www.vivo-book.com
30
Marcori ərinə qızların dalınca tək getməməsi, əgər hökmən
getməli olduğunu düĢünürsə, heç olmasa, oğlunu özü ilə götürməməsi
üçün yalvardı, amma onun yalvarıĢlarına fikir verən yox idi. Klaus
uĢaqların əlinə keçməsin deyə, anbarın yuxarı taxçasında saxladığı
silahını da götürdü və iyul ayında Hovinin ad günündə ona hədiyyə
etmək üçün saxladığı 22 kalibrli tüfəngi də oğluna verdi. Və yolda
baĢıpozuq avaralara, ya da Ladukdakı fermadan qaçmıĢ pis zəncilərə
rast gələcəkləri təqdirdə onların nə edəcəklərini bilmək istəyən qadının
qıĢqır-bağır salaraq acı-acı ağlamasına heç bir əhəmiyyət vermədən
getdilər. Zənnimcə, kiĢilər düzgün hərəkət etmiĢdilər. Qan artıq
laxtalansa da, hələlik yapıĢqanlı idi. Qanın rəngi açıq-qırmızı idi,
quruduqdan sonra olduğu kimi, tünd deyildi. Deməli, qızların
qaçırıldığı vaxtdan o qədər də çox keçməmiĢdi. Klaus yəqin baĢa
düĢürdü ki, hələ də ümid yeri var və o, bu Ģansdan istifadə etmək
niyyətində idi. Nə ata ləpirçi və ya ovçu idi, nə də oğul – onlar
toplayıcı idilər; yenot və ya maralın izi ilə meĢəyə ona görə getmirdilər
ki, bunu çox xoĢlayırdılar, ona görə gedirdilər ki, belə lazımdır. Evin
ətrafındakı həyətin torpağı tapdanmıĢdı, oradakı izlər bir-birinə dolaĢıq
yumaq kimi qarıĢmıĢdı. Onlar tövlənin arxasından keçəndə baĢa
düĢdülər ki, tutmaqda əli olmayan, amma yaxĢı hürən Bauzer nə üçün
hürərək həyəcan siqnalı qaldırmayıbmıĢ. Ġtin yarısı tövlədən qalmıĢ
taxtalardan tikilmiĢ itdamının çölündə, yarısı isə içəridə idi (itdamının
yarımdairəvi giriĢində səliqə ilə “Bauzer” yazılmıĢ bir lövhə də vardı –
www.vivo-book.com
31
bu Ģəkli mən qəzetlərin birində görmüĢdüm); onun baĢı, demək olar ki,
tam arxaya burulmuĢdu. Belə böyük itin boynunu burmaq üçün çox
böyük fiziki qüvvə lazımdır, – sonralar ittihamçı Con Koffinin
andlılarına demiĢ... və dövlət hesabına yenicə alınmıĢ kombinezon
geyinmiĢ və nəzərlərini aĢağı dikərək müttəhimlər kürsüsündə oturmuĢ
yöndəmsiz və yekəpər adama uzun-uzadı mənalı-mənalı baxmıĢdı.
Klaus ilə Hovi itin yaxınlığında biĢmiĢ kolbasa qırığı da tapmıĢdılar.
Həqiqətəuyğun olduğuna heç bir Ģübhəm olmayan ehtimala görə,
Koffi əvvəlcə iti kolbasa ilə tamahlandırmıĢ, sonra isə it sonuncu
tikəni yeyəndə əlini uzadıb biləyinin qüvvətli bir hərəkətilə onun
boynunu sındırmıĢdı.
Tövlənin arxasında Detterikgilin Ģimala uzanan otlağı yerləĢirdi.
Həmin günlər bu otlaqda inəklər otlamırdı. Səhər Ģehinə batmıĢ otların
üstündə kiminsə buradan Ģimal-qərb istiqamətində keçdiyini göstərən
izlər aydınca gözə çarpırdı.
Ġsterikaya çox yaxın bir vəziyyətdə olmasına baxmayaraq, Klaus
Detterik bu izin arxasınca getməyə tərəddüd etdi. O, qızını qaçıran ya
da qaçıranlardan qorxmurdu. Onu təlaĢa salan baĢqa Ģey idi: qızını
qaçıranların getdiyi istiqamətin əksinə getmək... yəni hər bir saniyənin
əhəmiyyətli olduğu bir vaxtda, əks istiqamətdə gedərək, onlardan daha
da uzaqlaĢmaq.
Həyətin ərazisindən bir qədər aralıdakı kolun üstündən sarı
rəngli bir parça qırığını tapması ilə Hovi bu tərəddüdlərə son qoydu.
www.vivo-book.com
32
Həmin bu parça qırığını Klausa Ģahid kürsüsünə çıxdığı vaxt
göstərəndə, o, ağlayaraq bildirmiĢdi ki, bu parçanı tanıyır, qızı Keytin
gecə paltarından qopub. Həmin parça qırığının tapıldığı yerdən iyirmi
addım aralıda bitmiĢ ardıc kolundan onlar solğun yaĢıl rəngli baĢqa bir
parça qırığı tapdılar. Bu parça Koranın axĢam yatmazdan öncə
geyindiyi gecə köynəyinin materialı ilə eyni idi. O bu köynəyi geyinər,
yatağa girməzdən öncə ata-anasını öpər, onlara xeyirli gecələr
arzulayardı.
Əsgərlər güclü atəĢ yağmuru altında hücuma keçdikləri kimi, ata
və oğul Detteriklər də silahlarını önə tutaraq qaçmağa baĢladılar. Məni
ən çox təəccübləndirən Ģey o idi ki, uĢaq atasının dalınca var qüvvəsi
ilə qaçarkən (əlbəttə ki, o geri qalıb itə də bilərdi) bir dəfə də olsun
yıxılmamıĢdı və arxadan Klaus Detterikin kürəyinə güllə
boĢaltmamıĢdı.
Fermanın telefon stansiyası ilə rabitə əlaqəsi vardı və bu da
Detterikgilin həmin fəlakətli aclıq illərində, ən azından nisbətən,
firavan həyat sürdüklərini göstərən daha bir dəlil idi. Marcori
kommutator vasitəsi ilə telefonu olan bütün qonĢulara zəng vurdu və
buludsuz səmada ĢimĢək kimi onlara üz vermiĢ bədbəxtlik haqqında
danıĢdı. O bilirdi ki, hər belə zəngdən sonra, durğun suya atılmıĢ daĢın
yaratdığı dairələr kimi, xəbər hər tərəfə yayılacaq. Sonra o, dəstəyi son
dəfə qaldırıb o zamanlar üçün, ən azından cənub vilayətlərinin
www.vivo-book.com
33
kəndlərində, fərqləndirici iĢarə olan sözləri dedi: “Alo, stansiya, siz
məni eĢidirsinizmi?”
Stansiya eĢidirdi, amma ilk bir neçə an heç bir söz deyə bilmirdi:
kommutatorda oturmuĢ möhtərəm qadın marağından çatlayırdı.
Nəhayət, qadın deyə bildi:
– Bəli, madam... missis Detterik, mən əminəm... Aman Allah,
mən indi Allaha yalvarıram ki, sizin balaca qızcığazlarınız sağ-salamat
olsunlar.
– Sağ olun, – Marcori razılıq etdi. – XahiĢ edirəm, Allaha
yalvarın ki, siz məni Teftondakı baĢ Ģerif ilə calaĢdırana qədər
gözləsin, yaxĢımı?
Trampinqus qraflığının baĢ Ģerifi cavan adam deyildi. Onun
içkidən qızarmıĢ burnu, çəllək boyda qarnı vardı; ağ saçları elə idi ki,
baĢı içində boru təmizləyən Ģotkanı xatırladırdı. Mən onu yaxĢı
tanıyırdım. “Oğlanlarının” (məhkumları belə adlandırırdı) o biri
dünyaya necə getdiyinə tamaĢa eləmək üçün o, tez-tez Kold Mauntinə
gəlirdi. Edam hökmünün icra edilməsinə Ģahidlik edənlər adətən
qatlanan stullarda otururdular: siz özünüz də yəqin dəfn
mərasimlərində, kilsədə verilən Ģam yeməkləri zamanı, ya da fermer
klublarında (biz də stulları həmin günlərdə 44 saylı “Əsrarəngiz
Düyüm” fermer klubundan borc almıĢdıq) bir neçə dəfə belə stullarda
oturmusunuz. Hər dəfə ġerif Homer Kribus bu stullardan birinə
oturanda, onun yıxılacağını bildirən cırıltını eĢidəcəyimi gözləyirdim.
Dostları ilə paylaş: |