www.vivo-book.com
18
– Həbsxananın baĢqa yerlərindən fərqli olaraq, bura sakit yerdir,
dostum. Burada yalnız sən və Delakrua var. Sən iĢləməyəcəksən,
əsasən, öz kameranda oturacaqsan. DüĢünmək üçün kifayət qədər
vaxtın olacaq – hətta deyərdim ki, lazım olandan da çox. Amma hesab
et ki, bunu mən deməmiĢəm. Bəzən biz radionu da qoĢuruq. Radioya
qulaq asmağı xoĢlayırsanmı?
O, yenə baĢını yırğaladı, amma bu dəfə bir qədər qeyri-
əminliklə. Elə bil, bunun nə olduğunu bilmirdi. Sonralar mən,
müəyyən mənada, bunun belə olduğunu öyrəndim. Koffi əvvəllər
rastlaĢdığı əĢyaları tanıya bilirdi, amma sonra onları yaddan çıxarırdı.
O, “Bizim qızın bazar günü”dəki personajları tanıyırdı, amma sonda
onların baĢına nə gəldiyini yadına sala bilmirdi.
– Özünü yaxĢı aparsan, yeməyini vaxtında yesən, nə dəhlizin
baĢındakı tək kameraya düĢəcəksən, nə də kürəyində düymələri olan o
brezent paltarı geyinəcəksən. Bizim məhbusların futbol oynadığı Ģənbə
günləri istisna olmaqla, hər gün saat dörddən altıyadək həyətdə iki
saatlıq gəzintiyə çıxacaqsan. Əgər səni görmək istəyən bir kimsən
varsa, bazar günləri nahardan sonra ziyarət saatlarıdır. Belə bir adamın
varmı, Koffi?
O, baĢını yırğaladı:
– Belə bir adam yoxdur, boss, – dedi.
– Bu, sənin vəkilin də ola bilər.
www.vivo-book.com
19
– Məncə, onu daha görməyəcəyəm, – dedi. – Mənə vəkili
müvəqqəti vermiĢdilər. Onun buraya yol tapacağını düĢünmürəm.
Zarafat edib etmədiyini aydınlaĢdırmaq üçün ona diqqətlə
baxdım: o, zarafat etmirdi. Əslində, baĢqa cür də gözləmirdim.
BağıĢlanmaq Con Koffi kimilər üçün deyildi, ən azından, o vaxtlar.
Onlara məhkəmədə bir gün sərf edilirdi və sonra qəzetlərdə “filankəs
gecəyarısı bir qədər elektrik qəbul etdi” kimi sətirlər gedənədək bütün
dünya onları yaddan çıxarırdı. Arvadı, uĢaqları və dostları ilə
görüĢmək üçün bazar günlərini gözləyənlərə nəzarət etmək daha asan
idi – ümumiyyətlə, onlara nəzarətə ehtiyac vardısa. Bizim
timsalımızda yaxĢı ki, buna heç bir ehtiyac yox idi. Çünki o,
həqiqətən, nəhəng idi.
Mən bir qədər çarpayıda qurcalandım, sonra düĢündüm ki, ayağa
dursam, qasığımdakı ağrı-acı bir qədər azalar. Ayağa qalxdım. O,
ehtiramla kənara çəkilib əllərini sinəsində çarpazladı.
– Sənin üçün burada həyatın rahat, yoxsa ağır olacağı yalnız
özündən asılıdır, dostum. Mən bunu sənə demək üçün buradayam: sən
bizim hamımız üçün həyatı asanlaĢdıra bilərsən, çünki nə edirsən et,
son həmiĢə eynidir. Biz səninlə layiq olduğun kimi rəftar edəcəyik.
Sualın var?
– Yuxu saatlarında iĢığı yana-yana qoyursunuzmu? – o, fürsət
gözləyirmiĢ kimi dərhal soruĢdu.
www.vivo-book.com
20
Diqqətlə ona baxdım. Mən “E” blokuna yeni gələnlərdən qəribə
suallar çox eĢidirdim, – bir dəfə məndən arvadımın döĢlərinin
ölçüsünü də soruĢmuĢdular, – amma belə sual verən olmamıĢdı.
Koffi utancaq bir tərzdə gülümsədi, sanki bu suala görə onun
axmaq olduğunu düĢünəcəyimizi dərk etsə də, soruĢmaqdan özünü
saxlaya bilməmiĢdi.
– Bəzən qaranlıqdan qorxuram, – o, izah etməyə çalıĢdı. –
Xüsusilə də yad yerdə.
Mən yenə ona baxdım – onun nəhəng gövdəsinə – və ona qarĢı
qəribə, kövrək hisslər duydum və ona acıdım. Onlara acımaq olardı,
çünki biz onların pis keyfiyyətlərinin dəmirçi ocağının baĢında durmuĢ
Ģeytan kimi üzə çıxaraq meydan oxuduğu anları görmürdük.
– Hə, burada bütün gecə kifayət qədər iĢıqlı olur, – onu
sakitləĢdirməyə çalıĢdım. – Mildəki lampaların yarısı axĢam
doqquzdan səhər beĢədək yanır. – Sonra baĢa düĢdüm ki, nə dediyim
haqqında Koffinin heç bir anlayıĢı yoxdur: onun üçün YaĢıl Mil ilə
Missisipi çayındakı lil arasında heç bir fərq yoxdur, ona görə də əlimi
uzadaraq, – orada, dəhlizdə, – dedim.
O, rahatlaĢaraq baĢını yırğaladı. Mən hətta əmin deyildim ki, o,
dəhlizin nə olduğunu bilir, amma naqil torlu plafonların içindəki
ikiyüzlük lampaları görə bilərdi.
O vaxtadək heç bir məhbusa etmədiyim bir Ģey etdim – əlimi
ona uzatdım. Hələ də bunu nə üçün etdiyimi bilmirəm. Məndən
www.vivo-book.com
21
lampaları soruĢmuĢdu, bəlkə ona görə? Ola bilər. Harri Tervilligerin
heyrətdən gözləri bərəldi, həqiqi sözümdür. Koffi mənim əlimi qeyri-
adi bir zərifliklə öz əlinə aldı, əlim onun ovcunda görünməz oldu.
Bununla da hər Ģey bitdi. Mənim qatran qabıma daha bir pərvanə
düĢmüĢdü. Biz iĢi bitirdik.
Kameradan çıxdım. Harri qapını örtüb, hər iki kilidi bağladı.
Koffi tərpənmədən bir neçə saniyə dayandı, sanki bundan sonra nə
edəcəyini bilmirdi. Çarpayısına oturdu və dərd çəkən, ya da dua eləyən
adam kimi əllərini dizlərinin arasına alıb baĢını aĢağı dikdi. O öz
qəribə cənublu ləhcəsi ilə nəsə mızıldandı. Bunu çox aydın eĢitdim,
baxmayaraq ki, onun nə etdiyi haqqında çox Ģey bilmirdim –
etdiklərinə görə cəzasını alacağı vaxtadək onu bəsləmək və ona qulluq
etmək üçün haqqında çox Ģey bilməyə də ehtiyac yox idi – amma hələ
də yadıma düĢəndə tüklərim biz-biz olur.
– Əlimdən bir Ģey gəlmədi, boss, – o dedi. – Mən hər Ģeyi geri
qaytarmağa cəhd etdim, amma çox gec idi.
3
– Sənin Persi ilə problemin olacaq, – dəhlizlə kabinetimə
qayıdanda Harri dedi. Sin Stanton – mənim taqımımdakı, belə demək
olarsa, üçüncü Ģəxs (əslində, bizim qrupun daxilində heç bir tabeçilik
Dostları ilə paylaş: |