Suğra osmanova qılman İlkin. Baki və bakililar


BAKI RUSİYANIN TƏRKİBİNDƏ



Yüklə 2,16 Mb.
səhifə12/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   8   9   10   11   12   13   14   15   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKI RUSİYANIN TƏRKİBİNDƏ

Sisianovun öldürülməsini Dağıstan feodalları sanki çoxdan gözləyirdilər.

YaranmıŞ Şəraitdən istifadə edərək, Qazıkumux və Avar xanları Azərbaycanın

içərilərinə soxuldular. Surxay xan Kür sahillərinədək gəlib çıxdı. Lakin daha irəli

gedə bilmədi. Rus qoŞunlarının arxadan özlərini yetirə biləcəklərini düŞünüb, geri

dönməyə məcbur oldu. BaŞqa xanlar isə ehtiyat edib, Surxay xana qoŞulmadılar.

Onlar İimali Qafqazdan çar qoŞunlarının gec-tez yürüŞə baŞlayacaqlarını bilirdilər.

Baharın axırlarında İran Şahı da Azərbaycana qoŞun yeritdi. QoŞun Arazı adlayıb

59

birbaŞa Qarabağ üzərinə hücuma keçdi. Bu vaxt İuŞa qalasında cəmi bir qarnizon



rus əsgəri vardı. İbrahim xan (öz atlıları daxil olmaqla) belə bir qüvvə ilə İran

qoŞunlarının qarŞısında dura bilməyəcəyini hiss eləyirdi. Tezliklə taxıl biçini də

baŞlayacaqdı. Barlı-bərəkətli zəmilər İran atlılarının tapdağı altında qalmasın deyə,

İbrahim xan tədbir görməyə baŞladı. Bu barədə İuŞa qarnizonu komandiri mayor

Lisaneviçlə məsləhətləŞdi:

- Deyirəm ki, İranlılar nə qədər ki, İuŞaya yaxınlaŞmayıblar, bir tədbir

görək.

Lisaneviç soyuqqanlıqla deyir:



- Qorunmaqdan baŞqa nə tədbir görə bilərik?

- Bəlkə onları qabaqlayıb, bəxŞiŞ və ənam göndərək, yarı yoldan

qaytaraq. Yoxsa, bütün zəmilər düŞmən atlarının tapdağı olacaq.

Heç bir Şey lazım deyil. Bizim qoŞunlar tezliklə özlərini çatdıracaqlar - deyə

Lisaneviç yenə eyni soyuqqanlıqla cavab verir.

Mayorun sözləri İbrahim xanı təmin etmir. Çünki qoŞundan - köməyə

gələcək rus saldatlarından hələ heç bir səs-səmir yox idi. İranlılar isə artıq qalaya

yaxınlaŞırdılar. Vəziyyəti belə gördükdə İbrahim xan öz ailəsi və yaxın adamları ilə

qala yaxınlığında olan Xan bağına köçur. İbrahim xanın düŞmənləri bundan

istifadə edərək, xanın xəyanət yoluna düŞdüyünü Lisaneviçə xəbər verirlər. Bu

fitnəyə uyan mayor gecə bir dəstə əsgərlə İbrahim xanın yaŞadığı yerə basqın edir

və xanı ailəsi, yaxın adamları ilə birlikdə öldürtdürür. Bu xəbərdən ətraf xanlar

bərk qəzəblənirlər. Hətta Şəki xanı yanındakı çar qarnizonunun əsgərlərini

xanlıqdan qovur.

Yayın axırlarında Əsgəran qalası yanında çar qoŞunları İranlıları geri

oturdurlar. İran qoŞunları geri çəkilərkən Qarabağdan, xüsusilə İirvandan çoxlu

əsir tutub aparırlar.

1806-cı ilin iyununda çar qoŞunları General Qlazenapın baŞçılığı altında

İimali Qafqazdan çıxaraq Xəzər sahili ilə cənuba hərəkət etməyə baŞlayırlar. Bu

qoŞunun tərkibinə 1.400 nəfər piyada, bir bu qədər süvari və 9 top daxil idi. İyunun

22-də Dərbənd müqavimətsiz təslim olur.

Dərbənddə ikən Qlazenapı general Bulqakov əvəz edir. Çar qoŞunu general

Bulqakovun komandanlığı altında Dərbənddən Qubaya yola düŞür. Quba xanlığı

təslim olur. İıxəli xan qaçır. Sonra Bulqakov Bakıya tərəf hərəkət edir. Avqustun

təndir kimi Şölə çəkən istisində yerimək çox çətin olur. Buna görə tez-tez düŞərgə

salıb, dincəlməyə məcbur olurlar. Axırıncı düŞərgə dəniz sahilindən azca uzaqda,

BeŞbarmaq dağının ətəyində idi. Bulqakov Şəhərə çatmamıŞdan qabaq buradan

Bakı əhlinə bəyannamə ilə müracŞət edir. Bəyannamədə göstərilirdi ki, əgər Bakı

öz xoŞu ilə təslim olarsa, heç kəsə zərər toxunmayacaq. Hüseynqulu xan ən yaxın

adamı Kazım bəyin baŞçılığı altında BeŞbarmağa Bulqakovun yanına elçi göndərir.

60

Elçilər Bulqakovun qabağına duz-çörəklə çıxır və bildirirlər ki, Bakı Şəhəri təslim



olmağa hazırdır.

Hüseynqulu xan çar qoŞununun bu dəfəki səfərindən bərk qorxuya

düŞmüŞdü. Güman edirdi ki, Sisianovun öldürülməsi üçün ondan dəhŞətli intiqam

alınacaqdır. Bulqakov elçilərlə xəbər göndərir ki, Şəhər öz xoŞu ilə təslim olarsa,

heç kəsə toxunmayacaqdır. Hətta bu sözlərini möhkəmlətmək məqsədilə, öz

oğlunu da elçilərlə birlikdə Bakıya göndərir.

Lakin Şəhər əhli böyük həyəcan içində idi. İnanmırdılar ki, rus qoŞunları

Sisianovun öldürülməsini onlara elə-belə bağıŞlayacaqlar. Buna görə çoxu Şəhəri

tərk edir, yaxındakı təpələrin arxasında gizlənirdi. Bulqakovun oğlu Şəhərə

yaxınlaŞanda belə bir mənzərənin Şahidi olur: Şəhər darvazalarından çıxan adamlar

köçlü-külfətli Şimal-qərb tərəfdəki dağlara çəkilirdilər. Gənc Bulqakovun onları

sakitləŞdirmək və geri döndərmək cəhdləri boŞa çıxır. Hüseynqulu xan da qoŞun

hələ yaxınlaŞmamıŞdan böyük bir köçlə - səkkiz arvadı, beŞ oğlu, 17 qızı ilə

birlikdə gizlincə, dolamanc yolla Qubaya qaçır.

QoŞunun Şəhərə daxil olması ilə yaranmıŞ dincliyi görən Şəhər əhli

təpələrdən enməyə, ev-eŞiklərinə qayıtmağa baŞlayırlar. Beləliklə, 1806-cı il

sentyabr ayının 3-də Bakı tamamilə iŞğal olunur.

Bulqakov bir neçə müddət Bakı xanlarının qala darvazası yaxınlığındakı

evlərində yaŞayır. Bulqakovun yürüŞü ərəfəsində baŞlamıŞ bərk istilərlə əlaqədar

bulaqların suyu azalmıŞdı. O biri tərəfdən bu bulaqların gözləri çoxdan

arıdılmadığından axıdılan su Şəhəri təmin etmirdi. Əhali bu sarıdan çox əziyyət

çəkirdi. QazılmıŞ quyuların suyu isə dəniz suyu kimi Şor və acı idi. Ordunu su ilə

təmin etmək getdikcə çətinləŞirdi. Əsgərlərin vəziyyəti də ağır idi. Şəhərdə əlveriŞli

binalar olmadığından ordu dəniz sahilində düŞərgə salmıŞdı. Şəhərin sahil

divarından Şərqə tərəf uzanan sahil boyu əsgər çadırları sıralanmıŞdı. Dənizin

sərinliyi əsgərləri istidən qorusa da, su və hətta yanacaq cəhətdən korluq çəkirdilər.

Xörək biŞirmək üçün sahildən neçə verst uzaqda olan çöllərdən çırpı toplamaq

lazım gəlirdi. İsti və susuzluq nəticəsində əsgərlər arasında xəstəlik yayılmıŞdı.

Bundan qorxuya düŞən Bulqakov Şəhərdə bir qarnizon saxlayır, özü isə qoŞun

hissəsi ilə Qubaya yola düŞür.

Bakı xanı Mirzə Məhəmməd xan Qubanın və Bakının alınmasında ruslara

həmiŞə kömək etmiŞdi. Onun bu xidməti qarŞısında çar höküməti Qubanın və

Bakının idarə edilməsini ona tapŞırmıŞdı. Oğlu Abbasqulu ağa özünün "Gülüstaniİrəm"

kitabında atasının xanlıq fəaliyyətindən çox az yazmıŞdı. Mirzə Məhəmməd

xan özünün sadəliyi və ürəkaçıqlığı üzündən hakimiyyət uğrunda gedən

vuruŞmalarda həmiŞə məğlub olmuŞdur. Qanuni xanlıq hüququnu onun əlindən

almıŞ olan Məhəmməd Qulu və Hüseynqulu xana qarŞı mübarizədə acizlik

göstərmiŞdir.

61


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə