Суал Мяшял системинин истисмары


Суал-4: Одлу ишляр, одлу ишлярин апарылмасына Тапшырыг-Иъазя



Yüklə 1,66 Mb.
səhifə59/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   55   56   57   58   59   60   61   62   ...   138
sual cavablar (3)

Суал-4: Одлу ишляр, одлу ишлярин апарылмасына Тапшырыг-Иъазя

Ъаваб:

  • Qaz təhlükəli və odlu işlərə, qazpartlayış təhlükəli mü­hitdə işlərin təhlükəsiz görülməsinin üsul və qaydaları xüsusi ola­raq öyrədilmiş və təlimatlandırlımış, qazdan mühafizə vasitə­lə­rindən istifadə etməyi bacaran, qazın təsirindən zərərçəkmiş ada­ma ilk tibbi yardım göstərilməsi qaydalarını bilən və onları tət­biq etməyi bacaran işçilər buraxılırlar.

  • Qaz təhlükəli işlər əleyhqaz (şlanqlı əleyhqaz) və res­pirator (şərait­dən asılı olaraq) tətbiq etməklə yerinə yetirilməlidir.

  • Hər bir müəssisədə, obyektdə qaz təh­lü­kə­li iş yerlərinin və işlərin siyahısı işlənib hazırlanmalı və bütün işçilərə çatdırlımalıdır. Bu işlər xüsusi təlim keçmiş hey­ət tərəfindən yalnız Tapşırıq – icazə əsasında və ya qazdan­xi­las­etmə xidmətinin işçiləri tərəfindən yerinə yetirilməlidir.

  • Qaz təhlükəli işlər, bu işlərin təhlükəsiz yerinə ye­ti­ril­məsi nəzərə alınmaqla tərtib və təsdiq olunmuş plan və həmin iş­lərin yerinə yetirilməsinə icazə olduqda aparılmalıdır.

  • Işlərin aparılması planında iş yerləri, işçilərin yerləş­diril­mə­si, istifadə olunacaq avadanlıq, mexanizm və vasitələr, giriş və çı­xışlar, ventilyasiya üsulları və həmçinin təhlükəsizliyi təmin edən digər lazımi tədbirlər dəqiq müəyyən olunmalıdır.

  • Qaz təhlükəli işlərə başlamazdan əvvəl bilavasitə ya­xın­lıqdakı (bitişik) sahədə, qonşu sexlərdə və aqreqatlarlda (qur­ğu­larda) işləyən işçilər üçün təhlükəsiz şərait yaradılmalıdır.

  • Planlı və həmçinin qəza hallarında qaz təhlükəli iş­lər müəssisənin rəisi və ya baş mühəndisi tərəfindən təyin olun­muş mühəndis – texniki işçinin rəhbərliyi və qazdan xilasetmə xid­mətinin nəzarəti altında yerinə yetirilməlidir.

  • Müəssisədə qazdan xilasetmə xidməti olmadıqda qaz təhlükəli işlərə nəzarəti bu işlərə məsul şəxs həyata keçirir.

  • Qaz təhlükəli işlər aparılarkən müəssisənin (ob­yek­tin) dispetçeri ilə etibarlı telefon və ya radio rabitəsi (rasiya) tə­min olunmalıdır.

  • Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə məs­ul şəxs, ha­zırlıq tədbirləri planının yerinə yetirilməsini, təmir üçün lazımi avadanlıqların, mexanizmlərin, alətlərin, material­la­rın, qazdan mühafizə aparaturasının və digər mühafizə vasi­tə­lə­ri­nin mövcudluğunu və sazlığını, o cümlədən bütün açılmaların (otklöçenie) etibarlılığını və nərdivanların, meydançaların, çə­pər­lənmələrin mövcudluğunu və sazlığını şəxsən yoxlamalıdır.

  • Işə başlamazdan əvvəl bu işlərə məsul şəxs işçiləri iş­lərin yerinə yetirilməsi üsul və qaydalarına, mühafizə vasi­tə­lə­rin­dən istifadə qaydalarına və zərərçəkmişlərə ilk tibbi yardım gös­tərilməsinin üsul və qaydalarına dair təlimatlandırmalıdır.

  • Qaz təhlükəli işlərdə zərbədən qığılcım əmələ gətir­mə­yən metaldan hazırlanmış alətlərdən istifadə olunmalıdır.

  • Iş yerini işıqlandırmaq üçün 12V gərginlikli partlayışdan mü­hafizəli daşınma çıraqlardan (fənərlərdən) istifadə olun­malıdır.

  • Qazlı sahəyə (və ya qaynaq işləri aparılan yerə) gir­mə­yə yalnız bu işlərə məsul rəhbərin icazəsindən sonra yol ve­rilir.

  • Otaqlarda, xəndəklərdə, bağlı yerldərdə, quyu­lar­da (çalalarda) qaz təhlükəli işlər aparılan zaman təbii və ya süni ven­tilyasiya yolu ilə etibarlı hava mübadiləsi təmin olunmalıdır.

  • Partlayış təhlükəli otaqlarda və otaqlardan xaricdə (açıq yerlərdə) yerləşən partlayış təhlükəli qurğularda odlu iş­lə­rin (lehimləmə, qaynaq işləri və s.) və həmçinin qığılcım əmələ gəl­məsi ilə müşayiət olunan (elektrik sınaqları, partlayışdan mü­ha­fizəsi olamayan cihazlarla və həmçinin elektrokəsici və – cilalayıcı aparatlarla işlədikdə) işlərin aparılması qaz təhlükəli iş­lərə «Tapşırıq – icazə» (Əlavə 12) əsasında yerinə ye­ti­ril­mə­li­dir.

  • «Tapşırıq - icazə» bir briqada və konkret iş üçün sənədləşdirilir və bir iş növbəsi ərzində qüvvədədir.

  • Əgər bu işlər təyin olunmuş müddət ərzində başa çat­ma­yıb­sa və həmçinin şərtlər və briqadanın tərkibi dəyişməyibsə «Tapşırıq - icazə»-nin müddəti obyektin rəhbərliyi tərəfindən bu işlərin gündəlik yerinə yeğtirilməsi müm­künlüyünün təsdiq­lən­məsi haqda müvafiq (gündəlik) imzalar ( qaz təhlü­kəli işlərin ye­ri­nə yetirilməsinə məsul şəxsin, növbə rəisinin, qazdan xilasetmə xid­­mətinin (və ya əməyin mühafizəsi və təhlükəsizlik texnikası xid­mətinin) nümayəndəsinin) toplanıldıqdan sonra artırıla bilər.

  • Hazırlıq işləri başa çatdıqda iş görüləcək qaz təh­lü­kə­li yerin hava mühitinin analizi aparılmalı və onun nəticələri «Tap­şırıq – icazə»də qeyd olunmalıdır.

  • Qaz təhlükəli yerlərdə işlərin aparılmasına həmin yerlərin ha­va mühitində yanar maddələr (qazlar) olmadıqda və ya onlar mü­vafiq normalar həddində olduqda icazə verilir.

  • Odlu işlər qüvvədə olan müvafiq nomativ sə­nəd­lə­rin tələblərinə uyğun aparılmalıdır.

  • Quyularda (çalalarda), xəndəklərdə, çənlərdə və s. iş­lərin aparılması zamanı maye yanacaqdan (benzin, kerosin, di­gər neft məhsulları və onların qarışıqları) istifadə etmək qada­ğan­dır.

  • Sənaye defektoskopiyası işlərini yerinə yetirən iş­çi­lər bu işlərin qaz təhlükəli mühitdə təhlükəsiz aparılmasına dair öy­rədilərək imtahan verməli və onların bu şlərin yerinə yet­i­ril­mə­si hüququnu verən vəsiqəsi olmalıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə