Sual 17. Etnik Mədəni Müxtəliflik (Avarlar, Dağ yəhudiləri, İnqiloylar) Avarlar Azərbaycanın rəngarəng etnik xəritəsində özünəməxsus yer tutan, özlərini əsasən «maarulal»



Yüklə 19,23 Kb.
səhifə2/3
tarix31.12.2021
ölçüsü19,23 Kb.
#82038
1   2   3
Sual 17

Dağ Yəhudiləri

Salam əleyküm! – Aleyxem şalom! Fərqli millətlərin və dinlərin təbii et- nokonfessional qonşuluğundan, xalqlar dostluğuna dair bəlağətli çıxış və qəliz terminlərdən asılı olmayaraq onların səmimi birgəyaşayışından xəbər verən belə müsəlman-yəhudi salamlaşma tərzini bu gün dünyanın yalnız bir guşəsində – Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədə eşitmək olar. Bu qəsəbə Azərbaycanın ən məşhur, hətta onun hüdudlarından kənarda da yax- şı tanınan yaşayış məntəqələrindən biridir. Qudyalçayın sahilində yerləşən, bəzən danışıqda «Qafqazın Yerusəlimi» və ya «kiçik İsrail» kimi də adlandırı- lan 280 yaşlı qəsəbədə ömür sürənlərin böyük hissəsi – təqribən 4 min nəfəri dağ yəhudilərindən ibarət olsa da, burada Azərbaycan türkləri, ləzgilər də bir ailə kimi mehriban yaşayırlar. Təsadüfi deyildir ki, qəsəbənin orta məktəbində Azərbaycan, ivrit, tat, ləzgi və rus dilləri tədris olunur.

Bu dostluğun təməli dərin və möhkəmdir, xalqlar arasındakı səmimi hisslərə, tarixi əlaqələrə, ortaq ənənə və dəyərlərə, qarşılıqlı hörmətə söykənir. Onun hər hansı bir əlavə təbliğata da ehtiyacı yox- dur. Bəlkə də, buna görə vətən, dost, qonşu, bərəkət, süfrə, məhəbbət, sevgi, düzgün, kömək, qonaq, birgə kimi onlarca ortaq kəlmə bu xalqların hər birinin ana dilində eyni cür səslənir və eyni anlamı verir. Dağ yəhudilərinin folkloru ibrətamiz misal və nəsihətlərlə zəngindir. Bu folklore nümunələri təkcə onların unikal həyatını, dünyaya baxışlarını deyil, həm də qədim, keşməkeşli tarixinin ayrı-ayrı xoş və kədərli (sürgün) dövrlərini, qonşu xalqlarla sıx təmaslarını, onlara münasibətini də özündə əks etdirir. Əgər dağ yəhudisi söhbət zamanı «Mə içkesovo toј birə nitam», yəni «Mən heç kəsdən üstün deyiləm» məsəlini işlədirsə, deməli, hamının bərabər olduğuna, insanların yalnız öz yolları və taleləri ilə bir-birindən fərqləndiklərinə işarə edir. Digər atalar sözündə isə insanın tutduğu yol haqqında belə deyilir: «Әri xudomənd, sədiqlү birə, rəh Tirorə qərəki rafdə». Tərcüməsi isə belədir: «Bil ki, qəlbin saf olanda getdiyin yol da düz olur». Qırmızı qəsəbədə yaşayan və ya müxtəlif səbəblər üzündən xarici ölkələrə köç edən saf qəlbli insanlar bu gün harada məskunlaşmalarından asılı olmayaraq, «doğma vətən», «ata-baba yurdu» dedikdə üzlərini Azərbaycana sarı uzanan yola tuturlar.




  1. Yüklə 19,23 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə