127
məqsədi başqa idi, yəni dəyər-dəyməzinə mümkün qədər daha
çox mal-
qara, yun, dəri və sairə almaq və burada ehtiyac olan
vacib malları yüksək qiymətə satmaqdan ibarət idi. Belə
ticarət əməliyyatı feo-dal zülmünün daha da şidətlənməsinə
səbəb olurdu, feodallar isə özlərindən asılı olan aratlar qarşı-
sında getdikcə daha çox tələblər qoyurdular.
Ölkədə ticarət-sələmçi kompaniyalar tərəfindən istifadə
edilən "ellik zəmanət" sistemi var idi. Bu sistemin mahiyyəti
ondan ibarət idi ki, vergi və mükəlləfiyyətlər üçün xoşun mə-
sul
liyət daşıyırdı. Knyaz və ya ayrı-ayrı şəxslər borclarını və
ya vergilərini ödəmədikdə, onların əvəzinə bunu bütün xoşu-
nun əhalisi verməli idi ki, bu da olduqca ədalətsiz qayda idi.
Monqol feodalları və lama kilsəsi tərəfindən monqol
xalq kütlələrinin istismar edilməsi ilə yanaşı, onların ticarətçi
və sələmçilər tərəfindən də istismarı, yadelli mancur işğalçı-
larının zülmü, bütün bunlar monqolların təsərrüfatının tama-
milə tənəzzül etməsinə səbəb oldu. Avropa və Amerika kapi-
ta
lının zorla Çinə və onun ucqarlarına, o cümlədən Monqo-
lustana soxulması bu prosesi daha da sürətləndirdi. XIX əsrin
30-40-
cı illərində Çin öz limanlarını xarici dövlətlər üçün
açmağa məcbur oldu. Bu vaxtdan etibarən Monqolustan da
kapitalist bazarı dairəsinə cəlb olunmağa başlayır. Çinin ən
nəhəng kapitalist dövlətlərin yarımmüstəmləkəsinə çevril-
məsi Monqolustanın da vəziyyətinə təsir göstərdi.
Monqolustanın xammalı və mal-qarası təkcə Çinə deyil,
başqa ölkələrə də ixrac edilməyə başlandı. Monqolustanın
mal
darlıq təsərrüfatı məhsulları ABŞ, Almaniya, İngiltərə və
Yaponiyaya
aparılırdı. Xarici şirkətlər ticarət əməliyyatını,
əsasən kredit üsulu ilə aparırdı. Bəzən knyaz və zadəganların
borclarını aratlar ödəməli olurdu. Bu da xalqın vəziyyətinə
olduqca pis təsir edirdi ki, nəticədə monqol aratlarının vəziy-
yəti olduqca pisləşməyə başladı.
Müstəmləkə zülmü, talançılıq və quldurluq monqol
xal
qının dərin qəzəbinə səbəb olurdu ki, bu da zülmkarlara
qarşı aratların bir sıra çıxışlarında özünü göstərirdi. Monqo-
lustanda man
cur zülmünə və xüsusilə ticarət-sələmçi kapitalı-
128
nın fəaliyyətinə qarşı çevrilmiş xalq-azadlıq hərəkatı artıq
yetişməkdə idi.
Müstəmləkəçilərin və feodal zülmünə qarşı aratların
mübarizəsi
Tarixi faktlardan məlumdur ki, monqol zəhmətkeşləri iki
əsrdən artıq bir müddət ərzində mancur sülaləsinin əsarəti
altında olmuşlar. Lakin azadlıqsevən monqol xalqı bununla
barışmayaraq yadelli və daxili zülmkarlara qarşı mübarizəsini
dayandırmamış, dəfələrlə silahlı mübarizəyə qalxmışdır.
XVIII əsrin ortalarında Amursana başda olmaqla aratla-
rın qəhrəmanlıqla üsyanından sonra, mancur hökumət orqan-
larının cəza tədbirlərinə və terroruna baxmayaraq, Xalxada
xalq
çıxışlarının arası kəsilmirdi. Amma bu da danılmaz fakt
idi ki, ö
z sinfi mənafe və imtiyazları xatirinə xəyanət yolunu
seçən monqol feodalları da mancurlara qarşı çevrilmiş üsyan-
ların yatırılmasında iştirak edir, varlanmaq naminə xalqa xə-
ya
nət yolunu tuturdular.
Xalqın ictimai zülmə qarşı protesti isə müxtəlif forma-
larda
özünü göstərirdi. Aratlar ayrı-ayrı xoşun hakimlərindən
el
liklə ərizə verib şikayət edir, feodalların hakimiyyəti altında
olan yerlərdən kütləvi surətdə köçüb gedirdilər. Nəhayət, on-
lar silahlı çıxışlar təşkil edərək, feodal mükəlləfiyyətlərinin
azal
dılmasını tələb edirdilər. Həm qohumluq əlaqələri, həm
də iqtisadi cəhətdən zəhmətkeş aratlarla sıx bağlı olan sıravi
la
malar çox zaman aratların çıxışlarında fəal iştirak edirdilər.
Bu zaman dözülməz həyat şəraiti üzündən doğma yerlərini
tərk edən aratlar hər yerdə kiçik dəstələr düzəldirdilər. Onlar
Çin ta
cirləri və sələmçilərinin faktoriyalarını dağıdır, knyaz-
ların iqamətgahına hücum edir, onların mal-qarasını sürüb
aparır və aratlara paylayırdılar. Aratların bu dəstələrə yardım
göstərməsi, mancur hökumət idarələrinin onlara qarşı mübari-
zəsini çətinləşdirirdi. Belə yürüşlər mövcud ictimai sistemi
sarsıda bilməsə də, hər halda onu zəiflədir, gələcək ədalət tu-
fanının yaxınlaşmasını göstərirdi.
129
Çində feodalizm quruluşuna və mancurlara qarşı geniş-
lənən hərəkat, xüsusilə 1850-1864-cü illərdəki Taypin üsyanı
aratların azadlıq hərəkatına və onun fəallaşmasına böyük təsir
göstərdi. Monqolustanda yaşayan çinlilər, hakim yuxarı təbə-
qələrin səylərinin əksinə olaraq aratlara bilavasitə inqilabi tə-
sir göstərirdilər. Monqollar təkcə rəsmi Çinlə, təkcə tacir və
s
ələmçilərlə deyil, həmçinin Çin zəhmətkeşləri ilə ünsiyyət
qururdular
. Monqolustan təsərrüfatının məhdud tələbatını ödə-
yən sənətkarların böyük əksəriyyəti çinlilərdən ibarət idi. Çin
əkinçilərinin Monqolustanda məskunlaşması, sonralar bu diyara
digər əməksevər Çin kəndlilərinin də gəlib çıxmasına səbəb
olmuşdur. Mancurların hakimiyyətinə hədsiz nifrət bəsləyən
Çin zəhmətkeşləri var-yoxdan çıxmış aratlarla birlikdə dəfələr-
lə çıxış etmiş və həmrəylik nümayiş etdirmişdilər.
Ölkədə baş qaldırmış narazılıqlar nəhayət xalqın kütləvi
narazılığı ifadəsini doquylan hərəkatında tapdı. Bu hərəkat,
Xalxaya nisbətən əhalisi daha çox sıx məskunlaşdırılan Da-
xili Monqolustanın Ordos rayonunda 1858-ci ildə meydana
çıxmışdı. Doquylanlar aratların kütləvi yığıncaqlarını təmsil
edən geniş demokratik təşkilatlar idi. Həmin yığıncaqlar feo-
dalların zülmünə qarşı mübarizə aparmaq və mancur-Çin hö-
kumət dairələri tərəfindən yadellilərin Monqolustanda məs-
kunlaşdırılmasına müqavimət göstərmək üçün çağırılırdı. Hə-
rəkatın antifeodal meyllərindən qorxan monqol feodallarının
köməyilə mancur hökumət orqanları bu hərəkatı yatırmaq üçün
böyük səy gösərirdi.
Lakin Daxili Monqolustandakı doquylan hərəkatı geniş-
lənməkdə və ətraf əyalətlərə də yayılmaqda idi. İnqilabi arat-
la
rın bu mübarizə forması sonralar Xarici Monqolustan
xoşunlarına
da təsir edərək, orada da kütləvi milli azadlıq hə-
rəkatı xarakterni alırdı.
Rusiya
Monqolustan münasibətləri
XVII
əsrin əvvəllərindən etibarən rusların Sibirə gəlməsi
ilə əlaqədar monqol-rus münasibətləri yeni mərhələyə daxil
oldu. Buraya
gələn ruslar ilk dəfə burada monqol köçəriləri
Dostları ilə paylaş: |