Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə17/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   13   14   15   16   17   18   19   20   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKI NEFT SƏLTƏNƏTİDİR

Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada

tanıtdıran onun nefti və yanar torpaqları olmuŞdur. Bakıda neft hələ qədim

zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm Şəhərin

özündə yanacaq və müxtəlif xəstəliklərə qarŞı dərman kimi istifadə edilir və həm

də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə,

xüsusilə xanlıqlar dövründə neft Şəhərin iqtisadiyyatında böyük rol oynamağa

baŞlamıŞdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları.

Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz

idilər. Balaxana neft quyularından birində tapılmıŞ daŞ parçasının üzərindəki

yazıdan məlum olmuŞdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur

tərəfindən qazılmıŞdır. Şəhərdə evlər içərisinə neft doldurulmuŞ qara çıraqlarla

iŞıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuŞ rus akademiki İ. J. Lerx Bakıda 52 neft

quyusu olduğunu gözləri ilə görmüŞdu. 1771-ci ildə Bakıda olmuŞ akademik S. Q.

Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmiŞdir.

Ruslar Bakını iŞğal edəndən sonra neftin çıxarılmasına o qədər də

əhəmiyyət vermirdilər. Quyular baŞlı-baŞına buraxılmıŞdı. Bakı xanı Hüseyn Qulu

xan ruslar tərəfindən neftin çıxarılmasına qarŞı belə laqeydliyi görəndən sonra neft

mədənlərini təzədən öz əlinə keçirdi və onların istismarına baŞladı.

1820-ci ildə Bakının bütün neft quyuları dövlət xəzinəsinin ixtiyarına keçdi.

Həmin ildən də quyular ayrı-ayrı xüsusi adamlara dörd illiyə icarəyə verildi.

İcarədarlardan bunun əvəzində hər il 96 min kirayə haqqı alınırdı. İcarədar

Tarumovu sonralar Yaqubov və Əhmədağa Məmmədov əvəz etdi. Bu dəfə icarə

haqqı 97 minə qaldırılmıŞdı. Sonralar, yəni 1850-ci ildən həmin quyular Ter

Qukasovun ixtiyarına verildi. Ondan sonra isə quyuları Mirzəyev icarəyə

götürmüŞdu. General Qolovinin 16 avqust 1825-ci il tarixli təliqəsinə əsasən

Tarumovun dövründə Bakıda neft hasilatı 16 min xalvara çatmıŞdı. Bir müddətdən

sonra quyuların istismarını hökümət təzədən öz əlinə aldı. Hökümət sərəncamına

106

keçəndən sonra quyulardan cəmi 12 min xalvar neft alınmıŞdı. Buna da əsas səbəb



baxımsızlıq üzündən quyuların uzun müddət təmir olunmaması idi.

Qraf Vorontsovun Qafqaza caniŞin təyin edilməsi ilə neft hasilatı sahəsində

böyük bir canlanma baŞlayır. CaniŞin neftdən dövlət xəzinəsinə böyük gəlir

gələcəyini düŞünərək, neft çıxarılması ilə yaxından maraqlanır və bu iŞə rəvac

verir. O 1847-ci il 14 iyulda imperator Nikolaya göndərdiyi təliqəsində yazırdı:

"Neft quyularının azlığını və neftə olan tələbatı nəzərə alaraq, İamaxı Dövlət

palatasına icazə vermiŞəm ki, Bakı qəzasında Xəzər dənizi sahilində Beybad (yəqin

ki, Bibiheybət nəzərdə tutulur - Q.İ.) və Balaxanada quyular qazıb neft çıxarsınlar.

Lakin Beybadda neft çıxsa da gələcəyi yoxdur. Balaxana meydançasında qazılmıŞ

iki quyudan isə təmiz neft çıxmıŞdır. Bu iki quyu təkcə fevral ayındə 600 pud neft

vermiŞdir. Bunu nəzərə alaraq, palataya təklif etmiŞəm ki, Balaxana

meydançasında quyu qazmağı davam etdirsinlər".

Lakin neft ietehsalı sahəsindəki mövcud icarə sistemi neft hasilatının

artmasına çox mənfi təsir bağıŞlayırdı. Əvvəla icarəçilərlə bağlanan müqavilə

əsasında onlar neftin pudunu 45 qəpikdən artıq satmamalı idilər. Əslində 45 qəpik

özü də baha idi. Bununla da müŞtərilərin sayı getdikcə azalırdı. Bundan baŞqa icarə

sisteminin ən böyük qusurlarından biri ondan ibarət idi ki, icarəçi dörd il

müddətinə icarəyə götürdüyü quyuları, amansızcasına istismar edirdilər ki, icarə

pulunu tezliklə çıxara bilsin. Quyularda heç bir təmirat iŞləri aparılmırdı. İcarəçini

ancaq qazanc düŞündürürdü. Bunun nəticəsində də quyular gücdən düŞür və ya

torpaqla dolurdu. Nəticədə neft hasilatı sürətlə aŞağı düŞürdü. Məsələn, 1825-ci

ildə bütün quyulardan 200 min ton neft çıxarılmıŞdısa, 60-cı illərdə rəqəm

dəyiŞmədən eyni ilə qalmıŞdı. Belə vəziyyət, əlbəttə, uzun müddət davam edə

bilməzdi. Nəhayət, 1872-ci ildə icarə sistemi ləğv edildi. Hökümət neft mədənləri

barədə təzə qayda yaratdı. Bu qaydaları həyata keçirmək məqsədilə Qafqaz

caniŞinliyinin BaŞ idarəsi Bakıda olan bütün neft quyularının miqdarı və onların

məhsuldarlığı barədə geniŞ məlumat topladı. Bununla əlaqədar xüsusi komissiya da

ayrıldı. Komissiya toplanmıŞ məlumatların əsasında bütün neft sahələrini hərəsi 10

desyatindən ibarət olmaqla 48 qrupa ayırdı. Belə sahələr əsasən Suraxana,

Balaxana, Bibiheybətdə idi. Sahələrindəki torpaqlar birlikdə 322 desyatindən ibarət

idi. Qərara alındı ki, bu torpaqlardan 180 desyatinə satılsın. 180 desyatin torpağa

552,221 manat qiymət qoyulmuŞdu. Hərrac yolu ilə satıŞda isə torpaqlar bir milyon

manata satıldı. Balaxanadakı 15 sahə cəmi 6 adam - Mirzəyev, Kokorev, Qubonin,

Benkendorf, VermiŞev və Leonozov tərəfindən alındı. Ən çox sahəyə Mirzəyev

yiyələnmiŞdi. Bibiheybətdəki zəngin torpaqlar isə baŞlıca olaraq H. Z. Tağıyev,

Zubalov tərəfindən alınmıŞdı. Yerdə qalan 142 desyatin torpaq barəsində isə belə

qərarə alındı ki, bu yerlər Balaxana kəndlilərinə pay kimi ayrılsın. Ancaq bundan

107


qabaq hökümət həmin torpaqları general-leytenant Lazereva, knyaginya Qaqarinə

və Qafqaz caniŞini Vorontsov-DaŞkova pulsuz hədiyyə vermiŞdi.

İcarə sisteminin ləğvindən sonra xüsusi neft sahibkarları üçün geniŞ

imkanlar açılmıŞdı. Neft hasilatı gündən-günə artmağa baŞlayırdı. Sahibkarlar

güclü pul sərf edərək, neft hasilatını artırmaq üçün yeni üsullar axtarıb tapırdılar.

1870-ci ildə quyuların əl ilə qazılması vurma qazma üsulu ilə əvəz edildi.

Buruqların sayı yağıŞdan sonra göbələk kimi artmağa baŞladı. 1872-ci ildə vurma

üsulu ilə qazılmıŞ cəmi 2 quyu vardısa 1878-ci ildə onların sayı 301-ə çatdı. Neft

hasilatı da artdı. 1878-ci ildə 9.895,125 puda çatdı. Hasilatın çoxalması ilə neftin

qiyməti də 45 qəpikdən 30 qəpiyə düŞdü. Ümumiyyətlə 1877-1878-ci illər Bakı

nefti tarixində fantanlar dövrü idi. Quyular o qədər fantan vururdu ki, sahibkarlar

özləri bundan narazı qalmıŞdılar. "Bakinskaya izvestiya" qəzeti özünün 1878-ci il

47-ci nömrəsində yazırdı: "Neft çay kimi axır, böyük gölməçələr əmələ gətirir,

hətta baŞqalarının sahələrini, çölləri də bürüyürdü". Fantanlar adi sahibkarları da

birdən-birə milyonçuya çevirirdi. Məsələn, Balaxanada VermiŞevin "Xələfi"

Şirkətinə məxsus bir quyu elə güclü fantan vurmuŞdu ki, dörd bir yanı gölməçələr

bürümüŞdü. Sahibkar həmin ildə Bakıya gəlmiŞ Qafqaz caniŞinini qayıqla bu

göllərdə gəzdirmək fikrinə düŞmüŞdü. Lakin külək olduğundan bunu həyata keçirə

bilməmiŞdi.

Fantanlar Bakının Şöhrətini Avropa ölkələrində daha da yüksəltdi. Bu xarici

kapitalistlər üçün əsl sensasiyaya çevrilmiŞdi.

Beləliklə 70-ci illərin ortalarından xarici kapital Bakıya axıŞmağa baŞladı.

İri maqnatlar və bankirlər Bakının zəngin yataqları hesabına daha da varlanmaq

məqsədilə bir-birinin arxasınca böyük kapitalla Bakıya gəldilər. Birinci gələn

İsveçli Nobel qardaŞları idilər. Onlar 1879-cu ildə bərqərar olub "Nobel qardaŞları"

Şirkətini təŞkil edərək, fəalliyyətə baŞladılar. Birinci növbədə Balaxana və

Sabunçuda ucuz qiymətə çoxlu torpaq sahələri aldılar. Onlardan sonra Parisdən

bankir RotŞild gəldi. O da Nobel qardaŞları kimi Bakı kəndlilərini aldatmaq yolu

ilə çoxlu torpaq ələ keçirdi və "Kaspi-Qara dəniz" neft Şirkətini təŞkil etdi.

90-cı illərin axırında baŞda Cems ViŞau olmaqla bir neçə ingilis maqnatı

Bakıya gəldi. O zaman ViŞaunun arxasında məŞhur ingilis bankının direktoru E.

Qubbard dururdu. ViŞaunun Bakı nefti ilə bağlılığı H. Z. Tağıyev ilə baŞlayır. Hacı

özünün Bibiheybətdəki neft mədənlərini 5 milyon manata ViŞauya sataraq, özü də

onların təŞkil etdikləri Şirkətdə payçı kimi, yəni Şirkətin direktorlarından biri kimi

qalır. Hacının mədənlərini almıŞ ingilis Şirkəti təkcə iki il içərisində 7250 mindən

çox qazanır. Baxçasarayda çap olunan "Tərcüman" qəzeti 1898-ci ilin aprel ayında

yazırdı ki, neftli torpaq almaq üçün Bakıya 30 nəfər ingilis sahibkarı gəlmiŞdir.

Guya Peterburqdakı Amerika səfirinin arvadı da onların içərisindədir. O iki nəfər

mühəndislə birlikdə çoxlu pul gətirmiŞdir.

108


Hələ 1878-ci ildə Amerika neft sahibkarları da Bakıya yol tapmıŞdılar.

Birinci növbədə Rokfellerin "Standart Oyl" neft Şirkətinin nümayəndəsi Herbert

Tvidl guya Bakıda neft kəmərlərinin çəkiliŞini konsesiyaya götürmək bəhanəsi ilə

Bakıya gəlir. Lakin o öz məqsədinə nail olmadıqda neftli torpaqlar almağa

baŞlayır.

Xarici kapitalın Bakıya yol açması ilə neftli torpaqların qiyməti xeyli artdı.

1890-cı ildə Bakıda artıq 6 ingilis Şirkəti, 3 fransız Şirkəti, iki alman Şirkəti, iki

Belçika Şirkəti və 1 yunan neft Şirkəti fəaliyyət göstərirdi. Neftdən gələn gəlir

ətrafında ehtiraslar təzədən qızıŞdı. Hərə çoxlu torpaq ehtiyatı ələ keçirməyə, neft

hasilatını artırmağa can atırdı. Qızğın rəqabət baŞlamıŞdı. Bir tərəfdən xarici

inhisarçılar, o biri tərəfdən yerli neft sahibkarları arasında əsl didiŞmə gedirdi.

Fantanların sayı çoxaldıqca sahibkarlar elə bil quduzlaŞırdılar. Yerli milli

kapitalistlərdən-neftxudalardan H. Z. Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev,

Murtuza Muxtarov, Səlimov və habelə erməni sahibkarlarından Mirzəyev,

MontaŞev, İibayev, Leonozov, İagedanov və baŞqaları əcnəbi neft sahibkarları ilə

sanki yarıŞa giriŞmiŞdilər. Bu iŞdə iradə və dözümü olanlar udur, zəif və iradəsizlər

isə güclülər tərəfindən udulurdu. Bəzən elə hallar olurdu ki, xüsusilə yerli əhalidən

olan sənayeçilər bütün varını neft quyularının qazılmasına qoyur, lakin quyu neft

vermirdi, ya da qazma zamanı böyük çətinliklərə rast gəlir, dəzgah sınır və

qazmanı daha davam etdirmək mümkün olmurdu. Sahibkar da müflis düŞürdü.

Mayaları əldən çıxdığı üçün çoxunun baŞına hava gəlirdi. Psixi xəstəxanalara

düŞürdülər. Hətta özünü öldürən də olurdu. Ancaq möhkəm iradəli, səbatlı,

dözümlülər öz məqsədlərinə əvvəl-axır nail ola bilirdilər. Belələrinə H. Z. Tağıyevi

misal göstərmək olar. O 1873-cü ildə Bibiheybətdə aldığı torpaq sahəsində

Şərikləri ilə birlikdə böyük xərc töküb quyu qazıtdırmağa baŞlayırlar. Lakin nə

qədər qazırlarsa, neft çıxmır. Günlər, aylar keçir, neftdən heç bir əsər görünmür,

Hacının Şərikləri neftdən əllərini üzür və paylarını alaraq aradan çıxırlar. Hacı isə

neftin çıxacağına dərin inamla qazmanı davam etdirir. Çox çəkmir ki, quyu böyük

fantan vurur və Hacı birdən-birə milyonçuya çevrilir. Zaman və dövr ancaq belə

möhkəm, dözümlü adamların idi.

Bakıya neft iyinə gələn təkcə Avropa maqnatları deyildi. Böyük Rusiyanın

da hər bucağından qazanc məqsədilə Bakıya gələnlərin sayı hesabsızdı. Onların

içərisində dələduz və fırıldaqçılar da çoxdu. Rus dilində çap olunan "Bakı əxbarı"

qəzeti 1878-ci il tarixli 15-ci nömrəsində dərc etdiyi "Torpaq əldə etmək" adlı

mə_____qaləsində yazırdı: "Hamı bu fikirlə razılaŞar ki, son 5-6 il içərisində neft iŞləri

sahəsində böyük qələbələr əldə edilmiŞ, istehsal olunan məhsul, demək olar ki, birə

on qat artmıŞ və ciblərində bir qəpiyi olmayanlar burada varlanmıŞ və bunu görən

fırıldaqçılar Rusiyanın hər tərəfindən dəstələrlə Bakıya axıŞıb gələrək, burada neft

və neft məhsullarını istehsal etməklə məŞğuldurlar. Qızğın fəaliyyət baŞlamıŞdır.

109


Yüngül qazanc ehtirası ilə Bakıya axıŞan Rusiyanın ən müxtəlif ünsürləri öz

məqsədlərinə çatmaq üçün hər bir qanunvericilikdə nəzərdə tutulmamıŞ ən

müxtəlif cinayət yoluna qədəm qoymuŞlar".

Belə adamlar Bakının neftli torpaqlarından özlərinə bir parça qoparmaq

üçün, doğrudan da min bir fırıldaqdan çıxırdılar. Məsələn, gələn adam bir nəfərə

200 manat pul verərək, xahiŞ edir ki, torpaq almaq üçün kəndli ilə müqavilə

bağlanmasında ona kömək etsin. O da buna əməl etməyə çalıŞır. Ancaq kənd

əhalisinin yarıdan çoxu buna razılıq vermir. Müqavilə də o zaman qüvvəyə minirdi

ki, əhalinin heç olmasa üçdə iki hissəsi razılıq versin. Gələn adam arada gəzən

adamların vasitəsilə cinayətə əl atır. Neçə il qabaq ölmüŞ adamların, ya da xaricdə

olanların əvəzinə imza edilir və beləliklə də müqavilə qüvvəyə minirdi. Bəziləri isə

torpağı açıqdan-açığa zəbt edirdilər. Bir baŞqası isə torpaq sahəsini icarəyə götürür

sonralar onu öz əmlakı hesab edirdi. Torpağı zəbt edənlərin Şahidi də olurdu. Bu

Şahidlər özləri də torpaqları vaxtı ilə zəbt etmiŞ iŞğalçılardı. Ancaq bununla belə

qonŞuları üçün Şahid dururdular ki, bu torpaq guya ata-babasından ona miras

qalmıŞdır. Sonralar zəbt edilmiŞ bu torpaq sahələri qızıl pulla dövlətə satılırdı.

Neftli torpağın müŞtəriləri artdıqca torpaqların qiyməti də bahalaŞırdı. Həsən bəy

Zərdabi Bakı torpaqları üstündə gedən didiŞmələri "Əkinçi" qəzetinin 1877-ci il

tarixli 14-cü nömrəsində geniŞ təsvir etmiŞdir. O yazırdı: "...neft yerlərinin qiyməti

həddən çıxıb. Məsələn bir Şəxs keçən il 5 desyatin yeri 2 min 5 yüzə almıŞdı, 2 ay

bundan əqdəm isə o Şəxs zikr olunan yeri 8 adama 8 min manata satıb. İndi deyirlər

ki, o 8 adamdan birisi öz hissəsini, yəni torpağın səkkizdən birini 18 min manata

satır və yenə deyirlər ki, bir kəs bir desyatinin dörddən bir hissəsini icarəyə verib:

yer sahibi 2 min manat verib, o yeri 12 ilə ona versin və bəŞərti ki, bu 12 ilin

müddətində o yerdən nə qədər neft çıxsa, onun nisfi (yarısı) yer sahibinin olsun və

12 ildən sonra o yer orada olan maetiyacları ilə yer sahibinə qalsın. Xülasə yer

alan, yer satan həddən çıxıb, küçə və bazarlarda 1 neft və cövhər sözü danıŞılır.

Natariusxanalarda neftli yeri aldı-satdı kağızlarını yazmağa növbət çatmayır.

Badkubədə sakin olanlar keŞiŞdən tutmuŞ qulluq əhlinədək, tacirlərdən tumuŞ ədna

papaqçıya, Şam tökənədək öz iŞlərini tullayıb, bir neçə adam Şirkət edib Molla

Nəsrəddin torba götürüb, Sarı qayaya bostan uruya gedən kimi olan-olmazlarını

yığıb Sabunçu bəylərinin yanına yer almağa və Qara Şəhərə Şəhərdən kənar o

zavodlar olan yerdə zavod tikdirməyə gedir ki, bir, ya iki ilə sahibi milyon olsun".

Kəndlilər bəzən öz torpaqlarını o Şərtlə satırdılar ki, əgər satdığı torpaqdan

neft çıxarsa, sahibkar onu mədəndə iŞə götürsün. Sahibkarlar isə öz vədlərinə

həmiŞə xilaf çıxardılar. Bununla belə pula aldanan kəndlilər öz torpaqlarını

satmaqdan çəkinmirdilər. O illərdə Balaxana kəndliləri o qədər torpaq satmıŞdılar

ki, pula pul demirdilər. Kağız əskinazları hətta arabalarının böyrünə yapıŞdıraraq,

fəxr edirdilər.

110


Yuxarıda göstərildiyi kimi 1872-ci ildə icarə (iltizam) sisteminin ləğvindən

sonra əmələ gəlmiŞ neft bolluğu böyük böhrana səbəb oldu. Nefti dəniz və baŞqa

vasitələrlə baŞqa Şəhərlərə göndərmək də çətinləŞdi. Neftin çoxusu neft

anbarlarında yığılıb qalmıŞdı. Mədənlərdə qazılmıŞ xəndəklər ağzınadək neftlə

dolu idi.

Xaricə neft və kerosin daŞınması gec-tez qaydaya düŞdü. Hətta qısa müddət

ərzində Bakı nefti dünya bazarlarında Amerika neftini sıxıŞdırmağa baŞladı. Bunu

aŞağıdakı cədvəldən görmək olar. Rusiyaya daŞınan Amerika nefti ildən-ilə

azalmağa baŞlayır, onun yerini Bakı nefti tuturdu:


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə