www.vivo-book.com
14
lazaret həbsxananın qərbindəki yeni binaya köçürdü. Ağır iĢ idi. Persi
Uetmor açıq-aĢkar bu iĢdən yayınmaq istəyirdi.
– Orada kifayət qədər adam var, – dedi.
– Onda get ora və iĢlərə rəhbərlik elə, – deyə səsimi qaldırdım.
Harrinin üzünü turĢutduğunu görsəm də, ona bir əhəmiyyət vermədim.
Əgər tabeçilik prinsipini pozduğuma görə qubernator rəis Mursa məni
iĢdən azad etməyi əmr etsə, Hal Murs mənim yerimə kimi təyin
edəcəkdi? Persini? Bu ciddi olmazdı. – Sənin nə ilə məĢğul olacağın
vecimə deyil, Persi. Bircə bir müddət buradan uzaqlaĢ, – dedim.
Bir anlıq mənə elə gəldi ki, o, heç yerə getməyəcək və əsil
problem onda baĢlayacaq – xüsusilə də dünyanın ən böyük donmuĢ
saatı kimi bayaqdan burada dayanmıĢ Koffinin yanında. Amma belə
olmadı, Persi dəyənəyini əldəqayırma çexoluna qoydu – ədəbazlıqdan
baĢqa bir Ģey deyildi – və tələsmədən dəhlizlə addımladı.
O gün növbətçi masasında gözətçilərdən kimin oturduğu yadıma
gəlmir – yəqin müvəqqəti iĢləyənlərdən kimsə, – amma deyəsən orada
oturanın baxıĢları Persinin xoĢuna gəlməmiĢdi, çünki oradan keçərkən,
bərkdən nərildədi:
– Bəsdi diĢlərini ağartdın, yoxsa o, axmaq təbəssümü sənin
üzündən silməyi bacararam!
Sonra açarların cingiltisi eĢidildi. Bir anlıq günəĢin Ģüaları
həyətdən içəriyə doldu və bir müddətə olsa da, Persi getdi.
www.vivo-book.com
15
Delakruanın siçanı balaca bığlarını oynada-oynada onun arıq
çiyinlərində ora-bura qaçırdı.
– SakitləĢin, cənab Cinqlz, – Delakrua dedi. Siçan onu baĢa
düĢübmüĢ kimi yerində donub qaldı. – Dəcəllik etmədən sakitcə otur.
– Delakrua luizianlı fransızların ləhcəsi ilə danıĢırdı, onun nitqində
“sakit” sözü qəribə və yad Ģəkildə səslənirdi.
– YaxĢısı budur, gedib yatasan, – sərt tərzdə dedim. – Ġstirahətini
elə. Burada baĢ verənlərin sənə dəxli də yoxdur.
O mənim dediyimə əməl etdi. Delakrua bir qızı zorlamıĢ, sonra
da öldürmüĢdü. Sonra isə qızın cəsədini onun yaĢadığı binanın
arxasına atmıĢ, öz cinayətinin izlərini itirmək ümidi ilə cəsədin üstünə
neft töküb yandırmıĢdı. Alov oradan binaya keçmiĢ və ikisi uĢaq
olmaqla daha altı nəfər həyatını itirmiĢdi. Onun üstündə yalnız bu
cinayət vardı və indi o, sadəcə üzü qayğılı, baĢı dazlaĢan və uzun
saçları köynəyinin yaxalığına tökülən mülayim bir adam idi. Tezliklə
o, az da olsa, Qoca Qığılcımın qucağına oturacaq, Qoca da onun
həyatına son qoyacaqdı... onu bu dəhĢətli cinayətə təhrik edən Ģey hər
nə idisə, o da artıq keçib getmiĢdi. Ġndi o öz balaca dostunun
civildəyə-civildəyə onun üstündə ora-bura qaçmasına imkan verərək
çarpayısında uzanmıĢdı. Bir tərəfdən elə ən pisi də bu idi: Qoca
Qığılcım onların içində olanları yandırmırdı. Bu günlərdə vurulan
dərmanlar daha onları yuxulatmırdı. ġər azad olur, bir baĢqasına keçir
www.vivo-book.com
16
və biz bu insanların ölü ruhlarını gəzdirən bədənlərini öldürmək
məcburiyyətində qalırıq.
Mən yenidən nəhəngə tərəf döndüm:
– Əgər Harriyə sənin zəncirlərini açmağa icazə versəm, özünü
yaxĢı aparacaqsanmı?
O, baĢını yırğaladı – aĢağı və yuxarı, sonra yenə öz yerinə –
mərkəzə. Onun soyuq baxıĢlı gözləri mənə baxırdı. Bu gözlərdə qəribə
bir sakitlik vardı, amma bu etibar edəcəyim sakitlik deyildi.
Barmağımla Harrini çağırdım, o, kameraya daxil olub zəncirləri
açdı. Harri qorxmurdu – hətta əyilib Koffinin ağac gövdəsi kimi iri
ayaqlarındakı buxovları açanda belə. Onun bu davranıĢı mənə də
sirayət elədi. Harri Persiyə görə təlaĢlanırdı, mən isə onun duyumuna
inanırdım. Mən Persidən baĢqa “E” blokundakı bütün iĢçilərimin
duyumuna inanırdım.
Yeni gələnlər üçün mənim qısa bir nitqim vardı, amma bu nitqi
belə qeyri-normal görünən Koffi üçün söyləməyin doğru olub-
olmadığına əmin deyildim.
Harri kənara çəkiləndən sonra (Koffi zəncirlərin açılma
mərasimi ərzində heykəl kimi tərpənmədən durmuĢdu) barmağımla
qovluğu tıqqıldadaraq, yeni gəlmiĢ bu məhbusa baxıb dedim:
– DanıĢa bilirsənmi cavan oğlan?
– Bəli, ser, boss, bilirəm, – o, cavab verdi. Onun səsi dərin və
kifayət qədər gurultulu idi. Bu səs yenicə sazlanmıĢ traktor
www.vivo-book.com
17
mühərrikini xatırladırdı. Onun nitqində cənub ləhcəsi hiss olunmasa
da, sonralar onun cümlələrində cənuba aid bəzi Ģeyləri tuta bilmiĢdim.
Sanki cənubdan gəlmiĢdi, amma orada doğulub böyüməmiĢdi. DanıĢıq
tərzindən ona nə savadsız, nə də savadlı demək olardı. Həm nitqi, həm
də bir çox baĢqa Ģeyləri ilə Koffi mənim üçün bir tapmaca idi. Məni ən
çox narahat edən isə onun gözlərindəki sakitlik və laqeydlik ifadəsi idi,
elə bil, bədəni burada olsa da, özü çox-çox uzaqlarda idi.
– Sənin adın Con Koffidir?
– Bəli ser, boss! Ġçki adı kimi, lakin baĢqa cür yazılır.
– Deməli, sən sözlərin yazılıĢını, yazıb-oxumağı bilirsən, eləmi?
– Bircə öz adımı, boss, – o, sakit səslə dedi.
Nəfəsimi dərdim və öz hazır nitqimin qısa variantını ona
söylədim. Onunla heç bir problemimin olmayacağını artıq baĢa
düĢmüĢdüm. Eyni zamanda, həm haqlı idim, həm də yanılırdım.
– Mənim adım Pol Eckumdur, – dedim. – “E” blokunun baĢ
nəzarətçisiyəm. Əgər sənə bir Ģey lazım olsa, məni adımla çağır. Əgər
olmasam, bu adamdan xahiĢ elə. Onun adı Harri Tervilligerdir. Ya da
cənab Stantonu və ya cənab Hovelli çağır. BaĢa düĢdünmü?
Koffi baĢını yırğaladı.
– Amma düĢünmə ki, hər istədiyini alacaqsan. Sənə nə lazım
olduğuna burada biz qərar veririk. Bura mehmanxana deyil. BaĢa
düĢdünmü?
O, yenə baĢını yırğaladı.
Dostları ilə paylaş: |