Sual 17. Etnik Mədəni Müxtəliflik (Avarlar, Dağ yəhudiləri, İnqiloylar) Avarlar Azərbaycanın rəngarəng etnik xəritəsində özünəməxsus yer tutan, özlərini əsasən «maarulal»



Yüklə 19,23 Kb.
səhifə3/3
tarix31.12.2021
ölçüsü19,23 Kb.
#82038
1   2   3
Sual 17

İnqiloylar

Azərbaycan xalqının formalaşması prosesində iştirak edən etnoslardan biri də ingiloylardır. Qafqaz Albaniyası etnoslarından biri – gellərin nəslindən olan ingiloylar hazırda Azərbaycanın şimal-qərb zonasında – Qax, Zaqatala, Balakən rayonlarının ərazisində – Balakən rayonunun İtitala kəndində, Zaqatala rayonunun Əliabad qəsəbəsində, Yengiyan, Verxiyan, Mosul kəndlərində, Qax rayonunun Qaxbaş, Qaxingiloy, Meşəbaş, Əmircan, Əlibəyli, İngiloy Kötüklü, Böyük Alatəmir, Kiçik Alatəmir və Qarameşə kəndlərində toplu halında yaşayırlar. İngiloyların kiçik bir hissəsi də Türkiyədə və Gürcüstanda məskunlaşmışdır. İngiloyların əksəriyyəti müsəlman (sünni), bir qismi isə pravoslavdır. Əvvəllər müsəlman olan pravoslav ingiloylar XIX əsrin II yarısında xristianlaşdırılmışlar. İlkin mənbələrin verdiyi məlumata görə, XIX əsrin 60-cı illə- rində Əliabad kəndindən 40 ailə Rusiya imperiyasının zorla xristianlaşdırma siyasətinə etiraz əlaməti olaraq Türkiyəyə köçüb getmişdir. Hazırda onların nəsilləri Adana vilayətinin Ceyhan ilçəsindəki Dağıstan kəndində yaşayırlar. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəl- ki adı Anaqar Qorağan) kəndində məskunlaşmışdır. Doğma yurddan və etnosdan ayrı düşmələrinə baxmayaraq, hər iki kəndin əhalisi özlərinin Azərbaycan etnosu olduqlarını unutmamışlar.
Yüklə 19,23 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə