118
mədəniyyətin ən yaxşı nailiyyətlərini özündə birləşdirən hind
mədəniyyəti həm də öz orijinallığını saxlamışdı.
Böyük Moğol imperiyasının iqtisadi və siyasi böhranının
dərinləşməsi hind mədəniyyətinin də tənəzzülünə səbəb oldu.
Mürtəce və mütərəqqi qüvvələr arasında gedən kəskin müba-
rizə ideologiya sahəsini də bürüdü. Fəlsəfədəki idealist cərə-
yan
lar azad fikri boğmaqda, sxolastika və teologiyanı yay-
maqda hakim sinif
lərə xidmət edirdi. Bütün bu məhrumiyyət-
lərə baxmayaraq təbiət elmlərinin nailiyyətlərindən bəhrələ-
nən materialst ideyalar inkişaf etməkdə idi.
O dövrün qab
aqcıl mütəfəkkirləri, xalq kütlələrini amansız-
casına soyan feodal zadəganların israfçılığını və tüfeyliliyini
pisləyirdilər. XVIII əsrin ortalarının görkəmli humanist alimi
dehlili Vəliullah müsəlman İntibahı adlanan cərəyanın məfkurə-
çisi olmuşdur. O, "Hiccətül Allahəl-Baliğan" ("Qadir allahın
mü
dafiəçisi") adlı əsərində küt siyasətlər ilə dövlətin qüdrətini
sarsıdan feodal hakimləri kəskin tənqid atəşinə tutaraq ədalət və
insaniyyət qanunlarına əsaslanan ictimai quruluş haqqındakı
idealını təsvir etmişdir. Vəliullahın görkəmli ardıcılı, Hindistan-
da ingilislərə qarşı vahabilər (vəliullahilər) hərəkatının təşkilat-
çısı və rəhbəri 1786-1831-ci illərdə Səid Əhməd olmuşdu.
XVIII əsrin birinci yarısında Rəcputanda qabaqcıl adam-
lar dövlət xadimi, çox qüdrətli alim Savay Cay Sinqin ətrafına
toplaşmışdılar. O, riyaziyyatçı, astronom və şəhərsalma mü-
təxəssisi idi. Caypur şəhərinin əsasının qoyulması onun adı ilə
bağlıdır. O, Hindistanın beş şəhərində, o cümlədən Caypur,
Dehli, Benares, Udcayan v
ə Məthurda rəsədxana tikmişdir.
İngilis istilasının başlanması ilə Hindistanın mədəni hə-
ya
tının tənəzzülü son dərəcə dərinləşdi. XVIII əsrin axırları
və XIX əsrin əvvəllərində ölkədə mədəniyyətin heç bir sahə-
sind
ə əvvəlki qərinələrin istedadlı əsərləri ilə bir sıraya qoyu-
la biləcək görkəmli əsər yaradılmamışdı.
Yalnız xalq yaradıcılığı hind folklorunun mahnı, rəqs
pan
tomima (mimika və hərəkətlərlə ifa olunan teatr tamaşaları)
teatrının köhnə ənənlərini davam etdirirdi. Bunların süjeti
başlıca olaraq dinlə, əməklə və xalq kütlələrinin azadlıq mü-
ba
rizəsi ilə əlaqədar idi.
Əl əməyinə əsaslanan toxuculuq sənətinin tənəzzülünə
baxmayaraq, istedad
lı xalq ustaları tətbiqi-bəzək sənətinin,
119
yəni fil sümüyü və ağac üzərində naxış, üzərində zərlə nəfis
işlənmiş metal məmulatı, naxışlı saxsı şeylər istehsalı, naxışlı
yun parçalar
istehsalının ənənələrini davam etdirirdilər.
Eyni zamanda Avropa ilə daha sıx əlaqə yaradılması ar-
tıq XVIII əsrin axırlarından Hindistanın mədəni həyatına,
birinci növ
bədə isə onun ən qabaqcıl xalqlarına getdikcə mü-
tərəqqi təsir göstərirdi. Mütərəqqi hal ondan ibarət idi ki,
1789-cu il inqilabi Fransan
ın təsiri müəyyən dərəcədə May-
su
run mütərəqqi dairələrinin fəaliyyətində, Serinqapatamda
yakobin klubunun açılmasında, elmi və siyasi müzakirələrin
təşkilində və s. öz ifadəsini tapdı.
Hələ 1784-cü ildə Uilyam Cons Benqal-Asiya cəmiyyəti
təşkil etmişdi. Sonralar bu cəmiyyət krallıq cəmiyyəti adlan-
d
ırıldı. Hindistanın zəngin qədim mədəniyyəti ilə Qərbin
tanış olmasında həmin cəmiyyət müsbət rol oynamışdı.
XVIII
əsrin axırlarında yeni tipli teatr yaratmaq üçün ilk
təşəbbüslər göstərildi. Bu təşəbbüslər 1785-ci ildən 1797-ci
ilədək Hindistanda yaşamış rus hindşünası Gerasim Stepano-
viç Lebedevin fəaliyyəti ilə əlaqədar idi. G.S.Lebedevin Ben-
qal dilinə tərcümə etdiyi "Riyakarlıq" adlı ingilis pyesinin
1795-
ci il noyabrın 27-də ilk tamaşası oldu. Teatrın müvəffə-
qiyyətinə və Benqaliya ictimaiyyətinin qabaqcıl dairələrinin
yardımına baxmayaraq, ingilis işbazlarının müqaviməti nəti-
cəsində teatr iki illik fəaliyyətdən sonra bağlandı.
1804-
cü ildə Bombeydə Krallıq Asiya cəmiyyəti açıldı.
Müstəmləkəçi məmurlardan fərqli olaraq ayrı-ayrı ingilis
alimləri və yazarları Hindistanın mədəni inkişafına kömək
etməyə səy göstərirdilər. Lakin ingilis hökumət orqanları xalq
kütlələrini cəhalətdə saxlamağa çalışır, onların mədəni
mədəni tanımaq istəmirdilər.
Qərblə mədəni əlaqələrin gücləndiyi bir şəraitdə Hindis-
tanın ictimai-iqtisadi həyatında orta əsr qaydalarının yenisi ilə
əvəz edilməsi ictimai həyatda yeni hadislərə səbəb oldu və
ic
timai fikrin yeni cərəyanları formalaşdı.
Ram Moxan Roy başda olmaqla ilk hind maarifpərvərlə-
ri ictimai səhnəyə çıxdılar. Görkəmli alim və filosof Ram
Moxan Roy eyni zamanda islahat
çı idi. İnduizm prinsiplərinə
sa
diq qalmaqla bərabər, Ram Moxan Roy bu dini islah etmə-
yə, bunun ən mürtəce cəhətlərini aradan qaldırmağa çalışırdı.
120
Cəhalətin hökm sürdüyü bir zamanda dində islahat aparmağın
özü də çox böyük cəsarət tələb edirdi. O, dul qadınların yan-
dırılması adətinə (sati) qarşı qətiyyətlə mübarizə aparırdı.
Onun bu mübarizəsi, ingilis hökumət dairələri tərəfindən hə-
min adətin qanunla qadağan edilməsində mühüm rol oynadı.
Görkəmli hind maarifpərvəri təhsilin müasirləşdirilməsi uğ-
runda, "riyaz
iyyatın, tarixin, naturfəlsəfənin, kimyanın, ana-
to
miyanın və digər dünyəvi elmlərin" tədris edilməsi uğrunda
fəal mübarizə aparırdı. O, Benqal dilində yazılmış qramma-
tika, coğrafiya, astronomiya və həndəsə dərsliklərinin müəl-
lifi id
i. Onun təşəbbüsü ilə 1817-ci ildə Kəlküttədə hindlilər
üçün Qərbi Avropada olan kolleclər tipli kollec yaradıldı ki,
bu da böyük tarixi hadisə idi.
Ram Moxan Roy həmçinin, hind mətbuatının banilərin-
dən biri olmuşdur. O, 1812-ci ildə Hindistanda Benqal dilin-
də ilk jurnal nəşr etməyə başlamışdı.
Ram Moxan Roy və onun ən yaxın ardıcılı Dvarkanatx
Taqor
XIX əsrin əvvəllərində "Brahmo-samac" adlı dini-isla-
hat
çılıq cəmiyyəti yaratdılar. Bu cəmiyyət görkəmli maarif-
pərvərin ideallarını həyata keçirməyə, ölkəni mədəni tərəqqi
yoluna çıxarmağa çalışırdı.
Ram Moxan Royun fəaliyyəti sonralar qabaqcıl mülkə-
dar-
burjua ziyalılarına böyük təsir göstərdi və burjua-milli
hərəkatının ideoloji cəhətdən hazırlanmasında mühüm bir
mərhələ oldu.
İlk hind maarifpərvərinin fəaliyyəti Britaniya hökumət
orqanlarını Hindistanda Avropa təhsili nümunələrini həyata
keçirməyə məcbur etdi. Yeni qanuna görə 1835-ci ildə Hin-
dis
tanda klassik gimnaziya tipli məktəblər açılmasına icazə
ve
rilirdi. Həmin məktəblərdə dərslər ingilis dilində keçilirdi.
Amma tədris planlarında, Hindistan tarixi və ədəbiyyatının
tədrisi nəzərdə tutulmurdu. Hindistanın qədim və orijinal mə-
dəniyyətinə ingilislərin əsil münasibəti islahat müəlliflərindən
biri olan, ingilis burjua-liberal tarixçisi Makoleyin
öz məkrli
siyasətini aşağıdakı sözlərlə açıq ifadə etmişdir: "Avropa ki-
tabxana
sındakı bir rəf kitab bütün Hindistanın və Ərəbistanın
yerli ədəbiyyatına dəyər".
Hindistanda təhsil islahatı zəruriliyi bir də ondan irəli
gəlirdi ki, 1836-cı ildə ingilis dili rəsmi dil elan edildikdən
Dostları ilə paylaş: |