Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə41/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   37   38   39   40   41   42   43   44   ...   142

121 

son


ra, ingilislər azacıq savadı olan, azmaaşlı hindli məmurla-

ra ehtiyac hiss edirdi. Müstəmləkəçilərin fikrincə, avropalaş-

mış  hind  ziyalılarından  ibarət  olan  kiçik  bir  təbəqə  onların 

ideoloji təsiri üçün bir alət olmalı idi. 1857-ci ildə Kəlküttə 

universitetinin açılması, Bombey və Mədrəs universitetlərinin 

təsis  edilməsi  də  məhz  eyni  məqsədi  güdürdü.  İngilis  müs-

təmləkəçilərinin  düşündüklərinin  əksinə  olaraq,  həmin  mək-

təblər sonralar milli mədəniyyətin iri mərkəzlərinə çevirildi. 

XIX əsrin birinci yarısında Hindistan xalqlarının ədəbiy-

ya

tında  yeni  proses  nəzərə  çarpmağa  başlayır.  İlahiyyatı 



mədh  və  dini-əxlaqı  təbliğ  edən  orta  əsr  süjetlərinin  təsiri 

zəifləməyə başlayır. Hindistan xalqlarının ədəbiyyatında icti-

m

ai  ahənglər  qüvvətlənir.  Bunlardan  bəzisində  humanizm, 



ümumi qardaşlıq (şair M.A. Qalib, 1797-1869), vətənpərvər-

lik (Benqaliyanın ən görkəmli vətənpərvər şairi, publisist və 

satiriki  İşşorçondro  Qupto,  1811-1859)  və  başqalarının  za-

man


la  səsləşən  əsərlərində  yeni  mövzuları  meydana  çıxır. 

Vətənpərvərlik  ideyası və  Britaniya  müstəmləkəçilərinə  qız-

ğın nifrət xalq yaradıcılığında, xüsusilə 1857-1859-cu illərd-

əki  azadlıq  üsyanı  haqqında  xalq  içərisində  doğan  şeir  və 

mahnılarda daha parlaq bir surətdə özünü göstərirdi.  

Mütərəqqi hadisələrdən biri də o idi ki, hind xalqları içə-

ri

sindən çıxmış ziyalılar heç bir mənfəət güdmədən xalqı cə-



halətdən qurtarmaq üçün fədailərə çevrildilər. Onlar müstəm-

ləkə  boyunduruğundan  xilas  olmağın  yolunu  göstərməklə 

istiqlaliy

yət proqramını hazırlamağa başladılar. Gələcək istiq-

lal mü

barizəsini  cəhalət  içərisində  qalmışlara  dərk  etdirənə 



qədər çoxlu məhrumiyyətlərə dözməli oldular. Xalq ziyalıları 

onla


rın ideyalarının yaxın zamanlarda reallaşmasına və ədalə-

tin zəfər çalmasına inanırdılar.  

Hind mədəniyyətinin Şərq ölkələri ilə əlaqəsinin yaradıl-

masında ziyalılar böyük rol oynamışlar. Dünya poeziyasının 

korifeyi  N.Gəncəvi,  Məhsəti,  M.P.Vaqif,  S.Ə.Şirvani,  M.F. 

Axundzadə,  M.Ə.Sabir  kimi  Azərbaycan  klassikləri  Hindis-

tanda tanınırdılar. Azərbaycan mütəfəkkirlərinin humanizmə 

əsaslanan  əsərləri  Hindistan  xalqlarının  dillərinə  tərcümə 

edil

mişdi və Hindistanda Azərbaycan mütüfəkkirlərinin əsər-



lərindən bəhrələnirdilər. 


122 

MONQOLUSTAN 

 

Mərkəzi  Asiyada  yerləşən  Monqolustanın  orta  əsrlər  və 

yeni dövr 

tarixi  keçmişi  ilə,  eləcə  də  müasir  ardıcıllıq  dövr 

arasında  müəyyən  ziddiyyətlər  mövcud olsa da, Monqolustan 

ərazisində  Aşağı  paleolit  dövrünə  təsadüf  edən  məsgunlaşma 

prosesinin 

baş verməsi haqqında tarixi məlumatlar çoxdur.  

 

Yuxarı paleolit dövründə isə artıq matriarxal qəbilə qu-



ruluşu  təşəkkül  tapmışdı.  Monqolustanda  e.ə  IV-III  əsrlərdə 

xüsusi  mülkiyyət  meydana  gəlir  və  mübadilə  yaranır, tayfa 

ittifaqları meydana çxmaqla ibtidai icma quruluşu dağılmağa 

başlayır. Bununla da Monqolustanda feodalizm münasibətləri 

formalaşır, təşəkkül tapır.  

 X-


XII əsrlərdə Kidanlar dövləti mövcud olsa da, sonra-

lar Monqolustanda mərkəzləşdirilmiş feodal dövlətinin yaran-

ması zərurəti meydana çıxdı. 1206-cı ildə monqol xanlarının 

Onon 


çayının sahilində çağırılmış Onon qurultayında Temu-

çin Çingiz xan adı ilə böyük xan elan edildi. XIII əsrin birinci 

onilliyində başlanan qəsbkarlıq yürüşləri nəticəsində XIII əsrin 

ortalarında Şimali Çin və Tanqut dövləti, Orta Asiya, Zaqaf-

qaziya, İran, Rusiya monqolların əsarəti altına düşdü və nəhəng 

Monqol imperiyası yarandı. XIII əsrin 70-ci illərində Xubilay 

Çinin  işğalını  başa  çatdıraraq  Yuan  sülaləsinin hakimiyyəti-

nin  əsasını  qoydu.  Amma  1368-ci  ildə  monqollar  Çindən 

qovuldu 

və  Çində  Min  sülaləsinin  hökmranlığı  dövrü 

başlandı.  Rusiya  isə  1380-ci  ildə  Kulikovo  vuruşmasından 

sonra monqol əsarətindən qismən xilas oldu. XIV əsrin ikinci 

yarısında  isə  İranda,  Zaqafqaziyada  monqol  istilası  süquta 

uğradı və Monqolustanda feodal pərakəndəliyi dövrü başlandı. 

1440-1455-

ci illərdə Esen xan və 1453-1479-cu illərdə Dayan 

xan  Monqolustanın  pərakəndəliyinə  son  qoymaq  və  mərkəz-

ləşdirilmiş dövlət yaratmağa cəhd göstərsələr də, bu cəhd baş 

tutmadı. Əksinə, XVI əsrdə Monqolustan üç hissəyə bölündü 

və  üç  hissədə  200-dən  artıq  xanlıq  və  knyazlıq  yaradılmışdı. 

XVI əsrin son rübündə Monqolustanda yaranan buddizm dini-

nin lamaizm təriqəti XVII əsrin əvvəllərində bütün Monqolus-

tanda dövlət dininə çevrildi. 



123 

 

Monqolustanın  daxili  pərakəndəliyindən  istifadə  edən 



man

curlar  Çinin  istilasından  sonra  Monqolustanı  da  işğal  et-

mək  niyyətində  idi.  Nəhayət,  1636-cı  ildə  mancurlar  Cənubi 

Mon


qolustanı işğal etdi. Bu dövrdən etibarən mancurların iş-

ğal etdiyi Cənubi Monqolustan Daxili Monqolustan adlandırıl-

dı. Mancurlar tezliklə öz hakimiyyətini Şimali Monqolustanda 

da 


bərqərar etdilər. XVIII əsrin ortalarında yalnız Oyrat xanlığı 

müstəqilliyini saxlamışdı. 1758-ci ildə mancurlar daha bir qətl 

törədərək  Oyrat  xanlığının  500  min  nəfərdən  artıq  əhalisini 

qıraraq  bu  dövlətin  müstəqilliyinə  son  qoydular.  Beləliklə, 

Mon

qol xalqı Mancur-Sin sülaləsinin hökmranlıq etdiyi Çinin 



hakimiyyəti altına düşdü. Çinin hakimiyyəti altına düşən Mon-

qolustan ərazisində çox da inkişaf etməyən knyazlıqlar var idi. 

Bu  knyazlıqlar  coğrafi  şəraitinə  görə  bir-birindən  fərqlənir-

dilər.  Hətta,  idarəçilik  sistemində  də  müxtəliflik  mövcud  idi. 

Yaşayış məsgənləri bir-birindən çox uzaq olduğuna görə qar-

şılıqlı mübadilə, həm də ictimai münasibətlər zəif idi.  

 XVII 

əsrin əvvəllərində Monqolustan bir sıra müstəqil, 



bəzi hallarda bir-birilə düşmənçilik edən knyazlıqlardan iba-

rət idi. Əhalinin son dərəcə seyrək olduğu bir şəraitdə mon-

qol

ların yerləşdiyi ərazi çox böyük idi. Bu ərazi Şərqdə Bay-



kal

dan və Xinqan dağ ətəklərindən, Qərbdə Tyan-Şan, Şimal-

da İrtışın və Yeniseyin yuxarı axarındakı yerlərdən, Cənubda 

Böyük  Çin  səddinə  qədər  uzanırdı.  Ölkə  şimali,  cənubi  və 

qərbi  monqollara  bölünmüşdü.  Şimali  monqollar  içərisində 

xalxalılar,  cənubi  monqollar  içərisində  çaxarlar,  qərbi  mon-

qol

lar  içərisində  isə  oyratlar  əsas  rol  oynayırdılar.  Şimali 



mon

qollar Qobi səhrasından şimalda, cənubi monqollar bun-

dan  cənubda  köçəri  həyat  tərzi  keçirir,  qərbi  monqollar  isə 

Cunqarda (Sintszyanda) 

yaşayırdılar.  

 

Əhalinin  (aratların)  əsas  məşğuliyyəti  maldarlıq  idi. 



Mon

qollar demək olar əkinçiliklə məşğul olmurdular. Sənət-

kar

lıq  da  zəif  inkişaf  etmişdi.  Torpaq  və  otlaqlar  tamamilə 



feodal 

təbəqəsinin mülkiyyətində idi. Monqolustanın iqtisadi 

quruluşunun əsasını təhkimli aratların əməyinin istismar edil-

məsi təşkil edirdi. Monqolustanda geniş yayılmış hakim din 

lamaizm dini 

idi ki, bu da Monqolustana XVI əsrin ikinci ya-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə