Суал Мяшял системинин истисмары


Суал–3: Статик електрикляшмядян мцщафизя, статик електрик эярэинлийи, чян вя бору



Yüklə 1,66 Mb.
səhifə27/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   23   24   25   26   27   28   29   30   ...   138
sual cavablar (3)

Суал–3: Статик електрикляшмядян мцщафизя, статик електрик эярэинлийи, чян вя бору

кямярляриндя йаранан статик йцк вя ещтиййат тядбирляри

Ъаваб:

  • Obyektdə statik elektrikləşmədən mühafizə qur­ğu­la­rının vəziyyətinə (sazlığına) cavabdehliyi sex rəisi, müəssisə üz­rə isə – baş energetik daşıyır. Müəssisənin baş energetiki elektrik sexinin rəisi ilə birlikdə mühafizə qurğularının düzgün istismarını və onların laboratoriya yoxlamasını təşkil etməli, bu qurğuların is­tismarı üzrə təlimat tərtib etməli və onların düzgün istismarına nə­zarət etməlidir.

  • Sex rəisləri sexlərdə mühafizə qurğularının saz vəziyyətdə sax­lanılmasını, cədvələ uyğun və müvafiq texniki sənədlər tərtib et­məklə onların vaxtı-vaxtında yoxlanılmasını və təmirini təmin etməlidirlər.

  • Mühafizə qurğularına baxış və onların cari təmiri bütün texnoloжi avadanlığa, elektrik xətlərinə baxış və onların tə­miri ilə eyni vaxtda aparılmalıdır. Cihazların köməyi ilə yerlə­bir­ləşdirmənin yoxlanılması ildə 2 dəfədən az olmayaraq (6 ay­dan bir) və həmçinin avadanlığın hər təmirindən sonra apa­rıl­ma­lıdır.

  • Bütün metal aparatlar, çənlər, neft kəmərləri, qaz xət­ləri, doldurma – boşaltma qurğuları, içərisində asan alışan (AAM) və yanar mayelər (YM) olan qurğular, binanın daxilində və xaricində yerləşməsindən asılı olmayaraq, yerləbir­ləşdiril­məlidir.

  • Sexlərdə, bina xaricində yerləşdirilmiş qurğularda, estakadalarda və s. quraşdırılmış avadanlıq və boru kəmərləri bütün uzunluqları boyunca arası kəsilməyən zəncirvari şəkildə yerləbirləşdirici qurğulara qoşulmalıdır.

  • Tək (ayrıca) quraşdırılmış tutum, aparat və aqre­qatların fərdi yerləbirləşdiricisi olmalı və ya onlar ayrı-ayrılıqda apa­ratın yaxınlığından keçən ümumi yerləbirləşdirmə magistral xət­tinə qoşulmalıdırlar.

  • Bir neçə yerləbirləşdirici aparatın, aqreqat və boru kə­mər­lərinin yerləbirləşdirmə xəttinə ardıcıl qoşulması qadağandır.

  • Işçi heyətin sənaye tezlikli elektrik cərəyanı zədələn­mə­sindən və ya ildırımdan mühafizəsi üçün nəzərdə tutulmuş yer­ləbirləşdirici qurulaşlardan statik elektrik yüklərinin ötürülməsi üçün istifadə edilə bilər.

  • Yalnız statik elektrik yüklərinin ötürülməsi üçün nə­zərdə tutulmuş yerləbirləşdirici quruluşların müqaviməti 100 Om-dan çox olmamalıdır.

  • AAM və YM-lər doldurulub-boşaldılan avto­sis­tern­lər və vaqon-sisternlər doldurma-boşaltma əməliyyatından qa­baq və bu əməliyyat aparılan müddətdə yerləbirləşdirmə qur­u­luşuna qoşulu olmalıdır. Yerləbirləşdirici keçirici (naqil) kimi en kəsiyi 16 mm2-dan az olmayan elastik (çox damarlı) mis mə­f­tildən istifadə edilməlidir.

  • Keçiricilər avtosisternlərin və vaqon sisternlərin göv­də­lə­ri­nə (korpusuna) bolt vasitəsilə etibarlı birləşdirilməlidir. Yerlə­bir­ləşdirmə pozularsa qüsur aradan qaldırılana qədər doldurma-bo­şaltma əməliyyatı dayandırılmalıdır.

  • AAM-in və YM-in çənlərə, sisternlərə və qablara sər­bəst düşən şırnaqla doldurulması qəti qadağandır. Onların tutumlara vurulması və doldurulması bu tutumlardakı mayenin səviyyəsindən aşağı, tutumlar boş olduqda isə rezin şlanqın ucu tutumun dibindən 0,2 m məsafədən çox olmayan səviyyədə sax­lanılmaqla aparılmalıdır.

  • Çənlərin buxara verilməsi üçün nəzərdə tutulmuş re­­zin şlanqların metal ucluqları şlanqın xaricindən və ya da­xi­lin­dən keçirilmiş (dolanmış) elastik çoxdamarlı (telli) mis məftil va­sitəsilə yerləbirləşdirilməlidir. Yerləbirləşdirici məftilin digər ucu buxar ötürən kəmərin metal hissəsinə birləşdirilməlidir. Şlan­qın ucluqları zərbədən qığılcım verməyən mis, tunc və s. ma­te­rialdan olmalıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə