Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə22/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   18   19   20   21   22   23   24   25   ...   138
sual cavablar (3)

Quyuların konservasiyası


  • Konservasiya edilən quyuda hər ay quyuağzı ava­dan­lığın vəziyyəti yoxlanmalı və xüsusi жurnalda quyuağzı təzyiq qeyd edilməlidir. Quyu ağzında təzyiqin qalxması, qaz burax­ma­sı və ya pilpilə (qrifon) əmələ gəlməsi halları müşahidə edildikdə, onların vax­tında qarşısını almaq üçün təxirə salınmadan müəssisənin rəh­bərliyinə və FQDHH-yə xəbər verilməlidir.

  • Hər bir konservasiya edilmiş quyuda quyu ağzı üzərində reper quraşdırılmalıdır. Reperin ölçüləri: diametri 25 mm və uzunluğu 300 mm olan polad çubuğun üzərinə ölçüləri 400x200x5 mm olan polad lövhə qaynaq edilməlidir. Bu polad lövhəyə aşağıdakılar yazılmalıdır: quyunun nömrəsi, neft yata­ğı­nın və müəssisənin adı, konservasiya tarixi və müddəti.

  • Hər bir konservasiya olunmuş quyu (dərinlik na­so­su ilə istismar edilən quyular istisna olunmaqla) fontan ar­maturu ilə təchiz edilməlidir.

  • Quyunun ağzı su səthindən yuxarı yerləşdikdə siyirtmələrin şturvalları (nəzarət məqsədi daşıyan siyirtmələrdən başqa) çıxarılmalı, armaturun kommunikasiyaları ayrılmalı, armatur siyirtmələrinin xarici flansları flans qapayıcıları ilə təchiz olunmalı, manometrlər (nəzarət manometrindən başqa) çıxa­rıl­malı və onların quraşdırıldığı yer bağlanmalıdır.

  • Tikilən quyunun konservasiya edilməsi üçün quyu ağzının su altında olan hissəsinin germetikliyini təmin etmək və konservasiya vaxtı qurtardıqdan sonra sirkulyasiyanı bərpa etmək məqsədilə, quyu ağzının su altında olan hissəsinə xüsusi kaptaж başlığı quraşdırılmalıdır.

  • Konservasiya edilən quyunun dayaq pilətəsi, kon­ser­vasiya edilmiş quyu ağ­zı­nın yerini təyin etmək üçün hid­ro­akustik mayakla və eyni zamanda xüsusi üzən qoruyucu işarə ilə təchiz edilməlidir (işarədə quyunun nömrəsi, neft yatağının və müəssisənin adı, konservasiya tarixi və müddəti yazılmalıdır).

  • Neft və qaz quyularını konservasiya edərkən, quyu ağzı sualtı fontan armaturu ilə təchiz edilməlidir. Mühəndis-dispetçer məntəqəsində konservasiya olunmuş quyuların nəzarət və idarəetmə panelinin üstündə, konservasiya müddətini göstərən lövhə asılmalıdır. Məsafədən idarəetmə sistemi söndürülməlidir.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə