Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə132/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   128   129   130   131   132   133   134   135   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

"Fəhlə və əkinçi" qəzeti də sol eserlər tərəfindən nəŞr edilirdi.

Bunlardan baŞqa ayrı-ayrı firqələr və Şəxslər tərəfindən; "El", "Doğru yol",

"Xalqçı", "Sədaye İran", "Mədəniyyət", "Övraği nəfisə", "Zəhmət həyatı",

"QurtuluŞ yolu" qəzet və məcmuələr dərc edilirdi. Lakin bunların heç biri mətbuat

tariximizdə özlərinə mövqe tuta bilməmiŞdi.

"Hürriyyət" qəzeti - İran Kommunist partiyası "Ədalət"in orqanı idi. NəŞri

1920-ci ilin may ayınadək davam etmiŞdi. Həftəlik qəzet idi. Redaktoru Mir Cəfər

Cavadzadə (PiŞəvəri) idi.

Yuxarıda adları çəkilən qəzet və məcmuələrlə yanaŞı Tiflis, İrəvan, Gəncə

Şəhərlərində də Azərbaycan dilində qəzet və məcmuələr nəŞr edilirdi. Bunlardan

"Al bayraq" qəzetini və "Tartan-partan", "Gənclər yurdu" məcmuələrini göstərmək

olar. Bunların hər üçü Tiflisdə çap olunurdu. "Gələcək" qəzeti Tiflisdə olan

müsəlman sosial-demokrat "Hümmət" partiyası tərəfindən buraxılardı. MenŞevik

meylli idi. Bu qəzetin səhifələrində Əziz Şərif, Əliqulu Nəcəfzadə, Səmədağa

Ağamalıoğlu yaxından iŞtirak edirdilər. "Al bayraq" sosialist qəzeti idi. "Tartanpartan"

məzhəkəli məcmuəsi Ə. H. Qarayev tərəfindən buraxılırdı. 1918-ci ildə

cəmi bir nömrə çıxmıŞdır. "Gənclər yurdu" qəzeti gənclər qəzeti idi. Bundan baŞqa

1918-ci ildə Gəncədə Əhməd bəy Ağayev tərəfindən "Türk sözü" adlı bir qəzet də

buraxılırdı. Cəmi iki sayı çıxmıŞdı.

Eyni zamanda İrəvanda "Bürhani həqiqət" adlı həftəlik ədəbi-siyasi bir

məcmuə də buraxılırdı. Qafqaz cəbhəsinin yaxınlaŞması ilə əlaqədar bağlanmıŞdı.

Bakı Şəhərində universitet açılması sahəsində böyük iŞlər aparılmıŞdı.

Nəhayət, Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda universitet

açılması barədə qanun təsdiq etdi. Qəbul edilmiŞ qanunda deyilirdi ki, universitetdə

4 fakultə təŞkil olunur: Tarix-ədəbiyyat, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.

Universitetin rektoru professor V.İ.Razumovski təyin olunur. Universitetdə hər bir

316


tələbədən 500 manat təhsil haqqı alınırdı. Tələbələrdən 10 faizi isə pulsuz təhsil

alırdı. Universitetdə Rusiyadan dəvət olunmuŞ professorlar leksiya oxuyurdu.

Təhsil alanlar içərisində azərbaycanlılarla yanaŞı baŞqa millətlərin nümayəndələri

də vardı: rus, erməni, yəhudi, dağıstanlı və baŞqaları. Universitetin açılması

Azərbaycanın həyatında mühüm hadisə idi.

Azərbaycan hökümətinin qısa bir müddətdə əldə etdiyi böyük

müvəffəqiyyətlər xalq içərisində böyük nüfuzu olan Müsavat partiyasının baŞçılığı

altında baŞa gəlmiŞdi. Respublikanın bütün ictimai, siyasi, iqtisadi və mədəni

həyatında Müsavat həmiŞə bayraqdar olmuŞdu.

Təəssüf ki, respublikanın ömrü qısa oldu. 1920-ci ilin 27 aprelində

bolŞeviklər hökümətin təslim olması barədə parlamentə ultimatum verdilər. Və

parlamentin çıxardığı aŞağıdakı qərarla hökümət təslim oldu.

Azərbaycan Respublikasmın fövqəladə iclasının qərarı


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə