Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə9/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   5   6   7   8   9   10   11   12   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKI XANLIĞI

Nadir Şahın öldürülməsi xəbəri Bakıya yetiŞdikdə, Dərgahqulu bəyin oğlu

Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən

vermir. O, iyirmi yaŞlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi.

Xəzərdə çox üzmüŞdü. Hətta admiral kimi də Şöhrət qazanmıŞdı. O öz yaxın

adamlarının vasitəsilə Nadir Şahın Bakıda olan vassalı Qələmini qovub,

hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi.

38

Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın baŞqa Şəhərlərində də yaradılır.



İirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə

hakimiyyəti öz əllərinə aldılar.

Mirzə Məhəmməd əyalətin bərbad hala salınmıŞ iqtisadiyyatını qaydaya

salıb, inkiŞaf etdirmək üçü_____n birinci növbədə Xəzərdə gəmiçiliyin daha da inkiŞaf

etdirilməsi qayğısına qaldı. O illərdə Xəzər dənizində üzən əsasən rus gəmiləri idi.

Rus tacirləri bu gəmilərlə sərbəst üzərək, İirvan, Gilan və Xəzər sahillərində olan

baŞqa Şəhərlərlə qızğın alver aparırdılar. Hind və erməni tacirləri də HəŞtərxanda

bu gəmilərə minərək, istədikləri istiqamətdə hərəkət edirdilər. Xəzərdə özünün

ticarət gəmilərinə malik olmaq Mirzə Məhəmmədin çoxdankı arzusu idi. Bu

məqsədlə Bakı limanında gəmi inŞasına baŞlanmıŞdı. O bununla da

kifayətlənmirdi. İri ticarət və müdafŞə gəmiləri yaratmaq məqsədilə Avropanın

gəmiçilik ölkələrinə səfərə çıxmaq fikrində idi. Bir gün Mirzə Məhəmməd oğlu

Məlik Məhəmmədi yanına çağırıb, dedi:

- Qulaq as, Məlik Məhəmməd, gör nə deyirəm. Biz dənizin sahilində

oturmuŞuq, ancaq öz gəmilərimiz yoxdur. Balıqçı gəmiləri ilə iŞ aŞmaz. Bizə elə

gəmi lazımdır ki, üstümüzə düŞmən gələndə onun qabağına çıxa bilək.

Atasının sözlərindən heç bir Şey baŞa düŞməyən Məlik Məhəmməd

gözlərini döyə-döyə ona baxırdı.

Bunun üçün mən Avropaya getməliyəm, - deyib Mirzə Məhəmməd

dərindən nəfəs aldı. - YaxŞı gəmiləri ancaq oralarda düzəldirlər.

Bəs burada kim qalacaq? - Məlik Məhəmməd təəccüblə soruŞdu.

Necə yəni kim qalacaq? Sən! Məlik Məhəmməd atasının bəzi iŞlərinə

qarıŞıb, kömək etsə də, atası tərəfindən ona olan belə etibarı heç gözləməzdi.

- İran tərəfdən hələ bir xeyli müddət rahat ola bilərik. Nadirin

ölümündən sonra ölkə uzun müddət özünə gələ bilməyəcək. BaŞları

hakimiyyət uğrunda didiŞməyə qarıŞacaq. İirvan xanlığı ilə də əlaqəmiz pis deyil.

Nigarançılığım ancaq Quba xanlığı sarıdandır.

Bu sözlərdən sonra Mirzə Məhəmməd azca fikrə getdi. Sonra yenə sözünə

davam etdi:

- Güman eləyirəm ki, ruslar onun bizə qəsd edəcəyinə yol verməzlər.

Necə olsa da Bakı onlar üçün mühüm bazardır.

Həmin illərdə Bakıda olmuŞ səyyah Lerx yazırdı ki, Bakı xanı Mirzə

Məhəmməd tez-tez Langertə gedərək, orada gəmi inŞaatına rəhbərlik edirdi.

Rusiyaya göndərilən neft, duz, ipək və sairənin dəniz yolu ilə daŞınmasını

ucuzlaŞdırmaq üçün Mirzə Məhəmməd əsas çıxıŞ yolunu bunda görürdü. Bakı

tacirləri mallarının rus gəmiləri ilə daŞınmasının onlara çox baha baŞa gəlməsindən

tez-tez Şikayətlənirdilər.

39

Həmin illərdə Quba xanlığı qüvvətlənib, ətraf xanlıqlar üçün böyük təhlükə



təŞkil edirdi. XVIII əsrin ikinci yarısında Quba xanlığının baŞında Hüseynəli xan

dururdu. O, baŞqa xanlardan fərqli olaraq, Rusiya ilə yaxından dostluq əlaqəsi

saxlayırdı. 1758-ci ildə onun yerinə keçmiŞ oğlu Fətəli xanın dövründə Quba

xanlığı daha da möhkəmlənir. A. Bakıxanov "Gülüstani-İrəm" kitabında Fətəli xanı

dövrünün görkəmli dövlət xadimi kimi qiymətləndirərək, yazırdı ki, o, uzaqgörən,

tədbirli və xanlığın idarə edilməsində mahir bir Şəxsiyyət idi.

1770-ci ildə Azərbaycanda olmuŞ səyyah Qmelin isə yazırdı ki, Quba

xanlığının paytaxtı alınmaz bir qalaya çevrilmiŞdir. Burada çoxlu qoŞun və top

vardır. Hətta toplardan kiçikləri arabalara yerləŞdirilmiŞdir.

Fətəli xan ətraf yerlərə sahib olmaqla Quba xanlığını xeyli geniŞləndirmiŞdi.

1759-cu ildə Dərbəndi iŞğal edərək, Quba xanlığına qatmıŞdı. Onun gördüyü

tədbirlərdən biridə Muğanda yaŞayan döyüŞkən Şahsevən tayfalarını Quba xanlığı

torpaqlarına köçürməsi idi. İahsevənlər sonralar Fətəli xanın əsas dayaq qüvvəsinə

çevrilmiŞdilər. Bəzi xanlıqları isə o silah vasitəsilə deyil, ağıllı tədbirlərləri ilə öz

tərəfinə çəkə bilmiŞdi. Məsələn, Qaraqayqat əmiri Həmzə ilə ittifaq bağlamaq

məqsədilə bacısı Tutu Bikə ilə evlənmiŞdi.

Mirzə Məhəmmədin Fətəli xandan çəkindiyi də məhz buna görə idi. Mirzə

Məhəmmədin üç övladı olmuŞdu: Məlik Məhəmməd, Əliqulu və Məhəmmədqulu.

Mirzə Məhəmmədin ölümündən sonra onun yerinə keçmiŞ Məlik Məhəmməd xanı

öz tərəfinə çəkmək üçün Fətəli xanın bacısı Xədicə Bikə xanımı ona ərə vermiŞdi.

Sonralar Salyan xanlığını da özünə tabe edərək, Dərbənddən tutub, Kür

çayınadək Xəzər dənizi sahilinin böyük bir hissəsini Fətəli xan öz əlində saxlayırdı.

Fətəli xan Dağıstan feodalları ilə də dostluq əlaqəsinə girmiŞdi. Bir müddət

sonra o, İirvan xanı Ağasi xana müracŞət edərək onun torpaqlarını Dağıstan

feodallarının basqınından qoruduğu üçün xərac istəyir. İamaxı xanı bu xəracı

ödəməkdən boyun qaçırdıqda, Fətəli xan 1767-ci ildə Şəki xanı ilə birlikdə İirvana

hücum edir; İamaxını tutur və xanlığın torpaqlarını Şəki xanı ilə birlikdə öz

aralarında bölüŞürlər. İirvanda mövqeyini möhkəmlətmək məqsədilə Fətəli xan

Dərbənddən əhalinin bir hissəsini buraya köçürür.

Fətəli xan fəaliyyəti müddətində Rusiya ilə həmiŞə dostluq və ittifaq siyasəti

yeritmiŞdi. Xanlıq iqtisadi və hərbi cəhətdən qüvvətləndikcə düŞmənlərinin sayı

daha da artırdı. 1774-cü ildə Dağıstanın feodal hakimləri birləŞərək, Quba xanlığı

üzərinə hücuma keçirlər. Bu basqında yalnız Bakı və Salyan xanlıqları Fətəli xana

sadiq qalırlar. İirvan xanı Ağasi xan fürsətdən istifadə edib, baŞ qaldırır. Fətəli xan

birinci növbədə onun üzərinə qoŞun çəkir. Bu döyüŞdə yeznəsi Məlik Məhəmməd

xan da öz ləŞkəri ilə iŞtirak edirdi. Ağasi xan Fətəli xanın hücumu qarŞısında

davam gətirə bilməyib, qoŞununu baŞlı-baŞına buraxaraq, gizlənməyə məcbur olur.

Fətəli xan buradan birbaŞa Dərbəndi qorumağa gedir. Çünki Qaytaq hakimi əmir

40

Həmzə Məhəmməd xan Qazıkumuxski ilə ittifaq bağlayaraq, Dərbənd üzərinə



gedirdi. Bundan istifadə edən Ağasi xan təzədən İamaxıya yiyələnir.

Xudad yaxınlığında qızğın döyüŞlər baŞlayır. Əvvəlcə Fətəli xan düŞmən

qüvvələrinə üstün gəlir. Sonra əmir Həmzə ilə Məhəmməd xan Qazıkumuxskinin

qoŞunları sürətlə irəli soxularaq qələbə çalırlar. Fətəli xan Qubada qala bilməyib

Salyana çəkilir. Məhəmməd xan Qazıkumuxski Qubanın böyük bir hissəsinə

yiyələnir. Əmir Həmzə isə Dərbənd üzərinə hücüma keçərək Şəhəri mühasirəyə

alır. Bu zaman Dərbənd qalasını qoruyan Fətəli xanın arvadı Tutu Bikə idi. O,

əyninə kiŞi paltarı geyərək, qalanın müdafŞəsinə baŞçılıq edirdi. Əmir Həmzə nə

yolla olur-olsun Dərbəndi almağı qarŞısına məqsəd qoymuŞdu.

DöyüŞ qardaŞla bacı arasında gedirdi. Tutu Bikənin baŞçılığı altında

qaladakılar əmir Həmzənin bütün həmlələrini mərdliklə dəf edirdilər. Dərbəndin

tarixi ilə məŞğul olan E. İ. Kozibekinin yazdığına görə, Fətəli xanın cəsur arvadı

bir kiŞi cəsarəti ilə Şəhəri qardaŞından qoruyurdu. O diŞi bir Şir kimi qala

hasarlarının üstündə duraraq, toplardan necə atəŞ açmaq barədə sərəncam verirdi.

Əmir Həmzə həmlələrinin boŞa çıxdığını gördükdə, nəhayət, hiyləyə əl atır.

DöyüŞ ara verdiyi zaman qala mühafizəçilərindən biri hövlənak Tutu

Bikənin yanına gəlir, lakin gördüyü hadisə barədə deməyə dili gəlmir. Nəhayət,

özünü ələ alır.

- Fətəli xanın ölüsünü gətiriblər - deyir. Tutu Bikə buna inanmasa da,

ürəyi davam gətirməyib, yaxınlaŞıb, qala divarlarının diŞləri arasından aŞağı baxır.

Tabutu və onun yanında durmuŞ qardaŞı Həmzəni görən kimi gözlərinə bir anlıq

qaranlıq çökür. AŞağıdan qardaŞının səsini eŞidir.

- Tutu Bikə, qapını aç. Fətəlinin meyidini gətirirlər. İirvanda

öldürülüb.

Meyidin üzü örtülü olduğu üçün Tutu Bikə qardaŞının sözlərinə inanmır.

FikirləŞir ki, Fətəlinin meyidi olsaydı, Həmzə onun üzünü açmıŞ olardı. QardaŞına

çığırır:

- İnanmıram ki, böyük Fətəli o kiçik cənazəyə sığıŞmıŞ ola.

- Demək, ərinin cənazəsindən imtina edirsən?

- Ərimin yox, sənin düzəltdiyin cənazədən imtina edirəm.

Əmir Həmzənin hiyləsi baŞ tutmur. Sonra məlum olur ki, o öz yaxın

sərkərdələrindən birinin meyidini cənazəyə qoyub, Şəhərə daxil olmaq istəyir.

Onun son tədbiri də heç bir nəticə vermədiyindən qoŞununu çəkib, Bakı üzərinə

hücuma keçir.

Bakı da bu illərdə alınmaz möhkəm bir qalaya çevrilmiŞdi. Şəhərin müdafŞə

edilməsində Məlik Məhəmməd xanla yanaŞı onun arvadı, Fətəli xanın bacısı

Xədicə Bikə də yaxından iŞtirak edirdi.

41

Əmir Həmzə Şəhər müdafŞəçilərinin müqavimətini qıra bilmədiyindən, Bakı



kəndlərini talan edərək, geriyə dönür.

Salyanda olarkən Fətəli xan kömək üçün II Yekaterinanın yanına elçi

göndərir, özü də Dərbəndə, arvadının yanına qayıdır. Əmir Həmzə Bakıdan

qayıdaraq, Dərbənd üzərinə ikinci dəfə hücuma keçərkən Fətəli xan artıq arvadının

yanında idi.

II Yekaterina Fətəli xanın simasında Azərbaycanda rus təsirinin əsas

dayaqlarından birini görürdü. Rusiyanın mənafeyinə zərbə vuran əmir Həmzəyə

dərs vermək üçün Fətəli xanın köməyinə qoŞun göndərməyi əmr edir.

1775-ci ildə mayor Medemin baŞçılığı altında qoŞun dərbəndlilərin

köməyinə gəlir. Fətəli xan rus qoŞunları ilə birlikdə Şəhəri mühasirədən qurtarır.

Məğlub olmuŞ əmir Həmzə qaçır. Fətəli xan Dərbəndin açarlarını II Yekaterinaya

göndərir. Lakin Yekaterina İran və yenicə müqavilə bağlamıŞ olduğu Türkiyə ilə

münasibəti pozmamaq məqsədilə Dərbəndin açarlarını qəbul etmir və rus

himayəsinə daxil olmaq barədə Fətəli xanın xahiŞlərini də rədd edir.

Bakı xanlığı əslinə baxılsa, Fətəli xanın vassalitetindən baŞqa bir Şey

deyildi. Məlik Məhəmməd xan iradəcə zəif olduğundan xanlığı, demək olar ki,

Fətəli xan və bacısı idarə edirdilər.

Bakı xanlığı o vaxtlar çox varlı idi. Neft və duzdan böyük gəlirlər əldə

edilirdi. Əlbəttə, bu, Fətəli xanın nəzərindən qaça bilməzdi. Bakı xanlığı Fətəli

xana xərac verməkdən baŞqa onun sərhədlərini Dağıstan feodallarının

basqınlarından qorumaq üçün də qoŞun ayırmalı idi. Məlik Məhəmməd Xədicə

Bikəyə evlənəndən sonra Bakı xanlığı Quba xanına xərac verməkdən azad

olunmuŞdu. Ancaq Fətəli xan tələb etdikdə ona qoŞun ayırmağa borclu idi. Məlik

Məhəmməd Fətəli xana arxalansa da, Bakı qalasının möhkəmləndirilməsinə xüsusi

fikir verirdi. Şəhərin Şimal-qərb tərəfində bütün divar boyu xəndəkləri

dərinləŞdirmiŞ, bürclərə qırxa yaxın qısa lüləli və baŞqa toplar düzdurmüŞdü.

QoŞunun sayı isə 500 nəfərdən artıq deyildi.

1779-cu ilin baharında Fətəli xan Bakıya yeznəsinin yanına qonaq gəlir.

Onu İamaxı darvazalarının yanında yenicə tikilmiŞ Xan evində qəbul edirlər.

Bacısı Xədicə Bikə süfrəyə hər cür nemət düzür. Söhbət adi məiŞət məsələlərindən

getsə də, Məlik Məhəmməd Fətəli xanın sözlü adama oxŞadığını hiss edir. Süfrə

aradan yığıŞdırıldıqdan sonra otaqda yeznə ilə qayın tək qalırlar. Fətəli xan

mütəkkəyə söykənib, zəndlə Məlik Məhəmmədə baxır və gəliŞinin səbəbini izah

etməyə baŞlayır:

- Bir ildir ki, Qarabağ xanı İbrahim xanla küsülüyəm - deyib köksünü

ötürür. - Halbuki bu küsülülüyün heç bir mənası yoxdur. Yəni bizə xeyri yoxdur.

FikirləŞirəm ki, bunu daha belə qoymaq olmaz. Qarabağ böyük xanlıqdır. İŞ elə

düŞər ki, ona bir ehtiyac hiss edərik. Bu sözləri deyib, Fətəli xan fikrə gedir. Araya

42

sükut çökür. Lakin gözlərini yenə Məlik Məhəmmədin sifətində gəzdirirdi. Sanki



qayğılı nəzərləri ilə nəyi isə sınamağa çalıŞırdı. Məlik Məhəmməd dillənməyə

məcbur olur:

- İndi fikrin nədir?

- Fikrim barıŞmaqdır... - deyə Fətəli birdən-birə qətiyyətlə səslənir.

Gözləyirdim ki, o özü elçi göndərər, barıŞarıq. Görünür ki... - O yenə susdu. Sonra

barmaqlarında yanaŞı qoŞa üzük olan sağ əlini havada yelləyib, əlavə edir: - Nə

olar, o göndərmirsə, biz göndərrik

- Əhməd xanı göndərmək istəyirsən? - Məlik Məhəmməd soruŞur.

- Yox. O uŞaqdır. Bir nəfər etibarlı və hörmətli adam lazımdır.

- Bəs kimi?

- İstəyirəm ki, sən gedəsən. - Fətəli xan yenə qətiyyətlə səslənir.

- Mən? - Məlik Məhəmməd təəccüblə soruŞur.

- Sən. Ancaq sən. BaŞqasına etibarım yoxdur. BaŞqasının ağzından artıq bir

soz çıxsa, təzədən incikliyə səbəb olar.

Fətəli xanın iki oğlu vardı. Böyüyü Əhməd xan, kiçiyi İıxəli xan. Məlik

Məhəmməd fikirləŞdi ki, Fətəli öz oğlunu göndərməyə çəkinir. İbrahim xanın

tündməcaz olduğunu yaxŞı bilir. Ondan hər bir Şey gözləmək olar. Bununla belə,

Məlik Məhəmməd öz etirazını bildirə bilmir. Arvadı Xədicə Bikə də ərinin belə

xətərli iŞə göndərilməsinə ürəkdən narazı olsa da, qardaŞının sözü üstünə heç bir

söz deyə bilmir.

Ertəsi gün Məlik Məhəmməd yaraqlanıb, yaxın adamlarından iki nəfərlə

birlikdə İuŞaya yola düŞür. O gedəndən Xədicə Bikənin yuxusu ərŞə çəkilir. İyirmi

gündən sonra Məlik Məhəmmədi müŞayŞət edən atlılar qayıdıb, xəbər verirlər ki,

İbrahim xan Məlik Məhəmmədi həbsə almıŞdır. Xədicə tez Qubaya qardaŞına

xəbər göndərir. QardaŞı cavab məktubunda ona təsəlli verib, yazırdı ki, təhlükəli

heç bir Şey yoxdur, Məlik Məhəmməd tezliklə geri qayıdacaqdır. Ancaq aylar

keçir, Məlik Məhəmməddən isə heç bir xəbər çıxmırdı. Fətəli xan özü də bacısının

gözünə görünməmək üçün Bakıya az-az gəlirdi.

Qarabağ xanı İbrahim xan Məlik Məhəmmədi düz iki il həbsdə saxlayır. Bu

müddətdə Fətəli xan öz-özlüyündə İbrahim xana qarŞı çox tədbir tökürsə də, heç

birini həyata keçirə bilmir. Məlik Məhəmmədin üstündə İbrahim xanla müharibəyə

girməyi təsəvvürünə sığıŞdıra bilmirdi.

Nəhayət, Fətəli xan öz müttəfiqləri ilə birlikdə 8 min qoŞunla Qubadan

Qarabağa, İbrahim xanın üzərinə hücuma keçir, İbrahim xan Məlik Məhəmmədi

azad etməyə məcbur olur.

İki illik həbsdən sonra Bakıya qayıdan Məlik Məhəmmədin saçları tamam

ağarmıŞdı. A. A. Bakıxanovun yazdığına görə, Məlik Məhəmməd həmin ildə

Nəcəfə ziyarətə gedir və Bağdad yaxınlığında ölür.

43

Məlik Məhəmmədin Xədicə Bikədən iki oğlu olmuŞdu: Mirzə Məhəmməd



və Əbdürrəhim.

Məlik Məhəmməddən sonra yerinə böyük oğlu Mirzə Məhəmməd xanlığa

keçir. O, tarixdə Mirzə Məhəmməd xan Sani (ikinci) kimi tanınmıŞdır. Mirzə

Məhəmməd Sani A.A. Bakıxanovun atası idi. Xanlığa keçəndə on bir yaŞı vardı.

Xanlığı idarə etmək üçün dayısı Fətəli xan onun qəyyumu təyin edilmiŞdi. İyirmi

yaŞına çatdıqda Mirzə Məhəmməd xan Sani Fətəli xanın qızı Xan Bikə xanımla

evlənir.

Fətəli xanın nüfuz dairəsi getdikcə geniŞlənirdi. 1785-ci ildə Şəki xanını

məğlub edərək, onu özündən asılı vəziyyətə salır. Beləliklə, XVIII əsrin səksəninci

illərində Azərbaycanın bütün Şimal-Şərq hissəsi onun hakimiyyəti altında

birləŞmiŞdi. Təkcə Qarabağ xanı ona tabe olmaqdan imtina edirdi.

1784-cü il Fətəli xandan ötrü daha uğurlu olur. Həmin ilin bahar aylarında

onun Azərbaycanın cənub xanlıqlarına qarŞı yürüŞü baŞlayır. Fətəli xan, demək

olar ki, heç yerdə müqavimətə rast gəlmir. Əhali hər yerdə onu rəğbətlə qarŞılayır.

Ərdəbil və MiŞkin Şəhərlərini müqavimətsiz ələ keçirir. Fətəli xanın belə müzəffər

yürüŞü II Yekaterinanı bərk narahat edir. Öz narazılığını knyaz Q. A. Potyomkin

vasitəsilə Fətəli xana çatdırır. Bundan sonra Fətəli xan cənubda qala bilməyib,

Qubaya dönür. Ancaq bu, onun Rusiyaya rəğbətinə zərrə qədər də xətər gətirmir.

80-ci illərdə Rusiya Qafqazda öz mövqeyini xeyli möhkəmlətmiŞdi.

"Azərbaycan tarixi"nin birinci cildində yazılır: "1768-1774-cü illərdə rus-türk

müharibəsində rus silahının qələbəsi, 1783-cü ildə Kuban boyu sərhədlərinin

möhkəmləndirilməsi Rusiya üçün Qara dəniz sahilində və Qafqazda əlveriŞli

vəziyyət yaratdı və onun sərhədlərini Zaqafqaziyaya yaxınlaŞdırdı". 1783-cü ildə

Gürcüstanın Rusiyanın himayəsinə keçməsi barədə Georgiyevskdə (İimali Qafqaz)

müqavilə bağlandı. Həmin ilin noyabr ayında rus qoŞunları Tiflisə daxil oldular.

İimali Qafqazla Gürcüstan arasında yol çəkilməyə baŞlandı ki, bu yol sonralar

Hərbi-Gürcüstan yolu adını aldı. Bu yolu general-poruçik P. S. Potyomkin

çəkdirməyə baŞlamıŞ, A. P. Yermolov baŞa çatdırmıŞdır. 1783-cü ildə İrəvanın

əhalisi Qafqaz baŞ komandanlığına məktub göndərərək, rus qoŞunlarının yolunu

səbirsizliklə gözlədiklərini xəbər vermiŞdilər.

Beləliklə, bütün Zaqafqaziyanın və Dağıstanın iŞğalı üçün çox əlveriŞli

Şərait yaradılmıŞdı. Lakin birdən-birə baŞ vermiŞ hadisələr buna mane oldu. 1787-

ci ildə Rusiya ilə Türkiyə arasında təzədən müharibə baŞladı. Bununla əlaqədar çar

höküməti öz qoŞununu Tiflisdən geri çağırmağa məcbur oldu. Türkiyə hələ

müharibədən qabaq Azərbaycan xanlıqlarını da öz tərəfinə çəkmək üçün çox

cəhdlər göstərmiŞdi.

44

1787-ci ildə Fətəli xan Qarabağ xanı İbrahim xanı bərk məğlubiyyətə



uğratdı. Çünki İbrahim xan İamaxı xanlığını onun əlindən almaq fikrinə

düŞmüŞdü. Bu qələbə Fətəli xanın güçünü daha da artırdı.

1788-ci ildə Şəki xanı öz müttəfiqləri ilə birləŞib Fətəli xanın himayəsindən

çıxmağa cəhd edir. DöyüŞ köhnə İamaxının yaxınlığında baŞ vermiŞdi. VuruŞmada

əvvəl Şəkililər üstün gəlirlər. İamxal Tarkovskinin köməyə çatması nəticəsində

Fətəli xan Şəki xanı Məmməd Həsən xanın qoŞunlarını darmadağın edir. Xan özü

bir neçə nökəri ilə Şəkiyə qaçır.

Həmin ilin dekabrında Fətəli xan II İrakli ilə birlikdə Gəncəni özlərinə tabe

etdilər.

1788-ci ildə Fətəli xan Azərbaycanda artıq ən güclü bir Şəxsiyyət idi.

18-ci əsrin 70-ci illərinin baŞlanğıcında İimali Azərbaycan torpaqlarının

yarısı, demək olar ki, Quba xanlığına tabe idi.

Fətəli xan İamaxını dövlətin paytaxtına çevirmək fikrində idi. Bu məqsədlə

Dərbənd, Quba, Salyan və habelə Niyazabaddan etibarlı ailələri buraya köçürür,

hətta Nadir Şah tərəfindən salınmıŞ yeni İamaxının (Ağsu) əhalisini də köhnə

İamaxıya qaytarır. O, Şəhəri möhkəmlətmək və bununla da köhnə İirvanŞahlar

dövlətini diriltmək arzusunda idi.

1788-ci ildə Fətəli xanın gücü xeyli artmıŞdı. Quba, Dərbənd, Bakı, İamaxı,

Salyan tam onun ixtiyarında idi. Şəki xanı ondan asılı idi. Tabasaran hakimləri

onun tam itaətində idilər. İamxal Tarkovski, Qaytaq üsmüsü və Qazıkumux xanı

Rusiyadan çəkindikləri üçün ona pənah gətirmiŞdilər. TalıŞ, Muğan, Gilan xanları

onun himayəsində idilər.

Belə bir qüvvə ilə o, Cənubi Azərbaycan xanlıqlarını da birləŞdirmək

fikrində idi. Lakin bu məqsədinə nail ola bilmədi.

1789-cu ildə Fətəli xan gözlənilmədən xəstələnir. Halının gün-gündən

pisləŞdiyini hiss edərək, Bakıya - bacısı Xədicə Bikənin yanına gəlir. Xədicə onun

rəng-rufundan qorxuya düŞür.

- Sənə nə olub? - soruŞur.

- Heç sorma, Xədicə. Sənin yanına ölməyə gəlmiŞəm.

- Sən nə danıŞırsan?

- Həqiqi sözümdür. Mən hər Şeyi qabaqcadan hiss etməyə öyrəŞmiŞəm. İndi

də baŞa düŞürəm ki, ölüm arxamca gəzir.

Həmin ilin mart ayında Fətəli xan ölür.

Bacısı və kürəkəni - bacısı oğlu Mirzə Məhəmməd Sani onun üçün təntənəli

dəfn düzəldirlər. Oğlanları Əhməd xan və İıxəli xan Qubadan gəlirlər. Cənazəsi

Bibiheybətin həyətindəki qəbiristanlıqda dəfn olunur. Bu yaxınlaradək onun qəbri

dururdu, Bibiheybət söküldüyü zaman qəbrin baŞdaŞısı tarix muzeyinə

gətirilmiŞdir.

45

Fətəli xan öləndən sonra Bakı xanlığı içərisində ixtilaf baŞlayır. Bu iŞdə



atasının ölümündən sonra onun yerinə keçmiŞ Əhməd xanın da günahı böyük olur.

Mirzə Məhəmməd xan birincinin oğlu, yəni Məlik Məhəmməd xanın qardaŞı

Məhəmməd Qulu xan Əhməd xana arxalanaraq gizlincə Mirzə Məhəmməd xan

Saninin əleyhinə qəsd hazırlayırlar. Məhəmməd Qulu xan Əhməd xana vəd edir ki,

əgər xan taxtına yiyələnməkdə ona kömək edərsə, ona külli miqdarda xərac

verməyə hazırdır. Əhməd xan da buna razılıq verir və beləliklə, öz bibisi oğlu,

yeznəsi Mirzə Məhəmməd Sanini yıxmaq üçün birgə tədbir tökürlər. O, qoŞunun

bir hissəsini Salyana yola salmaq bəhanəsi ilə Bakı üzərinə göndərir. Məhəmməd

Qulu da gizlincə Bakıya gələrək, yaxın adamları ilə birlikdə Şəhəri ələ keçirmək

üçün hazırlıq görür. Gecə yarısı hamı yuxuya gedəndən sonra Şəhər darvazalarını

qoruyan keŞikçilərin üstünə basqın edib, qapıları açırlar, qoŞun içəri soxulur.

Qəflətən yaxalanan mühafizə dəstələri ilə əlbəyaxa vuruŞma baŞlayır. Məlik

Məhəmməd xanın qardaŞı Məhəmməd Qulunun adamları Şəhərdə əsas istehkamları

əvvəlcədən tutduqlarına görə qalib gəlirlər.

Məhəmməd Qulu xan özünü xan elan edir. Mirzə Məhəmməd Sani isə ailəsi

ilə birlikdə Qubaya sürgün olunur.

Bakıda Məhəmməd Qulu xanın hakimiyyəti uzun sürmür. Buna əsas səbəb

o idi ki, o xanlığa yiyələnəndən sonra Əhməd xana verdiyi vədi yerinə yetirmir.

Əhməd xan da yeznəsi Mirzə Məhəmməd xan Saniyə qarŞı tutduğu iŞdən peŞman

olur. Əhməd xan bu dəfə Mirzə Məhəmməd xana qoŞun verərək, onu Məhəmməd

Qulu xanın üstünə göndərir. QoŞunun Şəhər divarlarına yaxınlaŞdığını görən

Məhəmməd Qulu xan Şəhər əhlinin ona xəyanət edə biləcəyini düŞünüb, xəzinənin

ağzını açıb, əhaliyə bəxŞiŞlər paylayır. Onun belə səxavətindən razı qalan bakılılar

Şəhəri Mirzə Məhəmməd xandan qorumaqda ona yaxından kömək edirlər. Mirzə

Məhəmməd Sani hücumlarının nəticə vermədiyini görüb təzədən Qubaya qayıdır.

1791-ci ildə Əhməd xan ölür və Quba xanlığı Fətəli xanın kiçik oğlu İıxəli

xanın əlinə keçir. Tarixçilərin yazdıqlarına görə, İıxəli cavan olsa da, xanlığı

fərasətlə idarə edirmiŞ.

Onun təŞəbbüslərindən biri Bakı xanlığını həqiqi varisinə qaytarmaq olur.

Mirzə Məhəmmədlə birlikdə Bakı üzərinə yürüŞə baŞlayır. Şəhərə yaxınlaŞanda

fikirləŞir ki, qalanı almaq üçün mutləq əlavə qüvvə lazımdır. Bu məqsədlə

Georgiyevskdə general Qudoviçin qərargahına müracŞət edir. Bakını geri almaq

üçün ona kömək göstərilməsini xahiŞ edir. Qudoviçdən cavab gələnədək, o Şəhəri

mühasirədə saxlayır. General əmr edir ki, Bakı körfəzində duran freqatdan atəŞ

açmaqla İıxəli xana kömək edilsin. Bir neçə gündən sonra Qudoviç Məhəmməd

Qulu xandan da məktub alır. Xan bildirir ki, o Bakının qanuni hakimidir və İıxəli

xana qarŞı döyüŞdə köməyə çatmasını bundan xahiŞ edir. Qudoviç Xəzər

donanmasının komandiri general-mayor İiŞkinə əmr edir ki, xanlardan kimin haqlı

46

olduğunu öyrənib, məsələni dövlətin xeyrinə həll etsin. Lakin Qudoviçin sonrakı



əmri gec gəlib çatdığından kapitan-leytenant Mollerin əmri ilə gəmilərdən Şəhərə

bir neçə yaylım atəŞi açılır.

Vəziyyəti belə gördükdə, Məhəmməd Qulu xan həmin ilin oktyabr ayında

Mirzə Məhəmməd xanla saziŞ bağlamağa məcbur olur. Bu saziŞə əsasən Şəhərin

gəliri Mirzə Məhəmməd Sani ilə Məhəmməd Qulu xan arasında tən bölünməli idi.

İıxəli xan isə Bakıdan 24 min manat xərac alacaqdı. Məhəmməd Qulu xan Bakı

Şəhərində, Mirzə Məhəmməd xan isə Balaxanada yaŞamalı olurlar. XVIII əsrin

qırxıncı illərində İ. Y. Lerx (o, 1744-1747-ci illərdə İranda rus səfirliyinin hakimi

olmuŞdur) yazırdı: "Balaxana kəndində hələ də 4 bastionlu dördkünc bir qala

durur". Mirzə Məhəmməd xanın iqamətgahı da məhz bu qalada idi. O Balaxana

iqamətgahında yaŞayarkən gürcü qızı Sofiyaya təzəcə evlənmiŞdi. Abbasqulu və

Cəfərqulu ağa bu qadından olmuŞdular. Bundan sonra o yenə də evlənmiŞ və

Abbasqulu ilə birlikdə 6 oğul atası olmuŞdur. Abbasqulu ağa, Cəfərqulu ağa,

Cavad ağa, Qədir ağa, Mustafaqulu ağa və Abdulla ağa. Mirzə Məhəmməd xan

1791-ci ildən baŞlayaraq, təkcə Balaxanada deyil, MaŞtağada, Əmirhacıyanda da

yaŞamıŞdır. Abbasqulu ağa da 1794-cü ildə Əmirhacıyanda anadan olmuŞdur.

Qalan dörd qardaŞı isə Xeyimisə xanımdandı. Üçüncü arvadı Fətəli xanın qızı Xan

Bikə xanım idi ki, ondan uŞağı olmamıŞdı.

Şəhərin gəliri iki xanın arasında bölünsə də, əsas hakimiyyət Məhəmməd

Qulu xanın əlində idi.

1792-ci ildə Məhəmməd Qulu xan ölür. Mirzə Məhəmməd xan bu dəfə də

hakimiyyəti ələ keçirə bilmir. Məhəmməd Qulu xanın qardaŞı Əli Qulu xanın oğlu

(Mirzə Məhəmməd xanın əmisi oğlu) Hüseynqulu xan fürsətdən dərhal istifadə

edərək özünü Bakı xanı elan edir. Mirzə Məhəmməd xanla Hüseynqulu xan

arasında təzə bir çəkiŞmə baŞlayır. Mirzə Məhəmməd xan Quba qoŞunlarının

köməyi ilə Şəhəri mühasirəyə alır və Hüseynqulu xanla müqavilə bağlamağa nail

olur. Yenə də Şəhərin gəliri iki xanın arasında bölünür.

Sonralar Hüseynqulu xan xanlığın iki xan arasında Şərikli olmasına dözə

bilmir. FikirləŞir ki, Mirzə Məhəmməd Sani Balaxanada xanlığın əsas gəlir

mənbəyi olan neftin əsas hissəsini mənimsəyə bilər. Fürsət axtarır ki, Mirzə

Məhəmmədin iqamətgahına gözlənilmədən basqın edib, onu Bakıdan

uzaqlaŞdırsın. Mirzə Məhəmməd isə təbŞətən sadə və ürəyiaçıq olduğundan

Hüseynqulu xanın ona xəyanət edəcəyini heç gözləmirdi.

Bir gecə Hüseynqulu xan bir dəstə atlı ilə Mirzə Məhəmmədin

iqamətgahına basqın edir. Mirzə Məhəmməd xan gecə yarısı atların kiŞnəməsinə

yuxudan ayılarkən, iqamətgahın mühasirəyə alındığını görür. Hüseynqulu xan sübh

tezdən Mirzə Məhəmməd xanı ailəsi ilə birlikdə Qubaya sürgün edir. Beləliklə,

hakimiyyət təkcə Hüseynqulu xanın əlində qalır.

47

1792-ci ildə Hüseynqulu xan öz hakimiyyətini daha da möhkəmlətmək



məqsədilə Rusiyanın himayəsinə girmək barədə danıŞıqlara baŞlayır. Rus

qüvvələrinin yerləŞdiyi Georgiyevskə elçi göndərir. Dərbənddə onun elçisi İıxəli

xanın adamları tərəfindən tutulur. Hüseynqulunun II Yekaterinanın adına

göndərdiyi məktub Quba xanını bərk qəzəbləndirir, Hüseynqulu xan məktubunun

ələ keçdiyini eŞitdikdə, bu dəfə baŞqa yolla Georgiyevskə təzədən məktub

göndərir. II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanına əsasən Bakı xanlığı

rus imperatorluğunun himayəsinə qəbul edilir. Təkcə o qalır ki, Hüseynqulu xan

təntənəli surətdə and içsin.

Hüseynqulu xanın bu hərəkəti ilə yanaŞı İıxəli xan da imperatriçaya

müracŞətlə bildirir ki, o və ona tabe olan Bakı xanlığı rus tabeliyini qəbul etməyə

hazırdır. Elçi İıxəli xan adından rus imperatorluğuna sadiq qalacaqlarına and içir.

Rus qoŞunları komandanı Qudoviç andın təsdiq edilməsi və imzalanması üçün

İıxəli xana məktub göndərir. İıxəli xan isə buna əməl etmir. Halbuki İıxəli xan bu

müddətdə artıq rus təbəəsi hesab edilirdi. Çünki onun xahiŞi çariçaya

göndərilmiŞdi.

1794-cü ilin ortalarında İıxəli xan Bakı xanlığını Mirzə Məhəmməd Saniyə

qaytarmaq üçün Bakı üzərinə hücuma keçir. Ancaq o hələ yolda ikən ona xəbər

çatdırırlar ki, Qazıkumuklu Xambutay xan Şəki xanı Məhəmməd Hüseyn xanın

üzərinə qoŞun çəkmiŞdir. O, ləŞkəri Mirzə Məhəmməd xana tapŞırıb, özü Şəki

xanının köməyinə tələsir.

Həmin illərdə Mirzə Məhəmməd xan Sani Bakı qalasından kənarda yaŞasa

da, xanlığın əsas gəlir mənbələrini öz əlində saxlayırdı. Neft quyularından və duzlu

göllərdən alınan məhsula, demək olar ki, bütünlüklə yiyələnmiŞdi. Şəhərə neft, duz

və baŞqa məhsulların daŞınmasını tamamilə qadağan etmiŞdi. Hüseynqulu xan

Quba qoŞunlarının təzədən onun üzərinə hücuma keçəcəyini eŞidən kimi HəŞtərxan

vasitəsilə general Qudoviçə məktub göndərərək, İıxəli xandan gileylənir. General

Qudoviç İıxəli xana xəbərdarlıq edir ki, Bakı xanlığını rahat buraxsın, unutmasın

ki, Bakı xanlığına toxunmamaq onun andında qeyd edilmiŞdir.

Bu ara Mirzə Məhəmməd üzərinə basqın etmək üçün Hüseynqulu xandan

ötrü əlveriŞli Şərait yaranır. Gecə qaranlığında Balaxanada Mirzə Məhəmmədin

iqamətgahına basqın edib, Bakı qalasına hücum etmək üçün İıxəli xanın onun

sərəncamına verdiyi qoŞunu pərən-pərən salır. Mirzə Məhəmmədin ailəsi və o

cümlədən İıxəli xanın niŞanlısı da Bakıya gətirilir. Sonralar İirvan xanı Mustafa

xan araya girərək, onları barıŞdırır. 1795-ci ilin payızında Mirzə Məhəmməd xan

ailəsi ilə birlikdə Qubaya qayıdır. İıxəli xan da həmin il Bəyim Bikə ilə evlənir.

1795-ci ilin dekabrında Hüseynqulu xanın rus himayəsinə daxil edilməsi

barədə fərman gəlir. Fərmanda göstərilirdi ki, xanlıq titulu və vərəsəlik bundan

sonra əlahəzrət imperator tərəfindən təsdiq edilməlidir. Xanlıq Qafqaz xəttinin baŞ

48

komandanlığı ilə razılaŞdırılmadan rus tabeliyində olmayan ətraf hakimlərlə



əlaqəyə girə bilməz. Bununla bərabər rus tacirləri üçün də əlveriŞli Şərait

yaradılmalıdır. Küləyin sahilə vurub çıxardığı gəmilər yükləri ilə birlikdə vaxtında

sahibinə qaytarılmalıdır. Bakıda həmiŞə bir rus gəmisi durmalıdır. Rus tacirlərinin

İranlılarla əlaqədar iŞləri təkcə Bakı hakimləri tərəfindən deyil, konsulla birlikdə

həll edilməlidir. İıxəli xanın Bakıya olan iddiaları əvəzində xan ona bəzi

mükafatlar verməlidir.

Küləyin vurub sahilə çıxardığı gəmilər barədə fərmana xüsusi bir maddənin

daxil edilməsi təsadüfi deyildi. MaŞtağa və Mərdəkan kəndləri sahillərində küləyin

vurub sahilə çıxardığı gəmilərin malları Hüseynqulu xanın adamları tərəfindən bir

qayda olaraq həmiŞə talan edilirdi. Hüseynqulu xan rus komandanlığı tərəfindən

bir neçə dəfə məcbur edilmiŞdi ki, talan edilmiŞ malların dəyəri rus və hind

tacirlərinə qaytarılsın. Bakı arxipelaqında da rus gəmilərinə basqın halları baŞ

verirdi.

XVIII əsrin axırında baŞ vermiŞ hadisələr Hüseynqulu xanın rus tabeliyinə

daxil edilməsi sənədlərinin tərtib edilməsinə mane oldu.

1794-cü ildə İranda Ağa Məhəmməd xan Qacar ölkənin əsas əyalətlərini ələ

keçirərək, Tehranı paytaxt elan etmiŞdi. O, Cənubi Azərbaycanın xanlıqlarını da

özünə tabe eləyəndən sonra İimali Azərbaycana yürüŞ üçün hazırlıq görməyə

baŞlayır. Əvvəlcə bütün xanlıqlara məktub göndərərək, onları İran Şahının

himayəsinə keçməyi təklif edir. Qarabağ xanı İbrahim xandan isə tələb edir ki,

oğlunu onun yanında girov qoysun. İbrahim xan bundan imtina etdikdə, Ağa

Məhəmməd xan Qacar onun üstünə 8 min nəfərlik qoŞun göndərir. Gürcülər

qarabağlıların köməyinə çataraq, birlikdə Əsgəran qalası yanında İran qoŞunlarını

darmadağın edirlər. Həmin ilin yayında Ağa Məhəmməd xan Qacar təzədən 85 min

qoŞunla Qarabağa soxulub, İuŞa Şəhərini mühasirəyə alır. Mühasirə 33 gün davam

edir. Ağa Məhəmməd xan Qacar ŞuŞalıların müqavimətini qıra bilmədiyindən

Tiflis üzərinə yürüyür. Tiflisə qədər olan yol boyu bütün Şəhər və kəndləri

xarabazara çevirir.

Qarabağlılar da öz borclarını yerinə yetirərək, gürcülərin köməyinə çatırlar.

Gürcülər düŞmənin üstün qüvvəsi qarŞısında davam gətirə bilmirlər. Ağa

Məhəmməd xanın qoŞunları Tiflisə daxil olub, Şəhəri talan edir, əhalini qılıncdan

keçirirlər.

Ağa Məhəmməd xan Qacarın bu qələbəsi bu vaxtadək Rusiya ilə İran

arasında tərəddüddə qalmıŞ İıxəli xanı ruhlandırır və ona qiymətli hədiyyələr

göndərir. Onun rus təbəəliyinə qəbul edildiyinə baxmayaraq, qəti olaraq Ağa

Məhəmməd xan tərəfinə keçir.

Gürcüstanı talan etdikdən sonra Ağa Məhəmməd xan 1795-ci ilin payızında

qıŞı Muğan düzündə keçirmək məqsədilə Azərbaycana qayıdır. Yolda on iki min

49

qoŞunla İirvana basqın edir. İirvan xanı Mustafa xan qaçıb Fit dağında gizlənir.



Bunu eŞidən Bakı xanı Hüseynqulu xan İamaxıya Ağa Məhəmməd xan üçün

böyük hədiyyələr göndərir və beləliklə özünü Qacarın qəzəbindən xilas edə bilir.

Muğanda qalmaqda Ağa Məhəmməd xanın niyyəti təzədən Azərbaycan

xanlıqlarına hücum edib, bütün Azərbaycanı özünə tabe etdirmək idi. Lakin bu ona

müyəssər olmur. Çünki Qacarın Zaqafqaziyaya basqını rus imperatorluğunu çox

narahat edirdi.

General Qudoviç göstəriŞ almıŞdı ki, Ağa Məhəmməd xan Qacar İamaxını

iŞğal edərsə, Dərbənd üzərinə hücuma keçsin. Gürcüstanın, xüsusilə Tiflis

Şəhərinin Qacar qoŞunları tərəfindən dağıldığı xəbərini alan kimi 1796-cı ildə 30

minlik rus qoŞunu general V. A. Zubovun komandası altında Dərbənd Şəhəri

üzərinə hücuma keçirlər. Əvvəlcə İıxəli xan müqavimət göstərir. Rusların güclü

qoŞunu qarŞısında dura bilməyəcəyini hiss etdikdə anası və bacısının təhriki ilə

qılıncını boynundan asaraq öz rəiyyəti ilə Zubovun yanına gəlir. Zubov onu xeyli

müddət öz düŞərgəsində saxlayır. İıxəlinin anası və bacısı Zubovun düŞərgəsinə

gələrək, İıxəlinin cavanlığını nəzərə almağı və onun günahından keçməyi xahiŞ

edirlər. Zubov ona müqavimət göstərən yerli hakimləri adətən Rusiyaya

göndərirdi. Görünür ki, İıxəli xanın anası və bacısının xahiŞindən sonra, ya da

baŞqa mülahizələrə görə onu öz yanında saxlayır və hətta İamaxı üzərinə yürüŞə də

özü ilə bərabər aparır.

Zubov Dərbənd xanlığının boŞ qalmaması üçün İıxəli xanın bacısı Pəricəni

Şəhərin hakimi təyin edir. 1796-cı ilin 3 iyununda II Yekaterina V. A. Zubova belə

bir məktub göndərmiŞdi: "Dərbəndin hakimi Pəricə xanıma mən hədiyyə olaraq,

qələm, sırğa və üzük göndərirəm... Deyirlər ki, ağıllı və yaxŞı qızdır. Mənə elə

gəlir ki, onun davranıŞında bir mərdlik vardır ki, bu da mənim xoŞuma gəlir".

KeçmiŞ xanlıq nəslindən olan Nadir xan da Pəricəyə naib təyin olunur.

Həmin il 24 mayda Zubov Bakıya tərəf yürüŞə baŞlayır. Dərbənddən sonra

İamaxı, Gəncə, Salyan xanlıqları da rus hakimiyyəti altına keçir. Qarabağ xanı

Zubovun yanına elçi göndərərək, rus himayəsinə qəbul olunmasını xahiŞ edir. Bakı

xanı Hüseynqulu xan da Şəhəri təhvil vermək məcburiyyətində qalır.

Şəhərin iŞğalından sonra Yekaterina Bakını bütün Şərqdə böyük ticarət

mərkəzinə çevirmək üçün ciddi tədbirlər görməyə baŞlayır. Bakı limanının hərbi

donanma üçün yararlı hala salınması barədə layihə hazırlanır. Bu məqsədlə

Peterburqdan Bakıya mütəxəssis ustalar göndərilir. Bakıda olmuŞ Butkov öz

qeydlərində yazırdı ki, "Bakı limanı bütün Xəzər dənizində ən əlveriŞli liman

olduğundan onu geniŞləndirmək və möhkəmləndirmək lazım gəlirdi. Dərinliyi 7

sajen olan liman sularında gəmilər rahat üzə bilirdilər".

Rusiya imperiyasının hakimiyyətini Azərbaycanda daha da möhkəmlətmək

məqsədilə Zubov Kürlə Arazın birləŞdiyi yerdə (Cavadda) yeni bir qala-Şəhər

50

salmaq fikrinə düŞür və onun layihəsi də hazırlanır. Bu məqsədlə buraya 2 min



saldat köçürür, onları hərbi və kənd təsərrüfatı alətləri ilə təmin edir və erməniləri

məcbur edir ki, qızlarını rus saldatlarına ərə versinlər. Bu qala-Şəhər

Yekaterinoserd adlanacaqdı.

Bakını möhkəmlətmək isə rus komandanlığı qarŞısında birinci dərəcəli

məsələ kimi qoyulmuŞdu. 1796-cı ilin 19 fevralında Zubova göndərilən əmrdə

deyilirdi: "Bakını, Bakı limanını zəbt edib, onu baŞ depoya çevirməli". Bakı

limanında iŞə baŞlamaq üçün vəsait də ayrılmıŞ və Peterburqdan ustalar yola

salınmıŞdı.

Ruslar 1796-1797-ci illər üçün nəzərdə tutulmuŞ tədbirləri həyata keçirə

bilmirlər. II Yekaterinanın ölümü buna mane olur. Yekaterinadan sonra onun

yerinə taxta çıxmıŞ I Pavelin əmri ilə rus qoŞunları təcili olaraq, geri çağırılır. I

Pavelin məqsədi Fransaya qarŞı mübarizə üçün Rusiyanın bütün hərbi qüvvələrini

bir yerə toplamaq idi. QoŞunların geri çəkilməsinə baxmayaraq, Rusiya ilə

Azərbaycan arasında ticarət əlaqələri əvvəlki kimi yenə davam edir və geniŞlənirdi.

Bununla belə, Xəzər sahili Şəhərlərinin bəzilərində yerli hakimlər tərəfindən bu

ticarətə zərbə vuranlar da vardı. Məsələn, Bakı xanı Hüseynqulu xanın nəinki rus

tacirlərinə, habelə hindlilərə da münasibəti yaxŞı deyildi. Rus ticarət gəmilərinə

yenə də basqınlar edilirdi. Hüseynqulu xan bu basqınların qarŞısını nəinki almır,

əksinə, bunun üçün əlveriŞli Şərait yaradırdı. Belə halları aradan qaldırmaq

məqsədilə İranda olah rus konsulu Skibinevski 1800-ci ildə Bakıya gəlir. O,

Hüseynqulu xandan rus tacirlərinə vurulmuŞ zərərin qaytarılmasını tələb edir.

MaŞtağa sahillərində küləyin vurub sahilə çıxardığı gəminin talan edildiyini

söyləyərkən Hüseynqulu xan deyir:

- Bu gəminin malları rus tacirlərinin deyil. Qoy hindlilər bunu tələb

etsinlər.

- Mallar rusların deyilsə də, gəmi ruslarındır. Gəminin içindəki mallar üçün

ruslar məsuldurlar.

Beləliklə, Hüseynqulu xan nə rus tacirlərindən aldığı pulları, nə də talan

etdiyi gəmilərin mallarını qaytarmaq istəmir. Vəziyyəti belə gördükdə Skibinevski

zora əl atmağa məcbur olur. O Bakı limanında reyddə durmuŞ rus donanmasına

əmr edir ki, Şəhəri top atəŞinə tutsun. "Qızlar" gəmisi Şəhəri top atəŞinə tutan kimi

Hüseynqulu xan günahkar olduğunu boynuna alır və rus tacirlərindən aldıqları

pulları və talan olunmuŞ malları qaytarmağa razılıq verir. Hətta üstəlik iltizam verir

ki, bundan sonra rus tacirlərinə qarŞı ədalətli hərəkət edəcəkdir. Bu əhvalatdan

sonra, Hüseynqulu xan yaxın rəiyyətindən olan Mirzə Hadı bəyi rus imperatorluğu

sarayına göndərərək, tutduğu hərəkətdən ötrü üzr istəyir.

Buna baxmayaraq, Hüseynqulu xan sonralar da rus və hind tacirlərinin

gəmilərinə quldur basqınından əl çəkmirdi.

51

Azərbaycandan geri qayıtmıŞ Ağa Məhəmməd xan Qacar İrana çatan kimi



1796-cı ildə Tehranda özünü Şah elan edir. Bir ildən sonra təzədən böyük qüvvə ilə

Azərbaycana gəlir. Qarabağ və İirvan xanlıqlarını iŞğal edir. Hüseynqulu xanı

İuŞa qalasına öz yanına çağırır. Bir rəvayətə görə, Hüseynqulu xan onun yanına

getməkdən boyun qaçırır. Ağa Məhəmməd Şah Qacar əmr edir ki, onun əl-ayağına

zəncir vurub hüzuruna gətirsinlər. Ailəsi isə Tehrana sürgün olunsun. BaŞqa bir

mənbədə göstərilir ki, Hüseynqulu xan özu Ağa Məhəmməd Şahın yanına gedir.

Ağa Məhəmməd Şah Qacar onu qəzəblə qarŞılayır. A. Bakıxanov bu barədə belə

yazır: "Hüseynqulu xan Ağa Məhəmməd Şahın hüzuruna gələrək, öz itaətkarlığını

bildirmiŞdi. Lakin ruslara qarŞı olan meylinə görə yaxŞı qarŞılanmamıŞdı. Əgər 12

iyun səhəri gün doğandan sonra Şah öz saray xidmətçilərindən iki nəfər tərəfindən

öldürülməsəydi, məlum deyildi ki, Hüseynqulu xanın taleyi necə olacaqdı".

Ağa Məhəmməd Şahın ölüm xəbərini eŞitdikdə, Qubada olan Mirzə

Məhəmməd xan Sani Bakı xanlığına yiyələnmək üçün tələsik Bakıya gəlir. Ondan

qabaq özünü yetirmiŞ olan Hüseynqulu xan Şəhər qalasında möhkəmlənərək,

müdafŞə olunur. İki xan arasında keçirilmiŞ danıŞıqlara əsasən Bakı xanlığı yenə iki

yerə ayrılır. Hüseynqulu xan Bakıda qalır, Mirzə Məhəmməd Sani isə MaŞtağaya

çəkilərək, orada özünə təzə qala tikdirir.

1801-ci ilin 12 martında imperator Pavel öldükdən sonra onun yerinə I

Aleksandr keçir. Təzə imperatorun ilk təŞəbbüslərindən biri Zaqafqaziya

hakimlərinə məktub göndərməsi olur. Bu məktubda o, bütün xanlıqları dostluq

Şəraitində yaŞamağa çağırırdı. 1803-cü ilin fevralında knyaz Pavel Sisianov

Qafqaza baŞ komandan təyin olunur. O, əslən gürcü idi, ulu babası knyaz Paati

Sisianov (SisiŞvili) 1725-ci ildə Rusiyaya köçmüŞdü. O Kaxetiyanın məŞhur çarı

Vaxtanq Kartalini ilə birlikdə vaxtı ilə I Pyotrla görüŞmək üçün Peterburqa yola

düŞmüŞdülər. Pyotr isə bu vaxt artıq ölmüŞdü. Vaxtanq da HəŞtərxanda xəstələnib

ölmüŞ, Paati Sisianov isə rus təbəəliyini qəbul etmiŞdi. Pavel Sisianov 1754-cü ilin

8 sentyabrında Moskvada anadan olmuŞdur.

Pavel Sisianovun baŞ komandan təyin edilməsi ilə Zaqafqaziyanın, o

cümlədən Azərbaycanın təzədən iŞğalı geniŞ vüsət aldı.

Rus komandanlığı hər Şeydən əvvəl Gəncə xanlığının iŞğal edilməsinə

xüsusi əhəmiyyət verirdi. Gəncə xanı Cavadxan əslində rus tabeliyinə keçməyə

etiraz etmirdi. Bunun üçün o, rus imperatorunun xüsusi reskriptini gözləyirdi ki,

tabe olmaqla bərabər xanlığın müstəqilliyini hifz edə bilsin. General Sisianov onun

nəzərinə çatdırır ki, Gəncə xanlığı hələ 1796-cı ildə Rusiyanın təbəəliyinə keçmiŞ

və Gəncə qalası ruslar tərəfindən alınmıŞdı. Cavad xan cavabında yazırdı o zaman

Şah mənə reskript göndərmiŞ və mən də onun təklifini qəbul edərək, qalanı təhvil

vermiŞdim. İndi də sənin padŞahın belə bir reskript göndəribsə, mənə göstər. Mən

də onun iradəsi qarŞısında düŞünüb-daŞınım".

52

Cavad xanın bu sözləri, görünür ki, Sisianovun Şəxsiyyətinə toxunmuŞ və



1803-cü ilin noyabrında Gəncə üzərinə qoŞun çəkmiŞdi. Rus qoŞunları 6 batalyon

piyadadan, 11 topdan, 3 eskadron və 2 kazak bölüyündən ibarət idi.

1804-cü il yanvarın 2-dən 3-nə keçən gecəsində Sisianovun qoŞunları

qalaya hücuma keçirlər. Şəhərin müdafŞəçiləri mərdliklə vuruŞaraq nərdivanlarla

qalaya qalxmağa çalıŞan qoŞunların təŞəbbüsünü dəf edirdilər. Buna baxmayaraq

qoŞunlar Şəhəri müdafŞə edənlərin müqavimətini qıra bilib, Şəhərə daxil olur.

Böyük mərdlik göstərmiŞ Cavad xan öldürülür. Beləliklə, Gəncə xanlığı Rusiyanın

tərkibinə qatılır və Şəhər I Aleksandrın arvadı Yelizavetanın adı ilə Yelizavetpol

adlanır.

Sisianov I Aleksandra göndərdiyi raportunda qeyd edirdi ki, bu ilin

kompaniyasında İranlılar tərəfindən vurulmuŞ bir milyon manat zərərin ödənilməsi

üçün Xəzər donanmasının Ənzəli və RəŞt Şəhərlərinə göndərilməsi lazım gəlir.

1865-ci ildə rus donanması general-mayor ZavaliŞinin baŞçılığı altında Pirbazara,

RəŞtə 800 nəfərdən ibarət desant çıxarır. Desant uğursuz olur. İran qoŞunlarının

üstün qüvvələri qarŞısında ZavaliŞin geri çəkilib, Bakıya qayıdır.

Sübh açılarkən bakılılar körfəzdə hərb gəmisini görüb, təəccüb qalırlar.

Hüseynqulu xan tez ZavaliŞinin yanına elçi göndərib onun nə niyyətlə gəldiyini

öyrənmək istəyir... ZavaliŞin elçiyə belə deyir:

- Mən imperator tərəfindən göndərilmiŞəm ki, Bakını zəbt edim. Xanınıza

deyin ki, Şəhəri təslim etsin.

Hüseynqulu xan vaxtı udmaq üçün ZavaliŞinə xəbər göndərir ki, fikirləŞmək

üçün ona avqustun 15-dək möhlət versin.

ZavaliŞin razılaŞır. Möhlət baŞa çatanda Hüseynqulu xandan heç bir xəbər

çıxmır. Belə olduqda, ZavaliŞin sahilə desant çıxarır. Bu müddətdə Hüseynqulu

xanın köməyinə gəlmiŞ Quba və Dərbənd xanlığının qoŞunları ZavaliŞinin

qoŞunlarına qarŞı vuruŞmağa baŞlayırlar. Bu vuruŞmada məğlub olan ruslar gəmi

ilə Sara adasına çəkilirlər.

Rusiyanın Qafqaza yürüŞü, Gürcüstanın və Azərbaycanın bir hissəsinin

Rusiyaya ilhaq edilməsi Ağa Məhəmməd Şah Qacardan sonra taxta çıxmıŞ Fətəli

Şahı (o zamanlar Baba xan kimi tanınırdı) çox narahat edirdi. Hələ rus himayəsinə

keçməmiŞ Qarabağ və Bakı xanlıqlarına elçilər göndərərək, onları hədələyir və

xəbərdarlıq edirdi ki, rus tabeliyinə daxil olduqları təqdirdə onların üzərinə qoŞun

çəkəcəkdir. Bununla ürəyi soyumayan Fətəli Şah 1805-ci ildə Qarabağ üzərinə

böyük qüvvə ilə hücuma keçir. Qarabağ xanlığının atlı dəstələri İranlıları məğlub

edib, geri oturdurlar. 1805-ci ilin 14 mayında Gəncə yaxınlığında, Kürəkçay

sahilində Sisianovla İbrahim xan arasında müqavilə imzalanır. Kürəkçay sahilində

Qarabağ xanlığı ilə danıŞıqlardan sonra Sisianov Şəki xanı Səlim xanla gorüŞür.

Mayın 21-də Şəki xanlığı da Rusiyaya qatılır.

53

1805-ci ilin iyununda Fətəli Şahın oğlu Abbas Mirzənin baŞçılığı altında



İran qoŞunları Arazı addayıb, Qarabağ üzərinə hücuma keçirlər. Bu zaman İuŞa

qalasını İbrahim xanın dəstəsi ilə birlikdə rus qarnizonunun əsgərləri də

qoruyurdular. Qarnizonun köməyinə Gəncədən polkovnik Karyaginin baŞçılığı

altında 555 nəfər əsgər, iki top göndərilir. Yolda bu dəstə Abbas Mirzənin 10

minlik qoŞunu tərəfindən dövrəyə alınır. Karyaginin əsgərləri özlərini itirməyərək,

İranlılara qarŞı döyüŞə-döyüŞə və yerli əhalinin bələdçiliyi ilə mühasirədən çıxa

bilirlər.

İuŞa qalası ətrafında bütün həmlələri boŞa çıxan və Karyaginin dəstəsini

məğlub edə bilməyən Abbas Mirzə qoŞunu çəkib, Gəncəyə tərəf yönəlir. Gəncə

qalasını almaq da ona mümkün olmur. Buna görə də müdafŞəsiz qalmıŞ Tiflisə

tərəf yürüyür. Lakin Karyaginin dəstəsi İranlılara çatır və onları pərən-pərən salır.

Abbas Mirzə bu dəfə Qazaxdan keçərək İrəvana üz tutur. Abbas Mirzə hələ

Qarabağa hücum etməmiŞdən qabaq Qazağa ultimatum göndərmiŞdi ki, İran

qoŞunlarına tabe olmadıqları təqdirdə, ailələri ilə birlikdə əsir alınacaqlar.

Qazaxlılar Abbas Mirzənin bu hədəsinə əhəmiyyət vermədən öz mövqelərini

möhkəmlədirlər. İah qoŞunları Qazağa daxil olduqda yerli əhali onlara bərk divan

tutur. İranın saray tarixçilərindən biri qazaxlılar barədə belə yazırdı: "Qazax əhli

İranlıların İrəvana tərəf yürüŞünə mane olurdular. İrəvan düzənliyi baŞlananadək

qazaxlılar, demək olar ki, hər fərsəx yolda pusqu düzəltmiŞdilər. Onlar hətta Abbas

Mirzənin özünə də atəŞ açmıŞdılar".

YaralanmıŞ Abbas Mirzə İrana qayıtmağa məcbur olmuŞdu.

Gəncə və Şəki xanlıqlarını özünə tabe etdikdən sonra Sisianov İirvana tərəf

yürüŞə baŞladı. Bu müddətdə o, Qafqazın hər yerində "zəhmli knyaz" kimi Şöhrət

tapmıŞdı.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə