112
y
erli əhali üzərindəki istismarın qüvvətlənməsi əhalini işğal-
çılara qarşı silahlı mübarizəyə sövq edirdi. Kəndlilər və xırda
sənətkarlarla yanaşı bəzi knyazlar və feodalların da mənafelə-
rinə toxunulduğuna görə onlar mövcud idarəçilikdən, ümu-
miy
yətlə ölkədəki vəziyyətdən narazı idilər.
Hələ 1857-1859-cu illərdəki milli-azadlıq üsyanı
ərəfəsində baş verən bir sıra xalq çıxışları böyük bir üsyanın
yaxınlaşmasından xəbər verirdi. Belə çıxışlardan biri də
santalların üsyanı idi. 1855-ci ilin ortalarında baş verən bu
üsyan həm ingilislərin əlaltısı olan yerli zəmindarlara, həm də
müstəmləkəçilərin özünə qarşı çevrilmişdi. Santal-kəndlilər
Benqaliya ərazisinin bir hissəsindən əcnəbi ağaları qovdular
və Kəlküttənin özünə də təhlükə yaratdılar. Bu mübarizəyə
əsasən yoxsul kəndlilər, sənətkarlar və Benqaliyanın məzlum
əhalisinin başqa təbəqələri də qoşulmuşdular. Onlar partizan
müharibəsi üsullarından müvəffəqiyyətlə istifadə edirdilər.
Nəhayət, ingilislər yalnız çoxlu yeni qüvvə işə salmaqla xalq
müqavimətinə divan tuta bildilər. 1857-ci ildə hərəkat
yatırıldı. Mopla kəndliləri və vahabilər müqavimət
göstərməkdə davam edirdi. Bununla yanaşı 1857-1859-cu
illərdəki böyük xalq üsyanı təsadüfi bir hadisə deyildi, bu
üsyan
xalq kütlələrinin əvvəlki mübarizəsi və illərlə toplanan
nifrətin qəzəbi nəticəsində hazırlanmışdı.
Sipahi alaylarında açıq, narazılıq 1857-ci ilin yanvar-
fevral aylarında başlandı. Sipahilər yeni patron işlədilməsinə
etiraz etdilər. Onlar güman edirdi ki, bu patronların büküldü-
yü qabıq inək və ya donuz piyi ilə yağlanmışdır. Bu patronlar
işlədilərkən, patronların qabığını dişlə qoparmaq lazım gəlir-
di.
Xatırladaq ki, indus mənşəli əsgərlər inək piyini, müsəl-
man mənşəli əsgərlər isə donuz piyini haram bilirdilər. Patron
məsələsi narazılığın aşkara çıxması üçün yalnız bir bəhanə
oldu.
Çox incə məsələ olan dini etiqad olduqca məsuliyyətli
iş idi. Əsgərlər köhnə patronları da qəbul etməkdən boyun
qaçırırdılar. Paralel olaraq müxtəlif alaylarda ingilislərə qarşı
gizli
çıxış hazırlanırdı. Çıxışa hazırlıqda şəhər əhalisinin də
iştirak etdiyinə dair məlumatlar var idi. Bəzi feodallar, o
cümlədən, Nana Sahib, moğol imperatorlarının son
113
nümayəndəsi II Bahadır şahın yaxın adamları, Cxansi
knyazının dul qadını və başqaları da yaranmış vəziyyətdən
çıxış yolu axtarırdılar və Britaniya müstəmləkəçilərinə nifrət
bəsləyir, gələcəkdə baş verəcək milli-azadlıq mübarizəsinə
hazırlaşırdılar.
Üsyanın ilk “təkanı” və kütləvi hal alması 1857-ci il
mayın 10-da Mirutda yerləşən sipahi alaylarında başladı.
Yerli əhali əsgərlərə kömək edir, gənc əsgərləri döyüşə
ruhlandırırdılar. Milli üsyan nəticəsində Mirut rayonunda
ingilis ağalığı dərhal ləğv edildi. Mirutdan üsyançılar
H
indistanın qədim paytaxtı Dehliyə yürüş etdilər. İngilislər
burada guya bu
yaxınlarda qayda-qanunu möhkəmlət-
mişdilər. Keçmişdə qüdrətli Böyük Moğol sülaləsinin Kom-
paniyadan təqaüd alan xələfi II Bahadır şah burada yaşayırdı.
Nəticədə Dehli qarnizonunun alayları və yerli əhali də
üsyançılara qoşuldu. Bahadır şah da üsyana qoşulanlar sıra-
sında idi və Hindistanın imperatoru elan edildi. Dehli müs-
təmləkəçilərdən təmizləndi. İngilislərə qarşı çıxışın başlan-
ma
sı xəbəri tezliklə ölkənin geniş ərazisinə, müxtəlif əyalət-
lərə yayıldı. Tezliklə üsyan bütün Şimali Hindistanı bürüdü.
Üs
yanı yatırmaq üçün ingilis komandanlığı dərhal bir sıra
tədbirlər gördü, ən mühüm strateji məntəqələrə qoşun toplan-
dı, Çinə göndərilən polklar Hindistana qaytarıldı, bəzi hind
feodallarının üsyançılar tərəfinə keçməsinin qarşısını almaq
üçün tədbirlər görüldü.
Hindistanda üsyançıların əsas mərkəzləri hələlik Dehli,
Aud
, Mirut, Chansi və Kanpur rayonları idi. Üsyançıların ən
böyük hərbi birləşmələri bu yerlərdə toplaşmışdı. Üsyançılar
dərhal bu rayonlarda yerli dövlət özünüidarə orqanlarının
özəyini yaratmağa çalışırdılar və buna tədricən nail olurdular.
Dehli şəhərinin müdafiə mövqeyini möhkəmlətmək və
yaxın rayonların əhalisi ilə əlaqə yaratmaq üçün tədbirlər gö-
rül
dü. Üsyançıların əsas idarəçilik orqanı Şura idi. Şura əsa-
sən sipahi polklarının zabitlərindən ibarət idi. İngilis qoşunla-
rının sabiq zabiti, vahabilərdən olan Baxtı Xan Şurada son
dərəcə fəal rol oynayırdı. Şuranın nöqsanı bunda idi ki, mülki
əhali ilə kifayət qədər əlaqəsi yox idi. Şura həm hərbi əməliy-
yata, həm də ingilislərdən azad edilmiş yerlərdə mülki işlərə
114
rəhbərlik edirdi. Şura geniş izahlı müraciətləri, müstəmləkə-
çi
lərə qarşı mübarizə aparmağa çağıran intibahnamələri ölkə-
nin m
üxtəlif regionlarına, xüsusilə yoxsul regionlara göndə-
rirdi. Hind
lilərlə müsəlmanlar arasında hərəkət birliyi yaradıl-
masına böyük diqqət verilirdi. Şahın və onun yaxın adamları-
nın tərəddüd göstərdiyini görən Şura bütün hakimiyyəti öz
əlində təmərküzləşdirdi. Şahın 9 avqust tarixli fərmanına əsa-
sən kəndlilərdən və yerli şəhər əhalisindən vergi toplanması
Şuranın ixtiyarına keçdi. Lakin üsyançılar cəbhəsində mühüm
nöqsanlar da var idi.
Belə ki, qoşun içərisində lazımi intizam
yox idi. Ölkənin başqa rayonları ilə kifayət qədər əlaqə yara-
dılmamışdı. Bahadır şahın özü kimi, onu əhatə edən feodallar
da,
əslində milli azadlıq hərəkatının müqəddəs işinə xəyanət
edirdilər. Britaniya hökuməti Sipahilər hərəkatı daxilində
nifaq salmaq üçün muzdlu cəsusları orada yerləşdirməyə nail
olmuşdu. İngilislər üsyanın yatırılması üçün yeni qüvvələr
gələnə qədər vaxt qazanmağa çalışırdılar.
Odur ki, s
entyabra qədər ingilis komandanlığı Dehli ət-
ra
fında xeyli qüvvə toplaya bildi. Dehli istehkamlarına hü-
cum başlandı. Üsyan rəhbərləri mühasirəyə alınmış şəhəri
mü
dafiə etməyin mümkün olmadığını görərək qoşunun bir
his
səsini qaladan çıxardı və ölkənin başqa rayonlarında mü-
qa
viməti davam etdirdilər. Azadlıq mübarizəsinin ən mühüm
mərkəzi Dehli, şiddətli vuruşmalardan sonra, 1857-ci il sent-
yab
rın 11-də süqut etdi. Şəhər alınarkən ingilis ordusu ağıla-
g
əlməz vəhşiliklər törətdilər.
Xalq azadlıq mübarizəsinin ikinci əsas mərkəzi Aud və
paytaxt şəhəri Laknau idi. Auddakı üsyanda kəndlilər fəal
iştirak edirdi. Keçmiş knyazlığın şimal-qərb rayonlarında
üsyanı məhz kəndlilər başlamışdı.
Laknauda
isə sipahi alaylarının çıxışı Mirutdan 10 gün
sonra,
mayın 20-də başlandı. İngilislər bütün Aud ərazisindən
qovuldu və ingilis komissarının iqamətgahı da mühasirəyə
alındı. 1856-cı ildən knyazlıq hüququndan məhrum edilmiş
Aud nəvabın ailəsi və digər nümayəndələri də Hindistanın bu
hissəsində üsyana qoşuldular. Ən fəal hərəkat rəhbərlərindən
biri də dini təbliğatçı Əhmədşah idi. Dehlinin süqutundan
Dostları ilə paylaş: |