Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə49/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   45   46   47   48   49   50   51   52   ...   142

146 

Ölkədə manufakturanın təşkilatçıları təkcə tacirlər deyil, 

başlıca  olaraq  cənub-qərb  knyazları  və  syoqun  hökumətinin 

özü idi. Tacirlər isə sənaye müəssisələrinə nisbətən daha çox 

gəlir  gətirən  ticarət  və  sələmçilik  əməliyyatını  qeyri-qanuni 

və  möhtəkirçi  torpaq  alverini  özləri  üçün  daha  münasib  və 

əlverişli gəlir mənbəyi hesab edirdilər.  

Elə bu zaman hakimiyyət milli sərvətin talanması üçün 

yeni metodlara əl atdı. İlk dövlət manufakturaları dağ-mədən 

işi  sahəsində,  o  cümlədən  qızıl,  gümüş,  mis  çıxarılmasının 

qar

şısını  almaq  üçün  çevik  birliklər  yaradıldı  və  kapitalist 



istehsalının  özəyi  də  ən  əvvəl  burada  meydana  çıxmışdı. 

Sonralar, XVIII-

XIX əsrin birinci yarısında mərkəzi və cənubi 

Yaponiyada pambıq və kətan toxuma mallar istehsalında, sap 

istehsalında  toxuculuq  manufakturaları,  ipək  toxuculuq  ma-

nu

fakturaları, farfor istehsalında, şərab (sake) istehsalı sahə-



sində  və  şəkər  istehsalında,  dəmir  məmulatı  sənayesində 

manu


fakturalar  meydana  çıxdı.  XIX  əsrin  50-60-cı  illərində 

dəmir  və  polad  əridən  ocaqlar  və  domna  peçləri  meydana 

çıxdı. Bunların sahibləri ölkənin cənub-qərb feodal knyazları 

(Satsuma və başqaları) və syoqun hökuməti idi.  

Yaponiyada qeyri-

bərabərhüquqlu  müqavilələr  bağlan-

dıqdan  sonra  hökumət  və  bir  sıra  knyazlıqlar  gəmi  inşaatı 

müəssisələri və gəmi təmiri tərsanələri yaratmağa başladılar. 

 

Əvvəllər  Yaponiyada  pərakəndə  manufaktura  inkişaf 



e

dirdi.  Belə  halda  istehsalçılar  öz  evlərində işləyir  və  bütöv 

məhsulu əvvəldən axıradək özləri hazırlayırdılar. Sonralar sə-

nətkarlar istehsalatda  müəyyən  əməliyyat  sahəsində  ixtisas-

laşdıqca XVIII əsrin axırlarından sifarişçi-kapitalist onları bir 

binay


a  topladı.  Bu  isə  sənətkarlar  içərisində  əlverişli  əmək 

bölgüsü üçün imkan yaradırdı. 

Yaponiyada  manufakturaların  texnikası,  istehsal  alətləri 

hələlik primitiv idi və bunlarda əl əməyi tətbiq edilirdi. Yalnız 

XIX  əsrin  birinci  yarısından  bəzi  müəssisələrdə  xüsusilə 

əyirici müəssisələrdə ilk dəfə su mühərrikləri tətbiq edilməyə 

başlayır. 

 

Beləliklə, XIX əsrin ortalarında Yaponiyada 420 manu-



faktura müəssisəsi var idi ki, bunların da 217-si 1803-1867-ci 

illərdə  yaradılmışdı.  İnqilab  ərəfəsində  xüsusi  mülkiyyətdə 




147 

olan kapitalist manufakturasının nisbətən zəif inkişaf etməsi-

nə baxmayaraq, fabrik-zavod sənayesinə keçmək üçün şərait 

yaranmaqda idi. Məhsuldar qüvvələr inkişaf etdikcə və bunun 

sayəsində  iri  istehsal  artdıqca  muzdlu  fəhlə  sinfi  və  burjua-

ziya  təşəkkül  tapırdı  ki,  bu  da  olduqca  mütərəqqi  hal  idi. 

Çünki

, nəticədə fəhlə sinfinin formalaşması Yaponiya cəmiy-



yətini fəallaşdırırdı. 

Kapitalizmin feodalizmi sıxışdırması nəticəsində əmtəə-

pul münasibətlərinin inkişafı və natural rentanın pul rentasına 

çev


rilməsi  nəticəsində  yapon  kəndində  təbəqələşmə  prosesi 

güclənirdi.  Eyni  zamanda  təbəqələşmə  yeni  ziddiyyətləri  də 

formalaşdırırdı. 

 

Kənd təsərrüfatının ixrac məhsulunun artdığı bir şərait-



də kəndlilər töycünü qismən pul şəklində də verirdilər. Bu da 

kəndliləri sələmçilərdən borc almağa məcbur edirdi. Sələmçi-

lər isə bir qayda olaraq əsarətli şərtlərlə borc verirdilər. Borcu 

vaxtında ödəmək imkanı olmayan kəndlilər öz torpaq sahələ-

rini itirirdi. 1 tyoya qədər torpaq sahəsinin parçalanmasının, 

tor


pağın  satılması  və  ya  gizli  girov  qoyulmasının  qadağan 

edil


məsi haqqında 1721-ci ildə yeni qanun verilməsinə bax-

ma

yaraq, həqiqətdə isə məcburiyyət qarşısında qalan kəndli-



lər  öz torpaq  sahələrini  satırdılar.  Torpağın  satılması  daima 

gizli  şəraitdə  baş  versə  də  bu  proses  gedirdi  və  hakimiyyət 

orqanları ondan xəbərdar idi. 

Bununla da 

Yaponiyada əsas icarə forması yardarlıq hələ 

də qalmaqda idi. İcarə sisteminin geniş yayılması torpaqdan 

istifadə etməyin son dərəcə parçalanmasına, kəndlilərin daha 

da yoxsullaşıb müflisləşməsinə səbəb olurdu. Kəndli özünün 

ata və babasının uzun illərdən bəri istifadə etdikləri torpağın 

icarədarına çevrilirdi. 

Yaponiyada müxtəlif formada yayılmış olan icarə siste-

mi  kəndlilərin  torpaqsızlaşması  və  torpaqdan  məhrum  olun-

ması üçün xüsusi bir vasitəyə çevrilmişdi. İlkin kapital yığımı 

prosesinin  nəticəsi  olaraq  XVIII  əsrin  ortalarından  etibarən 

kəndlilərin kənddən qaçması daha da geniş xarakter alırdı. 

Bu dövrdə ölkədə kütləvi yoxsullaşma prosesi baş verir-

di. 

Yapon kəndlilərinin son dərəcə yoxsullaşıb müflisləşməsi-



nə səbəb, təkcə məhsulun 70-80 faiz həddində yüksək ərzaq 


148 

rentası,  habelə  geniş  yayılmış  icarə  sistemi  idi.  Kəndlilərin 

icbari  surətdə  yolların  və  körpülərin  təmirinə,  feodalın  və 

yerli  hakimiyyət  orqanları  binalarının  təmirinə,  yanacaq  ha-

zırlığına cəlb olunması da bu prosesi sürətləndirirdi. Ölkədə 

i

şləyib  ödəmə  rentasının  ən  ağır  forması  da mövcud idi ki, 



bura 

hətta nəqliyyat mükəlləfiyyəti də daxil idi. 

Tez-

tez  qıtlıq,  quraqlıq,  aclıq,  təbii  fəlakətlər  və  yoluxucu 



xəstəliklərin baş verməsi də kəndlilərin vəziyyətini ağırlaşdırırdı. 

XVIII əsrin ortalarından etibarən Yaponiyada əmtəə-pul 

münasibətlərinin geniş inkişaf etməsi pul rentasının meydana 

çıxmasına səbəb oldu. Lakin pul rentası hələ kapitalist renta-

sına çevilməmişdi. Öz torpaq sahələrini itirən kəndlilərin bir 

hissəsi nə vasitə ilə olursa olsun, şəhərlərə getməyi daha mü-

na

sib  bilir  və  onlardan  çoxu  şəhərdə  muzdlu  fəhləyə,  ya  da 



kustar sənətkara çevrilirdi. 

Feodalizm quruluşunun böhranı və əmtəə-pul münasibət-

lərinin  inkişafı  şəraitində  hakim  feodal  və  samuraylar  sinfi 

parçalanırdı.  Feodal  knyazlar  ticarət-sələmçi  burjuaziyanın 

iq

tisadi  asılılığı  altına  düşürdü.  Bununla  bərabər,  onlardan 



çoxu 

başlıca olaraq Yaponiyanın cənub-qərb feodal knyazları 

ticarətlə məşğul olmağa və manufaktura müəssisələri açmağa 

başlayır,  yeni  şəraitə  uyğunlaşaraq  getdikcə  kapitalist  fəa-

liyyətinə cəlb olunurdular.  

Bu  dövrdə  samurayların  hərbi-feodal  silkində  də  xeyli 

dəyişikliklər  baş  vermişdi.  Feodal  knyazlar  daha  samuray 

dəstələri saxlamaq və öz vassallarına haqq vermək iqtidarında 

olmadığına görə, əvvəl bu dəstələri xeyli ixtisar edir, sonralar 

isə  tamamilə  buraxırdılar.  Hərbi  peşəsindən  istifadə  etmək 

imk

anını  itirən  samuraylar  öz  samuray  dərəcələrini  satmağa 



və ya dolanmaq üçün başqa bir gəlir mənbəyi axtarıb tapma-

ğa məcbur olurdular. Onlardan bir çoxu feodal-samuray mə-

cəlləsinin ("busido") samuray üçün yaramaz peşə hesab etdiyi 

ticarətlə  məşğul  olmağa  başlayır

1

,  başqa  bir  hissəsi  isə  ma-



                                                 

1

 



Əvvəllər samuraylar arasında belə bir məğrur zərb-məsəl var idi: "Sa-

mu

ray yeməsə də, dişini təmizlər". Bu o deməkdir ki, samuraya yoxsulluq 



üz versə də, o ac qalıb özünü tox göstərər, lakin pul üçün tacirə və sələm-

çiyə müraciət etməz. Əlbəttə, bu zərb-məsəl artıq keçmişdə qalmışdı. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə