Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə21/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   17   18   19   20   21   22   23   24   ...   138
sual cavablar (3)

Quyuların ləğv edilməsi

  • Bütün ləğv ediləcək quyuların quyu ağzı ilə əlaqəsi olan axırıncı kəmərində (ən kiçik diametrli) ən azı 50 m hün­dür­lüyündə sement körpüsü qoyulmalıdır.

  • Sement körpüsünün yuxarı qurtaracağı dəniz dibi səviy­yə­sində olmalıdır.

  • Quyu ağzı dəniz səviyyəsindən yuxarıda yerləşən qu­yuları ləğv etmək üçün, onların ağızları DNQT-nin döşəməsi səviy­yəsində olmalı, yivli qapayıcı ilə və ya standart yiv bər­kidicili boğuq flansla təchiz olunmalıdır.

  • Qapayıcıların və flansların reper və nəzarətedici ventil qaynaqlanmış kiçik qol borusu olmalıdır.

  • Diametri 75 mm və uzunluğu 500 mm olan reperin borusuna, ölçüləri 400x200x5 mm olan polad lövhə qaynaq edilməlidir.

  • Reperin bu lövhəsinə elektrik qövs qaynağı ilə aşağıdakılar ya­zılmalıdır: quyunun nömrəsi, neft mədəninin adı (sahə), qu­yu­nu qazan müəssisənin adı və qazmanın başlanma və qur­tarma tarixi.

  • ÜQQ-dən qazılmış quyunu ləğv edərkən dəniz di­bin­dən üzə çıxmış istismar kəməri (əgər qazma zamanı quyuda xü­susi dəniz dibi kəmər başlığından istifadə edilməyibsə) ləğv edil­məlidir.

  • Texniki kəmərin dənizin dibində qalan hissəsinin hündür­lüyü müvafiq hidroqrafik xidmətlə razılaşdırılmalıdır.

  • Quyu ağzı su altında yerləşən quyuları ləğv edərkən, dəniz dibindən müəyyən hündürlükdə çıxan kəmər başlığına xü­su­si konstruksiyalı qapayıcı (boğüq flans) quraşdırılmalıdır ki, qu­yu ağzını etibarlı kipləşdirmək mümkün olsun.

  • Qazma tamamlandıqdan sonra ÜQQ-nin qazma qurğusunu qazma nöqtəsindən çıxaran zaman gəmiçilik üçün təhlükəsizliyi təmin etmək məqsədilə dənizin dibi diqqətlə tədqiq edilməlidir. Dəniz dibini tədqiq edərkən, tərtib edilən aktdan Xəzər Dövlət Gəmiçilik Idarəsinin və Xəzərdənizneftdonanma Ida­rələrinin hidroqrafik xidmətlərinin hər birinə bir nüsxə təq­dim edilməlidir. Dəniz dibinin tədqiqi ixtisaslaşdırılmış xüsusi xidmət heyəti tərəfindən yerinə yetirilməlidir.

  • Quyunun ləğvi işi qurtardıqdan sonra, icraçı müəssisənin geoloжi xidmət şöbəsi quyunun ləğvi üçün arayış tərtib etməlidir. Həmin arayışa dəniz dibinin tədqiqi haqqında aktın bir nüsxəsi əlavə edilməlidir.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə