Suğra osmanova qılman İlkin. Baki və bakililar


BAKI - QUBERNİYANIN PAYTAXTIDIR



Yüklə 2,16 Mb.
səhifə15/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   11   12   13   14   15   16   17   18   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKI - QUBERNİYANIN PAYTAXTIDIR

1859-cu ildə İamaxıda baŞ vermiŞ dəhŞətli zəlzələ Şəhəri viran qoymuŞdu.

Bütün daŞ binalar və o cümlədən qubernatorluğun inzibati binaları da uçub

dağılmıŞdı. Belə bir hadisədən sonra quberniya paytaxtının İamaxıda qalıb-qala

bilməməsi məsələsi Qafqaz caniŞinliyini düŞündürməyə baŞladı. CaniŞin imperator

Aleksandr qarŞısında məsələ qaldıraraq, bildirdi ki, belə dəhŞətli təbii fəlakətdən

90

sonra quberniya mərkəzinin İamaxıda qalması məqsədəuyğun deyil. 1859-cu il



dekabrın 6-da imperator Aleksandrın fərmanı əsasında İamaxı quberniyası ləğv

olunub, əvəzində Bakı quberniyası yaranır ki, bunun da mərkəzi Bakı Şəhəri elan

edilir. Həmin fərmandan sonra keçmiŞ quberniyanın bütün əmlakı Bakıya daŞınır.

İamaxı isə qəza mərkəzi olaraq qalır.

Aydın məsələdir ki, qala divarları içərisinə sığınmıŞ kiçik Bakı Şəhəri

quberniyanın mərkəzinə çevrilmək üçün hazır deyildi. Quberniya müəssisələrini

yerləŞdirmək üçün Şəhərdə bina çatmırdı. KeçmiŞ quberniya məmurlarının

İamaxıdan Bakıya köçmələri ilə Şəhər əhalisinin sayı da artmıŞdı. Bütün bunlar

forŞtatdın məskənləŞdirilməsini daha da sürətləndirirdi.

Qala divarlarından kənarda salınmıŞ yeni məhəllələri su ilə təchiz etmək

Şəhərdən ötrü ən çətin problemlərdən biri idi. İçəriŞəhərdən bayır Şəhərə su

daŞımaq yolu ilə bunun öhdəsindən gəlmək çox çətindi. Buna görə İçəriŞəhərdəki

Xan su kəmərindən xüsusi yeraltı bir yol ayrılıb, Sisianov bağının aŞağısında

düzəldilmiŞ iri daŞ su hovuzu ilə birləŞdirildi. Bu iŞ Şəhər memarı Qippiusun Şəxsi

nəzarəti altında keçirilmiŞdi.

Qippiusdan sonra Şəhər memarı vəzifəsində iŞləmiŞ ilk azərbaycanlı memar

Qasımbəy Hacıbababəyov Sisianov bağının yanında memarlıq cəhətdən son dərəcə

gözəl bir su fantanı tikdirərək, əhalinin sərəncamına vermiŞdi.

Bundan əlavə Qasımbəy Hacıbababəyov indiki Karl Marks adına bağın

(Parapetin) salınmasında da böyük səy göstərmiŞdir. Bu bağda ağaclar əkilsə də,

vaxtlı-vaxtında suvarılmadığından, ya da suyun azlığından yarpaqlanıb, qol-budaq

ata bilmirdi. Bu səbəbdən əhali içərisində Parapet bağı Quru bağ adlanırdı. Rəsmi

idarələr tərə_____findən bu bağa Kolyabakin bağı adı verilmiŞdi. Guya bu bağın

salınmasında Bakı qubernatoru Kolyabakinin də xidməti az olmamıŞdır.

Parapetin yanında 1870-ci ildə iki karvansara tikilmiŞdi. Bu

karvansaralardan birinin binası indiyədək durur. Hazırda bu binanın birinci

mərtəbəsində "Araz" kinoteatrı yerləŞir. Karvansaranın qərbində indiki Mərkəzi

univermağın yeri bazar idi. Sonralar bu bazar Qəssab bazarı adı ilə məŞhur

olmuŞdu. İki cərgə üzbəüz dükanlarda ət satılırdı. Qəssab bazarı iki paralel küçəni:

Bazar (Hüsü Hacıyev) küçəsi ilə Vorontsov (Əzizbəyov) küçələrini birləŞdirirdi.

Qəssab bazarından baŞlayaraq, bu iki paralel küçə arasında bir küçə də salınmıŞdı.

O zaman bu küçə Sisianov (indiki Təbriz Xəlilbəyli) küçəsi adlanırdı. Küçə Quba

meydanınadək uzanırdı. Həmin küçələrlə yanaŞı olaraq, Erməni (M. Qorki) küçəsi

salınmıŞdı. O Parapetdən, burada tikilmiŞ erməni kilsəsindən baŞlayaraq, o biri

küçələrlə yanaŞı, Balaxana (Füzuli) küçəsi ilə kəsiŞərək, Kömür meydanınadək

uzanırdı. Hərtərəfdə tikinti iŞləri gedirdi. Yeni evlər, qabaqlarında yaŞıllıqlar

salınırdı. Beləliklə, 1843-cü ildə İçəriŞəhərin forŞtatdla birlikdə ümumi sahəsi 63,3

hektar idisə, bundan təxminən 45 hektarını forŞtadt təŞkil edirdi. 1843-cü ildən yeni

91

Şəhərin sahəsi xeyli geniŞlənmiŞdi. Təzə binaların əksəriyyəti Avropa üslubunda



tikilir və bayır tərəfdən Bakının məŞhur ağ daŞı ilə bəzədilirdi. Varlı evlərinin

damında mütləq günbəz olurdu. Bundan baŞqa evlərin fasadında ev sahiblərinin

insialı (vensel) həkk olunurdu. Bakıda varlılara məxsus elə bir ev tapmazdın ki, o

günbəzsiz və venselsiz olsun. Bu iki əlamət uzaqdan binanın varlı adama məxsus

olduğunu bildirirdi.

İnŞaat iŞlərini qaydaya salmaq məqsədilə Şəhər ərazisi əvvəllər iyirmi, sonra

isə aŞağıdakı qaydada doqquz rayona ayrıldı: 1. Çənbərəkənd. 2. İamaxinka və

Təzə Pir. 3. Kərpicxana və Qanlı Təpə. 4. Zavağzal. 5. Qara Şəhər. 6. Sahil. 7.

Mərkəzi rayon. 8. İçəriŞəhər. 9. Erməni və müsəlman məhəllələri.

Adları çəkilən rayonların hamısında inŞaat iŞləri eyni qaydada getmirdi. Elə

rayon vardı ki, yaradılmıŞ çətinlik üzündən orada inŞaat iŞləri aparmaq qeyrimümkündü.

Məsələn, indiki Sabunçu vağzalı ətrafında neft sahibkarları tərəfindən

salınmıŞ zavod və emalatxanalar o qədər çox idi ki, burada bir arŞın da boŞ yer

qalmamıŞdı. 1870-ci ildən tikilməyə baŞlayan zavodların əksəriyyəti vağzaldan

baŞlayaraq, ta Skobelevin dəyirmanınadək (Xaqani və Azadlıq prospekti

küçələrinin) vağzala yaxın hissələrini Mövsümov, Krasilnikov, Mirzəyev, Velzep

və baŞqalarının zavodları iŞğal etmiŞdi. Ətraf mazut və çirkab içində idi. 1873-cü

ildə Bələdiyyə idarəsi əhalinin təkidi ilə bu yerdən 147 zavodun Şəhər kənarına

çıxarılması barədə qərar qəbul etdi. Zavodlar indiki Qara Şəhərin yerinə köçürüldü.

Beləliklə də 1873-cü ildən Qara Şəhərin əsası qoyulmuŞ oldu. KöçürülmüŞ

zavodların qara tüstüləri ətrafı bürüdüyü üçün bura camaat arasında Qara Şəhər

kimi tanınırdı. Yeri gəlmiŞkən qeyd etmək lazımdır ki, Qara Şəhərdəki zavodların

ocaqlarında əsas yanacaq olan neft farsunkasız yandırıldığından qara tüstü verirdi.

Bir müddətdən sonra Zığ tərəfə uzanan təzə zavodlarda ocaqlar forsunka ilə

iŞlədiyindən bacalardan qara tüstü əvəzinə ağ tüstü qalxırdı. Çünki forsunkada neft

tamamilə yandığından qara tüstü olmurdu. Buna əsasən də yeni zavodların

salındığı sahə Ağ Şəhər adlanmağa baŞladı.

Bələdiyyə idarəsinin qərarına baxmayaraq, bəzi sahibkarlar öz zavodlarını

emalatxana adı altında yenə Şəhərin daxilində saxlaya bilmiŞdilər. Xüsusilə 70-ci

illərin qolu güclü neft maqnatı Mirzəyev öz zavodlarından bir neçəsini emalatxana

adı altında Şəhərdə saxlaya bilmiŞdi.

Şəhərin cənubunda, xüsusilə Mixail (indiki İnqilab) bağının sağ tərəfindəki,

sonralar, yəni Mixail bağı salınandan sonra Sadovı adlandırılmıŞ Dağaltı küçəsində

də inŞaat iŞləri zəif gedirdi. Buna da səbəb bu küçədəki neft anbarları və neft satan

dükanların olması idi. Eyni ləngliyi Qala divarının Şimalında, yəni indiki Ə. Əliyev

küçəsində də görmək olardı. Buralar o zaman bataqlıq və qamıŞlıq olduğundan

inŞaat iŞləri aparmaq mümkün deyildi.

92

QoŞa Qala qapısından və Quru bağdan (Parapet) baŞlayaraq indiki Hüsü



Hacıyev, Təbriz Xəlilbəyli küçələri ilə yanaŞı uzanan küçədə bir-birinin dalınca

uca evlər tikilmiŞdi. Sahilə yaxın Milyutin (Əliyarbəyov), Qorçakov (Tağıyev),

Merkuryev (Azərbaycan prospekti) Polis (Məmmədəliyev) küçələrində inŞaat iŞləri

çox sürətlə gedirdi. Bu küçələrdə illərlə inŞaat materiallarının yığılıb qalması

üzündən hərəkət çətinləŞmiŞdi. Bələdiyyə idarəsi, binalar tikilib qurtarandan sonra

belə inŞaat zibillərini yığıŞdırmayan ev sahibləri ilə daima mübarizə aparırdı.

Mərkəzi rayona arabalar və dəvələrlə daŞınan inŞaat materiallarının ardı-arası

kəsilmirdi. DaŞ əsas etibarilə ətrafdakı daŞ karxanalarından daŞınırdı. O dövrdə

karxanaların sayı o qədər çox idi ki, istehsal olunan daŞ nəinki Bakının tikintilərini

təmin edir, hətta Tiflisə də aparılırdı. Ən iri daŞ karxanaları bunlar idi:

1. Alatava karxanaları. Bunlar ən qədim karxanalar idi və Saray Şose

yolunun ətrafında yerləŞirdi. Karxanaların ümumi sahəsi 35000 kv. sajına

bərabərdi. Alatavada daŞ təbəqələrinin qalınlığı 1 sajından 3 sajına çatırdı.

Alatava karxanalarında çıxarılan daŞ çox möhkəm olub, hər kv. düyümü 2

pud ağırlığına davam gətirirdi. Karxanalar 14 sahəyə ayrılmıŞdı və hamısı da

podratçılar tərəfindən idarə olunurdu.

2. Sallaqxana karxanaları. Bu karxanalar sallaqxana yanında

yerləŞdiyindən belə adlanırdı. Burada çıxarılan daŞ çox möhkəm idi. Rəngi də

qırmızıya çalırdı. Hər kv. düyümü 2 pud ağırlığına davam gətirirdi. Əsasən özül və

üz üçün istifadə olunurdu. Karxanaların uzunluğu bir verstə yaxın idi. Buralarda

daŞ təbəqələri çox güclü idi. Qalınlığı üç sajına çatırdı. Karxanalar ayrı-ayrı

podratçılara məxsus 16 sahədən ibarət idi.

3. Çəmbərəkənd karxanaları. Burada çıxarılan daŞ da çox möhkəm idi.

Özül üçün və düm ağzı kimi istifadə edilirdi. Lakin onu yonub hazırlamaq çox

çətin idi. Buna görə də ondan çox zaman yonulmamıŞ istifadə edirdilər. Sahəsi

təxminən 3000 - 3200 kv. sajın idi. 3 sahəyə ayrılmıŞdı. Karxanalarda 30 nəfərədək

bənna və daŞyonan iŞləyirdi. YonulmamıŞ daŞın bir qalağı 3,5-4 manata satılırdı.

Dümağzının bir ədədi isə 10 qəpik idi.

4. Ermənikənd karxanaları. Erməni qəsəbəsinin Şimal-qərbində yerləŞirdi.

Çıxarılan daŞ əhəng daŞı olsa da çox möhkəm idi. Yatağın dərinliyi 1 arŞına

yaxındı. Buna görə də burada karxanaların sayı saysız-hesabsız idi. DaŞın hər min

ədədi 12 manata satılırdı. Bu sahələrdə podratçılar üçün iŞləyənlərdən baŞqa özləri

üçün daŞ çıxaranlar da vardı.

5. Biləcəri karxanaları. Bu karxanalar Erməni qəsəbəsindən cənub-qərbə

tərəf uzanırdı. Qayalıqlar torpağın üstünə çox yaxın idi. Çıxarılan daŞ möhkəm idi.

18 kiçik sahələrdən ibarət olan Biləcəri karxanaları podratçılar və əksərən fəhlə

artelləri tərəfindən idarə olunurdu. Sahəsi çox geniŞdi. 3000 kv. sajından da çox

idi.


93

6. DoğranmıŞ daŞ karxanaları. Bunlar nisbətən sonralar açılmıŞdı.

Burada daŞ xüsusi üsulla, demək olar ki, yalnız ruslar tərəfindən çıxarılırdı.

Çıxarılan daŞ yumŞaq olduğu üçün yüksək təzyiqə davam gətirə bilmirdi.

Karxanalar ayrı-ayrı 18 hissəyə bölünmüŞdü. Karxanaların ümumi sahəsi 35000

kv. sajındı.

7. Badamdar daŞ karxanası. Bu karxana qismən sonralar açılmıŞdı.

Çıxarılan daŞ isə üzlük ağ daŞ idi.

Göründüyü kimi, bütün karxanalar xüsusi adamlar tərəfindən idarə

olunurdu. Hər kəs Şəxsi karxana açmaqda və ondan istifadə etməkdə sərbəst idi.

Bundan ötrü Şəhər idarəsindən ancaq icazə almaq lazım idi. Kim harda istəsəydi

karxana aça bilərdi. Əlbəttə, hamı çalıŞırdı ki, karxanası Şose yoluna yaxın olsun.

Elələri də vardı ki, karxananı dərinləŞdirməklə özlərini əziyyətə salmaq

istəmirdilər. Üst qatdan daŞı çıxarandan sonra sahəni dəyiŞirdilər. Bunun

nəticəsində idi ki, kiçik bir sahədə baŞlı-baŞına buraxılmıŞ saysız-hesabsız

karxanalar qalmıŞdı.

DaŞlar karxanadan inŞaat sahəsinə arabalarla və dəvə belində daŞınırdı.

DaŞın uzaq karxanalardan daŞınması çox çətindi və həm də baha baŞa gəlirdi.

Bakının ağ daŞı qonŞu ölkələrdə də Şöhrət tapmıŞdı. Tiflisdə uca imarətlərin

tikiliŞində Bakının ağ daŞından çox istifadə edilmiŞdir.

Xəzərin sahilində, indiki Neftçilər prospektində inŞaat iŞləri 1834-cü ildə,

Şəhərin ikinci hasarı söküləndən sonra geniŞ vüsət tapdı. Bu daŞlardan bir hissəsi

hündür hasarın təmir edilməsinə sərf edildi. Bir hissəsi isə xüsusi adamlara satıldı.

Sahil küçəsi memar Qasımbəy Hacıbababəyov tərəfindən səliqəyə salındı. Burada

yüksək binalarla yanaŞı olaraq, ağac əkilir, yaŞıllıqlar salınırdı. Lakin suyun

çatıŞmamazlığından ağaclar boy ata bilmirdi. Bununla belə Sahil küçəsi bakılıların

yeganə gəzinti və istirahət yeri idi. Bu illərdə yazıçı İirvanzadə Sahil küçəsini belə

təsvir edirdi: "Gəzinti üçün yeganə yer Sahil küçəsi və onun lap qurtaracağında

salınmıŞ bağ idi ki, burada ağaclar adama aclıqdan zəifləmiŞ adamları xatırladırdı.

Zaqafqaziyanın uzaq bucaqlarından gəlmiŞ fırıldaqçılar, qazanc axtaran səfillər

səhərdən axŞamadək Sahil küçəsində gəziŞirdilər. Onların içərisində elələri vardı

ki, istədikləri adamları muzdla o biri dünyaya göndərməyə hazırdılar. Belə

adamların toplaŞdığı yer küçənin lap qurtaracağında açılmıŞ çayxana idi. Polisin,

əlbəttə, bu çayxanadan xəbəri vardı, ancaq oraya getməyə çəkinirdi.

Neft sənayesinin inkiŞafı ilə əlaqədar nəinki səfil və fırıldaqçılar özləri

Bakıya axıŞıb gəlir, bəzən hökümət özü belə adamları buraya sürgün edirdi. Keçən

əsrin əllinci illərində Bakı sürgün məskəni olmuŞdu. 1852-ci ildə Qasım bəy Zakir

də Bakıya sürgün edilmiŞdi. O üç ay qıŞı burada keçirmiŞdi. Bakıdan M. F.

Axundova yazırdı:

OlmuŞam Bakıda sakin, farağat,

94

Zövqi tamaŞası misali cənnət.



Ziyada dərdi-sər, dəxi nə hacət

FeramuŞ eyləmə müxtəsər məni.

İsmayıl bəy QutqaŞınlıya yazdığı məktubunda Bakının sərt soyuqlarından

Şikayətlənərək, ona qalın bir kürk göndərməsini xahiŞ edirdi:

Əgərçi var Dağıstani kürkü Zakirin, amma,

Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər.

Lakin Q. B. Zakir Bakıda çox qalmır. Dostlarının, birinci növbədə M. F.

Axundovun köməyi sayəsində sürgündən azad olunub, Qarabağa qayıdır.

50-ci illərdə Bakıda cinayətkar və səfillərin sayı o qədər artmıŞdı ki, Şəhər

idarəsi onları zorla gəmilərə oturdub, Şəhərdən çıxarmağa məcbur olmuŞdu.

1865-ci ildə qala divarlarının sahil tərəfdə olan üç darvazalı hissəsi sökülür.

Çünki bu hissənin artıq heç bir əhəmiyyəti qalmamıŞdı. Divar Şəhərin limanla

əlaqəsinə mane olur və dənizdən qalxan təmiz havanın qarŞısına sədd çəkirdi.

Bu iŞ Bakının ilk memarı Qasımbəy Hacıbababəyovun baŞçılığı altında

keçirilmiŞdi. SökülmüŞ divarın daŞları xüsusi Şəxslərə satılaraq, 44 min manat pul

əldə edilmiŞdi. Bələdiyyə idarəsi həmin pula təzə körpülər quraŞdırmıŞ və Sahil

küçəsini xeyli sahmana salmıŞdı. Buna baxmayaraq, küçə hələ də natəmiz

saxlanılırdı. Küçənin künc-bucaqlarında zibil aylarla yığılıb qalırdı. Küçənin bu

vəziyyətini yazıçı İirvanzadə belə təsvir edirdi: "TəbŞətən Şəhərin gözəlliyi üçün

yaradılmıŞ dənizin sahilində zibildən qalaq vurulmuŞdu. Gilavar gəmilərin dənizə

tökdüyü mazutu sahilə vuraraq, suyun üstündə qara ləkələr buraxırdı.

Payızın yağıŞlı günlərində küçədə palçıqdan keçmək olmurdu. Tezliklə

Şəhər idarəsinin qərarı ilə küçəyə əhəng daŞı döŞəndi. Bir müddətdən sonra araba

və fayton çarxları, at dırnaqları ilə əzilib xırdalanmıŞ daŞlardan qalxan toz

adamların ağız-burnuna dolaraq, nəfəs almağı çətinləŞdirdi. Xüsusilə bərk

xəzrilərdə bu küçədən keçmək mümkün deyildi. Buna görə Şəhər idarəsinin qərarı

ilə küçəyə həftədə bir dəfə neft çiləməyə baŞladılar. Doğrudur, Sahil küçəsində və

Şəhərin bir sıra iri küçələrində bununla tozanağın qabağını almaq mümkün olurdu.

Ancaq neftin çilənməsindən Şəhər küçələri elə miskin bir görkəm alırdı ki, adamın

ürəyi sıxılırdı. Ən böyük bəla isə orasındaydı ki, canına neft hopmuŞ torpaq bərk

yağıŞlarda suyu buraxmadığından küçələrdə keçilməz gölməçələr əmələ gəlirdi.

Doğrudur, suyun axıdılması üçün küçənin hər iki tərəfində xəndəklər qazılmıŞ olsa

da heç bir köməyi olmurdu.

Bundan sonra Sahil küçəsi və habelə baŞqa mərkəzi küçələr Biləcəri çaylaq

daŞı və Krasnovodskdan gətirilən qtorfiritlə örtülməyə baŞlandı. Hər ikisi möhkəm

95

daŞlardı. Əsrin əvvəllərindən isə Bakının əksər küçələrinə çaylaq daŞı və yerlilərin



dili ilə desək, qənbər döŞənməyə baŞlandı. Asfalt Şəhərin bəzi küçələrində ancaq

müəyyən yerlərə, birinci növbədə Sahil küçəsində qubernator binasının qabağına

döŞənmiŞdi.

Sahil küçəsi bir müddətdən sonra II Aleksandrın adı ilə adlandırıldı: II

Aleksandr Sahil küçəsi. Hətta uzun müddətdən bəri DaŞ körpünün yanına atılıb

qalmıŞ 12 top lüləsindən II Aleksandra heykəl qoymağa hazırlaŞırdılar. Ancaq

vəsait ayrılmadığından abidənin qoyulmasına baŞlanmamıŞdı.

Bakının görkəmli milyonçu və varlılarından DadaŞovlar, H. Z. Tağıyev, İsa

bəy Hacınski, Hacı Nemət Seyidov və baŞqaları bu küçədə uca binalar

tikdirmiŞdilər. Bələdiyyə idarəsi bu küçədə qubernator üçün uca bir bina tikdirmək

fikrində idi. Maddi vəsait olmadığından qubernatorun iqamətgahı üçün Hacı Nemət

Seyidovun mülkü (indiki həkimlər evi) icarəyə götürüldü.

Hacı Hacıağa və İıxəli DadaŞovların bu küçədəki karvansaraları İrandan və

Orta Asiyadan gələn qonaqlarla həmiŞə dolu olardı.

Sahil küçəsinin sağ tərəfində baŞdan-baŞa qapıları dənizə tərəf açılan

dükanlar salınmıŞdı. Burada sübh tezdən, bəzən axŞamdan xeyli ötmüŞədək qızğın

alver gedirdi. Satılan əsasən baqqaliyyə malları idi. İrandan gəmilərlə gətirilən

düyü, kiŞmiŞ, quru meyvə, püstə, badam, cürbəcür ədviyyat və Şirniyyat burada

satılırdı. Payız aylarında isə Ənzəlidən və RəŞtdən sitrus meyvələri-portağal,

narıncı, limon, nar, yerbadamı daŞınardı. Ədviyyat və sitrus bitkilərinin ətri ətrafa

yayılırdı. Dükanların qapısı ağzında hamballar bardaŞ qurub oturar, biri bazarlıq

elədiyi Şeyləri evə daŞımaq üçün hambal çağırdıqda on nəfəri birdən yerindən

sicrayıb, alıcıya tərəf yüyürərdilər. Payızda, yəni sitrus meyvələri satılan zaman

dükanların qabağı portağal, püstə, badam qabıqları ilə dolu olardı. Dükan sahibləri

gündə üç-dörd dəfə dükanlarının qabağını süpürtdürərdilər. XoŞ havalarda

rəngbərəng paltarlarda gəzintiyə çıxmıŞ xanımların al-əlvan paltarlarından Sahil

küçəsi güllü-çiçəkli çəmənzara oxŞardı. Bu vaxtlar küçədə dənizin sərin nəfəsi

xüsusilə duyulardı. Bayıla gedən konka da bu küçədən keçirdi. Körpülərdə

yük daŞıyan hambalların səs-küyü də küçəyə yayılıb, konkanın zəng səslərinə

qarıŞır, küçə elə bil arı pətəyi kimi uğuldardı. Yalnız körpüyə yan alıb durmuŞ

gəmilərdən qəflətən eŞidilən fit səsi bu uğultunu bir anlığa batırardı. Küçədə

faytonu dördnala çapdıran da olurdu. Bir sözlə, Şəhərin nəbzi sanki məhz bu

küçədə vururdu.

"Qafqaz və Merkuri" emalatxanalarından baŞlayaraq, üzü Qara Şəhərə tərəf

taxta-Şalban anbarları uzanırdı. 1915-ci il məlumatına əsasən sahilə yaxın bu

yerlərdə "Qafqaz və Merkuri" Şirkətinin, Tumayev və Mirzəyev qardaŞlarının,

İsrafil Hacıyevin, H. Z. Tağıyevin, Adamov qardaŞlarının, Musa Nağıyevin, Şəmsi

Əsədullayevin, Ağ Şəhərdə "Nobel qardaŞları" Şirkətinin, MantaŞevin, İibayevin,

96

Bibiheybətdəki körpülərin yanında RotŞildin, Zubalovun, vağzala yaxın ərazidə



Ələkbər Hacıyev və Cabbarovun böyük taxta-Şalban anbarları olub. Bunlardan

əlavə Merkuryev küçəsinin vağzala yaxın hissəsində M. Rəsul Babayevin,

Aydəmir Nəcəfovun, Teymur Əliyevin, Ağabala Əzimov və baŞqalarının odun

anbarları böyük bir sahəni tutardı. Taxta-Şalban arabalar və dəvələrlə Şəhərin

mərkəzinə daŞınardı. Şəhərdə geniŞlənmiŞ inŞaatı vaxtında təmin etmək məqsədilə

taxta-Şalban çox zaman gecə də daŞınırdı.

Şəhər ərazisində əzəmətli uca binalar əvvəlcə sahilə yaxın yerlərdə

ucaldılırdı. Qalanın boynuna dolanan Nikolay (indiki İstiqlaliyyət) küçəsində

salınmıŞ evlər öz əzəməti ilə fərqlənirdi. Küçənin baŞında Sadıqov qardaŞlarının

mülkü, onunla üzbəüzdə filarmoniyanın binası, bir az aŞağıda realnı məktəbin

binası, daha aŞağıda "İsmailiyyə" binası və nəhayət, Lalayevin "Qrand-Otel"

mehmanxanası. Bu mehmanxana küçəyə sanki nöqtə qoymuŞdu. Sadovı (indiki

Niyazi) küçəsində H. Z. Tağıyevin 1885-ci ildə tikdirdiyi Mariya qız məktəbinin

binası, qonŞuluqda isə Deborun 1888-ci ildə mühəndis Nonnenin layihəsi əsasında

tikilmiŞ yaŞayıŞ mənzili (indi burada incəsənət muzeyi yerləŞir) küçəyə xüsusi

yaraŞıq verən binalardı. Qalanın Şərqində, xüsusilə indiki Ə. Əliyev küçəsindən

tutmuŞ Pyotr meydanınadək bir-birindən gözəl binalar ucaldılmıŞ və düzgün

küçələr salınmıŞdı. Bu arada H. Z. Tağıyevin bütöv bir kvartalı əhatə edən yaŞayıŞ

evi öz monumentallığı ilə fərqlənirdi. Şəhərin bu bərbəzəkli küçələri Romanov

ailələrinin və habelə görkəmli rus nazir və sərkərdələrinin adlarına qoyulmuŞdu.

Şəhərin baŞ küçəsi I Nikolayın Şərəfinə olaraq, Nikolay küçəsi adlanırdı.

Azərbaycan Demokratik höküməti dövründə isə küçənin adı dəyiŞilərək, Parlaman

küçəsi adını alır. Bu təsadüfi deyildi. Çünki Dövlət parlamenti burada, Tağıyevin

qız məktəbi binasında yerləŞirdi. Sahil küçəsi yuxarıda deyildiyi kimi II Nikolayın

babası II Aleksandrın adına idi. Hazırki Ə. Əlizadə küçəsi Qafqaz çaniŞini

Baratınskinin adını daŞıyırdı. M. Ə. Rəsulzadə adına olan küçə o zaman Olqa,

Təbriz Xəlilbəyli küçəsi Sisianov, Cəlil Məmmədquluzadə adına küçə II Nikolayın

qardaŞı Georginin, R. Rza adına olan küçə Nikolayın anası Mariya Fyodorovnanın

hazırda H. Z. Tağıyev adına olan küçə Qorçakovun, Əliyarbəyov adına küçə çar

Rusiyası hərbi naziri Milyutinin, hazırki Əzizbəyov adına olan küçə knyaz

Vorontsovun, Əhməd Cavad küçəsi hərbi sərkərdə general Vrangelin, hazırki

Engels küçəsi vaxtı ilə Bakıda qubernator olmuŞ Pozenin, N. Rəfibəyli küçəsi

Bakıda qubernator olmuŞ Kolyubakinin, Qasım İsmayılov küçəsi Bakıdakı

Aleksandr Nevski kilsəsinin hamisi, təbŞətŞünas, ruhani Spasskinin adını daŞıyırdı

və s. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Telefon küçəsinə

"Romanovlar" adı verilmiŞdi. Şəhər əhalisi isə bu küçəni Sovet hakimiyyətinin ta

ilk illərinədək Telefon küçəsi kimi tanıyırdı (indiki 28 may küçəsi).

97

Təzə salınmıŞ elə küçələr də vardı ki, orada yerləŞən məktəb, müəssisə və



ya kilsənin adı ilə adlanırdı. Məsələn, gimnaziya binasının yerləŞdiyi küçə (indiki

L. Tolstoy küçəsi) Gimnaziya küçəsi, dənizçilərə məxsus kiçik rus kilsəsinin

yerləŞdiyi küçə Serkovnı küçəsi adlanırdı. Elə küçələr də vardı ki, orada olan

emalatxana və ya sexlərin adını almıŞdı. Məsələn: Bondarnı (çələkçi deməkdir)

adlanan küçədə çoxlu çəlləkçi dükanları vardı. Hazırkı Ü. Hacıbəyov küçəsi Birja

küçəsi adlanırdı. Çünki Birjanın idarəsi bu küçədə yerləŞirdi. Buna müvafiq olaraq,

26-lar bağı da ta 1918-ci ilədək Birja meydanı kimi tanınırdı. Dəvəçilərin yaŞadığı

küçə Dəvəçi, faytonçuların yaŞadığı küçə Faytonçu, tatarların yaŞadıqları küçə

Tatar (indiki Təbriz Xəlilbəyli) küçəsi, ermənilərin yaŞadığı küçə Erməni (indiki

M. Qorki) küçələri adlanırdı.

Beləliklə, çar hökümətinin Şovinist siyasəti bu sahədə də özünü göstərirdi.

Şəhərin küçələrindən heç birinə Azərbaycanın görkəmli Şəxsiyyətlərindən birinin

də adı verilməmiŞdi.

Şəhərin yuxarı yoxsul küçələrinə heç ad da verilməmiŞdi. Onlar

məhəllələrlə tanınırdı. Hazırki B. Səfəroğlu (İors) küçəsinin yuxarı hissəsində

əsasən yoxsul İranlılar yaŞadığı üçün HəmŞəri palanı (məhəlləsi) adlanırdı. İors və

M. Sübhi küçələrinin kəsiŞdiyi yer Qara küllük adlanırdı. Bura Şəhərin ucqarı

hesab olunurdu. Camaat zibilləri daŞıyıb, burada yandırırdı. Buna görə də Qara

küllük adlanırdı. Yalnız İamaxı zəlzələsindən sonra buraya köçüb gəlmiŞ

Şamaxılılar ətraflarda məskən salmıŞ və beləliklə də Qara küllük adı unudulmuŞdu.

İamaxılılar burada məscid də tikdirmiŞdilər ki, sonra İirvanlılar məscidi kimi

tanınırdı. Şəhərin yuxarı hissəsində, indiki Nərimanov küçəsi ilə 1 may küçələrinin

kəsiŞdiyi yerdə Hacı Əbülhəsən və ya da çolaq Əbülhəsən adlı qaniçən, qəddar bir

masazırlı yaŞayırmıŞ. Məhəllə də onun adı ilə Əbülhəsən məhəlləsi adlanırdı. Biraz

bəridə, İors küçəsinin yuxarısında Nərimanov və İors küçələrinin kəsiŞdiyi yer

Hüseynbala açıqlığı adı ilə məŞhurdu. Burada yaŞayanları ancaq bu açıqlığın adı ilə

axtarıb, tapmaq olardı.

Şəhər Çəmbərəkənd istiqamətində və İamaxı yolu adlanan küçələrdə

(buraya indiki H. Hacıyev, M. Qorki və Təbriz Xəlilbəyli küçələri daxil idi)

böyüməyə baŞladı. İimal-Şərq tərəfdə Poxlu dərə (indiki Mərkəzi kolxoz bazarı)

istiqamətində və Təzə Pir məscidi ətrafında da inŞaat iŞləri vüsət tapmıŞdı. Təzə Pir

ətrafında tikilmiŞ monumental binalardan biri "Xəzər və Qara dəniz" neft

cəmiyyətinin binası idi (1898-1899-cu illərdə tikilib). İndiki 26-lar bağından Şimalqərbdən

tutmuŞ Poxlu dərəyədək bir cərgə uca evlər inŞa edilirdi. Sisianov (Quba)

və Vorontsov (Kömür) meydanları ətrafında da binalar salınmıŞdı. Bu tərəflərdə,

yəni indiki C. Cabbarlı küçəsində yaraŞıqlı binalardan İsrafil Hacıyevin mülkünü

(bu yaxınlaradək Oktyabr rayon partiya komitəsinin yerləŞdiyi bina) və onun

yaxınlığındakı Adamovun imarətini göstərmək olar. Hazırki Mərkəzi kolxoz

98

bazarından azca aŞağıda Balaxana (indiki Füzuli) küçəsində yerləŞən 2-ci kiŞi



gimnaziyasının möhtəŞəm binası küçəyə xüsusilə bəzək vururdu. Təzə Pirin

ətrafında bir mərtəbəli evlərlə yanaŞı uca binalar da tikilirdi.

Şəhərin ayrı-ayrı yerlərində memarlıq cəhətdən elə nəfis binalar

ucaldılmıŞdı ki, uzaqdan diqqəti cəlb edirdi. Bunlara misal olaraq hazırki

Məmmədəliyev küçəsində tikilmiŞ Rılskilərin imarətini (bu bina 1912-ci ildə

mühəndis PloŞkonun layihəsi əsasında tikilmiŞdi). Hazırki Həzi Aslanov küçəsi ilə

Əzizbəyov küçələrinin kəsiŞdiyi yerdə mühəndis Qosiavskinin layihəsi ilə tikilmiŞ

yaŞayıŞ binasını və baŞqalarını göstərmək olar. Bir sözlə, Bakı əsl kapitalist

Şəhərinə çevrilirdi. Bir tərəfdən yüksək, əzəmətli binalar, zəngin aynalı mağazalar,

o biri tərəfdən yoxsul, miskin daxmalar. Sərvətlə yoxsulluq burada qoŞa yeriyirdi.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə