124
rısında Tibetdən keçmişdi. Bu din də insanda mütilik tərbiyə
edir və feodalların hökmranlığına bəraət qazandırırdı.
Artıq XVII əsrdə monqolların Asiyada mancur işğalla-
rına qarşı çıxış cəhdləri və mübarizəyə başlaması tədricən
mü
şahidə olunmaqda idi. Mancurlar ən əvvəl cənubi monqol-
lara hücum etdikdən sonra Çaxarın xanı Liqdan xarici işğal-
çılara qarşı özünün rəhbərliyi altında mübarizə təşkil etmək
təşəbbüsü göstərdi. Lakin onun qoşunları darmadağın edildi.
Nəticədə 1636-ci ildə cənubi monqol knyazlarının qurultayı
oldu ki, burada da mancur hökmdarı Monqolustanın xanı elan
edildi. Bu zaman
dan etibarən cənubi monqollar və daxili
monqollar, on
ların yaşadığı rayonlar isə, Daxili Monqolustan
adlanması rəsmiləşdirildi.
Digər əraziləri də zəbt etmək üçün Mancur hökumət
dai
rələri Xalxa və Oyrat knyazları arasında feodal münaqişə-
ləri salır və bunlardan məharətlə istifadə edirdilər. Onlar Cun-
qar
iya və Xalxa arasındakı münaqişəni nəhayət ki, müharibə-
yə çevirdilər. Cunqar xanı Qaldanın rəhbərliyi altında qərbi
monqollar 1688-
ci ildə Şimali Monqolustana soxulub Xalxa-
nı tutdular. Lama ruhanilərinin mancurlara satılmış başçısının
təkidi ilə Xalxa knyazları 1691-ci ildə Dolonor qurultayında
"könüllü" olaraq mancur təbəəliyini qəbul etdilər. Cənubi
Mon
qolustanın işğal edilməsi mancurların strateji mövqeyini
daha da
qüvvətləndirdi və onlar Qərbi monqollara qarşı hücu-
ma keçdilər.1696-cı ildə Kerulen çayı yanında həlledici vu-
ruşma oldu. Oyratlar məğlub olub, Şimali Monqolustandan
Cunqar köç
ərilərinə tərəf çıxıb getdilər. Lakin Monqolustan
xalqının istiqlaliyyəti uğrunda qərbi monqolların mancurlara
qarşı mübarizəsi davam edirdi. Qərbi monqolların mancurlara
qarşı azadlıq mübarizəsinin axırıncı, ən parlaq qəhrəmanlıq
mərhələsi oyrat knyazı Amursananın başçılığı altında 1754-
1758-
ci illərdə baş verən üsyan oldu. Amursana bütün anti-
man
cur qüvvələri öz ətrafında birləşdirmişdi. Zəhmətkeş arat-
lar Amur
sanaya kömək edirdilər və üsyan bütün Cunqar və
Xalxa ərazisini bürüdü. Oyratların qəhrəmancasına müqavimət
göstərməsinə baxmayaraq, onlar sayca özlərindən xeyli üstün
125
olan, topla silahlanmış mancur ordusunun qarşısında dayana
bilmədilər. Qat-qat güclü və üstün olan xarici işğalçılara qarşı
bu mübarizə dörd il davam etdi və oyratların tamamilə darma-
dağın və başdan-başa məhv edilməsi ilə nəticələndi.
Bu milli-
azadlıq hərəkatı hadisələrindən bir qədər sonra
mancurlar inzibati-
ərazi islahatı keçirdilər. Onlar Cun-
qariyanın şimal hissəsində Kobdo mahalı təşkil edib buranı
xüsusi n
əzarət altına aldılar. Sonralar yeni yaradılmış Kobdo
mahalı Uryanxay və Xalxa ilə birlikdə Xarici Monqolustan
adlandırılmağa başlandı. Xarici Monqolustan dedikdə, bunun
da ərazisi Monqolustan Xalq Respublikasının indiki sərhəd-
ləri ilə əsasən uyğun gəlir.
Mancurların Monqolustandakı iqtisadi siyasəti
və bunun nəticələri
Mancurlara qarşı mübarizədə monqolların məğlubiyyəti
ölkənin öz siyasi müstəqilliyini itirməsi ilə nəticələndi. Man-
curlar öz
hökmranlığını möhkəmlətməyə çalışır və buna gö-
rə Monqolustanı Rusiyadan və Çindən təcrid etmək siyasəti
yeridirdilər. Olduqca maraqlıdır ki, mancurlar Monqolustanı
işğal etdikdən sonra buradakı ictimai quruluşu dəyişdirmədi-
lər. Onlar geridə qalmış təsərrüfat formalarını mühafizə etdi-
lər və feodalların aratlar üzərindəki iqtisadi hüquqlarını saxla-
dılar. Keçmişdə olduğu kimi, yenə də Monqolustanın əsas si-
nif
ləri feodallardan (dünyəvi və dini feodallar) və əhalinin
əksəriyyətini təşkil edib, bütün feodal vergi və mükəlləfiyyət-
lərinin ağırlığını öz çiyinlərində daşıyan təhkimli aratlardan
ibarət idi. Çində hökmranlıq edən mancur (Tsin) sülaləsi
Mon
qolustanda öz mövqeyini möhkəmlətmək üçün hər cür
tədbirlərə əl atırdı. Mancurlar xanədanların (xoşunların) xır-
da
lanmasına nail oldular. Təkcə Xalxada xanədanların sayı
1655-
ci ildə 8-dən 1815-ci ildə 105-ə çatdırılmışdı. Mancur-
lar xanların və adi xoşun knyazlarının hüquqlarını bərabərləş-
di
rərək, onlara xüsusi maaş müəyyən etdilər, onlar üçün rüt-
bə, mükafat və fərqlənmə nişanları verdilər, knyazlar silkinin
126
bütün görkəmli nümayəndələrini müntəzəm surətdə şirnik-
ləndirib öz tərəflərinə çəkməyə başladılar.
Monqol knyazları və feodalları get-gedə hakim mancur
dairələrinin itaətkar alətinə çevrilirdi. Bununla bərabər Mon-
qolustanda mancur qanunvericiliyi,
Çin xarici işlər palatası-
nın qanunlar külliyatı olan "Qanunnamə" (1789-1815) tətbiq
edilməyə başlandı. Mancur imperatoru Monqolustanı Ulyasu-
tayda olan xüsusi general-qubernator (tszyan-
tszun) və Urqa
ilə Kobdoda əyləşən iki nəfər köməkçisi vasitəsilə idarə edirdi.
Mancurların Monqolustandakı siyasətinin tərəfdarı və
təbliğatçısı həmçinin lama kilsəsi idi. Mancurlar digər dinlərdə
olduğu kimi lamaizmi öz işğalçılıq siyasətinin və hökmranlıq
apara
tının alətinə çevirdilər. Bütün ölkə çoxlu monastır şəbə-
kəsi ilə əhatə olunmuşdu və ölkənin kişi əhalisinin yarıdan
çoxunu lama
izm dininə sitayiş edənlər təşkil edirdilər. Öz
ictimai mənşəyi etibarilə lamalar yekcins deyildi. Ali lamalar
feodal sinfinə, sıravi lamalar isə arat sinfinə mənsub idi. Mo-
nas
tır təsərrüfatları (casa) əllərinə çoxlu sərvət, o cümlədən
say
sız-hesabsız mal-qara keçirmişdilər. Monastırlar ticarəti
də öz əllərində təmərküzləşdirmiş və böyük sələmçilərə çev-
ril
mişdilər. Mancurların hakimiyyəti dövründə lama kilsəsi
həmçinin monqol feodalizminin ideologiyasını təmsil edirdi.
Lama kilsəsi aratların əsarət altına alınmasında böyük rol
oynadı və bununla da ölkənin təsərrüfat və mədəni inkişafını
ləngitdi, insan hüquqlarının tapdanmasına bəraət qazandırdı,
yəni, din zülm aparatının ideoloqu idi.
Mancurlar
sələmçi-ticarət kapitalının yardımı ilə sıravi
monqol
xalqını iqtisadi cəhətdən əsarət altına alırdılar. Mancur
höku
məti ilk vaxtlar Xalxanın kolonizasiyası prosesini məh-
dud
laşdırmağa çalışırdı. Lakin buna baxmayaraq Çin, sonra
isə rus ticarət-sələmçi kapitalı XIX əsrdə ölkəyə soxularaq
Monqolus
tanın iqtisadi həyatını müsbət mənada dəyişdirdilər.
Xarici sələmçi-ticarət kapitalı Monqolustanda maldarlıq
təsərrüfatının yaxşılaşdırılması, kustar istehsalı və sənətkarlı-
ğın yeni sahələrinin yaradılması və ya faydalı qazıntılar çıxa-
rılması işinin təşkil edilməsinə laqeydlik göstərirdi. Onun
Dostları ilə paylaş: |