Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə2/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   2   3   4   5   6   7   8   9   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

Heydər ƏLİYEV

ÖN SÖZ

ÇağdaŞ və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaq hamımızın

borcudur. Hərə bildiyi qədər, bacardığı qədər. Bu müqəddəs bir iŞdir. Hər nəsil

yaŞadığı mühitə göz açır, onun ab-havası ilə böyüyür, necə deyərlər, hər Şeyi bir

növ hazır görür. Bilmir ki, onun tarixi var, keçmiŞi var. Bu gün dünəndən yaranıb,

sabah da bu gündən yaranacaq. Zira tarix ardı-arası kəsilməz prosesdir. Həm

fasiləlidir, həm də fasiləsiz. Həyatın dialektikası belədir. Hər bir Şeydə, hər bir

hadisədə keçmiŞin qalıqları, indinin əsasları, gələcəyin isə rüŞeymləri olur. Tarix

və çağdaŞlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki,

tariximizi, keçmiŞimizi bilməliyik. Bu iŞdə bizə yazılı mənbələr, peŞəkar tarixçilər,

görüb-götürmüŞ müdriklər, el ağsaqqalları, yaddaŞımız, xatirələr köməyə gəlir.

Uzaq keçmiŞi arxivlərdən, tarixi qaynaqlardan, tarixçilərin əsərlərindən, tarixi

mövzularda yazan ədiblərimizdən, elm və mədəniyyət tarixini izləyən

müəlliflərimizdən öyrəniriksə, nisbətən yaxın keçmiŞimizi də yaddaŞlardan,

xatirələrdən, bu dövrü görmüŞ canlı Şahidlərdən öyrənirik.

Müxtəlif ölkələrin millət və xalqlarının tarixini yada salın. Görün bir Paris

fransızlar, London ingilislər, Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar,

VarŞava polyaklar üçün nə qədər vacib əhəmiyyətə malik olmuŞlar. Moskva ruslar

üçün, İstanbul türklər üçün, Bağdad iraqlılar üçün əziz olduğu kimi Bakı da bizim

üçün əziz və qiymətlidir.

Baxınız, kitabına ön söz yazdığım Qılman İlkin də Bakının, AbŞeronun

tarixindən, ab-havasından, insanlarından bəhs edir. Özü də yazıçı qələmi ilə,

publisist qələmilə. Fərəhli haldır ki, Bakı haqqında təkcə tarixçilərimiz deyil (bu

sahədə Sara xanım AŞurbəylinin, Bakı sənayesi haqqında Əlisöhbət

Sumbatzadənin və Mahmud İsmayılovun, Bakı ticarəti haqqında M. Musayevin

yazıları böyük maraq doğurur), habelə onun arxitekturası barədə görkəmli

memarlarımız (xüsusən Sadıq DadaŞov, Mikayıl Hüseynov və Ə. Salamzadə və b.)

az yazmamıŞlar. Bu iŞdə sənətkarların, yazıçıların da əməyi böyükdür. Böyük

müğənni Hüseynqulu Sarabskinin "Köhnə Bakı", görkəmli səhnə ustası Hacıağa

Abbasovun "Xatirələrim" kitabı təqdir olunmağa layiqdir. Bu nəcib iŞə söz

sənətinin ustaları - yazıçılar da fəal surətdə qoŞulmuŞlar. Yazıçı Manaf

Süleymanovun "EŞitdiklərim, oxuduqlarım, gördüklərim..." kitabı böyük maraq

doğurmuŞdur. İndi də növbə Qılman İlkinindir.

Ümumiyyətlə, böyük Şəhərləri, o cümlədən paytaxtları onların ətrafında

olan kəndlərsiz təsəvvür etmək mümkün deyil. Məsələn, Tiflisi onun əhatəsində

olan kəndlərsiz, Moskvanı "Podmoskovye" adı ilə məŞhur olan Moskva ətrafındakı

3

qəsəbə və kəndlərsiz düŞünmək olmaz. Bu baxımdan bizim Bakını da. Bakı və



kəndləri qırılmaz vəhdət təŞkil edir. Bakılılar dedikdə biz dədə-babadan, necə

deyərlər, kökündən, soyundan, əsl bakılı olan Şəhər əhalisinin və Şəhərin

ətrafındakı kəndlərin sakinlərini nəzərdə tuturuq, təkcə Bakı deyil, həm də

AbŞeronun sakinləri nəzərdə tutulur. Bakının həyatını, keçmiŞini və çağdaŞlığını,

onun kəndləri ilə birlikdə götürmək lazımdır. Deyək ki, Bakını Mərdəkan,

Buzovna, MaŞtağa, Nardaran, Novxana, Məhəmmədli, Balaxana, Əmircan,

Fatmayı və digər kənd və qəsəbələrsiz təsəvvür etmək olmaz.

Bu baxımdan da hörmətli yazıçımız Qılman İlkin çox düzgün hərəkət

edərək "Bakı və bakılılar" əsərində yazdıqlarını təkcə Şəhərin özü ilə deyil, həm də

onun kəndləri ilə bağlayır, həm Bakıdan, həm də onun kəndlərinin sakinlərindən

danıŞır. Haqlıdır və belə də olmalı idi.

İstəyirsən Şair ol, istəyirsən alim, istəyirsən tarixçi ol, istəyirsən yazıçı,

publisist, bunu yaxŞı dərk edənlər, qəlbən, ruhən dərindən duyanlar həmiŞə belə

etmiŞlər. Məsələn, Səməd Vurğunun "Bakının dastanı" poemasını götürək. Lirikepik

janrda yazılmıŞ və hələ tamamlanmamıŞ bu əsərdə Şair Bakıya, onun tarixinə,

İçəriŞəhərə, Bakının küçələrinə, AbŞeron torpağına, buranın sakinlərinin adət və

ənənələrinə, keçmiŞinə və çağdaŞ həyatına xüsusi fikir verir.

Qılman İlkinin kitabında da məhz belə münasibətin ifadəsini görürük.

Yazıçı publisist qələmilə Bakının və onun kəndlərinin keçmiŞindən, çağdaŞ

həyatından, buradakı yerli xüsusiyyətlərdən geniŞ bəhs edir. Özü də tarixin aŞkar

etdiyi həqiqəti, bu sahədə elmin qazandığı nailiyyətləri bədii-publisist qələminin

təsvirlərilə bağlamaqla.

O, tariximizin indi çoxuna məlum olmayan elə səhifələrini açıb göstərir ki,

onları həyəcansız oxumaq olmur. Oxuduqca qəzəb və nifrət hissi coŞur, baŞımıza

gətirilən müsibətlərin əvvəlki facŞələrin, qanlı-qadalı hadisələrin davamı olduğunu

bütün dərinliyi ilə duyur, uzun müddət totalitar rejimin bizi "xalqlar dostluğu və

qardaŞlığı" pərdəsi altında aldatdığını yəqinliklə qət edirsən. Məlum olur ki, 1918-

də erməni-müsəlman qırğını günlərində ermənilər ətraf evlərdə yaŞayan

azərbaycanlıları taxta sirk binasına yığıb yandırmaq istəyirlərmiŞ.

Qılman müəllim 1918-ci il hadisələrindən, Bakıda ermənilərin törətdiyi

fitnə-fəsad və qırğınlardan, bu çirkin iŞdə daŞnakların, xüsusən S. Melik-

Yolçuyanın və İaumyanın rolundan danıŞır. Martın 19-da daŞnakların Suraxana,

Əmircan və Bülbülədə zirehli avtomatların köməyilə əhalinin qanının axıdıldığını,

Bakıda yüzlərlə, minlərlə adamlarımızın məhv edildiyini qeyd edir.

Aydın olur ki, hazırda baŞımıza gətirilən qanlı müsibətlərin dərin kökləri

varmıŞ. İblis elə həmiŞə iblis imiŞ.

Əziz oxucu, kitabın ən maraqlı bölmələrindən biri "Bakı kəndləri" adlanır.

Müəllif 1870-ci il siyahısına istinadən 41 kəndin adını çəkir: Bibiheybət, KeŞlə,

4

Əhmədli, Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə, Suraxana, Əmircan, Ramana,



Balaxana, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah, Məhəmmədli, Zabrat,

Fatmayi, Novxana, Saray, Masazır, Corat, Goradil, PirŞağı, Kürdəxana, MaŞtağa,

Nardaran, Bilgəh, Buzovna, İağan, Mərdəkan, Güzdək, Hökməli, Xırdalan, Xoca

Həsən, PirəkəŞkül, Biləcəri, Qobu.

Çoxları elə bilir ki, bu kəndlər elə əvvəllərdə də böyük olmuŞdur. Halbuki

belə deyil, onların əhalisi çox az imiŞ. Belə ki, 1813-cü il məlumatına görə Bakının

ən iri kəndi olan MaŞtağada cəmisi 582 nəfər yaŞayırmıŞ, Mərdəkanın əhalisi isə 94

nəfər imiŞ.

Qılman müəllim bu kəndlərin əsasən özləri haqqında qısa məlumatlar verir.

Əlbəttə, bu azdır və oxucu bu sahədə daha çox Şey gözləyir. Arzu edərdik ki,

hörmətli yazıçımız kitabın sonrakı nəŞrlərində bunu nəzərə alsın və ya (bu daha

yaxŞı olar) Bakı kəndləri haqqında ayrıca bir kitab yazsın. Xüsusən onların

adamları barədə daha geniŞ bəhs etsin, müasir adamlarına kimi. Onlar buna

layiqdirlər. Elə ikicə kəndi qeyd edim: bir Novxana kəndini (1813-cü ildə əhalisi

cəmisi 202 nəfər), bir də müəllifin (elə mənim özümün də) doğma kəndi olan

Mərdəkanı.

Bu kiçik kəndlərdən nə qədər böyük adamlar çıxıb. Bu kəndlər əslində

"kiçik" yox, böyükdürlər, müəzzəm və uludurlar.

Novxanada 17-ci əsrin yadigarı olan İah Sultan Hüseyn məscidi dövlət

tərəfindən mühafizə olunan qədim memarlıq abidəsidir. Bu kənddən ötən

yüzillikdə, zəmanəmizdə neçə-neçə böyük və görkəmli Şəxsiyyətlər çıxıb. Milli

Demokratik Respublikamızın banisi Məmməd Əmin Rəsulzadə, dahi rəssam Əzim

Əzimzadə, görkəmli siyasi xadim, alim və yazıçı İıxəli Qurbanov, keçmiŞ SSRİ-də

azəri türklərindən yeganə İttifaq naziri olan Sabit Orucov, xalq Şairi Süleyman

Rüstəm, 2-ci dünya müharibəsinin əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadə,

respublikamızda müasir anatomiya elminin banisi Kamil BalakiŞiyev, görkəmli

alimlər Ağaməmməd Abdullayev (pedaqogika), Nəsrulla Babayev (texnika, neftqazma),

Kəbutər Səfərov (kənd təsərrüfatı) və daha neçə alim, Şair, rəssam,

bəstəkar, respublikanın rəhbər iŞçiləri və b. (Mən yalnız dünyasını dəyiŞənləri qeyd

etdim. Özü də bəzilərini. Hazırda bizimlə birlikdə yazıb yaradan, məhsuldar

fəaliyyət göstərən onlarla novxanalıları hələ demirəm).

Mərdəkan da həmçinin. Qədim tarixə, Azərbaycan memarlığı sənətinin

gözəl nümunələrinə malik olan bu kənddən çıxan görkəmli adamlar bir deyil,

onlarladır.

Bütün dünyada tanınmıŞ tarixçi alim, keçmiŞ SSRİ (indi Rusiya)

Akademiyasının müxbir üzvü Əhməd İskəndərov mərdəkanlıdır. Bizim ailəni,

yaxın qohum-əqrəbamı "alimlər ailəsi", "alimlər sülaləsi" adlandırırlar. Babam

Səməd kiŞinin üç oğlu yüksək elmi dərəcəsi olan alimlər idi: atam Feyzulla

5

akademik, əməkdar elm xadimi, əməkdar müəllim, yüzlərlə əsərin müəllifi idi,



Şəxsən özü 120 nəfərdən artıq elmlər namizədi, 30 nəfərə yaxın elmlər doktoru

yetiŞdirmiŞdi. QardaŞları (əmilərim) Mustafa tibb, Hacıbaba isə biologiya

sahəsində elmlər doktoru idi. Kənddən bir neçə elmlər doktoru, onlarla elmlər

namizədi çıxıb.

KeçmiŞ sovet hakimiyyəti illərində kəndimdən 500 nəfərdən çox adam ali

təhsil alıb. Özü də unutmayaq ki, Mərdəkan da digər kəndlərimiz kimi kütləvi

repressiyalara ən çox məruz qalan yerlərdən olub. 37-38-ci illərdə, sonralar da

Vətən müharibəsində yüzlərlə adamını itirib. Əmim oğlu Asim Moskvada məŞhur

akademik V. A. Trapeznikovun baŞçılıq etdiyi İdarəetmə problemləri institutunda

baŞ elmi iŞçi, texnika elmləri doktorudur. QardaŞı Rasim milli Akademiyamızda

çalıŞır; o da texnika elmləri doktorudur. Xalam oğlu Tofiq kimya sahəsində

tanınmıŞ alimlərimizdəndir. Respublika Elmlər Akademiyasının müxbir üzvüdür.

Kənddən görkəmli fırça ustası, respublikamızın xalq rəssamı Maral xanım

Rəhmanzadə, ön söz yazdığım bu kitabın müəllifi xalq yazıçısı Qılman İlkin və

qardaŞı Qurban Musayev, Şair və alim Cəfər Rəmzi, tanınmıŞ arxeoloq QardaŞxan

Aslanov çıxıb və b. k.

Xalam Çimnaz Aslanova 20-ci illərdə yetiŞən ilk azərbaycanlı qadın maarif

qabaqcıllarından idi, sadə məktəb müəllimlərindən keçmiŞ SSRİ Ali Sovetində

Millətlər Soveti sədrinin müavininə qədər yüksəlmiŞ və 20 ildən artıq bu vəzifədə

olmuŞdu.


Bakının və kəndlərinin o qədər də uzaq olmayan tarixindən çox Şey öyrənə

bilərik. ÇağdaŞ tələb və ehtiyaclarımız üçün istifadə edə bilərik. Məsələn, elə su,

ərzaq, xeyriyyə və mesenatlıq məsələsini götürək.

Su sarıdan korluq çəkirik. Suya, xüsusən təmiz və içməli suya ciddi

ehtiyacımız var. Köhnə Bakının bir çox həyətlərində quyular var idi. Kəndlərdə isə

daha çox. YaxŞı olmazdımı ki, imkan daxilində onları bərpa edək, yenilərini qazaq.

Xüsusi evlər, xüsusi həyət-bacalar indi çoxalıb. Qoy onların hər birində öz quyusu

olsun. Elə iri yaŞayıŞ binalarının həyətlərində də quyular qazmaq olar.

Bakı kəndlərinin bitkiçilik, bağ-bostan, məhsul baxımından hər birinin

özünəməxsus cəhətləri, təkrar olunmaz üstünlükləri var idi.

Xeyriyyə və mesenatlıqda isə indiki varlılarımız Hacı Zeynalabdindən ibrət

götürsünlər, xalq yolunda, onun sağlamlığı, maarifi, elm və təhsili yolunda

əsirgəmədən xərcləsinlər, sponsorluq etsinlər, sağlığında xeyir-dualar, alqıŞlar,

dünyasını dəyiŞdikdən sonra isə qəni-qəni rəhmətlər qazansınlar.

Respublikamızın ağır bir Şəraitdə yaŞadığı, müharibənin getdiyi, qıtlıq və

bahalığın kök saldığı mühitdə sponsorluğun, xeyriyyəçiliyin, varlıların və

imkanları geniŞ olanların, əhaliyə qayğı göstərməsinin nə qədər böyük əhəmiyyətə

malik olduğunu söyləməyə ehtiyac yoxdur. Qoy bu nəcib iŞdə ata və babalarımızın

6

yolu nümunə olsun. Qılman müəllim böyük maarifpərvər alim və jurnalist



Həsənbəy Zərdabinin rolundan danıŞır. Milli qeyrətimizin təcəssümü olan H. Z.

Tağıyevin bu sahədəki misilsiz xidmətlərini qeyd edir. Onun ikinci təŞəbbüsü

nəticəsində 1905-ci ildə "Müsəlman Xeyriyyə cəmiyyəti" yaradılır. Cəmiyyət

kasıb-füqəraya, yetim-yesirlərə əl tutur, qocalara himayədarlıq edir, balalarımızı

oxutdurur və digər xeyirli fəaliyyət göstərir. Hacı Zeynalabdinin sədr, İsrafil

Hacıyevin sədr müavini, Hacı Mustafayevin xəzinədar, Əhməd bəy Ağayevin

katib, İsmayıl bəy Səfərəliyevin, Əlimərdan bəy TopçubaŞovun və Əsədulla

Əhmədovun idarə heyətinin üzvləri olduğu bu cəmiyyətin müəssisələri sırasında

Həsənbəy Zərdabi özü, Əlibəy Hüseynzadə, Hacı Aslan AŞurov, İsabəy Hacınski,

Kamil bəy Səfərəliyev, Əbülxalıq Axundov, Məmmədrza Vəkilov, Həsən bəy

Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsədbəy Səlimxanov, Ağabala

Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da varmıŞ. Göründüyü kimi

bunlar təkcə milyonçular deyil, həm də xalqımızın görkəmli elm və mədəniyyət

xadimləri idilər. Yəni cəmiyyətdə var-dövlətlə zəka, sərvətlə ağıl birləŞmiŞdi. Bu

gün bizə bu su kimi, hava kimi lazımdır. Qoy qeyrətli varlılarımız, "qaz vurub,

qazan dolduran" fərasətli biznesmenlərimiz ağıl və zəka sahibləri ilə, elm və

mədəniyyətin görkəmli adamları ilə tədbir iŞlətsinlər, birgə fəaliyyət göstərsinlər.

Qoy millətimiz maddi və intellektual sərvətdən geniŞ istifadə edə bilsin.

1906-cı ildə yaradılmıŞ "NəŞr və maarif" cəmiyyəti də xalqın xeyri naminə

geniŞ iŞ aparırdı. Fəaliyyətini "Müsəlman Xeyriyyə cəmiyyəti" ilə əlaqələndirir,

xalqa böyük fayda verirdi. Cəmiyyət Bakı kəndlərində 17, Şəhərdə isə 3 məktəb

açdırmıŞ, yoxsul və yetim uŞaqları pulsuz oxutdururdu.

"Nicat" mədəni-maarif cəmiyyəti də böyük iŞlər görürdü. Bu cəmiyyətin

üzvləri millətimizin görkəmli ziyalıları idi. Onların sırasında Üzeyir Hacıbəyov,

Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski,

Həbib bəy Mahmudbəyov, Soltan Məcid Qənizadə, Murad Muradov, Mirmahmud

Kazımov, Mehdi bəy Hacınski, Sidqi Ruhulla, Məmmədəli Sidqi və b. kimi

xadimlər var idi. Xalqımızın böyük oğlu, Milli Demokratik Respublikamızın banisi

Məmməd Əmin Rəsulzadə cəmiyyətin üzvü idi. O, 1907-ci ildə Həsən bəy Ağayev

İrana getdikdən sonra cəmiyyətin sədri olur.

İndi belə cəmiyyətin olmasına böyük ehtiyac duyulur. Alim və yazıçılarımız

əllərindən gələni edir. Hər il neçə-neçə qiymətli və millət üçün çox faydalı olacaq

əsərlər yazırlar. Onları nəŞr etmək isə müŞkül bir iŞdir, çox vaxt mümkün olmur.

Qoy qeyrətli varlılarımız belə kitabların nəŞrində geniŞ sponsorluq fəaliyyəti

göstərsinlər. YaxŞı deyiblər: "Səndən hərəkət, məndən bərəkət". Yazıb yaratmaq

zəka sahiblərindən, nəŞr etmək də varidat sahiblərindən.

Qoy pullarımız lazımı yerlərdə xərclənsin. Millət elm, mədəniyyət

fədailərilə var-dövlət sahiblərinin birgə iŞindən faydalansın.

7

Qılman müəllimin kitabında Bakı tacirləri və ruhanilərinin təŞkil etdiyi



"Səadət" (1907) cəmiyyətinin də fəalı Axund Ələkbər olub. 1907-ci ildən

cəmiyyətin açdığı "Səadət" məktəbində 1910-cu ildən 1916-cı ilədək direktor

Əlibəy Hüseynzadə olub. "Səadət"in də fəaliyyəti geniŞ və məhsuldar idi. Bakılı

Hacı Səməd Heydərov 55 minə tikdirdiyi binanı kupçisilə birlikdə məktəbə

bağıŞlayır və iki mərtəbəli daha bir bina tikdirəcəyini vəd edir.

Belə qeyrətli oğullarımızın ruhu Şad olsun. Qoy onların nəcib iŞi bu gün də

davam etsin, ənənəyə çevrilsin.

Hər bir elmi, bədii, tədris və ya məlumat xarakterli əsər müəyyən məna

daŞımalı, idraki və tərbiyəvi əhəmiyyətə malik olmalı, oxucuya bilik və zövq

verməlidir. Əlbəttə, əgər o həqiqətən əsərdirsə, sözün əsl mənasında əsərdirsə.

Tarix, ədəbiyyat, o cümlədən publisistika da söz yığını deyil. Məna daŞıyan

sahələrdir. Dövrümüz, yaŞadığımız çətin günlər, keŞməkeŞli həyatımız elədir ki,

tarixi və çağdaŞ məna daŞıyan operativ yazılara, təsirli və kəsərli sözlərə ehtiyac

artıb, tələbat çoxalıb. Oxucu onu maraqlandıran, onu düŞündürən keçmiŞini, dünəni

xatırladan, çağdaŞ vəzifə və məsələlərini baŞa salan, gələcəyi izah edən yazılara

xüsusi maraq göstərir. Bakıda və AbŞeronda 2 milyondan artıq adam yaŞayır.

Burada xeyli qaçqınlar da var. Demək olar ki, respublika əhalisinin üçdən biri

burdadır. Bəlkə də daha çox. Üstəlik Bakı həyatı ilə, onun problemləri, tarixi və

çağdaŞlığı ilə təkcə bakılılar deyil, abŞeronlular deyil, eləcə də bütün respublika

əhalisi maraqlanır. Bu da təbiidir. Çünki Bakı respublikanın paytaxtıdır. DüŞünən

beyni, döyünən ürəyi, görən gözüdür.

İnanıram ki, Qılman İlkinin "Bakı və bakılılar" kitabı ilə hamı

maraqlanacaq, o on minlərlə, yüz minlərlə oxucunun diqqətini cəlb edəcək, ümumi

marağa, sorğu-suala səbəb olacaqdır.

Kitabların da ömrü müxtəlif olur. Kitab var ki, çapdan çıxar-çıxmaz

unudulur. Kitab da var ki, xeyli müddət yaŞayır, nəsillərə gərəkli olur, zamanzaman

ona ehtiyac və tələbat duyulur. Təkrar nəŞrləri olur, ya da zahirən köhnəlsə

də, vərəqləri saralsa da, oxunur, fayda verir.

İnanıram ki, Azərbaycan tarixini öyrənənlər "Dərbəndnamə"yə,

"Qarabağnamə"yə indi də müracŞət etdikləri kimi nəinki çağdaŞ nəsil, elə gələcək

nəsillər də Qılman İlkinin kitabına müracŞət edəcək, Bakı və bakılıların tarixini

öyrənməkdə ondan faydalanacaqlar. Dediklərimin çin olacağına əminəm.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə