Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə24/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   20   21   22   23   24   25   26   27   ...   138
sual cavablar (3)

Işçilərin təxliyəsi




  • Bütün istehsalat obyektlərində qəzaların ləğvi və iş­çi­lərin təxliyə planı olmalı və onunla bütün işçilər tanış olmalıdır.

  • Qəzaların ləğvinə və işçilərin təxliyəsinə dair ildə bir dəfədən az olmayaraq obyektdə (müəssisədə) təlimlər keçiril­mə­lidir.

  • Qazma vışkaları qəzalar zamanı yuxarı fəhləni dərhal təxliyə etmək üçün təxliyə qurğusu ilə, vışkaaltı portal isə qazma briqadası üzvlərini təxliyə etmək məqsədi ilə xüsusi novla təchiz olunmalıdır.

Суал – 5. Електрик эярэинлийиня дцшян вя суда боьулана илк йардым

Ъаваб:

Elektrik cərəyanı ilə zədələnən adama ilk yardım

Elektrik cərəyanı ilə zədələnən adam əgər hələ də cərəyan altındadırsa və ya təhlükəli sahədədirsə ona yardım göstərərkən çox ehtiyatlı olmaq lazımdır, çünki bu zaman yardım göstərən adamın özünün gərginlik altına düşməsi təhlükəsi yarana bilər. Buna görə də, yalnız elektrik cərəyanını mənbədən ayırdıqdan sonra zərərçəkənə kömək etməyə başlamaq olar. Bu zaman aşağıda göstərilənlərə əməl etmək vacibdir:

- Zərərçəkən yüksəklikdə olduğu hallarda (xüsusilə zərəzçəkən cərəyan altında olduqda) əvəlcə onun yıxılma təhlükəsizliyi təmin edilməlidir;

- Qurgu cərəyandan ayrıldıqda eyni vaxtda yubanmadan başqa mənbələrdən (qəza işıqlandırılması, fənər, şam və s.) işıqlandırılma təmin edilməlidir.

Gərginliyi 400 V-a qədər olan elektrik cərəyanı ilə zədələnən adamı quru parça, ağac və başqa elektrik keçirməyən quru cisimlər (Dielektrik əlcək,üst geyimlərinin qolunu aşağı buraxmaqla və s.) vasitəsilə xilas etmək olar. Zərərçəkəni gərginlik altından xilas etmək üçün onun paltarından da yapışmaq olar (Əgər paltar qurudursa və onun bədəninə toxunmursa). Bu zaman metal əşyalardan istifadə etmək, yaxud cərəyan altında olan adamın bədəninə əl ilə toxunmaq olmaz.

Gərginliyi 1000 V-dan artıq elektrik cərəyanı ilə zədələnən adamı xilas etmək üçün isə yalnız dielektrik əlcək və rezin çəkmələr geymək şərti ilə yüksək gərginlik altında işləmək üçün hazırlanmış vasitələrdən (kəlbətin və ştanqlar) istifadə edilməlidir.

Elektrik cərəyanının təsiri nəticəsində əzələlərdə (o cümlədən ürək əzə-ləsində) qıcolmalar, dəridə yanıqlar, orqanizmin immun-bioloji sistemində patoloji dəyişikliklər əmələ gələ bilər. Odur ki, xilas edilmiş adama onun vəziyyətinə uyğun tərzdə ilk tibbi yardım göstərilməlidir. Zədələnmiş şəxsin huşu özündədirsə, həkim gələnə qədər rahat yerə uzadılaraq üstü paltarla örtülür, ürək və tənəffüs fəaliyyətinə diqqət yetirilir.

Zərərçəkmiş əgər huşunu itirmişsə, lakin nəbzi və tənəffüsü aydın hiss olunursa onu sakit və rahat yerdə uzadaraq üzünə su çiləmək və ona naşatır spirti iylətmək lazımdır. Zərərçəkənin tənəffüsü və nəbzi hiss olunmursa və ya ara-bir nəfəs alırsa, onu arxası üstə sərt yerdə uzadaraq təcili süni tənəffüs verilməklə ürəyi masaj edilməlidir.



Suda boğulma vaxtı tənəffüsün dayanması

Boğulmalar zamanı tənəffüsün dayanması suyun ciyərlərə dolması, tənəffüs yollarının daralması (spazmı) və ən çox udlağın daralması səbəbindən yaranır.

Suda boğulanı sudan çıxartdıqda ona ehtiyatla arxadan yanaşmaq (batan adamın xilas edən şəxsdən yapışmasına imkan yaranmaması üçün), saçından və ya qoltuq altından yapışıb arxası üstə çevirib sahilə doğru üzmək lazımdır. Sahildə ağız boşluğu yad cisimlərdən (məs:protez dişlərdən, yosunlardan, lildən, qumdan, sudan və.s.) azad edilməlidir. Nəfəs yollarını sudan təmizləmək üçün,başı döş qəfəsindən aşağı olmaq şərtilə,yardım göstərən şəxs öz bükülmüş dizindən yuxarı zərərçəkəni qarnı üstə uzatmaqla onun aşağı qabırğasının aşağı hissəsindən təkanla sıxmalıdır. Zərərçəkənin tənəffüsü və nəbzi hiss olunmursa və ya arabir nəfəs alırsa, onda təcili süni tənəffüs verilməklə ürəyi masaj edilməlidir.

Suda boğulanı xilas etdikdən sonra onun soyuqlamasına yol vermək olmaz. Bunun üçün onun yaş paltarı quru paltarla əvəz edilməli və üstü yorğanla örtülməlidir. Uzun müddət suda qalmaq bədənin hərarətinin düşməsinə səbəb olur.



Süni tənəffüs

Suda boğulma, elektrik zədələnməsi, zəhərlənmə, baş beyinin zədələnməsi bir çox hallarda tənəffüsün pozulmasına, yaxud kəsilməsinə səbəb olur. Belə hallarda zərərçəkənə süni tənəffüs etdirmək lazımdır. Bundan ötrü əvvəlcə zərərçəkəni süni tənəffüsün verilməsinə hazırlamaq lazımdır. Bu məqsədlə zərərçəkəni təhlükəli yerdən uzaqlaşdırmalı, ağız boşluğunu təmizləməli, yaxasını və qurşağını açmalı, tənəffüsə mane olan geyimdən azad etməli, onun təmiz hava almasına şərait yaratmalı və sonra süni tənəffüs əməliyyatına başlamalı. Yadda saxlamaq lazımdır ki, başın arxaya hədsiz çəkilməsi tənəffüs yollarının daralmasına səbəb ola bilər. Tənəffüs yollarının tam açılması üçün aşağı çənəni qabağa çəkmək vacibdir, buna isə buxaqı qaldırmaqla naıl olmaq olar. Onurğa sutunu və ya kəllə travmasına şübhə varsa, o halda başın və bədənin vəziyyəti dəyişməz saxlanmalıdır. Ən sadə və səmərəli süni tənəffüs havanın “ağızdan-ağıza” üfürülməsidir. Bunun üçün zədələnmiş adamı bir qədər qaldırmalı, kürəkləri altına balış, yaxud başqa əşya qoyub başını isə arxaya əymək lazımdır. Bir əllə onun başını bu vəziyyətdə saxlayaraq digər əllə çənəsini açıb havanı ağızla üfürmək və eyni zamanda xəstənin burnunu tutmaq lazımdır. Bu vaxt xəstənin döş qəfəsi qalxıb-enir.

Ağızdan-ağıza tənəffüsün verilməsi gigiyenik cəhətdən düzgün hesab olunmadığından zərərçəkənin ağzı ilə təmasda olmaqdan çəkinmək lazımdır. Bunun üçün, zərərçəkənin ağzını aptek çantasındakı tibbi ləvazimatların siyahısına bu məqsədlə daxil edilən vasitədən və ya dəs-mal, salfetka, parça və s.istifadə etməklə ona süni tənəffüs verilməlidir. Bu zaman zərərçəkənin burnu dəsmalla qapanmalıdır. Nəfəs vermə zəifdirsə bu döş qəfəsinin elastik gücünün az olmasını göstərir. Bu halda dəqiqədə 12-15 dəfədən az olmamaq şərti ilə süni tənəffüsün verilməsini yerinə yetirin. Elə etmək lazımdır ki, tənnəfüsün verilməsinə (nəfəs alma aktı) onun çıxmasından(nəfəs vermə aktından) 2 dəfə az vaxt sərf olunsun.

Çalışmaq lazımdır ki, verilən tənəffüs mədənin hədsiz genişlənməsinə səbəb olmasın, çünki bu halda qusuntu kütləsinin bronxlara daxil olma təhlükəsi yaranır.

Ciyərlərdən hava birinci dəfə çıxdıqdan sonra nəbzi yoxlayıb dərhal 5 dəfə döş qəfəsini basın.

Nəbzi və tənəffüsü 1 dəqiqədən sonra yoxlayın. Əgər nəbz və tənəffüs bərpa olunmayıbsa onda ürəyin xarici masajını və süni tənəffüs hərəkətlərinin 5:1 nisbətində davam etdirmək lazımdır.

Tənəffüsü “ağız-burun” üsulu ilə həyata keçirdikdə hava burundan ciyərlərə ötürülür bu vaxt, zərərçəkənin ağzını əl ilə bağlamaq lazımdır.

Süni tənəffüs hərəkətlərini “təcili yardım” gələnə qədər aparmaq lazımdır. Zərərçəkəni tənha buraxmaq olmaz.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə