Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə130/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   126   127   128   129   130   131   132   133   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

"Azərbaycan" qəzeti - 1918-ci ilin iyun ayından Azərbaycan və rus

dillərində Gəncədə çap olunmağa baŞlamıŞdı. Qəzetin 4 nömrəsi Gəncədə

çıxmıŞdır. Həmin ilin sentyabr ayında qəzet redaksiyaları Bakıya köçürülür.

Azərbaycan dilində çıxan qəzetin redaktoru Ceyhun bəy Hacıbəyli, rus dilində

çıxan qəzetin isə redaktoru Şəfi bəy Rüstəmbəyov idi. Bir müddətdən sonra

Ceyhun bəy Hacıbəyli Paris nümayəndələri tərkibində Fransaya getdiyindən

qəzetin redaktorluğunu qardaŞı Üzeyir Hacıbəyli qəbul edir. Qəzet Müsavat

hökümətinin rəsmi orqanı idi. "Azərbaycan" qəzeti əhali içərisində böyük hörmət

qazanmıŞdı. Qəzet rus dilində olan "Azərbaycan" qəzeti ilə birlikdə 1920-ci ilin 27

aprelinədək çap olunmuŞdu. Bakının görkəmli ziyalı, yazıçı və ictimai

xadimlərindən M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Xəlil İbrahim, Ömər Faiq

Nemanzadə, Mirzəbala Məmmədzadə, Axund Yusif Talıbzadə, Fərhad Ağazadə

qəzet səhifələrində müntəzəm çıxıŞ edirdilər.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə