Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə33/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   29   30   31   32   33   34   35   36   ...   138
sual cavablar (3)

Işçilərin təxliyəsi




  • Bütün istehsalat obyektlərində qəzaların ləğvi və iş­çi­lərin təxliyə planı olmalı və onunla bütün işçilər tanış olmalıdır.

  • Qəzaların ləğvinə və işçilərin təxliyəsinə dair ildə bir dəfədən az olmayaraq obyektdə (müəssisədə) təlimlər keçiril­mə­lidir.

  • Qazma vışkaları qəzalar zamanı yuxarı fəhləni dərhal təxliyə etmək üçün təxliyə qurğusu ilə, vışkaaltı portal isə qazma briqadası üzvlərini təxliyə etmək məqsədi ilə xüsusi novla təchiz olunmalıdır.

Суал-4: Газ тящлцкяли ишлярин апарылмасына Тапшырыг-Иъазя

Ъаваб:

- Adamların zəhərlənməsi, partlayış və ya yanmanı törətməyə qabil olan miqdarda zərərli, partlayış təhlükəli və yanğın-partlayış təhlükəli maddələrin havaya ayrılması;

- Verilən region üçün havada oksigenin miqdarının normal səviyyədən aşağı olması.

4.5. Təhlükə dərəcəsindən asılı olaraq qaz təhlükəli işlər 2 qrupa bölünürlər.



1-ci qrup

- İçərisindən (daxilindən) zərərli, partlayış təhlükəli və yanğın - partlayış təhlükəli maddələr boşaldılmayan və ya onların çıxma imkanı olan texnoloji avadanlıqların və kommunikasiyaların hermetiksizləşdirilməsi (açılması) ilə əlaqədar olan işlər;

- Neft tutucularında, lil çalalarında, çökdürücülərdə və başqa oxşar yerlərdə aparılan işlər:

- Bağlı aparatlarda (aparatların ,tutumların, çənlərin, qazanların, sisternlərin daxilində) boru kəmərləri kollektorlarında, quyularda, tunellərdə, sobaların qaz yollarında və bu kimi yerlərdə aparılan işlər.



2-ci qrup

Vaxtaşırı təkrar olunan işlər, texnoloji prosesin ayrılmaz hissəsi olub, prosesin aparılma şərtlərinin eyniliyi, işin xarakterinin və yerinin daimiliyi və icraçıların müəyyən tərkibinin olması ilə xarakterizə edilirlər. Bu qrupa aşağıdakı işlər aiddir:

- aparatlardan, tutumlardan, çənlərdən və boru kəmərlərindən məhsulun altında yığılmış suyun açıq drenajı;

- çənlərdən, tutumlardan, sisternlərdən nümünələrin götürülməsi və səviyyənin əl ilə ölçülməsi;

- yanğın - partlayış təhlükəli və toksiki (zəhərli) mayelərin, yanar maye qazların estakadalarda dəmiryolu sisternlərinə doldurulması və boşaldılması;

- dövri su təchizatı, kanalizasiya sistemləri və yanar mayelərin vurulması üçün dərinlikdə yerləşən nasosxana avadanlıqlarının işinə yerində vizual nəzarət;

- iş yerləri üzrə texnoloji təlimatlarda nəzərdə tutulan təhlükəliliyinə görə başqa oxşar işlər;


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə