103
Ost-
Hind kompaniyası öz hərbi qüvvələrini pərakəndə
halına salmamaq üçün hələlik yalnız qərbdə maratxa konfe-
de
rasiyası ilə döyüş aparırdı. Belə bir şəraitdə ölkədə üzücü
ver
gi siyasəti nəticəsində Maxaraştrada feodal knyazlıqlarının
iqtisadiyyatı zəifləmişdi. Kənddə sələmçilərin soyğunçuluğu
artmışdı. Minlərlə müflisləşmiş kəndli öz doğma yurdunu
tərk edib səfillərə çevrilirdi. Bunlar pindari adlanan silahlı
dəstələrin sıralarına daxil olurdular. Pindarilərin öz rəhbərləri
var idi və çox zaman onlar Maratxa feodallarının qoşunları-
nın hərbi yürüşlərində iştirak edirdilər.
Zəifləməsinə və pərakəndəliyinə baxmayaraq, Maratxa
knyazlıqları konfederasiyası Hindistanda hələ də ingilislərin
möhkəmlənməsinə qarşı müqavimət mərkəzi idi.
İngilis-maratxa müharibələri
XIX
əsrin əvvəllərində Ost-Hind kompaniyasının işğal-
çılıq siyasəti olduqca fəallaşdırıldı. Feodal knyazlıqlarını tabe
etmək alətlərindən biri subsidiar sistem idi. Kompaniya, feo-
dal knyazları bir sıra müqavilələr bağlamağa məcbur etdi. Bu
müqavilələrə əsasən həmin knyazlıqların ərazisində ingilis
zabitlərinin komandanlığı altında hərbi dəstələr yaradılması
və hərbi xərcləri həmin knyazlıqların büdcəsi hesabına ödə-
mək nəzərdə tutulurdu. Knyazlıqlar bir sıra hüquqlardan
məhrum edilir və Ost-Hind kompaniyasının vassalına çevri-
lird
ilər. Heydərabad knyazlığı ilə 1800-cü ildə, Audla 1801-ci
ildə və başqa knyazlıqlarla bağlanan müqavilələr bilavasitə
bu məkrli siyasətə xidmət edirdi.
Hindistanda vətəndaş həmrəyliyini pozan Ost-Hind kom-
pa
niyası maratxalar arasında nifaq salır, milli qırğınlar törə-
dirdi.
Nəhayət, Peşvə ilə bağlanan müqaviləyə əsasən Kom-
paniya
maratxaların xarici siyasətini öz nəzarətinə aldı. Bu
müqaviləyə əsasən ingilislərin böyük bir hərbi dəstəsi Peş-
vənin ərazisinin keşiyini çəkməli idi. Bunun müqabilində
ümumi vergi
məbləği 2 milyon 600 min rupi təşkil edir və
ma
hallar Kompaniyanın ixtiyarına keçirdi. Eyni zamanda ma-
rat
xaların hərəkat birliyini zəiflətməyə çalışan müstəmləkəçi-
104
lər həmin müqaviləyə konfederasiyanın ləğv edilməsi haq-
qında maddə daxil etməyə müvəffq oldular.
1802-
ci ildə bağlanmış müqavilənin qeyri-bərabər xarak-
ter
də olması ən iri maratxa knyazlıqlarının, o cümlədən İndo-
run və Qvaliorun müqavimətinə səbəb oldu. Beləliklə, uzun
sü
rən ingilis-maratxa müharibələri başlandı. 1802-1805-ci il-
lərdə ikinci ingilis-maratxa müharibəsində ingilis qoşunları
maratxa knyazlarını xalqdan və müttəfiqlərdən təcrid etməklə
təkbətək məğlub etməyə müvəffəq oldular.
Bağlanmış müqavilələrə əsasən Qərbi, Mərkəzi və Şi-
ma
li Hindistanda bir çox yerlər Kompaniyanın ixtiyarına keç-
di. Moğol imperiyasının paytaxtı Dehli şəhəri də işğal edildi.
Kompaniyanın ağalığını qanuniləşdirmək üçün ingilislər
Böyük Moğol sülaləsini qeyri-səmimim bərpa edib bildirdilər
ki, Ost-
Hind kompaniyası ölkəni bu sülalənin tapşırığı ilə
idarə edir. Bununla da ingilislər işğala bəraət qazandırırdılar.
Lakin darmadağın edilmiş maratxa knyazlıqları hələ də
müqavimət göstərməkdə davam edirdi. Mübarizənin sonrakı
mərhələsi əhalinin daha geniş təbəqələrinin mübarizəyə qo-
şulması ilə nəticələndi. Bir növ azad kəndli dəstələri olan pin-
darilər müstəmləkəçilərə qarşı barışmaz idilər. Onlar kompa-
ni
yanın və onun vassallarının ərazisinə basqınlar edirdi. Bu
b
asqınlar 1816-1817-ci illərdə geniş vüsət almışdı. Pindarilər
partizan mübarizə üsullarından geniş istifadə edirdilər. Bu
zaman İngilis komandanlığının sərəncamında olan qoşunların
sayı 120 min nəfərə çatırdı. 1817-1818-ci illərdəki hərbi əmə-
liyyat
ların gedişində ingilis qoşunları pindarilərin əsas dəstə-
lərini məğlub edə bildilər. 1818-ci ildə bağlanan müqaviləyə
əsasən maratxa knyazlıqları Kompaniyadan tam asılı vəziy-
yətə düşdü. Hətta bir sıra inzibati mərkəzlər, o cümlədən
tarixi əhəmiyyət kəsb edən strateji mərkəz rolunu oynayan bir
sıra inzibati ərazilər ləğv edildi.
Maratxa ko
nfederasiyası tamamilə dağıldı və yalnız in-
gi
lislərin tabeliyində olan zəif vassal knyazlıqlar qalmışdı.
Müstəmləkəçilərin qələbəsi Maxaraştranın müstəqil iqtisadi,
siya
si və ictimai inkişafını pozdu və maratxaların birləşib
müstəqil millət halında təşəkkülünü xeyli ləngitdi. Nəticədə
Hindistan
əsas etibarilə işğal edilərək müstəmləkə əyalətinə
çevrildi.
105
XIX əsrin I yarısında Hindistanın iqtisadi vəziyyəti
Müstəmləkəçilərin işğal etdikləri ərazilərdə XIX əsrin
əvvəllərində müstəmləkəçilərin qarətçiliyi sürətlə artır, bu isə
iq
tisadi tənəzzülə səbəb olurdu. Suvarma işlərinə Ost-Hind
kompani
yasının tamamilə etinasız yanaşması nəticəsində
kəndlərdə məhsuldar qüvvələr sıradan çıxırdı. Proteksiya
qay
dasında idarəçilik sistemi milli ədavətin baş qaldırmasına
zəmin hazırlayırdı. Yerli xalqda müstəmləkəçilərlə, istismar-
çılara qarşı qəzəb və nifrət artırdı.
Əmtəə-pul münasibətlərinin sürətlə kəndə yayılması na-
tu
ral təsərrüfatı pozur və iflic vəziyyətinə salırdı. Bununla ya-
naşı kəndlilər üzərindəki feodal istismarı və sələmçilik əsarəti
qüvvətlənirdi. İcmalar və sənətkarlıq birlikləri sürətlə dağılır-
dı. Hindistan sənət və ev əşyaları malları ixrac edən bir ölkə-
dən, sürətlə ingilis malları üçün satış bazarına çevrilirdi. İn-
gil
tərə 1814-cü ildə Hindistana 818 min yard (1yard = 0,91
metrə bərabərdir) pambıq parça gətirmişdisə, 1835-ci ildə
bunun həcmi 51777 min yarda çatmışdı. Həmin dövr ərzində
Hindistandan ixrac olunan
parçanın miqdarı isə 1 milyon 266
min yarddan 306 min yarda enmişdi.
Həmçinin İngiltərədə sənaye çevrilişinin başa çatması
Britaniya müstəmləkələrində, o cümlədən Hindistanda da is-
tis
marın yeni forma və üsullarını müəyyən etdi. Hindistan
ingilis sənaye burjuaziyasının mənafeyinə uyğun olaraq ingi-
lis mallarının satış bazarına, metropoliyanın xammal və ərzaq
bazasına çevrilməyə başladı. Beləliklə, müstəmləkə şəraitində
olan bu ölkədə iqtisadi tənəzzül daha da dərinləşdi.
Ost-Hind
kompaniyasının aqrar siyasəti.
Bentinkin islahatları
XIX əsrin birinci rübündə işğal edilmiş yerlərdə ingilis
hökumət orqanları daimi zəmindarlıqdan fərqlənən torpaq-
vergi
sistemi tətbiq etdilər. Bombey və Mədrəs əyalətlərinin
şimal hissəsində, birləşmiş və mərkəzi əyalətlərin əksər re-
gion
larında Ost-Hind kompaniyası müvəqqəti zəmindarlıq
sistemi
yaratdı. Eyni zamanda bu yerlərdə iri mülkədar torpaq
Dostları ilə paylaş: |