Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə11/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   7   8   9   10   11   12   13   14   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKIXANOVLAR SÜLALƏSİ

Bakı xanlarının tarixi Mahmud Dərgahqulu bəylə baŞlayırsa, Bakıxanovlar

sülaləsinin Şöhrəti isə Mirzə Məhəmməd xan Sani ilə yüksəlmiŞdir. Bakı və Quba

xanlıqlarının Rusiyaya yaxınlaŞmasında onun böyük xidmətləri olub. 1824-cü ildə

Qafqaz baŞ komandanı Yermolov Mirzə Məhəmməd Saninin bu xidmətlərini

yüksək qiymətləndirərək, ona Quba əyalətində 7 para kənd bağıŞlamıŞdır. O

kəndlər bunlardır: Rustov, Hacı QaraqaŞlı, Əmsar, QaraqaŞlı, Qarabağlı, Qulamlı

və İıxnəzərli. Bu torpaqlar onun xüsusi mülkiyyətinə daxil edilərək, xəzinənin hər

cür vergilərindən azad edilmiŞdi. Mirzə Məhəmmədin qardaŞı (onlar iki qardaŞ

olublar) Əbdürrəhim ağanın da ruslara az xidməti olmamıŞdır. Sisianovun Bakıya

səfəri ərəfəsində o ailəsini Bakıda təhlükə altında buraxıb, İamaxıya generalın

xidmətinə getmiŞdi. Mirzə Məhəmmədin 6 oğlundan altısı da atalarının yolu ilə

gedərək, rus hərbi dairələrində xidmət etmiŞlər. Böyük oğlu Abbasqulu ağa

Tiflisdə hərbi komandanlıq nəzdində tərcüməçi iŞləmiŞdir. Rus və hərbi Şərq

dillərini mükəmməl bilməsi, Şərq tarixinə yaxından bələdliyi ona Qafqazın hərbi

dairələrində böyük Şöhrət qazandırmıŞdı. O bu xidmətində polkovnik

dərəcəsinədək yüksələ bilmiŞdi. Abbasqulu ağanın anabir qardaŞı Cəfərqulu ağa

19-cu əsrin ortalarında Qafqaz ordusunda döyüŞən generallardan biri kimi

tanınmıŞdı. 1867-ci ildə istefaya çıxaraq, Qubada atasından qalmıŞ təsərrüfatı idarə

etməklə məŞğul olmuŞdu. Cəfərqulu ağa 1826-1828-ci illər rus-İran müharibəsində

göstərdiyi qəhrəmanlığa görə üçüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif

olunmuŞdu. Sonrakı vuruŞmalarda da həmiŞə fərqlənmiŞ, orden və medallara layiq

görülmüŞdü. Mirzə Məhəmmədin ikinci arvadından olan övladlarından Qədir ağa

rus ordusunda kapitan, Mustafa ağa isə general-mayor rütbələrində xidmət

etmiŞlər. Mirzə Məhəmmədin nəvələrindən də çoxu atalarının yolu ilə getmiŞdilər.

Cəfərqulu ağanın hər iki oğlu Həsən ağa ilə Əhməd ağa ömürlərinin sonunadək rus

ordusunda xidmət etmiŞlər.

58

Abbasqulu ağanın oğlu olmamıŞdır. İki qızından biri Nisa Bəyim Cəfərqulu



ağanın oğlu Həsən ağaya, o biri qızı Tuğra xanım isə Cəfərqulu ağanın kiçik oğlu

Əhməd ağaya ərə getmiŞlər. Firidun bəy Köçərlinin yazdığına görə Tuğra xanım

Şer də yazmıŞdır. Hətta bu aŞağıdakı iki misranı onun Şerlərindən nümunə kimi

göstərmiŞdir:

Tuğra xanımam, aləm ara çünki əzizəm,

Abbasqulu ağa qızı, Zəhraya kənizəm.

Nisa Bəyimin əri - Cəfərqulu ağanın oğlu Həsən ağa Bakıxanov Qafqaz

ordusundakı xidmətlərinə görə çoxlu orden və medallara layiq görülmüŞdü.

Cəfərqulu ağanın kiçik oğlu Əhməd ağa da orduda qvardiya-polkovniki rütbəsi ilə

xidmət etmiŞdir. Onların Nurcahan xanım adında bir bacıları da olub.

Bakıxanovlar çox maarifpərvər olub, ölkənin mədəni həyatı ilə həmiŞə

maraqlanmıŞlar. Mirzə Məhəmməd xanın ən kiçik oğlu general-mayor Abdulla

ağanın "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabi ilə olan məktublaŞması buna

sübutdur. Abdulla ağa və habelə onun qardaŞı oğlu Əhməd ağa "Əkinçi" qəzetinin

nəŞrə baŞlamasına nəinki mənəvi, eyni zamanda maddi kömək də göstərmiŞlər. Ən

çətin və ağır günlərdə onlar Həsən bəyin köməyinə çatmıŞ, onu ruhlandırmağa

çalıŞmıŞlar. Abdulla ağa Qubadan Həsən bəyə göndərdiyi 1875-ci il 19 iyun tarixli

məktubunda yazırdı: "...Sizə baŞladığınız bu iŞdə müvəffəqiyyətlər diləyirəm.

Doğrudur, ilk əvvəllər bəzi uğursuzluqlar olacaqdır. Bundan ötrü ruhdan

düŞməməli, həmiŞə olduğu kimi bu xeyirli iŞi davam etdirməlisiniz".

Abdulla ağa "Əkinçi" qəzetinin çapına icazə alınmasında yerli hakimiyyət

orqanları vasitəsilə əlindən gələni etmiŞdi.

Bakıxanovlar böyük nəsil olmuŞdur. Onların qol-budaqları bu gün də

mövcuddur. Bakı kəndlərindən bir çoxunda Bakıxanovlar sülaləsinin

nümayəndələrinə rast gəlmək mümkündür. Bakı Şəhərində yaŞayan Bakıxanovlar

isə hazırda ölkəmizin mədəni həyatında böyük xidmətləri ilə tanınmıŞ adamlardır.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə