|
Суал Мяшял системинин истисмары
|
səhifə | 132/138 | tarix | 13.05.2022 | ölçüsü | 1,66 Mb. | | #86951 |
| sual cavablar (3)Normalaşdırılmış miqdar
|
Işçi heyətdən (A qrupu)
| Ekvivalent doza |
Istənilən ardıcıl 5 ilin hər ili üçün orta hesabla 20 mZv, lakin ildə 50 mZv-dən çox olmayaraq
|
Bir ilə ekvivalent doza:
-göz büllürunda,
-dəridə, əllərdə və ayaqların pəncələrində
|
150 mZv
500 mZv
|
RNQ-nin işçiləri istifadə etdikləri ölçü və nəzarət cihazları ilə işləyərkən cihazlarda olan texniki nöqsanları onların «Texniki formulyarı»na və ya «Pasportu»na uyğun aradan qaldırmalıdırlar.
Fotoelektron transformatorlarla qidalanan cihazların detektor bloku təhlükəli gərginlik (150-1600 V) yaradır (hasil edir) və ona görə də blokların laboratoriyadan kənar açılması qadağandır.
Müəssisənin müdiriyyəti baş vermiş radiasiya qəzası barədə yuxarı təşkilata, o cümlədən sanitariya nəzarətinin və Daxili Işlər Nazirliyinin regional orqanlarına, Azdövdağtexnəzarət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Fövqəladə Hallar Komissiyasına və həmçinin yerli icra hakimiyyəti (bələdiyyə) orqanlarına xəbər verməlidir.
Təsadüfi (kənardan gətirilmiş) radioaktiv ionlaşdırıcı şüa mənbələri aşkar edildikdə, əlavə olaraq, bu halın yaranmasının xüsusiyyətləri müəyyənləşdirilməlidir.
Ərazilərdə qamma-fonun ölçülməsi avtomaşının hərəkəti zamanı da yerinə yetirilir. Ölçü işləri aparılan sahədə avtomaşının hərəkət sürəti 10 km/saatdan çox olmamalıdır.
Dostları ilə paylaş: |
|
|