Suğra osmanova qılman İlkin. Baki və bakililar


BAKI ARXİPELAQI VƏ BAKI KÖRFƏZİ



Yüklə 2,16 Mb.
səhifə16/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   12   13   14   15   16   17   18   19   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKI ARXİPELAQI VƏ BAKI KÖRFƏZİ

Bir-birinə yaxın adalar qruppasına arxipelaq deyilir. Bakı arxipelaqına daxil

olan adalar və bankələr bunlardır: Adalar - Böyük Zirə, DaŞ Zirə, Kiçik Zirə (və

yaxud Qum adası), Zənbil, Səngi Muğan, Çikil, Qara Su, Xərə Zirə, Çilov,

Pirallahı, İqnat DaŞı və sairələri. Bankələr - Savenko, Bezimyannı, Kornilov-

Pavlov, Makarov, Borisov və baŞqaları.

Bankə - dənizin nisbətən dayaz yerlərinə deyilir. Bunlar dənizdə gəmiçilik

üçün çox təhlükəlidir.

Bu ada və bankələrdən əksəriyyətinin adları rus iŞğalından sonra

dəyiŞilmiŞdir. Məsələn, Böyük Zirə - Nargin, DaŞ Zirə - Vulf (bu adaya kiçik Zirə

və ya da Qum adası deyilir), Zənbil - Duvannı, Səngi Muğan - Svinoy, Çikil -

Oblivnoy, Qara Su - Los, Gil - Qlinyanı, Xərə Zirə - Bulla, Çilov, Pirallahı -

Artyom adlandırılmıŞdır.

Bakı arxipelaqının ən böyük adası Xərə Zirədir (Bulla) ki, sahəsi 3,5

kvadrat kilometrdir. Böyük Zirə (Nargin) adası Bakı körfəzini dənizdən ayıran ən

böyük adadır. AbŞeron yarımadasının cənubundadır. Uzunfuğu 3,1, eni isə 0,9

kilometrdir. İimal-qərb tərəfdən dik və sıldırımdır. Bitkisi azdır. Körfəzi dənizdən

ayıran ikinci ada DaŞ Zirədir (Vulf). Böyük Zirə ilə Kiçik Zirə (yaxud Qum)

adalarının yaxınlığındadır. Ətrafı dayazlıqdır. Bitki örtüyü çox seyrəkdir. Zirə sözü

Cəzirə (ada) sözündən əmələ gəlmiŞdir. Cəzirə sözündən cə atılmıŞ, təkcə Zirə

qalmıŞdı.

Bu iki adaya verilən Nargin və Vulf adları Pyotrun adı ilə bağlıdır. Pyotr,

xəritədə onları Fin körfəzindəki eyni adlı adalara oxŞatdığı üçün belə

adlandırmıŞdı.

Kiçik Zirə (Qum adası) - körfəzi dənizdən ayıran üçüncü adadır. Ərazisi

baŞdan-ayağa qum və balıqqulağı ilə örtülüdür. Uzunluğu təxminən 900, eni isə

99

600 metr olan Qara Su (Los) adası vulkan mənŞəlidir. Burada güclü qaz yatağı



vardır. Zənbil adasının Duvannı adlandırılması Xəzər sularında üzərək, dənizin

qərb sahilindəki yaŞayıŞ məntəqələrini talanla məŞğul olmuŞ Stepan Razinin adı ilə

bağlıdır. Onlar öz qənimətlərini bu adada bölüŞdüklərinə görə (Duvanit rus dilində

bölüŞdürmək deməkdir) Duvannı adlandırılmıŞdır.

Qədim zamanlardan bakılılar bu adalarda balıq və suiti ovlayar və adalarda

düzəltdikləri kiçik daxmalarda yaŞayırlarmıŞ. Bu adalar eyni zamanda dəniz

quldurlarının da məskəni olmuŞdu. HəŞtərxandan və İrandan gələn ticarət gəmiləri

həmin adaların yaxınlığında dəfələrlə quldur basqınlarına məruz qalmıŞdı.

Adalardan bəzilərində hətta vəhŞi heyvanlar da doğub törəmiŞdi. "Kaspi"

qəzeti 6 avqust 1893-cü il tarixli nömrəsində yazırdı ki, adamlar yaxın adalardan

ətcəbala meymunlar gətirib bazarda hərəsini bir qəpiyə satırlar.

Cənub tərəfdən Bakıya daxil olduqda Puta körfəzindən qərbdə iki dağ

zirvəsi nəzərə çarpır. Onlar dəniz səthindən - 1395 fut (təxminən 400 metr)

hündürlükdədir. Bu dağ zirvələri Bakının qulaqları adlanır.

Bakı arxipelaqı balıqçılığın inkiŞafı üçün çox əlzeriŞli idi. Balıqçılıq nəinki

bu adalarda, habelə Xəzərin bütün sahillərində də geniŞlənmiŞdi. Sahildə yerləŞən

Bakı kəndlərinin əksəriyyətində balıqçılıqla məŞğul olurdular. Bilgəh, PirŞağı,

Buzovna və Mərdəkan kəndlərində tutulan balıqlar zənbillərdə at və ulaq belində

Şəhərə gətirilib satılırdı. İndiki passajın yanında xüsusi örtülü bir bazar vardı ki,

(indi burada toxuculuq sexi yerləŞir) Balıq bazarı adlanırdı. Bazarda axŞama yaxın

balığın qiyməti ucuzlaŞardı. Balıqları geri qaytarmamaq üçün hərə malını ucuz

qiymətə satıb, kəndlərə qayıdardılar. Bəziləri öz malını tez xırıd eləmək məqsədilə,

ya ulaq belində, ya da öz arxasında Şəhərdə qapı-qapı gəzərdi.

19-cu əsrin axırlarında Salyandan tutmuŞ, Dərbəndədək Xəzər dənizi

sahillərində iri vətəkələr yaradılmıŞdı. Bu vətəkələrin əksəriyyəti Hacı Zeynalabdin

Tağıyevin idi. Kür çayı sahilindəki vətəkələri də o, hökümətdən icarəyə

götürmüŞdü.

İran, HəŞtərxan və bütün Yaxın Şərq ölkələri ilə ticarətin geniŞlənməsi

Şəhərdə möhkəm dəniz bazasının yaradılmasını tələb edirdi. Hələ Birinci Pyotr

Bakı limanının Şərq ilə ticarətdə böyük əhəmiyyətini baŞa düŞərək, buranı möhkəm

dəniz limanına çevirmək üçün bir sıra ciddi tədbirlər qəbul etmiŞdi. 1840-cı illərdə

Xəzər dənizi vasitəsilə Rusiya ilə ticarət xüsusilə geniŞlənmiŞdi. Rusiyadan

Azərbaycana dəmir, mis, dəmir məmulatı, saxsı qablar, dəri, xəz gətirilir, buradan

isə Rusiyaya neft, ipək və baŞqa mallar daŞınırdı. İranla xüsusilə qızğın ticarət

gedirdi. 1829-cu ildə İrandan Bakıya 2097 min manatlıq mal gətirilmiŞ, İrana isə

876 min manatlıq mal göndərilmiŞdi.

1864-cü ildə Xəzər dənizinin mərkəzi limanı HəŞtərxandan Bakıya

köçürülür. II Yekaterina I Pyotrun baŞladığı siyasəti davam etdirir. Bakı limanının

100

hərbi donanma üçün yararlı hala salınması barədə layihə hazırlanır. Bu məqsədlə



Peterburqdan Bakıya mütəxəssis ustalarda göndərilir. Lakin rusların 1796-1797-ci

illər üçün nəzərdə tutulmuŞ tədbirləri II Yekaterinanın ölümü ilə əlaqədar olaraq,

həyata keçirilə bilmir.

Bununla belə çarizm Bakı limanından ümidini üzməmiŞdi. Yermolovun 15

mart 1818-ci il tarixli sərəncamına görə Bakı əhalisinə icazə verilirdi ki, HəŞtərxan

tacirlərindən gəmi ala bilsinlər, ya da özləri gəmi düzəltsinlər. Ancaq Şərt

qoyulurdu ki, gəmilərin heç birində silah olmamalıdır və onlar ancaq rusların Şkout

gəmiləri tipində olmalıdır. Bütün gəmilər mütləq rus bayrağı altında üzməlidirlər.

Həmin illərdən Bakı körfəzində yelkənli gəmilərin sayı xeyli artmağa baŞladı.

Bunun ardınca buxarla iŞləyən gəmilər də qurulub Xəzər sularına buraxıldı.

Bir müddətdən sonra Bakı neft sahibkarları nefti daŞımaq üçün xüsusi

gəmilər sifariŞ edirlər. 1891-ci ildə Şəmsi Əsədullayev belə bir İxun düzəltdirib

Xəzər sularına buraxır və nefti Xəzər və Volqa vasitəsilə Rusiya bazarlarına

göndərir. Həmin illərdə Nobel qardaŞlarının sifariŞi ilə İsveçdə neftdaŞıyan tanker

düzəldilir. Bu, dünyada neftdaŞıyan ilk tanker idi.

1907-ci ildə artıq Xəzər sularında 102 buxar və 65 yelkənli gəmi üzürdü.

Bundan əlavə Bakı limanında irili-xırdalı 13 yelkənli gəmi, 15 buxar gəmisi, 93

barj (bunlardan 41 quru yük daŞımaq üçündü), 23 barkas yedəkləri körfəz sularında

bir-birinin böyrünə sığınırdı.

Dənizçilərin iŞ Şəraiti çox ağırdı. İirkət baŞçıları və habelə ayrı-ayrı gəmi

sahibləri onlarla pis rəftar edirdilər. Belə vəziyyət 1907-ci ildə dənizçilərin böyük

tətilinə səbəb oldu. Bu tətil "Qafqaz və Merkuri" Şirkətində baŞlasa da tezliklə o

biri dənizçilərə də sirayət etdi. Tətilçilər aŞağıdakı tələbləri irəli sürürdülər:

Dənizçiləri qıŞ zamanı iŞdən qovmaq olmaz, noviqasiya zamanı bekar qaldıqları

ayların əmək haqqı ödənilməlidir, dənizçilərlə nəzakətlə rəftar olunmalıdır.

Tətilin uzanması çar məmurlarını çox narahat edirdi. Xüsusilə Romanovlar

xanədanından çoxlu üzvü olan "Qafqaz və Merkuri" aksioner Şirkəti hökümətdən

təcili tədbirlər görülməsini tələb edirdi. Tətili yatırtmaq üçün Peterburqdan general

Taube dəvət olundu. Onun gördüyü təcili tədbirlər nəticəsində tətil qısa müddət

ərzində yatırıldı və dənizçilərin həmkarlar ittifaqı da ləğv olundu.

Xəzər gəmilərində iŞləyənlərin əksəriyyəti bakılılardı. Onlar istər yelkənli

və istərsə də buxar gəmilərində matros, losman və baŞqa vəzifələrdə iŞləyirdilər.

Ümumiyyətlə o dövrdə dənizçilərə GəŞtiban deyilirdi. Losman isə PiŞgah adlanırdı.

1881-ci il 21 noyabrda Bakıda “Dənizçilik klasları” adlı bir məktəb açılır.

Burada təhsil alanların əksəriyyəti gəmilərdə iŞləyən yaŞlı dənizçilər idi. Bu

məktəb hər il 25-30 nəfər Şturman, 15-18 nəfər Şkiper (ticarət gəmisi kapitanı)

hazırlayırdı. Bu məktəbin ilk məzunlarından biri İçəriŞəhərli Süleyman İsmayıl

oğludur. 1896-cı ildə isə Dənizçilik məktəbində gəmi mexanikləri kursları açıldı.

101

Kurslarda istehsalatdan ayrılmadan təhsil alırdılar. 1900-cü ildə bu məktəbi



bitirənlərdən biri də nəslən dənizçi olan Süleymanın oğlu Məhərrəm İsmayılov idi.

O atasının ənənəsini davam etdirərək düz 55 il Xəzərdə gəmi kapitanı iŞləmiŞdir.

Hazırda Baltik dənizində bu qoca dənizçinin adını daŞıyan "Kapitan İsmayılov"

buzqıran gəmisi vardır.

Məhərrəm Süleyman oğlu _____İsmayılov Bakıda böyük bir dənizçi sülaləsinin

fəxridir. İsmayılov-Süleymanovlar dənizçilər sülaləsi Xəzər dənizində məŞhur

dənizçilər kimi tanınır. Xəzərin qocaman kapitanı Hacıağa Rəcəbov da 1904-cü

ildə bu məktəbi bitirmiŞdir.

1 iyul 1902-ci ildə “Dənizçilik klasları” “Bakı uzaq səfərlər” dəniz

məktəbinə çevrilir.

Dənizçilər nəslinin artması ilə Xəzər sularında yelkənli və buxar

gəmilərinin də sayı artırdı. Xüsusi gəmi sahiblərinin də sayı xeyli çoxalmıŞdı.

Sahibkarlar içərisində ehtiraslar qızıŞırdı. Hər gəmi sahibi çoxlu yük daŞınmasına

çalıŞırdı. Çox zaman onlar gəmi kapitanlarını məcbur edirdilər ki, gəmiyə

həddindən artıq yük vurulsun, bu da nəticədə böyük fəlakətlərə səbəb olurdu.

Keçən əsrin 80-ci illərində Xəzər sularında çoxlu gəmi batmıŞdı.

Dənizdə baŞ verən fəlakətlərin əsas səbəbi gəmilərin sualtı daŞlara

toxunması və dayaz yerlərdə saya oturmaları idi. Xəzərdə gəmiçiliyin inkiŞaf

tapması, Xəzər sahillərində və böyük adalarda mayaqların tikilməsi zərurətini irəli

sürürdü. Məsələn, Bakı limanına cənubdan gələn gəmilər Nargin adasını görə

bilmədikləri üçün burada mayaq yaradılmasına böyük ehtiyac duyulurdu. Mayaq

yaradıldı və üstəlik Qız qalasının baŞına da güclü fanarlar qoyuldu ki, Bakıya

yaxınlaŞan gəmilərə yol göstərsin. Sonralar isə Sahil küçəsində iŞıqların çoxalması

ilə əlaqədar olaraq, bu mayaq ləğv edildi. Çünki Sahil iŞıqlarının arxasından

mayağın iŞığı görünmürdü.

Xəzərin ən qədim və qocaman mayağı "AbŞeron" mayağıdır. O, İüvəlanda

dəniz sahilində, İimal Dövlət Elektrik Stansiyasının yanındadır. Qapısının üstündə

"1860" yazılmıŞdır. Mayağın məhz burada tikilməsinin səbəbi vardı. 1857-ci ildə

Xəzər dənizinin Şərq hissəsində hidroqrafik təhqiqat aparan "Quba" gəmisi Bakıya

qayıdarkən fırtınaya tutulub istiqamətini itirmiŞ və qaranlıqda qayalıqlara dəyərək

parçalanmıŞdı. Heyəti isə sahildə dəfn edilmiŞdi. Mayağın optik sistemi Parisin

"Soter" zavodunda hazırlanmıŞdı. 1957-ci ilədək 750 Şam güçündə olan kerosin

lampası ilə iŞləyirdi. Həmin ildən etibarən isə elektrik iŞığına keçir.

İkinci mayaq Amburan (Bilgəh) burnundan qərbdə yerləŞir. İki qardaŞ

daŞları və Balaxnin, AbŞeron və Opasnaya bankələri Bilgəh sularının altında idi.

1910 - 1912-ci illərdə burada bir neçə gəmi toqquŞmuŞ və suya oturmuŞdu.

"Mazut" Şirkətinin "Limberq" gəmisi quma oturaraq, 4 ay burada qalmıŞdı. Onu

çıxarmağa gələn "Kastroma" və "Kalomna" paroxodları da burada suya oturmuŞdu.

102

1910-cu il martın 21-də noviqasiya açılan kimi "Cəfərabad" yelkənli gəmisi də



burada 45 min ton mazutla batmıŞdı. Amburan mayağının vəzifəsi gəmilərə

AbŞeron körfəzinə daxil olduqlarını göstərmək və iki qardaŞ daŞlarının yerini

bildirmək idi. İki qardaŞ daŞları çox gəmilərin fəlakətinə səbəb olmuŞdu. Qədim bir

əfsanədə deyilirdi ki, Xıdır Nəbi və Xıdır İlyas adlı iki qardaŞ olub. Onlar daimi

həyat bulağından su içdikləri üçün müsəlmanlar onları peyğəmbər hesab edirdilər.

Onların qəbirləri guya BeŞ Barmaq dağında olduğu üçün dindarlar oraya səcdəyə

gedirdilər. Bilgəh burnu yaxınlığındakı bu iki qardaŞ qayaları da onların adı ilə

Şöhrət tapmıŞdı. Lakin mayağın iŞığı həmiŞə görünmürdü. Gah zil qaranlığa qərq

olur və gah da cənub-qərb küləklərinin Balaxanadan gətirdiyi tüstüyə bürünürdü.

Belə hallarda gəmilər buradan çox ehtiyatla keçirdilər.

AbŞeronda daha bir mayaq Pirallahı adasının quru ilə birləŞdiyi yerdədir. Bu

mayak da 1950-ci illərədək kerosin lampası ilə iŞləmiŞ və sonralar elektrik iŞığına

keçmiŞdir.

Mayaqlarda xidmət edənlər üç-dörd nəfərdən artıq olmur. Şəhərdə dəniz

körpüləri Bibiheybət-İıx burnundan baŞlayaraq, Soltan burnunadək (Zığ) uzanırdı.

Bu məsafədə 75 taxta və bir daŞ körpü vardı. Bunlardan iyirmi beŞi Şəhər Sahil

küçəsində, on səkkizi Qara Şəhərdə, iyirmi biri Ağ Şəhərdə və on biri Bayılda idi.

Qara Şəhərdəki körpülərin sahəsi 9 verst uzunluğunda idi. Demək olar ki, ancaq

neft yüklərini daŞımağa xidmət edirdi. Sonralar bu körpülərin sayı 43-ə çatmıŞdı. 1

körpü isə xarici malları daŞımaq üçün idi. Burada "Nobel qardaŞları" Şirkətinin 1

Ellinqi vardı. Bütün neftayıran zavodlar və neft anbarları limanın bu hissəsində idi.

Fabrik və zavod sahiblərinin neft və neft məhsulları yüklənən körpülərində

iŞlər çox səmərəli qurulmuŞdu. Gəmilər 2-5 saat ərzində neftlə doldurulurdu.

Burada nə gözətləmə olurdu, nə də növbə. Körpülər bir-birindən 15-30 sajın aralı

tikilirdi. Əksəriyyəti xüsusi adamların idi. Bəziləri də körpünü tikib, icarəyə

verirdi. Üç körpü vardı ki, bunlar ümumi istifadə üçündü. DaŞ körpü, Tamojna

körpüsü (bu körpü Sahil küçəsində Tamojna idarəsi ilə üzbəüzdə idi) və Pyotr

meydanındakı körpü idi. Şəhər sahəsindəki 25 körpüdən 18-i yük vurmaq və yük

boŞaltmaq üçündü. Bir körpü isə "Saruxanov-Kür" aksioner Şirkətinin idi. Burada

Kürdən gəmilərlə gətirilən su boŞaldılırdı. Yerdə qalan 6 körpü isə gəmilərin yan

alması üçündü. DaŞ körpü və Tamojna körpüsündə odun, kömür və Şəhər

küçələrinə döŞənmək üçün gətirilən çay daŞları (qənbər) boŞaldılırdı. Pyotr

meydanı ancaq taxta-Şalban üçün idi. Körpülərin çoxunda yükləmə və boŞaltma əl

ilə aparılırdı. Yalnız bir neçə körpüdə yüklər əl arabaları və relsli vaqonetkalarla

daŞınırdı. Əl əməyi ucuz əmək olduğundan bütün sahibkarlar ondan istifadə etməyi

üstün tuturdular. Küçələrdə, körpülərdə, dəmir yolu vağzalında yükləri daŞıyan

hamballar idi. Bunlar Cənubi Azərbaycandan Bakıya iŞləməyə gələn yoxsul

adamlardı. Onları "həmŞəri" çağırırdılar. Bir qarnı ac, bir qarnı tox, sübhün gözü

103

açılandan, qaranlıq düŞənədək ağır yüklərin altında belləri ikiqat olmuŞdu. Arazın o



tayında oğul-uŞaqları onların yolunu gözləyirdilər. YağıŞlı havalarda Şəhərin

küçələri ilə sel axarkən adamları dallarında bir qəpiyə bu səkidən o səkiyə

keçirirdilər. O zaman Cənubi Azərbaycandan Bakıya gəlib burada bir peŞənin

ətəyindən yapıŞanlar çox idi. İçərilərində tacirləri də vardı, alverçiləri də. Lakin

camaat onları "həmŞəri" yox, İranlı çağırırdılar. "HəmŞəri" adı yoxsul hamballara

əbədi vurulmuŞ damğa idi. Tacirlər, zəngin mağaza sahibləri onları nəinki

amansızcasına iŞlədir, hətta üstəlik döyürdülər də. Hamballar Şəhərin indiki

Ostrovski küçəsinin yuxarısında, HəmŞəri palanında yaŞayırdılar. Onları hər axŞam

ayaqlarını sürütdəyə-sürütdəyə, yorğun-yorğun HəmŞəri palanına qalxan görərdin.

Üst-baŞları yamaq-yamaq, cır-cındır idi.

GünəŞli havalarda özlərini divar dibinə verib, yaxalarının bitini

təmizləyərdilər.

Zeynalabdin Marağayi əsrin əvvəllərində Bakıda olarkən Şəhərdə belə bir

hadisənin Şahidi olmuŞdu: "Mehmanxanadan çıxan kimi dəniz kənarına yollandıq.

Ətrafıma baxırdım. Bir yerdə Batumda gördüyüm eyni mənzərəyə rast gəldim. Bir

neçə nəfər həmyerlimiz yerdə, qızmar günəŞin altında oturub yaxalarını və

Şalvarlarının nifələrini bitləyirdilər. BaŞqa bir yerdə camaat hay-küy qoparıb

birlikdə kimi isə döyür və çığırırdılar: "Vurun, bu məlun İranlını!". Və hər

yaxınlaŞan onun üstünə düŞürdü.

Bu zavallının günahı nədir ki, döyürlər, - soruŞdum, - nə eyləyib

axı?

Bu İranlı muzdla müsəlman bir kiŞinin gəmisində iŞləyir. Döyənlər də



onunla bir yerdə iŞləyənlərdir" (Zeynalabdin Marağayi. "İbrahimbəyin

səyahətnaməsi").

1900-cü ildə Bakıda olmuŞ B. Brandt öz xatirələrində yazırdı: "Yerlilərin

hambal adlandırdığı bu adamlardan daha zavallı bir məxluq dünyada tapa

bilməzsən. Onlar müztərib bir mütiliklə öz ağır yüklərini çiyinlərində daŞıyırlar.

Onlardan biri elə bil gözlərimin qabağında ağır yük altında durmuŞ heyvan tək

itaətkarlıqla belini büküb gözləyirdi. Onun kimi baŞqa bir zavallı da ağır yükləri

bir-bir onun palanı üstünə yükləyir. O, yükün altında belini düzəltmədən bəzən ən

uzaq bir məsafəyə yola düŞür. Mənə nəql elədilər ki, belə cılız məxluq bəzən

arxasında piano kimi ağır bir yükü daŞıyır. Bunlar adamda xüsusilə ona görə

təəccüb oyadır ki, bizim enli kürəkli, sağlam rus fəhlələrinə oxŞamayır, çox cılız və

məzlumdurlar. Yedikləri ancaq çörəkdir. Ömürlərində içməzlər. Qazandıqları cüzi

qazancı qəpik-qəpik toplayır, bir neçə ay Bakıda qaldıqdan sonra, topladıqları

qazancla vətənlərinə qayıdırlar. Bir sözlə, fəhlənin vəziyyəti çox ağırdır. Xüsusilə

neft mədənlərində iŞləyən fəhlələrin vəziyyəti".

104


İndiki Azərneftin yanından uzanan Sahil küçəsi "Fenomen" kinoteatrının

(indiki kukla teatrı) yanında bağlanırdı. Burada "Qafqaz və Merkuri" gəmiçilik

aksioner Şirkətinin 1859-cu ildə tikdirdiyi ellinq Sahil küçəsini iki hissəyə

bölmüŞdü. Pyotr meydanı və onun körpüləri Sahil küçəsinin o biri baŞında qalırdı.

Ellinq dənizin lap sahilində gəmi təmiri üçün tikilmiŞ emalatxanalar idi. Şəhərin

mərkəzində belə bir müəssisənin mövcud olması Şəhər idarəsini narahat etdiyi

üçün onun sökülməsi barədə dəfələrlə məsələ qaldırılmıŞdı.

Şəhər duması ilə "Qafqaz və Merkuri" Şirkəti arasında birinci danıŞıq 13

oktyabr 1882-ci ildə olmuŞdu. Lakin bir nəticə verməmiŞdi. 1900-cü ildə danıŞıq

təzədən baŞlayır. Duma ellinqin sökülməsi üçün 40 min pul təklif edir. İirkət isə

65 min tələb edir. Yenə qəti bir razılığa gələ bilmirlər. 1911-ci ilin axırında onların

arasında təzədən danıŞıq baŞlayır. Duma Sahil küçəsinin planlaŞdırılmasını baŞa

çatdırmağa tələsirdi. Ellinqi sökdürmək isə heç cür, mümkün olmurdu. Əvvəla bu

Şirkət çox arxalı idi. Romanovlar xanədanından bir çoxları bu Şirkətin üzvü idilər.

Burada payları vardı. O biri tərəfdən Şirkət çox varlı bir müəssisə idi. Məsələn,

1908-ci ildə "Qafqaz və Merkuri" gəmiçilik Şirkəti aŞağıdakı 13 gəmiyə sahib idi:

"İmperator I Nikolay", "İmperatoriçə Aleksandra", "Veliki knyaz Aleksey",

"Admiral Kornilov", "General Kropatkin", "Skobelev", "Saveliç Aleksandr",

"Veliki knyaz Mixail", "Kaspi", "Türkmən", "Tamara", "Tehran".

Yalnız Sovet hakimiyyəti illərində "Qafqaz və Merkuri" ellinqi sökülərək,

Sahil küçəsi Pyotr meydanınadək uzadıldı və emalatxanaların yerində dənizçilər

üçün yüksək bir yaŞayıŞ binası ucaldıldı. Belə bir ellinq də Qara Şəhərdə "Nobel

qardaŞları" Şirkəti tərəfindən tikilmiŞdi.

Keçən əsrin axırlarında Bakıda sənayenin sürətlə inkiŞafı ilə əlaqədar olaraq

Bakıya çoxlu material, xammal daŞınırdı. Habelə Bakı neftini HəŞtərxana və Volqa

boyu ilə Rusiyanın Şəhərlərinə daŞımaq lazım gəlirdi. Buna görə sənaye

nəqliyyatına tələb çoxalmıŞdı. 1880-1904-cü illər arasında Xəzərlə yük daŞınması

50 faiz artmıŞdı.

Sıradan çıxmıŞ gəmiləri təmir edib, təzədən istismara buraxmaq da vacib bir

məsələ idi. O vaxtadək Bakı körfəzində gəmilərin təmiri ilə məŞğul olan bircə

müəssisə də yoxdu.

Yalnız 1887-ci ildə Bayılda ilk tərsanə quruldu. Bu, "Bakinski dok"

adlanırdı. Bu Şirkətin yaradılmasında Bakının bir çox ticarət Şirkətləri iŞtirak edirdi.

Bunlardan "Kussis və Teofimantovlar ticarət evi"ni, "Pitoyev və onun kompaniyası

ticarət evi"ni, "Kaspi" gəmiçilik Şirkətini göstərmək olar. Ancaq tərsanədə təmir

qiyməti çox baha idi. Birinci dərəcəli gəminin tərsanəyə qaldırılıb, salınması 320

manata baŞa gəlirdi. İkinci dərəcəli gəmilərin təmiri üçün isə 240 manat alınırdı.

"Bakinski dok" qısa müddətdə böyük sərmayə əldə etmiŞdi.

105

Əlbəttə, təkcə bir tərsanə ilə gəmiçiliyin böyük ehtiyacını təmin etmək



mümkün deyildi. Buna görə 1894-cü ildə Şirkət payçıları belə qərara gəldilər ki,

ikinci bir tərsanə də tiksinlər. Bu tərsanə 1895-ci ildə iŞə salındı. Bundan sonra

Bakı varlılarından İıxəli DadaŞov və Əliabbas DadaŞov da Bayılda torpaq sahəsi

alıb, 1898-ci ildə təzə bir quru tərsanə tikdilər.

İnqilabdan sonra tərsanələr milliləŞdirildi. "Bakinski dok", Əliabbas

DadaŞovun tərsanəsi və baŞqa xırda emalatxanaların bazasında "Paris kommunası"

gəmi təmiri zavodu yaradıldı


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə