Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə33/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   29   30   31   32   33   34   35   36   ...   142

97 

tinqsə artıq himayədarlıq etməkdən imtina etdilər. Həmin dai-

r

ələr Hindistanda Ost-Hind kompaniyasının düşdüyü mürək-



kəb vəziyyətdən qorxurdular. Geniş ərazi və zəngin qənimət 

ələ keçirmək ümidlərini doğrultmayan müharibələrin nəticə-

ləri onları məyus etmişdi. Bundan əlavə, Qastinqs başda ol-

maqla Ost-Hind komp

aniyası məmurlarının fırıldaq və qarət-

ləri  haqqında  müxalifətin  ittihamları  qətiyyən  inkaredilməz 

idi  və  bu  məlumatlar  real  faktlara  əsaslanırdı.  Bütün bunlar 

Ost-Hind kom

paniyası ilə əlaqədar İngiltərənin hakim dairə-

ləri içərisində kəskin mübarizə və ixtilaflara səbəb olmuşdu. 

İngiltərə  parlamentində  də  Hindistanın  idarəçilik  sistemi  ilə 

əlaqədar ciddi narahatçılıq var idi. 

M

əhz  bu  səbəbdən  burjua  müxalifətinin  rəhbəri  Foks 



Nort 1783-

cü ildə parlamentə yeni bir qanun layihəsi təqdim 

etdi. Həmin qanun layihəsi Ost-Hind kompaniyasının işlərini 

parla


ment  tərəfindən  təyin  edilən  yeddi  müvəkkilə,  ticarətə 

rəhbərliyi  isə  onların  doqquz  köməkçisinə  tapşırmağı  təklif 

edir

di. İcmalar palatası həmin qanun layihəsini təsdiq etsə də, 



lakin 

təklif lordlar palatasından keçmədi. Foks-Nortın koali-

sion  kabinəsinin  istefa  verməsinin  mühüm  səbəbi  də  bunda 

idi. Pitt (kiçik) başda olmaqla hakimiyyətə gələn yeni kabinə 

1784-

cü ildə parlamentdən "Birləşmiş kompaniyanın və Hin-



distanda olan Britaniya ərazilərinin daha yaxşı idarə edilməsi 

haqqında" adlı yeni bir layihə təqdim etdi və bu layihə parla-

ment

dən keçirdi. 



Pitt  qanunu  kral  tərəfindən  təyin  olunan  altı  nəfərdən 

iba


rət  Müvəkkillər  şurası  (yaxud  Nəzarət  şurası)  yaradılma-

sını  nəzərdə  tuturdu.  Bu  qanunda  Ost-Hind  kompaniyasının 

Hin

distan və Çinlə ticarət inhisarı saxlanılırdı. Kompaniyanın 



cari  işlərini  aparmaq  və  qulluqçular  təyin  etmək  kimi  funk-

siya, bir hüquq Kompaniya

sının direktorlar şurasının sərənca-

mında  saxlanılırdı.  Qanunun  bir  sıra  maddələri  Hindistanda 

hərbi-polis qüvvəsi olmaq etibarilə Kompaniyanın səlahiyyət-

lərinin daha da artırılmasına yönəldilmişdi. Nəzarət şurasının 

sədri,  Marksın  təbirincə  desək,  "Hindistanın  əsil  hökmdarı" 

nazir


lər kabinəsi heyətinə daxil idi, əslində o, Hindistan işləri 

üzrə nazir idi. Beləliklə, həm Ost-Hind kompaniyası, həm də 




98 

Nəzarət  şurası  vasitəsilə  "Hindistanın  ikili  idarəsi"

1

  adlanan 



bir sis

tem yaradıldı. Əslində Ost-Hind kompaniyasının fəaliy-

yəti  Nəzarət  şurası  pərdəsi  adı  altında  iş  görən  ingilis 

hökumətinin ixtiyarına verildi.  

Foksun qanun layih

əsinin tərəfdarı olan müxalifət, layihə 

müəllifini razı salmaq üçün Qastinqsi general-qubernator və-

zi

fəsindən kənarlaşdırıb məhkəməyə verilməsini tələb etdi və 



buna nail oldular.  

Qastinqsin müəmmalı məhkəmə prosesi 7 il davam etdi. 

Nəhayət,  inkaredilməz  dəlillər  olmasına  baxmayaraq,  Qas-

tinq


sə bəraət qazandırıldı. Bir qədər sonra  Qastinqs  ingilis 

kumətinin müstəmləkə işləri üzrə ömürlük məsləhətçisi tə-



yin olundu. Oksford universiteti 

isə  Britaniya  müstəmləkə 

sistemi

ni  Hindistanda  möhkəmləndirdiyinə  görə  onu 



rəğbətləndirdi və Qastinqisə hüquq doktoru fəxri adı verdi. 

 

Hindistanda 



İngiltərənin irticaçı müstəmləkə siyasəti 

 

Hindistanda 



İngiltərənin  mövqeyini  möhkəmlətmək 

üçün ingilis 

hökuməti XVIII əsrin 80-ci illərinin axırı və 90-

cı illərinin əvvəllərində bir sıra qanunlar qəbul etdi. İnzibati 

və  məhkəmə  islahatı  keçirildi.  Məhkəmə  islahatı  əsasında  

yeni 


məhkəmələr yaradıldı  yeni mühakimə qaydaları qo-

yuldu ki, bunlar d

a tamamilə Britaniya ağalığının Hindistan-

da daha da 

möhkəmləndirilməsi məqsədi güdürdü. Bu haqda 

obrazlı şəkildə benqaliyalılar deyirdilər ki, "ingilis məhkəməsi 

Benqaliya  pələngindən  də  dəhşətlidir".  Britaniya  müstəmlə-

kəçilərinin zülmkarlığına və qarətçiliyinə qarşı xalq arasında 

baya

tılar qoşurdular, müstəmləkə zülmündən xilas yolunu isə 



ulu  tanrıdan  gözləyirdilər.  Bununla  da  onlar  ingilis  məhkə-

mələrinə və mülkiyyətlərinə  öz mənfi münasibətlərini ifadə 

etmiş olurdular.  

Hindistanda xalqın  kütləvi  etirazlarına  baxmayaraq  1793-

cü  ildə  ingilis  hökumət  orqanları  "Daimi vergi haqqında"  və 

yaxud 


"Daimi  zəmindarlıq  haqqında"  aqrar  qanun  qəbul  etdi. 

                                                 

1

 

Hindistanın  "İkili  idarə"  sistemi  1858-ci  ildə  Ost-Hind  kompaniyası  ləğv 



olunanadək davam etmişdi. 


99 

Bu qanun köhnə zadəgan torpaqlarının müsadirə edilməsini və 

Benqaliya,  Bixar  və  Orissa  kəndlilərinin  torpaq  sahibliyi  hü-

ququnun l

əğv edilməsini hüquqi cəhətdən rəsmiləşdirdi. Torpaq 

xüsusi  mülkiyyət  hüququ  əsasında  yerli  tacirlərə,  iltizamçılara 

və sələmçilərə verilirdi. 1793-cü il qanunu Hindistanda torpağın 

alver obyektinə çevrilməsini ilk dəfə olaraq rəsmiləşdirdi. Eyni 

zamanda 

həmin tədbir orta əsr feodal mülkiyyəti sisteminə zər-

bə  vurmuş  oldu.  Torpaq  alan  mülkədar-zəmindarlar  Ost-Hind 

kom


paniyasına əvvəlcədən birdəfəlik vergi verməli idilər. İngi-

lislər bunu vegi adlandırsalar da, əslində bu rüşvətin açıq forma-

sı idi. Bu tədbir kompaniyanı müntəzəm gəlirlərlə təmin edirdi. 

Həmçinin bu vergi məbləği çox yüksək idi. Bu məbləğ 1794-cü 

ildə  toplanan  verginin  90  faizi  həcmində  müəyyən  edilmişdi. 

Zəmindarlar öz malikanələrində təsərrüfatla məşğul olmurdular. 

Onlar torpa

ğı əsarətli şərtlərlə kəndlilərə yardarlığa becərməyə 

verirdilər. İcarədarlar da öz şərtlərini kəndlilərə qəbul etdirmək-

lə torpağı icarəyə verirdilər. Bundan başqa, çoxlu vergi və mü-

kəlləfiyyət formaları mövcud idi. Odur ki, daimi vergi sistemi 

y

arımfeodal  mülkiyyət  formalarını  və  kəndlilərin  istismarının 



yarımfeodal  formalarının  ağalığını  mühafizə  edib  saxlayırdı. 

Əslində  torpaqların  baş  mülkiyyətçisi  yadellilər,  o  cümlədən 

Ost-

Hind  kompaniyası  idi  və  feodallar  onların  həmçinin  yerli 



məkçiləri idi. 

K.

Marks yazırdı ki, "Biz Benqaliyada ingilis lendlordizmi, 



İrlandiyada  vasitəçilik  sistemi,  mülkədarı  töycü  toplayana 

çevirən Avstriya sistemi və dövləti torpağın əsil mülkiyyətçisi 

edən Asiya sisteminin digər sistemlərlə qovuşduğunu görürük". 

O  za


mankı aqrar qanunvericiliyin başlıca məqsədi - hə-

min dövrdə Hindistan xalqının istismarının əsas forması olan 

torpaq vergisindən maksimum gəlir götürülməsini təmin etmək 

və daimi zəmindarların simasında Britaniya müstəmləkəçilə-

rinin möhkəm ictimai dayağını yaratmaq idi. 

1793-


cü ildə qəbul olunmuş qanuna əsasən Hindistanda 

olan ingilis 

tacirlərinə  Hindistana  mal  idxal  və  ixrac  etmək 

icazəsi verildi. Bu qanun bir çox məhdudiyyətlərinə baxma-

yaraq 

Hindistandakı az sayda köhnə ingilis ticarət müəssisə-



lərinin  möhkəmlənməsinə  və  yenilərinin  yaranmasına  səbəb 

oldu. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə