Суал Мяшял системинин истисмары


Суал-5: Ərazilərə, obyektlərə, binalara (otaqlara) və iş yerlərinə olan tələblər



Yüklə 1,66 Mb.
səhifə29/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   25   26   27   28   29   30   31   32   ...   138
sual cavablar (3)

Суал-5: Ərazilərə, obyektlərə, binalara (otaqlara) və iş yerlərinə olan tələblər

Ъаваб:

  • Müəssisənin ərazisi və orada qurğuların, binaların, is­tehsalat ob­yekt­lərinin yerləşdirilməsi т/т-нin tələbləri nəzərə alın­maqla iş­lə­nilmiş layihəyə uyğun olmalıdır. Müəssisənin əra­zi­si, ayrı-ayrı istehsalat ob­yektləri baş plan üzrə planlaşdırılmalı, çə­pərlənməli (nişanlanmalı), tikilməlidir.

  • Yeraltı kommunikasiyalar (kabel xətti, neft-qaz kə­mər­ləri və s.) olan müəssisələrdə bu kommunikasiyaların müəs­sisə rəhbərliyi tərəfindən təs­diq edilmiş faktiki yerləşmə sxemi ol­malıdır. Kommunikasiyaların faktiki yer­ləşməsinin layihədən kə­nara çıxma halları olarsa, belə faktlar bu layihəni işləyən təş­ki­­latla razılaşdırılmalıdır. Yerlərdə yeraltı kommunikasiyalar xətt bo­yun­ca və döngələrdə göstəricilərlə (reperlərlə) işarə­lən­mə­lidir.

  • Boru kəmərlərinin avtomobil yolları və keçidlərlə kə­siş­diyi yerlərdə təhlükə haqqında xəbərdaredici nişanlar qo­yul­ma­lıdır. Belə yerlərdə boru kəmərləri müvafiq örtüklə (koжux) ör­tülməlidir.

  • Bina və otaqların yanğın-partlayış və yanğın təh­lü­kə­li­liyi üzrə kateqoriyası bu Qaydaların мцвафиг bəndinin tələblərinə uy­ğun olaraq tikililərin layihələndirilməsi mərhələsində layihə təş­kilatı tərəfindən müəyyən edilməlidir.

  • Obyektlərdə istehsalat zərərliyi inşaat normalarında müəy­yən olunmuş həddən yüksəkdirsə, bu zaman bu zərərliyin iş­çilərə təsirinin azaldılması üçün təşkilatı-texniki tədbirlər hə­ya­ta keçirilməlidir.

  • Istehsalat otaqları müvafiq SNiP, SN və yanğın təh­lü­kəsizliyi qaydalarına cavab verməlidir.

  • Cihazlar, aparatlar, avadanlıqlar, kommuni­ka­si­ya­lar, boru kəmərləri və s. Elə yerləşdirilməlidir ki, onlara baxış ke­çir­­mək, xidmət etmək və onları təmir etmək mümkün olsun.

  • Istehsalat obyektləri (sexlər, sahələr, qurğular və s.) qüv­­vədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada istis­ma­ra verilməlidir. Istehsalat otaqlarının ölçüləri [75]-ə uyğun ol­ma­lı­dır.

  • Iş yerlərində, habelə zərərli (və ya təhlükəli) isteh­sa­lat amillərinin insana təsiri mümkün olan yerlərdə xəbərdaredici nişanlar və yazılar olmalıdır. Iş yerlərində təhlükəsizlik texnikası təlimatları, yanğın təhlükəsizliyi təlimatları, həmçinin avadan­lıq­la­rın, aqreqatların və s. Istismar təlimatları olmalıdır.

  • Iş yerində iş prosesinə və texnologiyasına aidiyyatı ol­mayan maşın və avadanlıqların olmasına icazə verilmir.

  • Iş yerləri, yollar və keçidlər mütəmadi olaraq təmizlənməli və kənar əşyalarla qalaqlanmamalıdır.

  • Bina və obyektlərin ehtiyat çıxışı olmalıdır. Bütün gi­riş və çıxışlar, dəhlizlər işçilərin təcili təxliyə olunması üçün tə­miz və boş olmalıdır. Çıxış qapıları xaricə açılmalıdır və qa­pı­la­rın astanası olmamalıdır.

  • Bina və obyektlərin ətraf ərazisi abad olmalı və mü­va­fiq nventor və yanğın təhlükəsizliyi normalarına cavab ver­mə­li­dir.

  • Obeyktlərdə olan su qüllələrinin, onlara gələn və çı­xan su kəmərlərinin və digər yerüstü su kəmərlərinin qışda don­ma­ması üçün istilik izolyasiyası olmalıdır.

  • Binalarda, qurğularda hər hansı bir əşyanın düşmə eh­timalı varsa, həmin yerlərdə təhlükəsizlik sərhəddi müəyyən edil­məlidir. Elektrik cərəyanı ilə vurma (xəsarətalma) təhlükəsi olan yerlərdə də təhlükəsizlik sərhəddi müəyyən edilməlidir.

  • Daim təhlükəli olan istehsalat ərazilərinə kənar şəxs­lərin daxil olmasının qarşısını almaq üçün həmin yerlər çə­pərlənməlidir.

  • Maşın və mexanizmlərin hərəkət edən hissələri üçün təh­lükəsizlik zonasının sərhəddi, əgər istehsalçı zavod tərəfindən hə­min avadanlıqların pasportunda və ya təlimatında daha sərt tə­ləblər irəli sürülməyibsə 5,0 metr müəyyən edilir.

  • Istehsal təyinatlı iş yerlərində havanın nventorre, nis­bi rütubəti və onun hərəkət sürətinin optimal normaları [99]-a uy­ğun olmalıdır.

  • Buxarların, qazların və tozların ayrılması mümkün olan bağlı otaqlarda və həmçinin texnoloжi proseslərin dəyişil­mə­si hallarında hava mühitinə daima nəzarət aparılmalıdır. Hava mü­hitinin vəziyyəti haqqında məlumatlar iş yerlərində qeyd edil­mə­li və obyektin işinin əsas texnoloжi göstəriciləri ilə birgə dispet­çer məntəqəsinə çatdırılmalıdır.

  • Binalarda və binalardan kənarda yerləşən iş yerləri, tex­noloжi avadanlıqlar, yollar, keçidlər, dəhlizlər, pilləkənlər və s. Sut­kanın qaranlıq vaxtı [47, 211]–ə uyğun olaraq işıqlan­dırıl­ma­lıdır.

  • Işçi işıqlandırılması ilə yanaşı obyektlərdə qəza və təxliyə işıqlandırılması da olmalıdır. Qəza və təxliyə işıqlandırma çıraqları müstəqil mənbədən qidalandırılmalıdır.

  • Stasionar qəza və təxliyə işıqlandırma çıraqlarının əvəzinə partayış mühafizəli akkumulyatorlu daşınma (əl) çıraqlardan is­tifadə etməyə icazə verilir.

  • Ayrı-ayrı mexanizmlər arasındakı məsafə 1 m-dən, işçi keçidlərin (proxod) eni isə 0,75 m-dən az olmamalıdır. Səy­yar və modul-bloklu qurğular və aqreqatlar üçün işçi keçidin eni 0,5 m-dən az olmamalıdır.

  • Yanğın-partlayış təhlükəli istehsalat sahələrində (nef­tin hazırlanması qurğuları, rezervuar parkları və s.) taxta dö­şə­mələrin tətbiqi qadağandır.

  • Aparatların, boru kəmərlərinin və s. Isti səthləri ilə in­sanların toxunma (yanıqalma) ehtimalı olan yerlərdə, onların səthi izol­ya­si­ya edilməli və ya çəpərlənməlidir.

  • Boru kəmərlərinin və kommunikasiyaların avto­mo­bil və keçid yolları ilə kəsişdiyi yerlərdə, onlar dayaqlar üzərində 4,5 m yüksəklikdə quraşdırılmalıdır.

  • Bu sahələrdə boru kəmərlərində və kommunikasiyalarda olan izolyasiya materiallarının zədələnərək düşməsinin qarşısını alan talvarlar və ya hər hansı başqa bir qurğu quraşdırılmalıdır.

  • Sanitar və yanğın təhlükəsizliyi qaydalarına uyğun ola­raq istehsalat obyektləri məişət və istehsalat zərurəti üçün su ilə təmin olunmalıdır.

  • Binalarda və istehsalat obyektlərinin ərazilərində si­qa­ret çəkmək üçün xüsusi yerlər müəyyən edilməlidir.

  • Növbə ərzində istehsalat müəssisəsində işləyən qa­dın­ların sayı 15 nəfərdən az olmadıqda onlar xüsusi gigiyena ota­ğı ilə təmin olunmalıdırlar.

  • Müəssisənin balansında olan bütün maşınların, me­xa­nizmlərin, avadanlıqların və qurğuların nventor nömrəsi və pas­portu olmalı və onlar xüsusi жurnallarda qeydiyyata alın­ma­lıdır.

  • Yeni tikilən (quraşdırılan), yenidən qurulan, istis­ma­ra verilən və əsaslı təmir olunmuş obyektlərin istismara ve­ril­məsi Dövlət nəzarət orqanlarının iştirakı ilə keçməli və bu haq­q­da onlara əvvəlcədən rəsmi məlumat verilməlidir.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə