Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə20/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   16   17   18   19   20   21   22   23   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

QURULTAYLAR SOVETİ

19-cu əsrin 80-ci illərində Bakı sənayeçilərinin inzibati orqanı yaradılmıŞdı.

Bu orqan Bakı neft sənayesi qurultaylarıdır. 1884-cü ilin əvvəllərində təŞkil

olunub. Cəmi 35 qurultay keçirilmiŞdi. Qurultaylara ən iri neft Şirkətlərinin

nümayəndələri seçilirdi. Qurultayların daimi orqanı isə 1-ci qurultayda seçilmiŞ

Qurultaylar Soveti idi. Sovetə 1890-cı ildən baŞlayaraq, iri neft sahibkarları olan

iki qardaŞ P. O. və A. O. Qukasovlar rəhbərlik edirdilər.

TəŞkilat əsasən neft mədənlərində texniki nəzarətin möhkəmləndirilməsi,

qazılan və istismar edilən neft quyularının texniki avadanlıqla təmin edilməsi,

fəhlələr üçün yataqxanalar tikilməsi, fəhlə qəsəbələrinin salınması, mədənlərdə və

sənaye müəssisələrində səhiyyə iŞlərinin təŞkili və qaydaya salınması ilə məŞğul

olurdu. TəŞkilatın vəsaiti ilə mədən polisi və kazak dəstələri də saxlanılırdı. Mədən

və zavodlardakı tətillər zamanı bu silahlı dəstələrdən tez-tez istifadə olunurdu.

Səhiyyə müəssisələri ilə yanaŞı Qurultaylar Soveti fəhlə və qulluqçuların uŞaqları

üçün məktəb və kursların açılması ilə də yaxından məŞğul olurdu. Fəhlələrin özləri

üçün də gecə kursları təŞkil olunurdu. Bayıl və Bibiheybətdə, Qara Şəhər və

Balaxanada el (narodnı) evlərinin tikilməsi də Qurultaylar Sovetinin sərəncamı ilə

olmuŞdur.

117

Qurultaylar Soveti öz fəaliyyəti barədə vaxtlı-vaxtında qurultaylara hesabat



təqdim edirdi. Hökümət qarŞısında neft sənayeçilərinin mənafeyini müdafŞə etməyi

Sovet özünün birinci dərəcəli vəzifəsi hesab edirdi. Neft maqnatlarının yüksək

gəlirlərini təmin etmək Sovet üçün ali məqsəd idi. 1899-cu ildən Sovetin

"Neftyanoye delo" adlı rəsmi orqanı dərc edilirdi. Azərbaycanda Sovet hakimiyyəti

qurulduqdan sonra Sovetin fəaliyyəti dayandırılmıŞdır.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə