinmi?
– Yox, – Harri dedi. – Mən burada idim. Buradan heç nə
eĢidilmir.
– Mən tualetdə idim və hər Ģeyi çox gözəl eĢitdim, – Din
dilləndi. O, bir kağız götürüb iĢığa tutaraq baxdı – mən çap edilmiĢ
mətnin üstündə qəhvə fincanının yumru izini gördüm – və sonra zibil
qabına atdı. – “Meyit gəlir”. Ola bilsin, bunu o öz sevimli
jurnallarından oxuyub.
Yəqin elə idi. Persi Uetmor “Argosi”, “Staq” və “KiĢi
Macəraları” jurnallarını çox sevirdi. Demək olar ki, bu jurnalların hər
nömrəsində həbsxana hekayələri dərc olunurdu. Yəqin Persi də bu
yazıları, tədqiqat aparan birisi kimi, böyük maraqla oxuyurdu. Elə bil,
o özünü bu mühitdə necə aparmalı olduğunun cavabını bu jurnallardan
tapmağa çalıĢırdı. O biz baltalı qatil Entoni Reyni edam etdikdən sonra
www.vivo-book.com
23
gəldi. BaĢ verənləri aparat otağından müĢahidə etsə də, edamda iĢtirak
etməmiĢdi.
– Onun qüdrətli tanıĢları var, – Harri dedi. – YaxĢı əlaqələri var.
Onu blokdan göndərdiyinə və real bir iĢ görməyə məcbur etmək
istədiyinə görə cavab verməli olacaqsan.
– Mən elə düĢünmürəm, – dedim. Mən elə düĢünmürdüm...
amma ümid edirdim. Bill Doc birisinin heç nə etmədən, dayanıb
qıraqdan baxmasına dözəcək bir insan deyildi. – Ġndi məni bu yekəpər
daha çox maraqlandırır. Yəni bizə problem yaradacaq, ya yox?
Harri cavabında baĢını yırğaladı.
– Trapinqus Kaunti vilayət məhkəməsində o özünü quzu kimi
sakit apardı, – Dinin səsi eĢidildi. O, sağanaqsız eynəyini çıxarıb
jiletinə sürtərək təmizləməyə baĢladı. – Onlar onun üstünə Skruc
Marlinin xəyalətinin üstündə gördüyündən daha çox zəncir asmıĢdılar,
amma o istəsəydi, bir anda onları qırıb cəhənnəmə vasil edə bilərdi. Bu
söz oyunudu, oğlum.
– BaĢa düĢdüm, – deyə cavab verdim, amma əslində heç nə
anlamamıĢdım. Sadəcə, Din Stantonun məni üstələməsini sevmirdim.
– O nəhəng birisidir, elə deyilmi? – Din soruĢdu.
– Hə, – təsdiqlədim, – inanılmaz dərəcədə nəhəngdir.
– Onda onun arxasını yaxĢıca qızartmaq üçün Qoca Qığılcıma
gedən cərəyanı artırmaq lazım olacaq.
www.vivo-book.com
24
– Qoca Qığılcıma görə narahat olmayın, – etinasız tərzdə dedim.
– O, necə nəhənglərin öhdəsindən gəlib.
Din burnunda eynəyin qırmızı iz saldığı yanlarını qaĢıdı və
baĢını yırğaladı.
– Hə, – deyə razılaĢdı. – Dediklərində həqiqət var. Bunu inkar
etmək olmaz.
Mən soruĢdum:
– Ġçinizdən kiminsə onun... Teftonda görünənədək haralarda
olduğu haqqında bir məlumatı varmı? Yerin adı Teftondur, elə
deyilmi?
– Hə, – Din dedi. – Tefton, Trapinqus qraflığında. Ora
gəlməzdən əvvəl onun haralarda olduğu və nə elədiyi haqqında heç
kim heç nə bilmir. Yəqin qraflıqda avara-avara gəzirmiĢ. Əgər bu
sənin üçün həqiqətən maraqlıdırsa, həbsxananın kitabxanasındakı
qəzetlərdən bu haqda daha çox məlumat tapmaq olar. Gələn
həftəyədək yəqin heç kim buralarda görünməyəcək, – Din qımıĢdı. –
Sən həm də öz kiçik dostunun yuxarıda necə inləyib sızıldadığına da
qulaq asa bilərsən.
– Hər halda, sınamağına dəyər, – dedim və bir qədər sonra,
axĢama yaxın oraya getdim.
Kitabxana həbsxananın avtomobil emalatxanası üçün nəzərdə
tutulmuĢ binasının – ən azından, plan belə idi – arxa tərəfində
yerləĢirdi. Məncə, bu, hökumətdən kim üçünsə pul qoparmaqdan
www.vivo-book.com
25
baĢqa bir Ģey deyildi; amma depressiya dövrü hələ də davam
etdiyindən mən, Persi barədə düĢündüklərim haqqında dilimi
saxladığım kimi, bu fikirlərimi də heç kimə söyləmirdim –
baxmayaraq ki, bəzən insan öz dilini dinc saxlaya bilmir. Çox vaxt dil
insana onun cinsiyyət orqanından daha çox problem yaradır.
Avtoemalatxana elə sözdə də qaldı və növbəti yaz həbsxana altmıĢ mil
uzağa, Brayton tərəfə köçdü. Zənnimcə, bunun arxasında daha çox
gizli sövdələĢmələr vardı, daha çox çirkli pullar ciblərə axdı. Mənə
görə, yaxĢı heç nə yox idi.
Administrasiya həyətin Ģərq hissəsindəki binaya köçdü,
xəstəxananı da köçürdülər (xəstəxananı ikinci mərtəbədə yerləĢdirmək
hansı əbləhin ağlına gəlmiĢdi? – bu, elə sirr olaraq qaldı). Kitabxana
avadanlıqla yalnız alayarımçıq təmin olunmuĢdu, – düzdü, elə əvvəllər
də burada çox Ģey yox idi, – o, boĢ dururdu. Köhnə bina üzünə taxta
vurulmuĢ isti bir qutu idi və “A” və “B” bloklarının arasında
yerləĢirdi. Tualetlər blokların divarlarına bitiĢik olduğuna görə bütün
binanı güclə sezilən sidik iyi basmıĢdı. Məncə, bu özü köçmək üçün
yeganə gözəl səbəb idi. “L” formalı kitabxana otağı isə mənim
kabinetimdən çox da böyük deyildi. Mən sərinləmək üçün ventilyator
axtardım, amma bir dənəsini belə tapa bilmədim. Ġçəridə havanın
temperaturu qırx dərəcədən yüksək olardı. Bir yerə əyləĢəndə qaynar
nəbz vurmasını öz qasığımda hiss edirdim. Bu da bir növ diĢ ağrısı
kimi idi. Bu cür bənzətmənin absurd olduğunu baĢa düĢürəm, xüsusilə
Dostları ilə paylaş: |